Ruhum sənə əmanət (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 597
Səs ver:
(səs: 0)
Ona qarşılıq verdikcə, nəfəsimin daraldığını hiss edirdim. Niyə belə olmuşdum, bilmirdim. Daha çox nəfəs almadığımı görüb geri çəkilərək, dərindən öskürməyə başladım. Ən gözəl anımızı məhv etmişdim! Öskürəyimi saxlayıb Ayaza döndükdə, gözlərində olan narahatlıq ifadəsini gördüm.

"Asya yaxşısan sən?"deyib əlimdən tutmağa çalışdı. Mən isə əlini itələyib ayağa qalxaraq təkrar öskürməyə başladım. Nəfəs ala bilmirdim... Nəfəsimi içimə çəkib, nəfəs almaq üçün təkrar geri verdikdə nəfəs alışım hələdə düzəlmədi. Tənginəfəs olmuş şəkildə "Ayaz... Ayaz mən nəfəs ala bilmirəm..."dedim. Bunu deməyim ilə Ayaz məni qucağın alıb buz kimi olan havaya çıxartdı. Sanki, neçə kilometricə qacıb anidən dayanın nəfəs ala bilmirmiş kimi hiss edirdim özümü. Mən yerə çökdükdə oda yerə çöküb, üzümü ovuc içinə alıb "Gözəlim dərindən - dərindən nəfəs al. Daha dərindən al"dedi. Daha dərindəndə nəfəs ala bilmirdim, tutulurdu...

Ayazın əllərinin üzümdə hiss etməyim azda olsa nəfəsimi düzəltmişdi. Nəfəsimin düzəldiyini gördükdə, donduğumun fərqinə vardım. Onun üçün havada bir az daha qaldıqdan sonra içəri keçdik. Ancaq, Ayazın gözlərindəki narahatlıq ifadəsi keçib, getmək bilmirdi.

"Bağışla, Ayaz... Ən gözəl anımızı məhv etdim"

"Dəlisən sən?! Gör nə fikirləşirsən. Sən niyə belə oldun?"

"Bilmirəm... Birdən baş verdi... İndi yaxşıyam amma"

"Sabah həkimə gedirik. Gözümün qarşısında, boğulub getmişdin"

"Adi bir seydi nə həkim? Burda həkimlik bir seydi. Yəqin içimdəki həycan hissinə görə belə oldu. İlk idi deyə"

"Asya, həycandan insan titrəyər elə kənəra çəkilər. Bunu başa düşərəm... Sən nəfəs ala bilmədin, boğulurdun... Kənardan özünə baxsaydın, necə göründüyünü görsəydin indi məndən daha çox qorxmuş olardın"

"Ayaz yeni ildi... Dava etmədən, gecəmizi keçirdək. Həm sənin süprizin vardı mənə"

"Ürəyim hələdə əsir mənim. Süpriz vaxtıdı?"

Ona görə bəlli etməməyə çalışsamda, özümdə bu halıma yamanca qorxmuşdum. Bir Sevil ilə filmə baxdıqaa özümü belə hiss etmişdim, birdə onda. O vaxt qorxu filminin təsirində olduğum üçün elə olduğumu düşünmüşdüm, indidə həyəcandan olduğunu düşünürdüm. Başqa nədən ola bilərdiki?

Ayaz qollarını mənim bədənimə sararaq, məni möhkəmcə qucaqlayıb başını boyun girəcəyimdə saxladı. Məndə onu qucaqladım, ürəyimin, əsməsinə fikir verməyərək.
Sonra süprizi üçün qalın geyinərək çölə çıxdıq. Saat 12 yə yaxınlaşırdı. Maşının yanına gedib dəyib gəldikdən sonra əlində qırmızı rəngli bir sey gördüm. Yanıma yaxınlaşdıqda isə "Süprizim"dedi. Əlində tutduğu ürək formasında olan arzu şarına baxdım. Sevgili ilə bərabər arzu şarımı uçartmaq? Hər kəsədə, yeni il günü qismət olmaz. Arzu şarını düzəltdikdən sonra onu yandırıb ikimizdə hər ucundan tutduq. Nə arzulayım deyə düşünürdüm.

"Ayaz, sən nə arzusu tutacaqsan?"

"Mən hec vaxt ayrılmamağımızı arzulayacam. Bəs sən?"

"Mənimdə arzum, sənin arzun olacaq"

"Yox Asya, sən başqa arzu tut. Biz yeni qovuşmuşkən, onsuzda bir daha ayrılmayacağıq. Amma mən hər ehtimala qarşı bu arzunu tuturam"

"Mən arzumu deməyəcəm. Həmdə arzular deyilməz"

"Ucundan qulağından de görüm"

"Arzu edirəmki, hər yeni ili burda qeyd edib, belə arzu şarı uçurdaq. Yaşımız neçə olursa, olsun"

Son sözümdən sonra arzu şarını eyni anda göyə buraxdıq. Şar yavaş - yavaş yuxarı qalxdıqda, Ayaz arxandan belimə sarılıb məni qucaqlayaraq, üzümə öpüş qondurdu. Şar isə getdikcə, gözdən itirdi. Arzularım görəsən, yerinə yetəcəkdi? Çoxda böyük istəklərimiz yox idi. Tanrım, bizi bir - birimizə çox görmə...

O gündən 1 həftə keçmişdi. 1 həftə idi sevgili idik onunla. Evli ola - ola sevgili olmağında ayrı bir yeri vardı. Yanımda olduğu hər dəqiqə, məni sevdiyini deməkdən hec çəkinmirdi. Onunla xoşbəxtliyin nə olduğunu bilmişdim. Sevginidə onunla dadırdım. Fidan bir birimizi sevdiyini öyrəndikdə çox sevinmişdi. Ancaq hec də təcüblənməmişdi. Onsuzda bir birimizi sevdiyimizi çoxdan bildiyini demişdi. Sevil haqqında isə hec nə deyə bilmirəm. Son günlərə gözümə hec görsənmirdi. Mən onsuzda dərs etiyimdən, çox zaman otaqdan hec çıxmırdım. Dərslərdən yorulduğum üçün kitabı bağlayıb, otaqdan çıxdım. Ayazın harda olduğunu bilmirdim. Aşağı qonaq otağına nəzər yetirdikdə, sadecə böyüklər vardı. Çəkinərkədə olsa onlardan, Ayazın yerini soruşduqda çölə çıxdıqlarını dedilər. Bu havada çöldə nə işləri vardı. Üstümün nazik olmasına fikir vermədən qapını açıb həyitə çıxdım. Ətrafa göz gəzdirsəmdə qarşıda onları tapa bilmədim. Evin arxasına doğru irəllədikcə qulağıma Ayaz ilə Sevilin səsi gəlməyə başlamışdı. İrəli gedib onlara qulaq asmaq fikiri bu dəfə mənə xoş gəlmirdi. Nə qədər divar arxasından durub danışıqlara qulaq asacaqdım? Getmək üçün çönüb irəli addımı atdıqda Ayazın "Səsini kəs Sevil! Çilədən çıxardırsan məni! Cəhhənəm ol həyatımızdan!"dediyini eşitdim. Yox durmayacaqdım burda. Gedəcəkdim! Gedəcəkdimdə, ayaqlarım getmək istəmirdi. Kimi aldadırdım? Dəli kimi onların keçmişi haqqda maraqlanan onsuzda mən deyildimi?

"Cəhhənəm edə bilmərsən məni. Əgər etsən, ailənə evliliyinizin saxta olduğunu deyəcəm. Sözün düzü gözlərim yaşardı, sizin evliliyinizə. Yazıqlar... Film çəkirsiz hec olmaya axşamlar?!"

"Sən hardan bilirsən bunu?! Əsl şeytansan! Amma sənə boyun əyməyəcəm. Bunu bil!"

"Boyun əyməyib nə edəssən, ailələrinizə bunu açıqlasam nə olacağını bilirsən?!"

Ayaz "Sən ailələrimizə hec nə deməyəcəksən" deyib gülməyə başladı. Mən isə Sevilin bu həqiqəti bildiyinin şokunu yaşayırdım. Ailələrimiz ilə təhtid edirdi?

"Ayaz mənim itirəcəyim hec nəyim yoxdu. Deyərəm olar bitər. Əyləncəyə həvəsliyəm mən"

"Sevil, sən əgər o boşbağaz ağzından nəsə qaçırtsan, 4 il əvvəl verdiyim sözü geri çəkərəm. Başa düşdün?!"

"Edə bilmərsən! Söz vermisən! Söz vermişdin! Bu sirr dördümüz arasında məzara qədər gedəcək!"

"Mövzu Asyanın həyatıdısa verdiyim sözə baxmaram! Sözümün arxasında durmaram! Verdiyim sözü tutmağımı istəyirsənsə, səndə o boş ağzını kilitli tutacaqsan. Yoxsa insan içinə çıxmağa üzün belə olmaz!"

Hansı söz verilmişdi bilmirdim, amma burdan daha getmək vaxtı idi. Ordan ayrılıb otağa gələrək, Ayazın otağa gəlişini gözlədim. Bu gün verdiyi sözü mənə deyəcəkdi. Bu iş canımı çox sıxmağa başlamışdı. Həyat bir oyun idimi? Hər kəs bir birinin arxasından bir iş çevirib, söz verirdi. Ya mənim həyatım çoxmu məsum idi? Bura gəlib, oyunlar ilə tanış olmuşdum.
Ayaz gülərüzü ilə içəri keçdikdə, əsəbimi bir kənara atıb yavaş tərzdə "Nə sözü vermisən Sevilə?! Hər seyi danış daha!"dedim. Onlara qulaq asdığımı biləcək ki, sakitcə yanıma oturdu. Gülən üzü artıq asılmışdı...

"Fidan ilə Rüfət sevgili oldu... Sevildə bunu həzm edə bilmədi. Onunki sevgi deyildi. İnad idi... Günlərin bir günü idi...Günlərin bir günündə..." deyib susdu. Susqunluğu məni dəli edirdi!

"Susma! Günlərin sonunda nə olduğunu de!"dedim.

"Fidanın telefonuna tanımadığımız bir nömrədən mesaj gəldiki, sevgilinin evinə get, qapı açıqdı. Fidanın yanına qoşulub məndə getdim. Sonra evə daxil olduq. Yataq otağında gördüyümüz mənzərə Rüfət ilə Sevil oldu... Sevil, bu qədərini etmişdi. O gecə Rüfət ilə bir inad uğruna bərabər olmuşdu. Cəmi, 20 yaşı vardı... Fidan mənzərənin şokundan yerə çökdükdə, Rüfət yuxudan ayılmağa başladı. Qarşında bizi gördükdə, yanında olan Sevilə baxdı. Sonra... Sonrasa..." deyib təkrar susdu.
Bunun sonrasında nə ola bilərdi?! İnsan bədənəni bir sevgiyə görə niyə satsın axı?!
Səsindəki qəhəri boğmağa çalışıb "Sonra... Mən bu məzərəyə daha çox dayana bilmədiyim üçün otaqdan çıxdım. Otaqdan çıxar çıxmaz qulağıma bir səs gəldi. Qapıya dönüb baxdıqda, Fidanın əlində başı sınmış olan güldan gördüm. Ruh kimi mənə baxırdı... Güldanı, Rüfətin başına çırpıbmış... Sonrasıda oldu... Sonrasında Sevil etdiyi yanlışın fərqinə vardı. Amma faydası yox idi. Biz onunla bütün əlaqəni kəsib atmışdıq. Rüfətdə, bu ölkəni tərk edib getdikdə, havalandı... Ruhi dispanserə yatdı... Bununlada bitmir, Asya... O gün Fidanın həyatı ilə öz həyatını məhv etdi, bir hec uğruna. İndi isə sıra mənə gəlib... Bu dəfəki hədəfi mənəm..."dedi.

Ağzı açıq şəkildə, dediklərinə qulaq asdım. Ağlımda bir - bir parçaları birləşdirdikdə onun doğrunda da bir dəli olduğunu başa düşdüm. Bəs bundan sonrası necə olacaqdı?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 597
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri