Ruhum sənə əmanət (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 6 127
Səs ver:
(səs: 0)
Dün gecədən sonra çox düşündüm. Ailələrimiz bu həqiqəti bilsəydi, nə olardı? Güc, Sevilin əlində idimi? Ayaz səhər durub işə getdiyindən, məndə ev günümdən istifadə edib dincəlməyə çalışırdım. Son vaxtlar çox yorğun olurdum. Üstümdə, hec bilmədiyim bir ağırlıq vardı. Ruhənmi yorğun idim ya fizikənmi, hec bilmirdim. Düşüncələrim beynimə ağırlıq edərkən, boğazım qıcıqlanmağa başladı. Qıcığı basdırmağa çalışsamda, alınmırdı məndə. Yavaşca boğazımı təmizləyib, öskürməyə başladım. Amma, bu öskürək mənə bəs etmirdi. Ayağa qalxıb, dərindən nəfəs alaraq təkrar öskürdüm. Öskürəyim getdikcə şiddətlənməyə başladıqda, pəncərəyə yaxınlaşıb pəncərəni açaraq hava aldım. Hava mənə yenə yaxşı təsir etmişdi. Öskürəyim keçməyə başlamışdı. Həftələrdi arada sırada bu hallarım yaşanmağa davam edirdi. Bu halımı yaşadıqlarımın, ağırlığına verirdim. Əksin düşünmək belə istəmirdim. Bu qədər problemin arasında, başqa bir sey olsaydı qaldıra bilməzdim. Gücüm çatmazdı...
Öskürəyim keçdikdən sonra pəncərəni bağlayıb, notebookun qarşısına keçdim. Googleye daxil olaraq, özümdə yaranan halları axtarışa vurdum. Qarşıma ilk çıxan sey astma xəstələyi oldu. Bu xəstələyin adını belə görmək, nəfəsimin daralmasına səbəb olmuşdu. Bir bu əskik idi... Başıma bir bunun gəlmədiyi qalmışdı. Qapının qulpunun açılmaq istədiyi səsi gördükdə, notebooka hec çıxış vurmadan eləcə bağladım. Ayaz idi gələn...
İşdən tez gəlmişdi. Onun gəlişini gördüyüm üçün özümü yaxşı kimi aparıb, gülər üzüm ilə ayağa qalxdım.

"Asyam, çox darıxdım sənin üçün. Onun üçün işin bitməsini gözləmədən tez gəldim"dedi məni qucaqlayarkən. Hər seyi yaddan çıxartmaq istəyirdim. Keçəcəkdi, bu halım...

"Ayaz, tez gəldiyinə görə bu gün çıxaq gəzək? Evdə oturmaqdan, ürəyim sıxıldıda"dedim.
Təmiz hava, mənə yaxşı gələcəkdi.

"Üstümü dəyişim, çıxaq onda. Asyam, ürəyin hara getmək istəyir?"

"Səninlə hara oldu gedərəm"

"Bilirəm. Məndə səninlə hər yerə gedərəm. Mənim xırda sevgilim"

"Xırda deməkdən əl çəkməyəcəksən hə?"
"Yox 50 yaşın olduqda belə sənə xırda deyəcəm"

"Ya 50 yaşımı görməsəm necə?
"
"Bu nə danışıqdı? Sən məndən çox yaşacaqsan. Çünki, hələ balacasan"

"Torpaq böyüyə kiciyə baxmırki, istədiyini alır yanına"

"Bunun alim çıxışlarına bax sən hələ. Qarşında böyük həyat var. Bu həyatda biz birlikdə addımlayacağıq. Sən gələcəyin jurnalisti, uşaqlarımın anası olacaqsan. Hər bazar piknikə gedəcəyik. Sən öz əllərinlə bizə dadlı yeməklər hazırlayacaqsan. Sənə köməklik etmək şərti ilə. Sənin işin çox olduqda, uşaqları mən götürəcəm məktəbdən. Qızımız ən çox məni istəyəcək, oğlumuzda səni"

"Qızımız... Oğlumuz... Bu kəlimələrə öyrəşmək üçün mənə zaman lazımdı. Hec vaxt belə bir seyin xəyalını qurmamışam"

"Bu xəyallar mənə olar sənə isə olmaz. Sən uzağı 2 ildən sonra qura bilərsən bu xəyalları. Onda sənə icazə verəcəm, gözəlim mənim"
deyib burnumun üstünə öpücük qondurdu. Ona gülümsünərək, üstünü dəyişməsi üçün otaqdan çıxdım. Necədə gözəl xəyalları vardı. Mənsə çox neqativ düşüncədə olmuşdum. Özümü ölümə tərk etmiş, kimi oldum. Çıx ağlımdan bu düşüncə. Dünyanın sonu deyildi...
Bizim hələ bir qızımız, bir oğlumuz olacaqdı. Oğlumuz olsa, ona bənzəməyin çox istəyirdim. Onun kimi əsmər olsaydı, çox sevimli olardı. Düşündüyüm xəyallarım ilə üzüm gülürdü. Kefim yerinə gəldiyi üçün yuxarı çıxdım. Qapını döyüb içəri keçdikdə, Ayazı dərs masamda oturub əlini alınına qoyub sıxdığını gördüm.
Qapını bağladığımda, başını mən tərəfə döndərdi. Üzünün siması dəyişmişdi. 10 dəqiqəyə nə olmuşdu ona?

"Nəfəsim, nəfəssiz qalıb..."deyərək ayağa qalxdı əlini masaya möhkəmcə çırparaq. Sonrada oturduğu stolu itələdi...

"Mənə niyə demirsən hə?! Lənətə gəlmiş notebooku açmasaydım, hec nə görüb bilməyəcəkdim mən?!"

"Ayaz ilk əvvəl sakit ol ortada hələ hec nə yoxdu. Mən elə belə maraqlandım"

"Nəyinə sakit olum? Axmaq kimi xəyallarımı danışıram burda. Amma sənin necə olduğun haqqda maraqlanmıram"

"Çox böyüdürsən söhbəti. Hec nə yoxdu məndə. Elə belə yazdım. Niyə bu qədər əsəbləşirsən?"

"Mənə can bir oyuncaq deyil, deyən sən idin. Məni düşündüyün qədər, özünüdə düşün. İndi zəng edirəm bir - iki tanışıma, indi gedirik xəstəxanaya"

"Dəli olma... Hec yerə getmirəm... Mən yaxşıyam! Biz gəzinitiyə gedirdik. Hazırlaş gedək!"

"Əsas sən dəli olma! İndi gedirik xəstəxanya!"
"Getmirik! Mən hec yerə getmirəm!"

Getmək istəmirdim. Hec bir həqiqəti öyrənmək, istəmirdim. İndi olmazdı... Bu gün olmazdı... Ayazın mənim üçün narahat olmasını başa düşürdüm. Amma özümdə o gücü tapmırdım. Bir qorxaq kimi davranırdım...
Bu gün bütün gecəyə qədər Ayaz, mənlə küs qalmışdı. Məndə ondan geri qalmamışdım. Bəlkə, sabah getmək cəsarətini özümdə tapa bilərdim. Məndən əvvəl çarpayıya uzandıqda, çəkinərkdə olsa işığı söndürüb yanına uzandım. Arxasını mənə çevirmişdi. Mənsə yarı uzanıq vəziyyətdə idim

"Küsməyin üçün ortada böyük səbəb yoxdu" dedim səhərdən bəri bıcaq kəsməyən ağızım ilə

"Küsməmişəm sənə... Özümə küsgünəm... 1 həftədi səni həkimə apara bilmirəm deyə. Mənə qarşı verdiyin dəyərin, 5 də birini özünədə ver. Sənin mənə ehtiyyacın olduğu qədər, mənimdə sənə ehtiyyacım var"deyib mənə tərəf döndü.

"Yaxşı... Sabah səhər gedərik... Əlimi amma bir an olsun, belə burxamayacaqsan"dedim.

Əllərini əllərimə toxundurub hər iki əlimi öz əllərinin arasına aldı.
"Əllərini əllərimdən, hec vaxt buraxmayacam" dedi. Deməyi ilə bütün buzları əritidi. Bir birimizi qucaqlayaraq, beynimizdə olan düşüncələr ilə yuxuya daldıq.
Səhər durduqda mən hazırlandıqdan sonra aşğı düşüb, Ayazın gəlməsini gözləyirdim. Axrıncı dəfə nə vaxt bu qədər həycanlı idim bilmirdim. Ayazın gəlmədiyini görüb təkrar yuxarı qalxdım. Qapını döyməyə isə əlim getmirdi. Qapını döymək istəyərkən çöldən gələn "Asya... Asya..."deyə bağrış səslərini eşitdim. Bu səs atamın səsinə bənzəyirdi. Ya da yox qulağıma gəlmişdi. Məndə dəli olurdum! Qapının zəngini eşitdikdə, olduğum yerdə qalıb hec tərpənmədim. Aşağıdan qapını biri açmış olacaqki atamın "Asya hardadı?! Aparacam qızımı burdan!"deməsini eşitdim. Ağılıma gələn ilk sey Sevilin ailəmə nəsə deməyi olmuşdu. Aşağıda olan söhbətə hec qulaq asmadan içəri keçərək, qapını arxadan kilətlədim.

"Qapını niyə kilətdin?"dedi

"Ayaz... Atam... Hər seyi bilir deyəsən"dedim

Deməyim ilədə qapının yumruqlanması bir oldu.
Atam "Aç bu qapını! Demək ağlınızca bizi oyun oynayırsız?! Səni burdan aparıb, sənə yaxşıca dərs verəcəm!"dedi.

Hər sey üstümə - üstümə gəlirdi. Ayaz baxdım... Oda mənə baxdı... Nə yəni, indi bizi bir birimizdən ayıracaqdılarmı...?


Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri