Ruhum sənə əmanət (23-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 579
Səs ver:
(səs: 1)
Gözlərimi möhkəmcə yumaraq, əlimdə bir hamiləlik testi tutmuşdum. Həyacanın mənə verdiyi qorxudan gözlərimi açıb testə baxa bilmirdim. Ya olmamışdısa, elə belə boş gecikmə idisə? Bunu qaldıra bilməzdim deyə, gözlərimi açıb baxmağa niyyətli deyildim. Bircə anlıq dəli cəsarət edərək yoxladığım testə baxmaq istəmirdim. Bütün ümüdlərimi, 2 xəttə bağlamışkən...
Boşda qalan digər əlimi gözlərimin qarşısına gətirdim. Barmaqlarımın ikisini aralayaraq testə yarım açdığım gözüm ilə baxmağa başladım. İkinci xətti görmüş kimi olduğumda, əlimi gözümdən çəkib testə baxdım. Baxmağım ilə gözlərimdən dənə - dənə axan göz yaşlarım yanağmı islatdı. Mənim möcüzəm baş vermişdi...
Səsim çıxmasın deyə, əlimi yumruq edib dişlərimin arasında sıxdım. Bu duyğu, olduqca qəribə bir hiss idi.
Bir az, qorxu
Bir az, həyacan
Bir azda, sevinc vardı
3 hissi bir arada keçirmək buna deyərdim. Yaxşıki, çox gec qalmadan düzgün atdım ataraq möcüzəmə qovuşmuşdum. Bu hissə gec qalmadığım üçün özümü çox şanslı hesab edirdim. İndi isə aşağı düşüb, bu xəbəri atası ilə bölüşəcəkdim. Ayazın bu xəbəri necə qarşılayacağı haqqında hec bir fikirə sahib deyildim. Amma əlindən gəldiyi qədər məni, incitməməyə çalışacağını bilirdim.
Addımlarımı sürətləndirərək tez aşağı Ayazın yanına düşdüm. Ayaz divanda oturub tv-yə baxırdı. Baxmış kimidə edə bilərdi...
Üzümdəki təbəssümü silmədən yanına keçib oturdum. Diqqətlicə üzünə baxmağa başladım. İçimdə böyük ümüd yaranmışdı. Ümüdə doğru inamla, addımlayacaqdım...

"Asyam, nəsə olub? Niyə belə gülümsünürsən?"
dedi.Ona bir az daha yaxın oturub, əlindən möhkəmcə tutdum. Baxışları əlimiz ilə mənim üzüm arasında gedib gəldi. "Sənə bir sey demək istəyirəm"dedim əlindən daha möhkəm tutub

"De eşidirəm, səni bu qədər nə sevindirib məndı bilmək istəyirəm" dedi mənim sevincimə sevinərkən

Tutduğum əlini özümə tərəf gətirib, əlini bətnim hissimə yerləşdirib "Bizim bir körpəmiz olacaq"dedim

Üzündəki təbəssüm aram - aram silinməyə başladı. Əlini özü bətnimə basdırıb "Körpəmiz...?"dedi

"Həə Ayaz, möcüzəmiz baş verdi. Bundan sonra hər sey daha yaxşı olacaq"dedim

Bir az tədirgin olmuş kimi oldu. Sonra əlini bətnimdən çəkib məni qucaqladı. Qucaqlamağını çox istəyirdim...
Eləcə məni qucaqladı, bir söz demədi daha. Səssizlikdən yana oldu... Onu başa düşürdüm. Kim olsa, sevinməzdi... Ən azından qucaqladığı, üçün ona minnətdar idim.

"Başqa nəsə deməyəcəksən?"deyib ondan ayrıldım.

Gözlərini məndən gizlətmək istərmişcəsinə ayağa qalxıb "Məən... Mənnn hava almalıyam" deyərək eləcə yanımdan təlaşlı şəkildə keçib şüşə qapını açaraq baxçaya çıxdı. Ağlayacaqdı...
Gözüm görə - görə onu ağladırdım, hər gün.
Mənimlə bərabər oda bu işgəncəni çəkmək məcburiyyətində idi. Bu işgəncə necə bir şey idisə, körpəmizin olduğuna belə ürəkdən sevinə bilmirdi. Ən pisidə, onun bu halına əsəbləşə belə bilmirdim. Əsəbləşməyə hec haqqım yox idi.
Ayağa qalxıb, şüşə qapını açaraq məndə çölə çıxdım. Qararan hava ilə gözdən itmədən, eləcə bağçanın o baş bu başına gedib gəlirdi. Məndə yavaş - yavaş yanına addımlamağa başladım. Məni gördükdə, yenidən addımına davam etməyə başladı. Nəsə demək istəyirdi, mənə. Bunu dodaqlarının oynatmasından başa düşə bilirdim. Amma, indi daha çox ayaqlarına güc verirdi. Ona altdan - altdan baxmağa davam edərkən, dilindən 'Off!'nidası töküldü.
"Bir körpəmizin olacağına sevindim..."dedi səsindəki qəhəri boğub. Ardından isə
"Sevindim... Ancaq bu sevmək hec bir saniyə çəkmədi. Sən yadıma düşdün... Başqa məkan, başqa zaman olsaydı inanki sevincimdən səni qucaqlayıb, fırladaraq hec yerə buraxmazdım. Səndən bir körpəm olacaq, bundan daha gözəl nə ola bilərki?"dedi sual formasında son sözünü soruşub. Sonrada bulanıqlaşan gözləri ilə gülməyə çalışaraq "Bundan daha gözəl, sənin sağlamlığın ola bilərdi. Sağlam biri olmağın üçün, nələri verməzdim... Amma əlimdən hec nə gəlmirki... İnsanda öz körpəsinin olacağına, hec 1 saniyə sevinə bilər? Mən elə sevindim... Səni çox sevməyimə rəğmən"dedi.
Yanıma gələrəkdə yenidən möhkəmcə məni qucaqladı.

Əvvəl günlər keçirdi, sonra günlərim həftə olmuşdu. İndi isə aylar keçmişdi. Bətnimdə hər gün dahada böyüyən bir canlı var idi. Bu 3 ay müddətində, həyata tutunmağa davam edərək, yaşamağa çalışırdıq. Ayaz, hər nə qədər bu halı qəbullanmasada, mən çox xoşbəxt idim. Hamiləliyim orta ağır bir vəziyyətdə keçirdi. Hələki o qədərdə pis deyildi... Bunu irəlləyən zamanlarda daha yaxşı biləcəkdik. Sabah yoxlamışa gedib cinsiyyetin öyrənəcəkdik. Düzdü cinsiyyətinin bir mənası yox idi. Amma mən hiss edirdim, bizim oğlumuz olacaqdı. İlk gündən onu oğlumuz deyə əzizləməyə başlamışdım. Körpəmədə hər seyin yaxşı olacağını, inandırmışdım. Bəlkədə ona görə, məni incitmirdi.
Yay aylarına gəldiyimiz üçün, Ayaz bağçada olan masada tək başına oturmuşdu. Onun tək qalmasına daha çox dözə bilməyib yanına keçərək, boş stola əyləşdim
.
"Özünü necə hiss edirsən?"

"Yaxşıyam, Ayaz. Sabah yoxlanışa gedirik, bilirsəndə"

"Həə, bilirəm"

"Nə düşünürsən? Nəyimiz olacaq səncə?"

"Bunun bir mənası var?"

"Mənası yoxdu, amma ana ata əvvəldən hiss edir"

"Sən nə hiss edirsən?"

"Məncə oğlumuz olacaq. Hətda sənə bənzəyəcək"

"Hissin yanıltsa səni necə?"

"Yanıltsa, qızımız olacaq"

"Qızımız, sənə bənzəyəcək"

"Sabah üçün çox həycanlıyam. Evimiz ya mavi rəng olacaq ya da çəhrayı rəngə bürünəcək. Çox gözəl düşüncələrim var otaq haqqında"

"Mənimsə tək düşüncəm, ikinizində sağlam olmasıdı. Başqada hec nə"

Belə danışaraq həvəsimi qaçıtırmağı bacarmışdı. Onun vecinə deyildi bir qızımız və ya oğlumuzun olacağı. Hec xəyalın belə qurmurdu. Varsada yoxsada mən idim...
Bəs mən nə qədər olacaqdım?

Səhər açıldıqda, hazırlaşaraq evdən çıxdıq. Bu xəstəxanaya hər gəldikdə qəribə olsamda, körpəmin sağlam olduğunu bildikdə böyük xoşbəxtlik ilə çıxırdım. Bizim növbəmiz əvvəldən alındığı üçün, gələn kimi ulturasəs müayinəyə alındım. Həkim yoxlamağa başlayıb, suallar verərək sonda hər seyin yaxşı olduğunu bildirdi. Ürək döyüntüsün eşitmək, içimə su sərpimişdi.
Ayazda eləcə mənə baxırdı. Çox kövrəkcəsinə dayanmışdı... Belə olmasını mən istəmişdim...
Həkim xəstəliyimi bildiyindən gülərüz olmağa çalışıb "Bizim bu balaca cinsiyyətini tam göstərmir. Amma 90 faiz əminliklə oğlandı deyə bilərəm"dedi

Mən hiss etmişdim... Analar hər zaman hiss edərdi. Eləcə çönübdə, Ayaza baxdım. Üzündə gördüyüm ifadəsizlik ilə gülən üzüm bir anda düşdü. İnsan hecmi reaksiya verməzdi?
Xətəxandan çıxdıqdan sonra maşına minərək evə doğru gedirdik. Aramızda olan səssizlik canımı çox sıxdığından "Oğlumuz olacaq... Həkimi eşitdin?!"dedim.

Qısaca "Eşitdim..."dedi yola baxarkən.

"4 ay əvvəl sənə, məni başa düş demişdim... Sən məni başa düşməyə çalışmırsan. Niyə imkan vermirsən, mənim seviməyimə?! Özünü elə aparırsanki, sanki bu yaşanan hadisələrin belə olmağını mən istəmişəm. Bilirəm, məni çox sevirsən... Amma körpəmizdə ən az mənim qədər sevməlisən... Mənim körpəm bu ayrıcalığı haqq etmir!"dedim

"Sən nə desən haqqlısan. Mən məsələni çox böyüdürəm. Sən haqqlısan, Asya... Aylar keçdikcə bətnindəki, o körpən ilə nəfəs almağın daha çox çətinlişdikdə, hər ikiniz üçün həyatı təhlükə olduqda yenə sən haqqlı olacaqsan. Mən isə haqqsız olacam. Bunları eşitmək istəyirdin?! 3 aydı hər gecə, sən görmə deyə gizlincə göz yaşı tökürəm. Hər gün dua edirəm... İcazə ver, sevincimidə içimdə yaşayım... Bunları sənə bildirməyə, borclu deyiləm mən"dedi

***
Ayaz tv-yə baxarkən, məndə meyvə yeyərək Ayaza baxırdım. Artıq oğlumuz 8 aylıq olmuşdu...
8 ay idi özümdə yaşamaq gücü tapırdım. Mənim var olan möcüzəm üçün. Zaman - zaman nəfəs almadığım çox vaxtlarım oldu. Hətda 1 nəftə əvvələ qədər xəstəxanada, oksigen cihazına bağlı olaraq nəfəs alıb həyatda qalmışdım. Amma bunlar mənim kefimi hec pozmurdu. Həyata bir yerdən tutunmağa davam edirdim. Mənim üçün hər seydən əvvəl oğlum gəldiyi üçün hazırlıqlara son vermişdim. Oxumaq işini 1 il daha gözlədə bilərdim. Ailələrimiz xəstəliyimi bildikləri üçün bizi daima nəzarətdə saxlayırdılar. Bir nəvələrinin olacağını eşitdikdə, arada olan küsgünlük bitmişdi. Ancaq, mən onları hec vaxt bağışlamaycaqdım. Bədənim tez - tez tərlədiyi üçün yanımda dəsmal ilə gəzirdim. Tez - tez çimirdim, sağlam qidalanmağa çalışıb, fizoterapiyalarımda gedirdim. Bir yerdə hər seyin yaxşı olacağına özümü inandırırdım. Ayazda daha əvvəlki tək deyildi. Oğlumuzu qəbullanmışdı...
Başqada yolu varmı idi? Bizim canımızdan olan bir parçamız idi. Son meyvə dilimin ağzıma atıb, ayağa qalxaraq əllərimi yumaq üçün mətbəxə getdim. Əllərimi yuduqdan sonra anidən qarın nahiyəmdən bir sancı tutdu. 10 qədər saymağa başlayıb, özümü bu sancının kecəcəyinə inandırdım. Sancı bir dəqiqədən sonra ötüb keçmişdi. Saclarımı tarazlıyıb, gülərək Ayazın yanına oturub "Oğlumuz... Oğlumuzun adı hec yoxdu"dedim. Bu vaxta qədər ona bir ad secməmişdik. Vaxtımız olmamışdı...
Tvni söndürüb, qolunu çiynimə ataraq məni özünə tərəd sıxdı.

"Sən nə ad istəyirsənsə, oğlumuzun adı o olsun"

"Bərabər fikiləşək, Ayaz mənim qədər sənində haqqındı ad secmək"

"Asyam, inanki ağlıma hec bir ad gəlmir mənim. Sən ad hansın bəyənsəm onu qoyarıq"

"Hər ikimizində adı 'A' hərfi ilə başladığı üçün istəyirəmki, oğlumuzun adıda A hərifi ilə başlasın"

"Ailəlikcə bizə 'A' desinlər hə?)"

"Həə Ayazım, ailəmiz 'A' hərifindən ibarət olsun. Ayxan olsun səncə?"

"Ayxan?"

"Aha, Ayxan "

"Olsun, xırdam"

Əlimi şişmiş olan bətnimə yerləşdirib "Sənin adın Ayxan olacaq oğlum"dedim. Ayaz əyilərək qarnımı öpüb "Şanslısan, anan səni məndən çox sevir"dedi. Bu sözə həm güldüm, həmdə gözlərimi süzdürdüm.

"Ayaz indidən başlamısan, qısqanclığa?"

"Olanı deyirəm, oğlan uşaqları anaya bağlı olur. Qızım olsaydı, mənə bağlı olardı"

"Olsun mənə bağlı olsun, anasının quzusu
"
"Oo sən indidən körpəmizi öz tərəfinə çəkirsən. Hec demirsən, burda yazıq boynu bükük oturan Ayaz var"

"Oyy oyy sən mənim ilk sevgimsən, oğlumuzda sevgimizin bəhrəsidi. Səni sevirəm adamım mənim" deyib boynuna sarıldım. Sarılmağım 20 saniyə çəkmədən ondan ayrılmağa çalışdım, amma məni özünə daha çox sıxıb qucaqladı. Daima məni tər basırdı deyə, qucaqlamasın hec istəmirdim. İnsan nə qədər duz dadardı?!
"Ayaz bilirsənki xoşum gəlmir çox qucaqlaşmaqdan"deyib ondan ayrılmağa çalışdım. Çalışdım bacarmadım yenə

"Mənimsə xoşum gəlir. Özümü dəniz kənarında imişəm kimi hiss edirəm. Sevgili, Asyam"dedi

"Off Ayaz, burax! Nəfəs ala bilmirəm onda" dedim yalanda da olsa. Məni buraxcağını bilirdim. Düşündüyüm kimidə olmuşdu, əllərini yavaş - yavaş boşaldıb məndən aralandı.
"Qalx onda ayağa yatmaq vaxtıdı"deyib yanımdan üzünü asmış şəkildə ayağa qalxdı. Onu incitdiyimi bilirdim. Daha doğrusu hardan incidəcəyimi, hardan incinəcəyini bilirdim. Gec olduğu üçün üstünə daha çox getmədən məndə yatmaq üçün ayağa qalxdım. Bu gecə rahat yatacağımı ümüd edirdim.

Səhər ayıldıqda, Ayazın məndən daha əvvəl qalxdığını gördüm. Üstümü dəyişib aşağı düşdükdə, masanın səhər yeməkləri ilə hazır olduğunu gördüm. Mətbəxə yanına gəldikdə, "Sabahın xeir"dedim dodaqlarımı bir birinə basdırıb.

"Sənində sababın xeir əl üzünü yumusansa, süfrəyə keç mən çayları süzüm gəlirəm"dedi

Başımı aşağı edərək, mətbəxdən çıxdım. Əl üzümü yuduğum üçündə masaya oturdum. Dünən xətrinə dəymiş ola bilərdim. Onu başa düşməyə çalışırdım. Amma bu ruh halım ilədə alınmırdı, çox vaxt. Çayları gətirib özüdə sakit şəkildə masaya keçid elədi. Mənə baxmadan yeməyini yeyib, çayından içərkən onun bu halına gülmədən daya bilmədim. Gülüdüyüm görüb, ciddi üz ifadəsini hec pozmadan "Nədi gülməli olan? De məndə gülüm"dedi.

"Bu halmıza gülürəm. Evləndiyimiz ilk günlər yadıma düşdü nəsə"

"Həyatımın ən düzgün qərarını verdiyim, həmin o gün"

"Qaranlığıma işıq oldun. Mənim səni incitməyə haqqım yoxdu. Səni hər seydən, çox sevdiyimi bil yaxşı?"

"Sən mənim xırdamsan, hər zamanda elə qalacaqsan. Mən səndən incinmirəm. Özüm özümdən inciyirəm. Səni daha çox başa düşməyə çalışmaq istəyirəm, amma alınmır"

"Alınır, sevdiyim çox gözəl alınır. Sən belə seylər ilə kefini pozub, o gülər üzünü asma"

"Onda hazırlaş bu gün gəzməyə çıxaq. Həm sənə yaxşı gəlsin, həmdə körpəmizə"

"Yaxşı tezcə yeyib evdən çıxaq"

Bölüm sonu

Müəllif: Goncha

Ps. Finala son 1 bölüm

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri