Zümrüdü İşıq (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 10
Baxılıb: 6 113
Səs ver:
(səs: 1)
Hava soyuq, göyüzü qaranlıq və mən tək.
Arxamda isə, 3 ya 4 nəfər təxmin etdiyim, məni izləyən oğlanlar.
Mən bu saatda 'Qız bu vaxtı çöldə tək nə gəzər' deyənlərin ölkəsindənəm. Bunu deyənlər cibimdə bir avtobus pulumun olmadığını, ya da indi mənim ac olduğumu bilmirlər. Bu həyat, filmlərdəki kimi rəngarəng deyil. Mənim yaşadığım məhəllə, lentə alındığı qədər deyil. Burda insan həyatı hec'ə sayılır. Məndə onlar üçün böyük bir hecəm...
Hava yenə soyuq, mən əsirəm.
Amma havanın soyuğundan deyil... Arxamdakılardan.
Mən əsdiyim an kimsə arxadan "Sevgilim, beni neden beklemiyorsun?"dedi.
Səsə bir əhəmiyyət verməyib, addımı saxlamadan yoluma davam etdikdə, yanı başımda bir tərpəniş hiss etdim. Əlimdən bir əl tutub, digər boşda qalan əlini isə dodaqlarının üstünə gətirərək 'sus işarəti' etdi. Bu qaranlıq havada gördüyüm təy sey, zümrüdü yaşıl gözləri oldu. Gözləri, bir zümrüd tək parıldayırdı...
Üzünü isə görə bilmirdim. Qrip üçün olan qara rəngli ağızlıq bir maska taxmışdı. Niyə elə demişdi? Niyə əlimdən tutmuşdu? Hec bir fikrim yox idi bu suallar haqqında...
Buz kimi əllərimə, isti bir əl toxunmuşdu. Əlimdən o qədər incə və zərif tutmuşduki, əlimin üstünə hec bir ağırlıq çökməmişdi. Əlimdən tutmuş insanı hec tanımadan, bərabər düz yola baxaraq irəllədik. Artıq səssizlikdən sıxılıb, yavaşca arxama dönüb baxdım. Təxmin etdiyim, insanlar yox idi. Arxamda hec kim qalmamışdı...
Zümrüd yaşılı gözlər məni xilasmı etmişdi?
Addımı saxlayıb, əlimi əlindən çəkdim. Əlimin əlindən çəkildiyini görüb, mənə döndü. Ona 'Sən kimsən?'deməli idim. Amma sizcədə çox klassik olmayacaqdımı?

"Əlimdən niyə tutdun?" dedim

Çox yersiz bir sual oldu. Klassiklikdən çıxmaq lazım idi!

"Seni korumak için" dedi

Türkcə danışmağına taxılım? Yoxsa səsində yaranmış cool avaza?

"Məni qorumaq sənə qalıb? Kimsənki sən?" dedim kobudlaşmağa başlayıb. Mənim ruhum bu idi. Saf havalarına girib, təşəkkür edirəm falan deyən deyildim.

"Neden sinirlendin? Yardım etdim, sana"dedi

Kobudluğuma peşman olub, göz altı ona baxdım. Niyə belə maska taxmışdı? Xəstə idi? Ya da bir qatil? Başqa işim gücüm yox, bunları düşünürəm. Təbriklər! 20 qəpiklik tum qazandınız!

"Kömək etmək üçün, əlimdən tutmalı idin?! Səni fürsətci! Təşəkkür falan deyəcəyimi, gözləyirsənsə, gözləmə! İndi çəkil kənara, yoluma davam edim!"

Səsimi qaldıraraq dediyim sözlərdən sonra, mənə göz altı baxıb, bir addım arxaya gədərək, əlini yola uzadıb "Dikkat et kendine"dedi.
Son dəfə ona əsəbi baxışlarımı atıb, yoluma davam etdim. Çox tərs davranmışdım...
Nə edəydim? Tanımadığım adamın boynuna sarılaydım? Birdə onu görəsi deyildim. Mənimdə yadımdan çıxıb gedərdi, bu hadisə. Amma Allahla danışım. O, olmasaydı necə olacaqdı? Arxamdakı oğlanlar gedəcəkdimi?
Yolda olan daşları ayağım ilə sağa - sola fırladaraq yoluma davam edirdim. Bir azdan evim dediyim yerə gedib çatacaqdım. Mən ay ilə su'yun birləşməsindən əmələ gələn Aysu'yam. Ay kimi gecəyə məhkum, su kimi təmiz və şəffav...
Atam bir içki düşgündü. Anamsa bir sac salonunda işləyir. Uşaq vaxtı tək uşaq olduğum üçün heyifislənirdim. Yaşım artdıqca isə tək olduğum üçün sevinirəm. Bir bacım, bir qardaşım olsaydı, mən çəkdiyim ağrıları onlarda çəkməli olacaqdılar. Bizim bir ailəmiz yox idi... Mən onlar üçün bir hec idim. Bir qızlarını olduqlarını, unutmuşdular. Xahis edirəm sizdən, əgər övladlarınızı sevgi dolusu böyütməyəcəksizə onları dünyaya gətirməyin. Sonra mənim kimi özlərini, sevgiyə ac, bir yoxsul kimi hiss etməsinlər. Tək başına yaşayırammış kimi, bir həyat tərzi keçirdirəm. İnsan ailəsi dediyi adamlardan utanarmı? Mən utanıram... Atam içib özünü itirir deyə, anamsa atama xəyanət edir deyə..
Bəli, düz oxudunuz... Anam atama xəyanət edir. Rollar bu dəfə dəyişib... Onun üçün ondan həm utanıram, həmdə ona nifrət edirəm. Atam içki düşgünü bir insan olsada, bu vaxta qədər bir şilləsini görməmişəm... Nə edirsə, özünə edir... Onada yazığım gəlir. Tanrı, niyə bu ailədə göz açmağımı istədi mənim? Başımı qalıdırıb qaranlıq gözyüzünə baxdım. Mən bu yaşıma qədər nələrə dözmüşdüm. Bundan sonrada hər seyə dözəcəkdim? Oxuya bilmədim mən... Arzularım, xəyallarım yarım qaldı... Güclü ola bilmədim... Həm işləyib, həm oxuya bilmədim. Mən yarım qaldım. Həm həyata qarşı, həmdə özümə qarşı.
Düşündükcə, evə gəlib çatmışdım. 3 otaq bir mətbəxdən ibarət olan normal görnüşlü bir evimiz vardı. Hamısı, anamın etdiyi xəyanətlərin hesabına idi. Onun üçün ona nifrət etməyimə, bir səbəb daha vardı. Qapını açıb içəri keçərək, ayaqqabılarımı çıxardıb, qaranlıq olan ətrafa baxdım. Hər ikisidə yatmışdı... Mən isə bu saatda, tək başına işdən evə gəlirdim.
Yazıq bir qızcığaz idim mən. Ətrafa qarşı güclü olmağa çalışarkən, öz dünyasında boğulub batan, yazığın biri idim. Telefonun işığını yandırıb, öz otağıma keçərək otağın işığını yandırdım. Güzgü qarşısında dayanıb bir xeyli özümə baxdım. Daha doğrusu, çökmüş ruhuma nəzər yetirdim. Gündən günə çəkim daha çox azalırdı. Göz altlarımda ləkələr yaranırdı. Dodaqlarımda çatlamışdı.. Bu qədər özümə baxdığım bəs idi... Mən güzgü qarşısında öz əksimi görürdüm. Düz deyiblər "Güzgü əsla yalan deməz. Çünki, siz ağlarkən, o gülməz..."
Mən isə nə ağlaya bilirdim, nə də gülə... Boş - boş baxıb, dibsiz bir quyuda imişəm kimi hiss edirdim özümü. Nə qədər baxacaqdım daha? Sabah saat 9 da getməli olduğum bir işim vardı mənim. Ən yaxşısı çarpayıma uzanıb, özümü yuxunun qollarına atmağım idi. Ən azından yatanda, hər sey keçirdi.

Zəngli saatın çalması ilə yuxudan ayılıb, ayağa qalxdım. Saat 8 - ə işləyirdi. Hər zaman bu saatda dururdum, saat 9 - a qədər isə işə çatıb, işimin başına keçirdim. İş dediyim sey isə, bahalı bir restoranın yeməkxanasında, gətir - götür işlərinə baxmağım idi. Aşbazların yanında durub, xırda işlərinə kömək edirdim. İşimi sevirdim... Daha doğrusu, ətrafda olan insanları. Özümə yaxın bildiyim, dost və tanışlarımı.
Evdə olan varlıqların gözlərinə görsənmədən, hazırlaşıb evdən çıxdım. İş yerim uzaqda olsada, çox zaman ayaqlarıma qüvvət verirdim. Təmiz hava kimisi yox idi...
Hələdə isti keçməkdə olan oktaybr ayı vardı. Adətən soyuq olardı, amma indi isti bir hava vardı. İnsanın canını üşütmürdü...
Düz məhəlləmizə doğru addım atmağa başladıqda, kənarda dayanan 3 - 4 nəfər toplaşan, tipləri yaxşıya bənzəməyən oğlanlar gördüm. Onun üçün düz yolum ilə deyil, sağ küçə tərəfə giriş elədim. Burdan keçib, daha sonra qarşıya keçə bilərdim. Bir az daha irəlləyib yolumu getdikdə, məndən bir az irəlidə son modeldə olan xarici bir maşın gördüm. Bu maşının adını belə bilmirdim... İşin qəribə tərəfi bizim məhləmizdə bunu sürəcək insanın kim olması idi? Mən bu düşündükcə, maşının qarşısında olan evdən bir oğlan çıxdı. Üzündə qrip üçün olan ağzılıq maska vardı. Bu oğlan, dünən məni xilas edən oğlan idi? Maşına minib, sürətli şəkildə küçədən ayrıldı. Yaşadığı ev orta səviyyədə olan bir insanın evi idi. Bəs sürdüyü maşın? Məni dünən xilas etməsi? Nə dönürdü ətrafımda? Ya orqan mafiası falan idisə? Düşünün üzünə maska taxır, belə bir evdə qalır, altında da son modeldə olan bir sprot maşını var. Bəlkədə, böyrək alveri ilə məşğuldu... Yox, dəli düşüncədə olan insan deyiləm. Amma hər sey buna işarətdi. Dün axşam, bəlkədə mənidə oğrulamaq istəyirdi... Kim bilir? Hec kim...
Daha diqqətli olmalı idim mən! Bu kücəyə girdiyimidə peşman olmuşdum!
İşə gəlib çatdıqda, hər kəsə salam verib işimin başına keçdim. Bu gün yeni bir işci gələcəkdi. Oğlan olduğundan, bir çox qız işçinin gəlişini gözləyirdi. Sevimsiz seyler..
Ağlımda isə az əvvəl gördüklərim vardı. Əlimdəki kökü doğramağa çalışarkən, ən yaxın dostlarımdan biri sayıla biləcək Şahnaz qolu ilə qoluma toxunub "Gələndən yaman fikirlisən"dedi. Çox taxmışdım beynimə?

"Sənə bir sey deyecem iş çıxışı, səndə mənə bir məsələhət verəcəksən"dedim.

Şahnaz mənə göz vurub "Oo olmaya aşiq falan olmusan"dedi.

Ağızımı açıb bir söz demək istəyirdimki, yeməkxananın qapısı açıldı. İçəri ilk öncə 40 yaşlarında olan Akif müdürümüz, arxasından isə bir oğlan daxil oldu. Oğlanı görməyim ilə bıcaq əlimdən yerə düşdü. Hər kəsin gözü qapı kənarında olarkən, aşağı əyilib bıcağı əlimə götürdüm. Zümrüd yaşılı gözlər, mənə baxırdı.
Qarşımda yenə O vardı..
Adını belə bilmədiyim, amma bununla üçüncü dəfədi qarşıma çıxan həmin, O oğlan vardı. Həmdə mənim iş yerimdə..
Akif bəy yanında duran oğlana baxıb, üzündə kicik təbəssüm əmələ gətirdi. Onun üzündə ilk dəfə idi belə bir təbəssüm görürdüm mən.

"Uşaqlar yeni işçimizi özüm sizə təqdim etmək istədim. Bu oğlanın adı Arasdı... Aras Aydın"

Bölüm Sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 6 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri