Zümrüdü İşıq (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 4 650
Səs ver:
(səs: 0)
"İnana bilmirəm! İnanmaq istəmirəm O, olduğuna... Mənə niyə belə bir yalan danışdın Aras?!"dedim gözümdən axan yaşlar ilə. Ağlayırdım hə! Amma onun yalanına görə deyil, bədənimdə yaranmış olan əsəbə görə!

"Lüften eve gidelim. Sana her seyi teker - teker anlatıcam" dedi üzüntüsünü mənə bəlli edəcək şəkildə.

"Ev nədi?! O evə birdə gələcəyimi düşünürsən?! Hələdə elə bilirəm yuxudayam. Bu nə oyundu axı mən gəlib, düşdüm belə bir seyin içinə" deyib əlim ilə başımı sıxmağa başladım. Arasın əlləri əllərimə toxunmaq istəyərkən əllərini möhkəm şəkildə itələdim.

"Göründüyü gibi diyil..." dedi

Tamda göründüyü kimi idi! Ağılıma min cür fikir gəlmişdi! Onu mafia hesab eləmişdim! Onun çirkin biri olduğunu, belə düşünmüşdüm hətda!

"Nə göründüyü kimi deyil? Qarşıma çıxmağa cəsarətin çatmadı? Belə bir sey etməyə hec ehtiyyac yox idi! Həmdə hec! Sənə xərclədiyim vaxtlara çox heyif!" dedim.

İnsanlar ilk tanıdığımız kimi qalmazlar. Zaman keçdikcə, dəyişərlər. Arasda onlara bir sübut idi.

(1 il əvvəl)
Şokalad almaq üçün marketə gəldim. Çox sevdiyim şokaladı əlimə aldım. Sonra gözüm qiymətinə sataşdı... Qiyməti 70 qəpiy idi... Şokaladı yerinə qoyub, cibimdə olan qəpik pullarını çıxartdım. 50 qəpik pulum vardı...
İşsiz qaldığımdan pulum yox idi. Ağlamamaq üçün dodaqlarımı bir - birinə basdırıb marketdən çıxdım. Ayaqlarım yerdən kəsilmiş kimi oldu. Şokalad belə ala bilmirdim... Kicik bir sey ilədə xoşbəxt olurdum, amma artıq kicik xoşbəxtliklərə belə pulum çatmırdı. Hamısının günahkarı anam ilə atam idi! Atam gizlətdiyim pulları tapıb, götürərək onları içkiyə xərcləmişdi! Nifrət edirdim onlara! Boğazımda yaranan qəhər, məni incədicək şəkilə gəlmişdi. Biri mənə toxunsa, ağlayacaq bir hala gəlmişdim. Boşluğa adım atırmış kimi hiss etdikdə, arxadan biri qoluma dəydi. Toxunması ilə əlində olan aldığı ərzaqlar yerə düşdü. Bir yerdəki ərzaqlara, birdə gözlərini mənə zilləmiş olan mavi gözlü oğlana baxdım. Oğlanda gözlərini məndən çəkmədən aşağı əyildi. Məcburiyyətdən qalaraq, məndə aşağı əyilib yerə tökülən ərzaqları yığmağa başladım.
Nədənsə, bir kəlimə belə olsun danışmamışdı..
Nədənsə, məndə danışacaq bir halda deyildim..
Danışsaydım əgər, yolun ortasında oturub uşaq tək ağlayardım. Ayağa qalxdım sonra...
Ətrafıma baxdım... Yoldan insanlar keçirdi... Kimi gülər üzlü idi, kimisidə mənim kimi bəndbin... Mən onlara baxdıqca oğlanın yanımdan keçib getdiyini, bir maşına mindiyini gördüm. Xəbərsiz getmişdi... Bir 'Bağışla' belə demədən getmişdi... Üzgün halda baxışlarımı yerə çevirdim. Birdə nə görsəm? Mən almaq istədiyim şokalad yerdə idi. Hər halda, oğlanın aldıqlarından düşmüşdü. Şokaladı əlimə alıb, onu səsləmək istədikdə maşın sürətli şəkildə
gözdən itdi. Bu nə idi indi? Almaq istədiyim şokalad indi əllərimdə idi. Bəlkədə, şokaladının yox olduğunu biləndə halal etməyəcəkdi bunu mənə... Bu düşüncəmə baxmadan şokaladı açıb bir parça bölərək yeməyə başladım. İçimə işləyən, bədbin ruha inad azda olsa gülümsəməyə çalışdım. Amma içimdə olan alov hec sönmürdü. Tüstüsü məni öldürməsədə, boğurdu. Və mən zəhərlənirdim...

(1 il sonra İndiki zaman)
"Bak ben seni ilk marketde gördüm... Çikolatında bilerek, senin yanında bırakdım... O, gece hic aklımdan çıkmadın. Sonra okuduğum universtetdə karşılaşdım seninle. Sen tabi beni görmedin... Bense seni, yine aynı üzüntülü şekilde gördüm. Demir kapıdan öylece durub, insanları izliyordun. Bunun üstündən tam 1 hafta keçdi... Bu defa yine karşılaştık... Sende beni gördün... Az kalsın arabayla sana çarpıcakdım... Yine konuşmadın... Sen susdun... Bende susdum... Ne olduysa, ondan sonra oldu... Aklımdan hic çıkmadın..."dedi

Dediklərindən sonra inanılmaz gözlər ilə ona baxdım. Ətrafımda film dönürmüş mənim! Onu dəfələrlə yaşadığım evin kənarında görmüşdüm... Amma ağlımın ucundan belə, bir sey belə bir iş keçmirdi... İndidə şokda idim... Bir insan niyə belə etsin?!

"Niyə?"deyə bildim sadecə. Etdiklərinin cavabı nə olacaqdı?

"Anlasana kızım, ben sana aşık oldum..." dedi

Aşiq olmaq... Həmdə mənə... Biri mənə bunun zarafat olduğunu desin!

"Cameralar hardadı?! Hara əl sallamaq lazımdı? Allah eşqinə sən nə danışırsan?!" dedim əsəblərimi daha çox cilovloya bilməyib!

"Bana güven diye yapdım her seyi... Birden karşına çıksaydım, bana güvene bilecekmiydin? Sevmek sucmu? Sevdim işte..." dedi.

Güvənmək? Bəs indi necə, bu etdiyi hərəkətdən sonra necə güvənim ona? 2 həftə idi mənə yalandan oyun oynamasınımı deyim? Yoxsa məni tam bir axmaq yerinə qoymasınımı? İsrar etməsəydim, o maska üzündən çıxmasaydı, onun kimliyini hələdə bilməyəcəkdim? Dəfələrlə rastlaşdığım, insan indi tam bir başqa şəkildə qarşımda idi.
"Məni axmaq yerinə qoydun. Məni axmaq yerinə qoymağada davam edəcəkdin! Əgər, O dostların olmasaydı, mənə hec nəyi acıqlamaycaqdın! Bu nə vaxta qədər belə gedəcəkdi?! Hər seyi necə belə incə detalla düşünə bilmisən! Göz rəngini belə dəyişmisən... Mavi baxan gözlər, indi yaşıl baxır... Halaldı sənə!" deyib alqış çalmağa başladım. Mən əsəbimdən güldükcə, Aras üzüntü ilə "Gözlerim ela çünki..."dedi.

Beynime "Reymenin Ela" mahnısı gəlsədə, indiki vəziyyətimiz ilə mahnın hec düz gəlmədiyini düşünüb "Hər sey tamdı! Bircə bu problemdi hə? Birdə qarşıma çıxma mənim!" deyib ağrıyan dizimə məhəl qoymadan irəli addım atdım. Mən getdikcə Arasda yanıma doğru gəlib "Söz vermişdin! Gitmiyeceyine söz vermişdin!"dedi. Verdiyim sözü geri almalı idim onda!

"Aras etdiyinin, necə böyük bir yanlış hərəkət olduğunu bilirsən? Sən 1 ildi mənim ətrafımdasan, məni səssiz şəkildə hər bəladan qoruyurmuşsan... Sonra üzünü gizlətmək üçün bu maskanı taxıb qarşıma çıxdın. Mənim iş yerimdə işləməyə başladın... Bunun təsadüf olduğunu hesab eləmirəm. Bu da planının bir parçası idi... Mövzu qarışıqda olsa, mən yaşadığım hər seyden bunu başa düşdüm. İndi özümə gəlməyim üçün mənə icazə verki, mən burdan çıxım gedim"

"Haklısın... Ne desen haklısın...Bu şekilde öyrenmeni hic istmedim... Benim tek sucum sana aşık olmakdı..."dedi.

Bəhs etdiyi eşqi, mən mavi gözlərində görməmişdim. Bəhs etdiyi eşqi, mən zümürdü yaşıl olan gözlərində gördüm.


***

Hər seyi bir kənara atıb, bu ölkədən qaçmaq istəyirəm. Elə uzaq bir yerə getmək istəyirəmki, kimsə məni orda tapmasın. Nə də mən orda tanıyacağım insanların üzünü görməyim. Arasdan öyrəndiyim həqiqət ilə yanında daha çox qala bilməyib, gecənin bir yarısı öz evimə gəlmişdim. Daha doğrusu Aras evə girinə qədər arxamda idi. Məni yalnız qoymamışdı...
Çarpayıma uzanıb bütün gecəni sağa - sola fırlandım. Gözümə hec yuxu gəlmirdi. Ağılıma yalnız Aras gəlirdi... Arasın mənə danışdığı yalan... Düşündükcə dəli olmağa başlayırdım. Biri sizə belə yalan danışsa, sonda sizi sevdiyini açıqlasa reaksiyanız nə olardı? Sabah onunla işdə üz - üzə gəlmək vardı. Bilirəm, o işdən çıxmayacaq... 1 il səssiz şəkildə məni izləyən insan məni belə asanlıqla buraxmaz. Amma bir yerlərdə məndə haqqlı deyilləmmi? Kim belə bir seyə göz yuma bilər? Göz yumub, nə edim? Arasın yanında qalıb, onun dediklərinə əməlmi edim? Onun sevgisini mən gözümdə görmədən həyatıma qaldığım yerdən davam edəcəkdim. Nə ulduzları, nə də indi yaşıla çalan gözləri mənə maraqlı deyildi.
Səhər üzünə yuxuya getdiyim, yuxumdan ayılıb hazırlaşaraq otağımdan çıxdım. Su içmək üçün mətbəxə keçdikdə, anamı qaz sobasının yanına söykənib duran gördüm. Mənimi evə axşam gəlişimi eşitmiş olacaqki "Hardaydın 3 gecədi?! Mən sənə 3 günlük it demişdim! Atanı 3 gündü necə idarə etdiyimi bilmirsən!"dedi.
Almışdıq, başımıza yenə bəlayı..
3 gün bəs etmədi
Bu evdən çıxıb, birdə gəlməmək vardı. Ancaq alınmır..

"Bax, səhər - səhər mənim əsəblərimi korlama! Yenə bu cəhənnəmə gəldim! Sizin əlinizdən mən rahat olmayacaq?"dedim

Bunu deməyim ilə qapı səsi eşitdim. Atam otaqlarından çıxıb, yuxulu halda başını qaşıyaraq "Necə gündü sənin, üzünü görmürdüm qızım"dedi.
İstəməzcədə olsa, gözlərimi süzdürməyə başladım. Dünyadan bir xəbər olan insan..
"Bu da mənim üzüm. Mən işə gedirəm" deyib yanından keçmək istədim. Amma atam "Qızım, varındısa mənə 5 - 10 manat pul verdə" dedi.
Ya səbr! Canımı əlindən qutarmaq üçün çantamın cibini açıb, pul qabıma baxdım. Son 23 manatım qalmışdı. Maaşı almağımada 12 gün vardı... 5 manat çıxardıb, əlini açaraq ovcunun içinə qoydum. Pula baxıb gülməyə başladı.

"Səni bu günlər üçün böyütdüm mən. Gözəl qızım" dedi.

Sözünə cavab vermədən ayaqqabılarımı geyinərək evdən çıxdım. Evdən çıxa bilməyim tam bir möcüzə olmuşdu! Məhlənin başına çatıb, avtobus gözləməyə başladım. Ayaqlarıma güc verəcək halda deyildim. 5 dəqiqədən sonra avtobus gələndə, avtobusa minib başımı pəncərəyə yasladım. Kaş, bu yol məni uzaqlara aparsaydı. Gedişi olub, dönüşü olmayan yollara..
Gözüm yolu izlərkən, yanıma kiminsə oturduğunu hiss etdim. Yanıma baxdıqda, yanımda Arası gördüm. Rahat nəfəs ala bilməyəcəkdim! Üzünə çökmüş üzgün ifadə ilə
"Bağışla beni"dedi. Bəlkə nə vaxtsa bağışlaya bilərdim etdiyi hərəkəti, amma indi hec bağışlaya bilməzdim...

"Aras sənin burda, mənim yanımda nə işin var? Mən çox əsəbiyəm... Bunu başa düşürsən? Yanıma yaxınlaşma... Nə burda, nə işdə" deyib üzümü ondan döndərib yollara baxdım.

"Yanlış yapdım... Arkadaşlarımda defalarca beni uyardı... Ama kalpe söz keçmiyor işte... Dün gecə, berbat bir akşamdı. Üzülmeni hic bir zaman istemedim, ama seni dün kendim üzdüm"

Hər kəs bir birinə haqqsızlıq edirdi. Hər kəs bir birini incidib, qıraraq bir 'Bağışla' sözünün arxasına saxlanırdı. Sözlə olmurdu, bu işlər... Qəlbə oturulan, peşmanlıqlar vardı..

"Aras gəl belə edək. Bu gündən sonra bir birimizdən uzaq gəzək. Yoxsa mən ən sonunda ağlımı itirəcəm. Bunu mənim yaxşılığım üçün et. Onsuzda mənim yetəri qədər ailə problemlərim var, birdə sevgi problemi yaşamaq istəmirəm"

Dodaqlarını aralayıb söz demək istədikdə, ondan cəld davranıb "Hec nə eşitmək istəmirəm. Bu məsələdə burda bağlanıb gedəcək!"dedim.

Səssiz keçən yoldan, iş yerinə gəlib çatdıq. Arasa hec fikirim vermək istəməsəmdə gözlərim arada ona tərəf çevrilirdi. O, isə üzüntülü halda başını aşağa salıb öz işini görürdü. Çoxumu üstünə getmişdim? Bu sevgi işləri, mənlik bir sey deyildi axı..
Buzluğa gedib Xalid aşbaz üçün lazım olan ərzaqları bir səbətə yığmağa başladım. Bu gün hər seyi könülsüz bir şəkildə etmişdim. İndidə könülsüz bir şəkildə ərzaqları yığırdım. Mən səbəti yarı doldurduqda dəmir qapı açıldı. İçəri Arasın gəldiyini gördüm.

"Susuyorum olmuyor, konuşuyorumda olmuyor. Aysu ben sensiz kalamam... Yapmam sensiz. Allah aşkına beni dinle"dedi.

Bu qədər sakit durması, kicik möcüzə idi onsuz.
"Nəyinə qulaq asım? Hər sey onsuzda ortadadı. Sən məni başa düşmürsən? Özünü mənim yerimə qoy. Çəkil kənara mənim görüləcək işlərim var" deyib əyilərək yerdəki səbəti götürməyə çalışdım. Tam bu sırada oda aşağı əyilib biləngimdən tutdu. Qolumu əlinin altında tərpətsəmdə, hec buraxmadı. Daha doğrusu o qədər güclü tutmuşduki, biləngim əlində hec tərpənmirdi.

"İndi bizi belə görəcək! Çək əlini məndən!" dedim əsəb sacan gözlərim ilə.

"Küçük kız, yaptığım hatanın gayet farkındayım. Hatalı olduğumuda kabul ediyorum. Sense inatla bana karşı geliyorsun. Canının ne kadar çok yandığını ben biliyorum. Ne kadar acını çekdiyini... Ben sana acı olmak istemiyorum. İlac olup, senin yaralarını sararak iyleştirmek istiyorum" deyib əllərini yavaş - yavaş biləngimdən boşaladıb, ayağa qalxdı.
Dərman olanlar, sonradan hər seyi yarım buraxıb gedirdi. Xəbəri yox idi...

"Mənim bir dərmana ehtiyyacım yoxdu. Kimisə dərman kimi istifadə edib, yaxşı olduqdan sonra yarı yolda qoyub getmək istəmərəm. Birdə, əgər bu işdən sən çıxmasan, mən çıxacam. Səninlə burda qalıb eyni havanı hec udmaq istəmirəm"dedim

Arası orda qoyaraq, səbəti götürüb çölə çıxdım. Haqqlı idim mən. Dibinə qədər haqqlı idim.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri