Gülümsə Qadın (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 5 235
Səs ver:
(səs: 0)
Ceyhunun dilindən
Gəzintiyə getmək üçün şirkətin yaxınlığında bir yerə toplaşmışdıq. Hər kəs gəlməyə davam edərkən, Gözəl hələdə yox idi. Gələnlərində hamısına spirinterin arxa oturacaqlarında oturmamalarını tapşırmışdım. Beləcə Gözəl və Angel ilə yanaşı oturacaqdım. Çoxmu ağıllıyam ya nə?) Amma iddanı udmaq üçün, ilk bu yola atdım. Sonra davamı gələcəkdi. Bəlkədə, anası kimi çətin bir qız deyildi. Bu ehtimalı düşünürdüm yalnız. Ancaq digər ehtimalda vardı. Onun nece çətin bir qız ola bilməyi. Özümü ona sevdirməyi bacarsaydım hər sey yaxşı olardı. Niyə iddaya girmişdim? Niyə Gözəli secmişdim hec bilmirdim. Bir Badboy olmasamda, ara sıra çox can yaxırdım. İndi isə niyyətim can yaxmaq deyildi. Ondan gözəl bir dost ola bilərdi. Mədəni insanlar hər zaman bunu bacarar.
Eləcə telefonun ekranın yandırıb saata baxdım. 7 nin tamam olmağına 15 dəqiqə qalmışdı. 7 tamamda isə maşın qalxacaqdı. Canımın sıxıntısından dərin bir of çəkdim. Of çəkməyim ilə yanımda duran Nüşabə "Niyə ofladın?"dedi çoxbilmiş şəkildə. Nəyi düşünüb dediyini yaxşı bildiyim üçün "Oflamaqda pulladı? Nəfəsim daraldı"dedim. Qaşqabağın tökməyə başladı.
"Mən billəm sənin nəfəsin niyə daralır. Amma nəysə Ceyhun bəy"deyərək yanımdan çəkilib getdi. Mənə bəy deyilməsinə, nifrət edirdim. Məndə onlar kimi sıradan işci idim. İşdə, ata teması keçmirdi bizdə. Ata puluda yox idi. Aldığım maaş ilə kecinirdim. Yaxşı, arada pulum bitəndə atam bilmədən, anamdan alırdım. Bunu saymasaq, özüm öz həyatımı yaşayırdım. Ailəmlə qalmağa davam etsəmdə hələdə. Telefonun ekranına bir daha baxıb, başımı sol tərəfə çevirdikdə, Gözəli və yanında gətirdiyi qızını gördüm. Dilimdən "Çox şükür" kəliməsi çıxdıqda, əlim ilə dodaqlarıma vurdum. Son vaxtlar yerli yersiz danışırdılar deyə. Gözüm eləcə onda qalarkən ilk əvvəl öz yaxın dostları ilə görüşdü. Həmçinin onlarda Angeli öpməyə başlamışdı. Angel isə sadecə onlara gülümsünürdü. Boyun hissəsindən aşağıya doğru gedən açıq şabalıdı rəngli nazik sacları, tünd mavi rəngli gözləri vardı. Gözləri isə içəri çəkik idi. Həqiqətən, bir mələkdən fərqi yox idi.
Onlara doğru yaxınlaşdıqda, Gözəl nəhayət mənim fərqimə vara bilmişdi. Qızının əlini hec buraxmadan məni gördükdə dayanıb "Salamm" dedi özündən razı bir tərzi ilə.

"Sənədə salam"deyib aşağı əyildim. Angel mənə baxıb, Gözələ tərəf daha sığındı. Yaxından daha çox mələyə bənzəyərdi. Hətda artırıram, mələkləri qısqandıracaq qədər xüsusi gözəlliyi vardı. Əlimi salamlaşmaq üçün ona uzadıb "Mən Ceyhun, bəs sən?"dedim. Görüm işə yarayacaqdı, bu taktikam. Anasının üzünə baxıb sonra əlini mənim əlimə uzatdı. Balaca əli mənim böyük əlimin arasında itərkən
"Mən Mələk..."dedi. Gözəli əsəbləşdirmək üçün Angel deyirdim. İndi Mələyə Angel demək ilk dəqiqədən gözümə durmuşdu. Qalib mən olmalı idim. Bir az daha yaxına əyilib sol üzünə kicik bir öpüş qondurub geri durdum sonra.

"Ah, Angel nə gözəl gözlərin var sənin"dedim

Bu hər qızda işə yarayırdı. Onda da yarayacağına əmin idim. Çünki gülümsüyərək "Təşəkkür edirəm"dedi. Belə asand olacağını hec gözləmirdim. Yanından ayağa qalxıb, məmnun olan ifadə ilə Gözələ baxdım. Bu halıma özüm özüm sevinərkən, Angel "Amma mənim adım Mələkdi"dedi. Yaman yerdə axşamladım. Gözəl bu vəziyyətə qəh - qəhə çəkərkən, təbiki ətrafdakı tanışlarda bu mənzərəyə gülməyə başlamışdı. Angel yamanca məni pərt etmişdi.

"İngilis dilində, mələyə angel deyilir"deyib sözümü bitirmək istəyəndə cümləmi yarıda kəsərək "Bilirəm, onu mən"dedi. Amanda hər seyi bilirmiş. Anası xasiyyətli...

Hər kəs dediyimi edərkən arxada qalan 3 oturacağa biz keçib oturduq. Pəncərə tərəfdə Gözəl, ortada Angel yanında isə mən oturmuşdum. An etibarı iləsə yolculuğumuz başlamışdı. Mən isə hələdə məni əzdiyini fikirləşib dururdum. Dayana bilməyib yavaşca Gözələ "Sən özün öyrətmisən hə bu qıza belə deməsini"dedim.

"Şükür Allaha, öz dili var. İnsanların cavabını verə bilir"

"Bu yolun sonunda bu qız, Angel deməsini sevəcək"

"Bacarırsansa, et. Meydan sənindi"

"Bacaracamda bacarmağa yer qoymamısan hec. Sənin qızın olduğunu ilk dəqiqədən bəlli etdi"

"Anasının qızıdı təbiki"

"Hec bir qız məni belə əzməmişdi"

"Bu ilk oldu... Sevindim"

Havalı halı ilə mənə söz deməyi çatırırdı. Hava ona xoş idi. Amma görəcəkdi, mən iddamı uduzmamaq üçün mübarizə aparacaqdım.
Angel "Anamla elə danışma"deyə dilləndi.
"Sən sənə Angel deməyimi qəbul etsən, danışmaram"dedim.
"Anam kimi məndə, o sözə taxıntılıyam"dedi gülərək. Onda o taxıntısını unduacaqdı. Unutmalıydı! Məndə lap namus məsələsinə gətirmişdim bu söhbəti)
Yol boyu hamı bir biri ilə deyib gülərək, mahnı oxumuşdular. Ara sıra məndə qoşulurdum. Gözəldə geri qalmırdı. Angel isə anasını qucaqlayaraq yuxuya dalmışdı. Qarşı sırada oturan ən yaxın dostum Elton telefonuma baxmağım üçün mənə işarət etdi. Telefonumu alarkən, ondan mesaj gəldiyini gördüm.

Elton: Bilmək olar nə işdi?
Ceyhun: İş nədi?
Elton: Deyirəm orda niyə oturmusan. Gözəllə maraqlanırsan?
Ceyhun: Başqa söhbətdi dostum sonra danışarıq
Elton: İndi de ürəyim partlayar yoxsa
Ceyhun: Nə deyim Elton?!
Elton: Gözəldən xoşun gəlir?
Ceyhun: Yox ay dəli başqa söhbəti idda məsələsidi
Elton: Nə səyləyirsən sən, acıq aydın yaz görüm
Elton: Gözəli mərcə qoymusan?
Ceyhun: Başına hava gəlib deyəsən! İdda deyən kimi ağılına Gözəli mərcə qoyduğum gəldi
Ceyhun: Elədə böyük tema deyil. Qızının adı Mələkdi. Məndə Angel dedim. Oda sevmir. Nə O sevir nə də qızı. İndidə ona Angel demeyi sevdirəcəm. Uduzsam mən onları yeməyə aparacam. Udsam O məni
Elton: Çox uşaqca seyə baş qoşmusan. Məndə dedim nə olub, nə xəbərdi. Bekarcılığın axır əlamətidi qınamıram səni
Ceyhun: Məqsəd onunla yemək, yemək olsun :)
Elton: Nəsə bu işin içində başqa iş var imiş kimi gəldi mənə. Xeyirlisi
Ceyhun: Həə var başqa iş, bu balaca xanıma necə Angel adını sevdirəcəyimdi. Tutma söhbəti məni
Elton: Dayan
Ceyhun: Nə oldu?
Elton: Amma bayaq yaman dedi ha Mələk Hələdə qarşı, sırada onu deyib gülürük. Tam nötqəsindən vurdu
Ceyhun: Son gülən iyi gülər Elton


Yolculuq bitəndən sonra ilk Qecres istirahət mərkəzində dayandıq. Buranın meşəsini gəzməyi mən çox sevirdim. İlk əvvəl çay süfrəsinə oturmuşduq, sonra isə hər kəs sağa sola dağılmışdı. Şəkillər çəkdirən kim, deyib gülən kim. Mənim isə gözüm yalnız 2 nəfərin üstündə idi. Nədənsə bunu çox bəlli etməyə başlamışdım. Sadecə idda məsələsinə görə. Başqada hec nə. Dayana bilməyib ağacın altında oturub bərabər şəkil çəkdirən Gözəl ilə Mələyin yanına gəldim. Bu gün onlardan əl çəkmək fikrim yox idi.

"Ana qız şəkil çəkirsiz belə"deyib Angelin yanına oturdum.

"Həə Ceyhun əmi"dedi şirin dili ilə. Əmi deməyini nəzərdə tutmasam.

"Əmini çıxsaq? Özümü çox yaşlı hiss etdim"

"Mən anamın iş yoldaşlarının hər birinə əmi deyirəm axı"

"Mənə demə onda. Gəl biz dost olaq. Ceyhun de görüm"

"Ceyhuunn"

"Afərim, Angel"

"Mələkkk"deyibdə bir göz qırpında ayağa qalxdı. Gözələ bu vəziyyət xoş olduğundan gülərək qalmışdı.

"Yaman tərs qızın var imiş sənin"

"Sevmədiyini bildirmişdim. Sən dediyimi et məncə. Restoran tap"

"Yox daha nələr. Sən tap. Axır razı olacaq sənin sənə bənzər olan qızın"

"Sənin başqa işin gücün yoxdumu? Bizlə maraqlanmaq əvəzinə istirahətinin dadını çıxart. Beynini belə seylərdə çox yorma" deyərək oda ayağa qalxıb Angelin yanına getdi. Mənə isə ardından, gülümsünərək baxmaq qaldı.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 5 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri