Gülümsə Qadın (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 4 650
Səs ver:
(səs: 1)
Gözəlin dilindən davam
Bu günümüz çox gözəl keçmişdi. Bütün gün gəzib, bolca əylənmişdik. Bu gəzinti Mələyədə çox yaxşı gəlmişdi. Yaxşıki, Ceyhun Mələyində gəlməsini təklif etmişdi. Məndə inadıma salamadan, qəbul etmişdim. Hava azacıq qaralmışdı, hər kəs bir yerə toplaşıb yaşıllıqda oturub çay içirdi. Havada azacıq meh olsada, insanı üşüdürdü. Birazdan yola çıxacaqdıq. Ceyhun bu gün bizim yanımızda olmuşdu. İddasını qazanmaq istəyirdi. Mələk isə məncə yumşalımışdı, ona qarşı. Amma yenədə oda mənim kimi inadından əl çəkmirdi. Dediyini, deyib dururdu. Üşüdüyü üçün Mələyi qucaqlamışdım. Ceyhun isə 10 dəqiqə idi gözdən itmişdi. Uzaqdan gəldiyini gördükdə, əlində nazik bir yun şalın olduğunu gördüm. Gülümsəmədən dura bilmədim. Düz yanıma gəlib oturaraq "Angel bu sənin üçündür. Amma bir şərtlə"dedi. İkimizdə maraqlı gözlər ilə ona baxdıq. Mənim isə daha çox qaşlarım çatılmışdı.

"Nə şərtidi bu belə?"dedim

"Elədə böyük bir sey deyil. Mənim qucağıma gələcəksə, ona bu şalı verəcəm ki üşüməsin"dedi.

Mənə bir sey demək düşməzdi. Mələyin öz qərarın verməsini gözlədim. Mələkdə gülərək mənə baxıb, ayağa qalxıb Ceyhunun qucağına getdi. Ceyhun şalı onun kürəyindən atıb onu bükürək, özünə bir öpüş qondurdu. Qızımı hər kəs çox sevirdi... İş yoldaşlarımın hamısı onu çox istəyirdi. Onun üçün Ceyhunun bu halları gözümə batmırdı. Həmdə onun istəyi, Mələyin ona Angel deməsini qəbul etməsi idi. Bir azda belə etsəydi qəbul edəcəyi dəqiq idi.
Çayları içməyə başladıqda, Mələyin gözlərinin yumulduğunu gördüm. Başı Ceyhunun sinəsində idi. Ceyhun qolları ilə onu möhkəmcə qucaqlamışdı. Yorulduğundan indidən yatmışdı. Ara bir gözü yatan Mələyə baxırdı. Çox xırda təbəssümlər edib dururdu. Bu mənzərəyə daha çox baxmayıb "Ceyhun, qolun ağrıdar ver mən tutum"dedim. Onu özünə daha möhkəm sıxıb "Ağrımır, narahat olma... İlk dəfədi qollarımda, bir mələk yatır mənim"dedi.

"Mələk səni sevdi..."dedim

"Məndə onu sevdim. Sənin kimi çətin xasiyyətinin olmasına rəğmən. Sənin kicik variantındi elə bil"deyibdə təkrar gözləri ona tərəf çevrildi. Sonra yanında olan telefonun əlinə alıb, bərabər şəkillərini çəkməyə başladı.
"İcazənlə, bu şəkili paylaşacam ha biləsən"dedi.
Bildiyimə görə instagramda öz çevrəsi vardı. Bunu düşünsəmdə, icazə verdim ona. Adi bir şəkil idi...

Beləcə yolculuq bitmişdi artıq. İlk gözlədiyimiz yerə idik. Saatda çox gec idi. Maşınımlada gəlməmişdim. Mələk yuxudan yarımcan halı ilə oyanmışdıq. Ayaqlarını Ceyhunun belinə sarıb, qolları ilədə boynunu qucaqlamışdı. Ceyhunda onu eləcə möhkəm tutmuşdu. Hər kəs evə getməyin təlaşının içində idi.
Ceyhun arada olan təlaşı görüb "Sakit olun bir dəqiq. Xəyal, Zamin, Xəqani siz qızların yanında gedib onları evə qoyun. Bu saatda tək getməsinlər"dedi. Saat çox gec olmuşdu. Onun yanına gəlib Mələyi mənə verməsi üçün əllərimi ona uzatdım.

"Nə edirsən?"

"Mələyi alıram. Xəqani ilə gedəcəm məndə"

"Onu kim dedi?"

"Mən dedim. Qızımı ver"

"Sizi mən aparacam evinizə"

"Ehtiyyac yoxdu. Hamı kimi məndə onlarla gedəcəm"

"Ehtiyyac var. Maşında çox adam var Angel rahat edə bilməyəcək orda. Uzatmadan gəl"

Öz maşınına tərəf gedib Angeli arxa oturacağa uzatdı. Özü isə qarşıya keçib mənim gəlməyimi gözlədi. Adama bax, öz özünə qərarlar verir. Əsəbimi bir kənara qoyub, qızlarla sağollaşaraq maşına tərəf gəldim. Arxa oturacaqda oturmaq istəyirdim. Amma Mələyi elə uzatmışdıki yer qalmamışdı. Bilərək etmədiyisə, adım Gözəl olmasın. Məcbur qarşıya keçib oturdum.
Ünvanı dedikdən sonra sakitcə yolu gedirdi. Adamın başına qalmışdıq... Belə seyi qəbul etmək mənim üçün asand bir sey deyildi. Öz ayaqları üstündə duran biri üçün, indi gəlib belə etməsi azacıq hirsləndirmişdi məni. Məndə onu hirsləndirəcəkdim

"İddanı mən uddum. Sən uduzdun"

"Görürəm, bu hala sevinirsən"

"Sevinirəm. Mələk ona Angel deməsindən xoşlanmaz"

"Birinci dəfədi bir qız mənə yox dedi. Uduzduğumu boynuma necə alım bilmirəm"

"Məğlub olmaq necə hissidi?"

"Çox bərabad bir hissidi. Mənim kimi yaraşıqlı oğlanı bəyənmədi qızın. Deprasyona girəcəm mən indi"

"Elə restoran tapki orda balıq yaxşı bişsin. Mələyin ən çox sevdiyi yemək balıqdı"

"Mənimdə, ortaq cəhətimiz var imiş. Sizi əla bir yerə aparacam"

"Hec soruşmadan, öz başıma qərar verdim. Mələyin gəlməsində bir problem yoxduki? Mən onu hec kimə qoyub etibar edib, bir yerə çıxa bilmirəmdə"

"Səni bütün gün işdə görürəm. Mənə Angel lazımdı. Sən hara, Angeldə ora. Birdə səhv başa düşməsən sənə bir sey deyəcəm"

"Buyur de"

"Mənim Xəqanidən xoşum gəlmir. Qızlara başqa cür davranır özün bilirsən. Yəni, bayaq həddimə olmadan, sənin onunla getməyinə icazə vermədim. Ümüd edirəm, məni başa düşərsən"

Acıqlamanı etməyi xoşuma gəlmişdi. İndi hər seyi düz başa düşmüşdüm. Xəqanin fikiri qızlarla əylənib, bir kənara atmaq idi. Gördüyü hər qızada o dəqiqə yaxınlaşırdı. Düşündümdə, onun maşınında gedib, geriyə ən son mən qalsaydım nə olardı. Ceyhunun məni bu qədər düşünməsi, xoşuma getmədi deyil... İncə düşünən insanları, sevərdim...
Evə çatdıqda, Ceyhunun yenə könülü əl verməmişdi Mələyi yuxarı tək başıma çıxartmağa. Evdə bərabər daxil olduqda, gözü hec evimi gəzmədən Mələyi hara qoyacağını soruşdu. Mələyin öz otağına, gətirib onu çarpayısına uzatdı. Məndə eləcə qapı kənarında onlara baxırdım. Mələyi yerinə qoyduğu üçün Mələk yuxudan ayılmağa başlamışdı. Yatması üçün yanına getdikdə, əlləri ilə gözlərini ovuşdurub gülümsəməyə başladı. Nə gülüdüyünü təxmin edə bilirdim artıq. Deyəsən, iddanı udmaq barəsində tələsmişdim...
Ceyhun ona tərəf əyilib alınına kicik bir öpüş qonduraraq "Gecen xeirə qalsın, Angel"deyib getmək üçün arxasını çevirdi. Mələyin "Angel, deməyini sevdim..."deməsi ilə dayanıb təkrar ona döndü. Gözlərindəki sevinc parıltısını gördüm. Balaca uşaqlar tək sevindiyindən "Yess yess bilirdim, bilirdim" deyib otaqda atılıb düşdü. Sonra isə Mələyi qucağına alıb onun üzündən, gözündən, burnundan öpməyə başladı. Bu qədər sevinmək?
Mələy yenidən yatdıqdan sonra oda evlərinə getmək üçün qapı kənarında ayaqqabıların geyinirdi. Üzündən gülüş hec əskik olmadan...

"Sənə demişdim, mənə hec bir qız yox deyə bilməz. Kefim çox superdi mənim"deyib ayağa qalxdı.

"Baxıramda, bir restoran hesabına görə yaman sevindin sən"dedim uduzmağın verdiyi acı ilə.

"Mələyə, Angel demək daha çox yaraşır. Mən buna sevindim. Bundan sonra Angeldi O" deyərək mənə yaxın durub nanə qoxan nəfəsini üzümə verib, üzün məndən döndürərək qulağıma "Angel..."deyə fısıldadı. Sonra isə qapını açıb evi tərk elədi. Mələy niyə qəbul etmişdi, ona Angel deməsini? Bunu səhər ondan soruşacaqdım...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri