Gülümsə Qadın (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 648
Səs ver:
(səs: 0)
Səhər açılar açılmaz Mələyin otağına gedib yanına oturdum. Yuxudan qalxmağa çalışırdı yenə. Gözlərini, yumub açaraq əsnəyirdi. Üzündə isə bir gülümsəmə vardı. Bu gülümsəmənində səbəbin bilirdim. Onun üçün burda idim. İlk görüşdən sonra bu nə gülümsəmə idi?

"Qızım, sən Ceyhunun Angel deməsini niyə sevdin?"deyib onu qucağıma almağa başladım.
"Ana, çox qəsəy deyirdi. Mənimdə xoşuma gəldi" dedi başın qaldırıb mənə baxaraq.
Özün istədməyi bacarır, deyək biz buna.

"Amma sən mənim mələyimsən, Mələyim"

"Onunda angeliyəm"

"Qızım, O mənim iş yoldaşımdı onu sadecə ara sıra görə bilərsən"

"Mən onu bəyənmişdim"

"Olsun, bəyənə bilərsən ancaq bu onu hər zaman görəcəyin mənasına gəlmir canım qızım. İndi ayağa qalx hazırlaşıb, evdən çıxmalıyıq"

Səhər olan bütün işlərimizi həll etdikdən sonra evdən çıxdıq. Hər zamanki kimi Mələyi bağçaya aparıb, qoyaraq özümdə iş yerimə keçdim. Dünən gecə gec gəlib, yorğun olduğumuzdan hər kəsin gözündən yuxu axırdı. Məndə güclə qalmışdım ayağa. İş yoldaşlarım ilə salamlaşıb öz otağıma keçid etdim. Bu gündən Ceyhunla bərabər işləyəcəkdik. Hec ağılıma gəlməmişdi bu. Özümü rahatladıqdan sonra, qapım döyüldü anidən içəri Nüşabə daxil oldu. Qısaca Nüşü deyirdik.

"Sabahın xeir gözəllərin ən gözəli"

"Sənində sabahın xeir Nüşü. Xəyal ilə nəsə olub? Yaman sevincli görsənirsən"

"Bizdə Xəyal ilə hec nə olmayıb, amma sizdə deyəsən nəsə olur"

"Başa düşmədim, bizdə deyərkən?"

"Ceyhunla səni deyirəmdə. Dünəndən hamı sizdən danışıre hələ səni istəyən oğlanları demirəm. Hamısı üzü asıq gəzir"

"Nüşü bu nə boş danışıqlardı? İşiniz gücünüz bir sey tapıb onu yozmaqdı!"

"Əsəbləşmə Gözəl, mən xəbərin olsun bil deyə dedim. Həmdə, Ceyhun elə şəkil paylaşıb altına elə söz yazanda hər kəsdə belə düşünəcəkdə. Hələ tanımadığımız insanların yazdığı sözləri demirəm"

Nüşabənin bu sözü ilə telefonu əlimə alıb instagrama girməyim hec saniyələr çəkmədi Dünən çəkdiyi şəkili paylaşmışdı. Altındaki sözü səsli şəkildə deməyə başladım.

"Qollarımda, bir mələk ...
Qəlbimin yeni sahibi❤"

Yazdığı sözü oxuyar oxumaz Nüşabəyə dönüb baxdım. Elə bil sevgilisinə nəsə yazmışdı.
"Burda elədə böyüdəcək bir sey yoxdu. Uşaqla şəkil çəkib paylaşıb, altınada söz yazıb. Nə varki, burda"dedim üstə çıxmağa çalışıb.

"Sən Ceyhunun instagramına baxmısan hec? O, uşaq paylaşmaz... O, belə sözlər hec yazmaz... İlk gündən qızını sahiblənib sənin"dedi.

Mənasız sözlərdən sıxılmağa başladım. Ən yaxın dostum belə düşünürsə digərlərini düşünmək istəmirəm. Nüşabə ilə eləcə bir birimizin üzünə baxdıqda, qapım yenidən döyüldü. Bu dəfə isə içəri daxil olan Ceyhun idi. Nüşabə, Ceyhunun gəldiyini görüb gülərək tez otaqdan çıxdı.

"Sabahın xeir Gözəl. Bu gün işə başlamlıyıq. Çəkimlər gedir deyəsən"

"İşi, çəkimi boş ver. De görüm, şəkilin altına elə niyə söz yazmısan?"

"Orda nə varki? Elə belə sözdü yazmışam"

"Elə belə yazdığın sözə görə adımız dillərdən dilə düşüb! Öz başına qərarlar vermə!"

"Sənə şəkili paylaşacağımı demişdim. Bu nə danışıqdı indi?"

"Şəkili paylaş dedim! Altına eşq etirafı yaz demədimki!"

"Nüşabə doldurdu hə sənin beynini?! Bu insanların çənəsi niyə yumulmur görəsən?! Harda lazımsız insan sürüsü var, mənim ətrafımdadı!"

"Bu iş bitsin, sözümü tutum sonra məndən uzaq gəz! Boş - boş ətrafımda gəzmə mənim!"

"Dostda olmaq olmaz?"

"Hec nə... Bizdən hec nə olmaz. Sənin kimi dost istəmirəm"

"Hə, qadınlar onsuz belə bir varlıqdı. Dəyər verəndən uzaq qaçarlar, amma ona hec dəyər verməyənlərə yaxın durarlar. Qadınları hec vaxt başa düşmədim. Başa düşə biləməyəcəmdə... Kicik bir söhbət hara qədər gəlib çıxdı. İnsanların nə dediyi səni belə çox maraqlandırırsa, onda üzünüdə insanlardan gizlət görməsinlər səni. Sənin hec nədən xəbərin yoxduki, hec nə də bilmirsən..."

Son sözünü deyib qapını möhkəmcə vuraraq otaqdan çıxdı. Son cümləsində nə demək istəyirdi hec bilmirdim. Belə olması daha yaxşı idi. Hər kəs, həddini və yerini bilərdi...
Günün ortasında, çay içmək üçün aşağı düşdüm.
Yaxşıki ətrafda hec kim yox idi. Çayımı alıb, boş olan masaların birinə keçib oturdum. Kefim durduq yerə pozulmuşdu. Çayımdan içməyə başlayarkən, içəri bir necə insan gəlməyə başladı. İçlərində Xəqanidə vardı...
Əl sallayıb onlara salam göndərdikə, yanıma doğru gəlib mənim əyləşdiyim masaya əyləşdilər. Çox ünsiyyətim olmayan Gülyaz, Aysel, Nəcəf və Xəqani idi. Nəcəf ayağa qalxıb onlar üçün çay almağa getdi. Xəqani isə düz yanıma oturmuşdu.

"Dünən bizlə niyə getmədin evə?"

"Mələk yatmışdı deyə. Maşında bizə yer olmazdı"

"Sən gəlsəydin, mən yer təşkil edərdim. Gecə olduğundan nəsə demədim"

"Hə, çox sağ ol yenədə"deyibdə süni təbəssüm etdim. Rahat, çay içədə bilməyəcəkdim...
Hər zamanki kimi Aysel qıcıqlığına salıb "Ceyhun hardadı bəs?"dedi.

"Bilmirəm, Ceyhun baxıçısı deyiləm"dedim.

Nəcəfdə çayları alıb təkrar masaya oturdu.
Xəqani qolunu mənim oturduğum stolun başına atdıqda özümü narahat hiss edərək, boğazımı təmizlədim. O isə hec buralı deyildi. Stolu bir az arxaya itələdikdə, qolunu çəkib

"Öyrəncəliyəmdə, bağışla"dedi.

Ona cavab vermək istəyirdimki gözüm qapının kənarına söykənib, bizə baxan Ceyhuna sataşdı. Baxışları isə olduqca sərt idi. Onunla dünən gecə etdiyim və bu gün etdiyimiz söhbət yadıma düşdüyü üçün baxışlarımı tez yerə saldım. Mənim üçün ən yaxşısı öz otağıma çıxmağım idi. Çayımı yarım halında qoyaraq, getmək üçün ayağa qalxdım. Qalxdığım kimidə Xəqani əli ilə sol biləyimdən tuyub məni saxlayaraq "Hara gedirsən, indi çay içirdik biz hələ"dedi. Gözlərim qolumda olan əlinə taxıldıqda, qolumu əlindən çəkmək istədim. Çəkilmədi...

"Xəqani qolumu burax mənim"deyibdə çox sərt çıxmamağa çalışdım. O, isə əksinə ayağa qalxdı.
"Sakit ol, buraxıram"dedi. Amma hələdə əli qolumda idi. Qolumu əlindən dartıb çıxartıqda, yanı başımda bitən Ceyhunu gördüm. Biləyimi incitdiyindən digər əlim ilə biləngimə toxunmağa başladım. Ceyhun ona baxan əsəbi baxışlarının arasında Xəqani özündən razı tərzdə gülməyə başladı. Özümü arada qalmış kimi hiss etdim. Buna bir son verməli idim! Mən sözümü deməmiş, Ceyhun "Ona toxunmağa birdə cürət etmə!"deyə dilləndi. Ona dönüb baxmağa vaxt tapmamış, Xəqani üstünə getmək istəyib "Kiməsə toxunmaq istəyəndə səndən icazə almayacamki!"dedi. Bu nə danışıq idi?
Ceyhun ani hərəkət ilə məni kənara çəkib Xəqanin qarşısına keçdi.

"Alacaqsan! Get başqa yerdə əyləncənə bax yoxsa əlimdə qalarsan!"dedi.

Xəqani işarət barmağını onun sinəsinə vura - vura "Kim mən qalaram?! Şirkətin sahibinin oğlusan deyə özünü nəsə sayırsan?! Gözəli sahiblənmələr falan, gözlərimi yaşardırsan Ceyhun!"dedi. Deməsi ilə Ceyhun onun barmağına baxıb, biləyindən tutaraq onu itələdi.

"Bəsdirin! Nə edirsiz siz!"deyib qışırdım hər ikisinə. Nəcəf araya girib Ceyhunu öz tərəfinə çəkdi. Çəksədə ortalıqda, iki əsəbi baxan gözlər hələdə qalmışdı...

Birdən birə necə olurda belə bir vəziyyətin içinə düşmüşdüm mən?!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri