Gülümsə Qadın (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 906
Səs ver:
(səs: 0)
İçimdə yaranmış əsəbə görə otağımda hec bir işi görməyib, o baş - bu başa gedib gələrək dururdum. Ceyhun ilə Xəqanin dalaşması, hec xoşuma gəlməmişdi! Bir gözüm isə qapıda idi. Harda olsa, bu Ceyhun gələcəkdi indi. Rahatımı pozmuşdular mənim...
Qapı döyülüb, içəri girən Ceyhunu gördükdə iki qollarımı birləşdirdim. Diqqətlicə üzünə baxdım. Üzündə azda olsa məyus bir ifadə axtarırdım. Lakin, məyusluqdan çox məmnunluq ifadəsi vardı. Bunu görmək isə, canımın yetəri qədər sıxılmasına gəlib çatırmışdı.

"Əsəbi görsənirsən"deyibdə düz gözlərimin içinə baxdı. Hec bir çəkinmə yox idi, bu uşaqda!

"Əsəbi görsənməməyim, üçün mənə bir səbəb göstər!"

"Evdə qızın səni gözləyir. Bu da bir səbəb"

"Ciddi ol! Səni az əvvəl etdiyin hərəkətə görə təbrik edəcəyimi, falan məndən gözləmə"

"Təbrik gözləmirdim, amma etsəydin pis olmazdı"

"Ceyhun, mənim işlərimə bundan sonra qarışma. Etdiyin hec düz deyildi. Mən özüm özümü qorumağı bacarıram"

"İşinə qarışmadım, nə də səni qorumadım"

"Bəs nə etdin?"

"Səni, sahibləndim"

Bu dəfə üzünə məyus olmuş bir ifadə yerləşdirdi. Azacıq gülüş ilə dodaqlarını təkrar aralayaraq "Səni pis vəziyyətdə qoymaq istəməzdim. Xəqanin qolundan tutuşunu, kənarda bəziləri kimi izləyə bilməzdim. Sən bir qadınsan... Qadına elə tərzdə yanaşmaq kişiyə yaraşan bir hərəkət deyil. O, isə bunu başa düşmür. Sənin narahat olduğunu gördüyüm üçün, yanınıza yaxınlaşdım. Bir qadın olduğun üçün..."dedi.

Lal olmuş kimi onun sözlərinə qulaq asarkən, əsəbimin keçdiyini hiss etdim.

"Başqa bir qadın olsaydıda, edərdin?"dedim qadın sözünə taxılıb qalaraq. Asand bir sualın cavabını bilməmiş, kimi gözlərini sağa - sola oynadırdı.

"Ceyhun səninləyəm mən"

"Yəqinki"

"Yəqinki nə?"

"Yəqinki, etməzdim"

"Onda bir qadın olduğum üçün etmədin!"

"Bir Gözəl olduğun üçün etdim!"

"Dahası olmasın. Etməyini istəmirəm"

"Etmərəm"

"Məsəlinin daha çox böyüməyini istəmirəm. Bu gün axşam bu restoran işim həll edək, bitsin"

"Yaxşı, bitsin" dedi üzündəki yarım gülüş ifadəsi ilə. Sonra isə otağımdan çıxıb getdi. Qırmışdım, onu deyəsən. Qısa cavablarından bəlli idi. Çox sərtdə çıxmamışdım... Lakin, bəzi seyləri tam vaxtında yerinə otuzdurmaq lazım idi. Bir gül kimi düşünün bunu. Qulluq etsəydim, bu gül böyüyəcəkdi. Amma, mən bu gülün böyüməsini deyil solmasını istəyirdim

***

Canlı musiqlər çalınan retro tərzində gözəl bir restoran tapmışdım. Mələk eyni qara sadə tulum geyinmişdik. Onun saclarını iki yandan sümbül hörüb atmışdım. Özüm isə hələdə güzgü qarşısında idim. Saclarımın canlı görsənməsi üçün dalğalı buruq formasında edib, yarı ortadan ayrımışdım. Üzümdə isə hec nə yox idi. Nəsə vurum vurmayım deyə güzgüdən özümə baxıb qalmışdım. Altı üstü ondan canımı qutarmaq, üçün yeyəcəyimiz bir yemək idi.
Tərəddüt içində qalsamda, qırmızı dodaq boyamı dodaqlarıma çəkdim. Güzgü qarşısında bir az daha qalsaydım, dodaq boyasını dodaqlarımdan siləcəyim üçün, kənara çəkildim. Qara rəngli çantamı əlinə alıb, içinə pul qoyaraq otağımdan çıxdım. O qədər bahalı restoranı niyə secmişdim bilmirdim. Atamın göndərdiyi bu ayki pulda beləcə restorana qurban gedəcəkdi. Mələyin ayaqqabıların geyindirərək evdən çıxıb, maşına minərək yola düşdüm. Mələk, Ceyhunu görəcəyi üçün çox sevinirdi. Onu bu vaxta qədər belə sevinən görməmişdim.
Maşını saxlayıb, restorana getmək üçün aşağı düşdük. Restorana çatdıqca, restoranın qarşısında bizi gözləyən Ceyhunu gördüm. Mələklə bir birini gördüklərində, Mələk əlini əlimdən ayırıb "Ceyhunnn" deyərək ona tərəf qaçdı. Ceyhunda onu qucağına alıb "Angel" dedi. Onu ilk dəfə idi klassik geyimdə görürdüm. Sadə düyməli ağ köynək geyinib, qollarını dirsəklərinə qədər çəkmişdi. Uzun saclarının qarşısı dağınıq deyildi. Səliqiyə salınaraq bir kənara atmışdı. Mələyi qucağından yerə qoyarkən, gözünü məndən hec çəkməmişdi

"Gözəl olmusan" dedi

"Səndə yaraşıqlı olmusan" dedim

Sanki, işdə bir birimizə qarşı sərt reaksiya verən biz deyildik. İş işdə qalmışdı, prinsipi ilə hərəkət edəcəkdik...
İçəri keçikdə Mələk ilə mənim stolumu çəkdi. Sonra masaya əyləşib yemək sifrişlərimizi verdik. Mələk balığı çox sevirdi deyə, hər üçümüzdə balıqdan yana olmuşduq. Canlı musiqidə başlamışdı. Bizim masamızda bilinməyən bir səssizlik vardı. Amma bu səssizlik ilə gülümsünürdük. Mələyi öz yanında otuzdurduğu üçün yeməyini yeməyinə kömək edirdi. Vişnə suyunuda özü içizdirməyə başladı.
Mələyin dodaqlarının kənarında qalan vişnə suyunu salfet ilə silmək əvəzinə, baş barmağı ilə təmizləməyə başladı. Sonra isə aralarında diloq yarandı.

"De görüm axşam yatanda süd içirsən sən"

"Arada anam verir. Süd içməyi sevmirəm"

"Amma içməsən böyüyə bilməzsən. Mənə bax, bu yaşıma qədər hələdə içirəm"

"Yalan deyirsən məncə"

"Səni çoxbilmiş cücə"

"Birdə cücə de sevdim"

"Cücəəə" deyibdə saclarına sığal çəkdi. Mələkdə balaca ovuc içi ilə əlini Ceyhunun üzünə yaxınlaşdırıb, oxşamağa başladı. Aralarında olan bu yaxınlıq məni Ceyhuna tərəf çəkirdi.
Mələk restoranda uşaqlar üçün ayrılmış yerə keçib, uşaqlar ilə oynayarkən bizdə Ceyhun ilə baş başa qalmışdıq. Canlı musiqdə 'Qal sənə qurban' mahnısı çalırdı. Bu musiqini eşidəndə özümdən aslı olmadan kövrəlirdim. Fikirimin dağılması üçün gözüm ətrafı gəzirdi. Ceyhun masadan ayağa qalxıb, rəqs etmək üçün əlini mənə uzatdı.

"Bu rəqsi mənə çox görməzsən inşallah" dedikdə əlimi əlinə qoyub ayağa qalxıb "Birci və sonuncu dəfə"dedim. Rəqs edən iki - üç insanın yanına bizdə qoşulduq. Əlimdən nazikcə tutarkən, digər əli ilədə incə şəkildə belimdən tutmuşdu. Aramızdakı məsafəyə diqqət edərək rəqs etməyə başladıq. Mənim mavi gözlərim ilə onun qəhvəyi gözləri bir - birinə qarışmışdı.

"Mənə elə baxırsanki, baxışlarının altında boğuluram"dedi. Mavi gözlərimə nəzərən dediyini bilirdim. Musqinin ritimi qalxarkən, daha çox rəqs edə biləcəyimi düşünümürdüm. O, mənim gözlərimə baxaraq boğulurdusa, məndə onun mənə və qızıma qarşı göstərdiyi nəvazişdən boğulmaqdan qorxurdum. Musiqi bitməsədə, əllərimi əlindən və çiynindən çəkib aşağı saldım. Yadıma köhnə xatirlərim düşdü. Qızımın atasını sevəndə 18 yaşım vardı. Bir dəli sevgi idi bizimkisi. Məndə dəli sevgiyə qurban getmişdim. Ailəmi qarşıma alaraq onunla evlənmişdim. Bu evliliyin sona qədər gedəcəyini düşünmüşdüm. Sən demə yuxuda imişəm. Yuxudan ayıldıqda isə yanımda bir qızım vardı...
Ceyhun "Gözəl, yaxşı deyilsənsə oturaq"dedi. Əlimi əlinə təkrar toxundurub yuxarı qollarına qədər çıxartdım. Onun üzünə toxunmaq istəyirdim, lakin həddimə deyildi... Əlimi yumruq edib saxladıqda, gözümdən bircə damla yaş yanağımı islatdı. Əlini üzümü toxundurub, saniyə keçmədən geri çəkdi. Sonra tamami ilə bir birimizdən ayrı durduq. Mənim aşa bilməyəcəyim, çox dərin yaralarım vardı. Bunu bu gün bir daha qanadıqda başa düşdüm.

Kefim qalmadığından restorandan qalxırdıq artıq. Hesabı gətirməklərini gözləyirdik. Ofsiant hesab kitabçasın ortaya qoyar qoymaz Ceyhun kitabçanı əlinə aldı. Əlini cibinə atdıqda bu mənzərəyə daha çox dayana bilmədim.

"Nə edirsən sən?! Biz belə razılaşmamışdıq" dedim.

"Mən uduzsamda uzduzsamda bu bizim ilk yeməyimizdi, ona görə hesabı mən verəcəm bu dəfə"deyib cibindən pul çıxardaraq hesab kitabcasına qoydu.

"Pulunu götür ordan! Pulum olmasaydı yəqin belə yerə gəlməzdim mən. Buna qarşındaki qadını əzmək deyilər!"

Niyyəti yaxşı olsada hesabı verməsini istəmirdim mən. Buna ehtiyyacım yox idi!

"Buna əzmək demirlər. Sən niyə başa düşmək istəmirsən, indi mən verdim hesabı gələn dəfə bir yerə çıxıb çay ya kofe içdikdə sən verərsən. Mən olsaydım, böyütməzdim məsələni. Qalxın ayağa gecdi daha"dedi.

"Neynək belə olsun bu dəfə!"deyib ayağa qalxdım.

Restorandan çıxdıqda, Ceyhun Mələk ilə sağollaşırdı. Mənimsə canıma əsəb gəlmişdi.
Biz öz maşınımıza minib yola düşərək, evə gəldik. Üstümüzü dəyişdikdən sonra Mələyi yatızdırmağa başladım. Baş ucunda durub saclarına sığal çəkirdim. Əlini əlimə qoyub əlimi saxladıqda "Ana..."dedi.

"Eşidirəm, qızım..."dedim

Yerindən dikələrək üzümə məsum ifadəsi ilə baxıb "Ana, mənim atam hardadı?"dedi.
Deməsi ilə donub qaldım. 4 il sonra balaca bir qızın bunu deməsi, hansı məntiqə sığardı. Bu sualının Ceyhunun nəvazişi ilə əlaqəsi var idimi? Ağlıma ilk O gəlmişdi...

"Qızım bu vaxtı belə suallar verilməz. Yatmalısan sən"deyərək üstünü möhkəmcə örtüb yanından ayağa qalxaraq otağından çıxdım. Ayaq yoluna gedib, suyu açıq qoydum. Çünki, içimdə tutduğum ağlamaq hissini daha çox dəf edə bilmədim. Güzgügə baxaraq, əlimi azğıma götürərək ağlamağa başladım. Nə qədər ona atalıq etməyə çalışsamda, bir yerlərdə gücsüz qalırdım... Böyüdükdə, ona nə cavab verəcəyimi hec bilmirdim mən. Mənim qızım atasız qalmışdı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri