Gülümsə Qadın (8-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 435
Səs ver:
(səs: 0)
Angeli təsadüfən görməyimə o qədər sevinmişdimki, evə gələndən öz özümə gülürdüm. Onun balaca əlləri, mənim dünya adlandırdığım bir yerə çevrilmişdi...
Məni ona tərəf nə çəkirdi bilmirdim. Mən çox uşaq sevən bir insan deyildim. Onlarla çox vaxtda keçirməzdim. Nə sevərlər, sevməzlər bilməzdim. Lakin, Angeli görükdən sonra dəyişilməyə başlamışdım. İlk şəkillərdən görmüşdüm onu. Gözəl ilə əvvəldən qısa salam sağ olumuz var idi. Amma qısa danışıqlarımız onu qorumağa bir mane deyildi. Son aylarda diqqətimi çox çəkirdi. Onda birlikdə işimiz yox idi deyə onu tanımağa fürsətim olmamışdı. İşdə danışılanlardan necə yaxşı bir qadın olduğunu eşirdim. Hətda bir həqiqət, profilinə tez - tez baxırdım. Xəqani dostlar arasında onun ardınca danışanda, sərtliyimi ortaya qoyurdum. Kiminsə, onun arxasından bir söz deməyinə icazə vermirdim. Bir qadın olduğu üçün bunu edirdim, deyə düşünürdüm. Ancaq kecen gün verdiyi sual ilə bunu bir qadın olduğu üçün yox, bir Gözəl olduğu üçün etdiyimin fərqinə vardım. Əvvəlcədən görmədiyim həqiqətləri indi görürdüm. Deyəsən, ondan xoşum gəlirdi... Xoşa gəlinməyəcək, bir qadında deyildi... Qızının olmasıda, bu xoş hissə müsbət təsir edirdi. Beynimi son günlərdə, hər ikisi işğal altına almışdılar. Və onları beynimdən çıxardıb atmağada niyyətli deyildim.
Telefonu əlimə alıb Gözələ yazmağa başladım. Nəhəyət bu gün nömrəsini ala bilmişdim.

Ceyhun: Danışa bilərik?
Gözəl: Danışmalıyıdıq onsuz
Gözəl: Bu gün Mələk səni gördüyünü dedi. Bu necə olub?
Ceyhun: Ordan keçirdim. Angeli görüb dayandım
Gözəl: İdda söhbəti bitib. Ona daha Angel deyil, Mələk de
Ceyhun: Angel daha gözəl səslənir :) Həm Angel öz adında sevir
Gözəl: Mələk səni gördüyünə çox sevinib. Bütün gün səndən danışıb durur. Qızıma nə etmisən bilmirəm mən
Ceyhun: Sənin görə bilmədiyini qızın görüb. Misal üçün mənim gözəl ürəyimi :)
Gözəl: Özünü tərifləmədən dura bilmirsən. Bu gün dediyin təklif haqqında düşündüm
Ceyhun: Nə təklifi etmişdim?
Gözəl: Dost olmağımız haqqında. Səndən zaman istəmişdim. Ancaq Mələyi sevindirdiyin üçün zamanı bir az geri çəkdim
Ceyhun: Yəni?
Gözəl: Yəni, qəbul edirəm. Dost ola bilərik

Gözəlin yazdığı son mesajı oxuyar oxumaz "Olley" deyə otağımda qışqırdım. Dostluq təklifini qəbul etdiyi üçün bu qədər sevindimsə, gerisini düşünə bilmirdim. Mənə bəxş etdiyi bu sevinc hissi ilə ona mesaj yazmadığımı gördüm. Özümü ələ almağa çalışıb, mesajını cavabsız qoymadım

Ceyhun: Bu gün aldığım ən gözəl xəbər bu oldu
Ceyhun: Biz artıq dostuq :)
Gözəl: Bizdən necə dost olacaq hec bilmirəm. Dost olmaq üçün gərək bir birimizə qarşı hər zaman dürüst olaq. Yalan olmasın aramızda
Ceyhun: Aramızda yalandan başqa hər sey olacaq
Gözəl: Əmin tərzdə danışma :)
Ceyhun: Mənim xarakterim yalanı və digər bir iki seyi həzm etmir Gözəl xanım
Gözəl: Bunuda zamanla görəcəm. Təklifini qəbul etməyimdə, Mələyin çox böyük rolu oldu. Bir ara ona təşəkkür edərsən
Ceyhun: O ara sabah olsun? Sabah bazardı iş yoxdu. Görüşək bərabər mola falan gedərik
Gözəl: Sabah olsun fikirləşərəm
Gözəl: İndi çıxmalıyam. Mələyin yatmaq vaxtıdı
Ceyhun: Şirin yuxular ona

Gözəl ilə olan mesajlaşmamız bitdikdən sonra sevincək halım ilə aşağı düşdüm. Aşağıda anamla atam vardı. Məndən böyük bir qardaşım var idi. Evli idi və xaricdə yaşayırdı. Məndə ailəmlə yaşamaq məcburiyyətində buraxılmış bir yetişkin idim. Anamla atamın boş olan orta yanına keçirib oturduqda, anam əli ilə üzüm sıxmağa başlayıb "Canım oğlum mənim, gülər üzlüm"deyib sevməyə başladı. Anam belə danışırdısa, yüz faiz nəsə vardı. Mənə nəsə demək istəyirdi.

"Ata, anam mənə nə deməks istəyir? Sən bilməmiş olmazsan"dedim. Son vaxtlar ikisini bir arada yaman səssizcə söhbət edən görürdüm.
Atam "Anan özü desin oğlum, məni işinizə qatışdırmayın"deyib yanımızdan ayağa qalxdı.

"Oğlum evlənmək yaşın gəlib bilirsən"

"Evlənmək yaşım gəlməyib. Mən məsuliyyət nə deməkdir, onu hələ dərk eləmirəm"

"Ceyhun, bir mənə qulaq as gör nə deyirəm"

"Nə deyirsən ana?"

"Mənim yaxın padruqam olan Aybənizin qızı Şəhla univeristetin bitirib. Çox gözəl tərbiyəli, ağıllı savadlı qızdı"

"Eee? Cammhatın qızından mənə nə?"

"O dəqiqə tərslənmə. Sözümün axrına qulaq as. Ananın xətirinə sahib görüşün. Qızdan xoşun gəlməsə bu söhbəti birdə açmaram"

"Ana nə dediyini eşdirsən sən?! Qızla görüşsəm ona ümüd vermiş kimi olacam. Həm mən onu daha əvvəldə görmüşəm. Xoşum gəlmir mənim O qızdan"

"Sən onu 3 il əvvəl görmüsən, indi dəyişilib gözəl qız olub. Ananın sözün yerə salacaqsan indi?"

"Ana sözünü yerə salmayım deyə, özümü istəmədiyim seye yalandan necə məcbur edim?"

"Başqa istədiyin var hə sənin? Ona görə belə edirsən. Hec olmaya öz istədiyin qızı anana göstər"

"Anaa mənim istədiyim qız falan yoxdu. Bu söhbətidə açma birdə"

"Sabah Şəhla ilə görüşəcəksən Ceyhun! Xoşun gəldi ya gəlmədi. Ananın sözünü yerə salma"

Off bu qız başıma hardan çıxmışdı bilmədim! Qızla görüşmək nə idi? Hansı zəmanədə yaşayardıq?! Sevincək halım, eşitdiyim xəbər ilə yoxa çıxmışdı. Mən başqa qızla görüşmək istəmirdim. Anam hər zaman belə edirdi. Məni evləndirməsəydi rahat olmayacaqdı. Bu cür müasir olan insanların, evlənmək olan haqqında olan bu fikirlərini eşitdikdə məni əsəb bürüyürdü.

Səhər çoxdan açılmışdı. Mən isə 10 qədər yatıb qalmışdım. İndi isə Gözəl gilə getmək üçün hazırlaşırdım. Anamın asıq üzündə çəkmək məcburiyyətində qalmışdım. Nəymiş, söz veribmiş... Mənə demədən... Qəbul edəcəyimi düşünüb... Hazırlaşıb evdən çıxaraq Gözəlin yaşadığı binanın qarşında dayandım. Bu gün havanın soyuq olmağı tutmuşdu. Çox insan kimi soyuğu sevən biri deyildim. Soyuğa dözümümdə yox idi. Qubaya istirahət getdiyimiz gün özüm üşüsəmdə əlimdə olan tək yun şalı Angelin üstünə örtmüşdüm. Beynimdəki bu fikiri uzaqdan gəldiyini görüdüyüm Gözəl və Angel ilə bir kənara atdım. Angel məni görər görməz qucağıma qaçmışdı yenə. Məndə onu böyük məmnuniyyətlə qucağıma alıb, yumşaq olan üzünə bir öpüş qondurdum. Arxa qapını açıb, Mələyi arxaya otuzdurduqda, Gözəlində arxaya oturma fikiri olduğunu görüb "Sən qarşıda otursan daha yaxşı olar"dedim. Bir adım kənara çəkilərək "Niyə?"dedi.

"Çünki, gözüm elə arxada qalacaq. Elədə maşın sürməyim düzgün olmaz məncə"dedim.

Mən demişdim... Belə bir cümlə...
Dostluğumuz başlamadan ilk gündən bitəcəkdi deyəsən. "Bu dəfəlik belə olsun" deyərək qarşıya keçib oturdu. Məndə qarşıya keçib maşını işə saldım. Molların birinə getməyi təklif etsəmdə, Angel xanım sadə kicik bir yerə gedib çayla tort içmək istəmiş, sonrada lunaparka getmək istədiyini bildirmişdi. Bizədə razı olmaq düşərdi. Onun istədiyi kimi şirin bir yerə gətirmişdim.

Angel şokaladlı tortunu yeyib Gözələ dönərək "Ana buranı çox sevdim hər həftə sonu gələk?"dedi.

"Ceyhun hər həftə sonu boş olmur qızım" dedi.

"Yoo hər həftə sonu boş oluram mən. Ürəyin nə vaxt istəyir gətirərəm. Anan gəlmək istəmirsə, səni gətirərəm"dedim.

Deməyim ilədə Gözəlin gözünü oyaram, baxışlarına məruz qaldım. Çiynimi çəkməyə başlayıb "Nədi? Angel nə vaxt istəsə mən onun qulluğunda durmağa hazıram"dedim.

"Ana görürsən, Ceyhun razı oldu. Onu lap çox istədim mən"dedi. Öz stolundan aşağı düşüb mənim yanıma gələrək, mənim qucağımda oturdu.

"Qızım, imkan ver Ceyhun rahat otursun. Sənin öz yerin var"dedi

"Yerim indi rahatdı. Sən narahat olma"deyibdə Angelə tərəf durdum. Rahatcılığımıda düşünərmiş.

"Nə bilirsizə, edin. Mən ayaq yoluna gedib gəlirəm"deyərək ayağa qalxdı. O getikdən sonra Angel ilə baş başa qaldıq. Tortunu özüm yedizdirməyə başlayarkən, gözüm qapıdan içəri girən iki şəxsə taxılmışdı. Bir 3 il əvvəl gördüyüm Şəhla digəri isə xalası qızı idi. 3 il əvvəl bizim evdən əl çəkməzdilər. Yenə kicik təsadüflər ilə qarşılaşmışdım. Artıq onları tək görən mən olmamışdım. Onlarda məni görmüşdü...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri