Gülümsə Qadın (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 072
Səs ver:
(səs: 0)
Şəhla məni görməyin, verdiyi təsadüfə gülümsərkən mən gözümü ondan çevirib aşağı saldım. Ən yaxşısı, onu tanımamış kimi etməyim idi. Lakin, buda alınmamışdı...
Yanındakı xalası qızının qulağına bir seylər pıçıldadıqdan sonra bizim oturduğumuz masaya doğru yaxınlaşdı.

"Salam. Tanıdın məni Ceyhun?"deyə sözə giriş etdi. Tanımaq istəməsəmdə tanımışdım. Hec də dəyişilməmişdi. Hər zamanki əsmər qara uzun saclı qız olaraq qalmışdı. Əsmərləri sevməzdim. Bəlkə ona görədə diqqətimi Gözəl çəkmişdi.
"Şəhla olmalı idin, səhv etmirəmsə"dedim.
Angel qucağımda rahat durmayıb, aşağı düşərək "Bu kimdi?"dedi. Balacanın məndən sual soruşmasına bax.

"Angel, Şəhladı bu. Anamın dostunun qızıdı" dedim. Çoxda başa düşəcəkdi sanki...

"Təsadüfə bax, axşam yeməyindən əvvəl burda qarşılaşdıq. Bu balaca qız kimdi bəs?"dedi.

Şəhla, anamın dostunun qızı idi. Mələkdə mənim dostumun qızı... Mələyin xətrinə dəyəcək artıq bir söz demək istəmirdim. Onun üçün onun üzünə baxmağa başladım. Siması çökməyə başlamışdı. Şəhlaya əsəbi formada baxıb, məni qucaqladı.

"Bu da Angeldi. Mənim mələyimdi"dedim onu möhkəmcə qucaqlayıb. Məni özünə yad biri kimi saymasını hec istəmirdim.

"Aa bu qız instagramda paylaşdığın qızdı? Maşallah gözəl qızdı"dedi sevəcən olmağa çalışıb

"Həə... Mənim qızımdı..."dedim

Angel buna sevinmişdi. Simasında gülüş yaradıb "Qızıyam..."dedi. O qədər çox istəyirdimki, mənim qızım olmasını. Mənim qızım olmuş olsaydı, dünyadakı ən şanslı uşaq olardı. Dilimdən çıxan kəlimənin onun yaralamayacağını bilirdim. Çünki, onunda istədiyi bu idi...

"Sənin qızın nədi? Zarafatdı bu Ceyhun?!"

"Zarafat deyil, valideyinlərimdən gizlətdiyim qızımdı. Bu gün sənə görüşdə bunu deyəcəkdim onsuz. Amma indi qismət oldu"

"İnana bilmirəm... Sənin qızın var imiş?! Həmdə qeyri rəsmi?! Sənə sözüm yoxdu!"

"Səsinin tonunu bir az aşağı sal. Neynəyim? Qızımı səndən gizlədərdim? Qəbul edəcəksənsə, bizi belə qəbul et"

Necə rola girmişdimsə, özüm özümə heyran qalmışdım. Bu rolumun arxasınıda Angel "Atamdan nə istəyirsən?"deyə tamamladı. Bu çoxbilmiş cücəni gün keçdiycə daha çox sevirdim. Ağılına, heyran qaldığım...
Şəhla bunun şokundan çıxmamış, Gözəl yanımıza gəldi. Gözləri ortalığı gəzib, nə olduğunu başa düşməyə çalışırdı. Axrı dayana bilməyib "Burda nə olub? Biri başa sala bilər?"dedi.
Şəhla üzümə iyrənmiş formada baxıb "Bu da qızının anasıdı hə?! Səni şərəfsiz!"deyərək bir cavab almadan çıxıb getdi. Ətrafdakıların qəribə baxışlarını üstümüzdə hiss etdiyimizdə, yediklərimizin pulun ödəyərək bizdə ordan çıxdıq. Ordan çıxana qədər isə Gözəlin verdiyi sualları bitməmişdi. Angel isə düz gözümün içinə baxırdı. Balaca qıza qarşı bunu necə etdim? Məndən sevgi gözləyirdi...
Hər sey planladığımız kimi getməyindən yaxınlıqda sakit olan bir parka gəlmişdik. Angel yelləncəkdə yellənərkən bizdə skameykaların birində Gözəl ilə yanaşı oturmuşduq.

"O qız kim idi? Dediyi sözdən hec nə başa düşə bilmədim mən"

"O qız anamın dostunun qızı idi. Anamla anası bizim aramızı düzəltmək istəyir. Bu axşam restoranda yemək yeyəcəkdik guya. Amma qız elə fikirləşib. Mənim yeməyə getmək niyyətim yox idi"

"Digər sualımın cavabı qaldı!"

"Dayan bir onada gəlirəm. İş elə gətirdiki, Mələyin mənim qızım olduğunu acıqladım. Mələkdə davam etdirdi"

"Nəəə?!"

"Əsəbləşmə Gözəl. Canımı qutardım qızdan"

"Qızımdan istifadə etmisən sən! İnana bilmirəm sənə! Onun atasız olduğunu bilə - bilə necə belə bir seyə demeye dilin varıb!"

"Sakit ol! Əgərki Mələyin gözlərində o istəyi görməsəydim, inanki hec nə deməzdim. Amma bunu qızında istədi! Sən əslində, çox egoist bir qadınsan! Ömrünü qızına həsr etdiyini deyirsən, amma onu xoşbəxt edəcək seylər etmirsən! Bu xoşbəxtliyi ona çox görmə"

"Axmaq! Qız gedib ailənə desə, bu xəbər atanın qulağına çatsa nə olacaq?!"

"Ooo əsəbləşəndə dilinizdən başqa ifadələr çıxırmış. Hec nə olmaz canımı qutararam bu işdən. Həm, Mələyə ata lazım deyilmi?"

"Nə demək istəyirsən sən?"

Dərindən nəfəs aldım. Bir serialda belə sey görmüşdüm. Anası olmayan bir qıza, bir qadını anası kimi göstərmişdi atası. İndi yerlər dəyişsə necə olardı?

"İcazə ver, Mələyin atası mən olum..."deyibdə susdum. İşlər bu yerə necə gəlib çatmışdı hec bilmirdim

"Başın xarab olub sənin deyəsən! Başlamayan dostluğumuzda burda bitdi! Sənə O qız ilə xoşbəxtliklər. Çox gözəl qız idi!"deyib ayağa qalxdı. Onu saxlmağı bacarmalı idim mən.

"Mən əsmər qadın sevmirəm"dedim

Nə yəni? Bu sözlə saxlayacaqdım?!
Sözümə davam edib "Mən sarışın qadınları sevirəm"dedim. Yuh! Birdə ilanı eşq eləsəydim!

"Get, etdiyin səhvi düzəlt! Məndəndə qızımdanda uzaq dur! Mələk gəl gedirik daha" deyə onu çağırdı. Mələk yelləncəkdən aşağı endikdə, mən ona tərəf yaxın durdum

"Elə sey yoxdu, Gözəl xanım! Özünü qızını mənə öyrədib, hec nə olmamış kimi aramıza məsafə qoya bilmərsən sonra. Qoydurmaram, o məsafəni mən!"dedim

"O məsafə artıq çoxdan qoyulub!"dedi

Mələk yanımıza gəldikdə, aşağı əyildim. Bilirdim, nə mən ondan o qapa bilərdim, nə də o məndən. Üstəlik kafedə yaşananlardan sonra hec burax bilməzdik bir birimizdən. Bir birimizi qucaqlıqda "Məni buraxmarsan hə?"dedi.
"Səni buraxmayacam"deyibdə ondan güclə ayrıldım. Gözəlin isə gözləri bunu əksinə deyirdi. Mələk ilə mənim nə hiss etdiklərimizə hec fikir vermədən...

***

Onlar getdikdən sonra bütün günümü çöldə keçirtmişdim. Evə getməyə niyyətli olmamışdım. Anamla atam dəfərlə zəng etmişdi. Hər seyi bərbadmı etmişdim? Özümdə güc tapıb evə gəldim. Qonaq otağında hazır oturub məni gözləyirdilər.
Anam ilk dəfə idi bu qədər əsəbi görürdüm.
"Cavab ver bizə, bu gün kafedə yaşananlar nə imiş?! Qız evə gələndən ağlayır. Sənin qızın var imiş?!"deyibdə üstümə qışqırdı.

Atamında gözlərindəki qəzəbi görməyim ilə dodaqlarım araladım. Nəsə deməli idim...

"Qızım deyil..."deyib dayandım.

Sonra dərin alıb verdiyim, nəfəsimin ardından "Gələcəkdəki, qızımdı"dedim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri