Gülümsə Qadın (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 662
Səs ver:
(səs: 0)
Özümü bir boşluğa düşmüş kimi hiss etdim. Elə bir boşluq idiki, yanımda kimsə yox idi. Varlığı ilə mənə rahatlıq verən insanları, indi nə görmək nə də eşitmək istəyirdim. Mələyə bu gün yalan və ya gərcək qızım demişdim. Mən sözümün arxasında dayanardım. Hec kimdə hiss etmədiyim duyğunu onunla yaşayırdımsa, mənim üçün doğru addım olardı bu. Gözəlini inadını qıra bilsəydim, hər sey daha gözəl olardı. Onu əsla, yarı yolda qoymazdım. Mənim xoşlantım, ağılımı mənim əlimdən almışdı.
Aramızda bir necə saniyəliyinə davam edən səssizliyin ardından, anam "Oğlum sən nə deyirsən?! Qıza yalan demisən onda?"dedi. Fikiri qızda idi... Mənim dediyim sözün mənasını belə, başa düşməmişdi

"Qızım yoxdu deyirəm. Amma zamanla olacaq. Başa düşmək bu qədərmi çətindi? İndi icazənizlə otağıma gedirəm"deyib arxamı çevirdim. Addımı yenicə atdıqda, bu dəfə atamın səsi ilə dayandım

"Ceyhun, hec yerə getmirsən. Bura gəl bizə hər seyi izah elə. Bu vaxta qədər sənə hec nə deməmişəm, amma sən həddini aşırsan artıq"

Həddimi aşıb edmirdim mən. Həddim bu idi.

"Ata qəlbinizi qırmaq istəmirəm. Bu mövzunu burda bağlayın getsin. Mənə Şəhla, və ya bir qeyrisi lazım deyil. Bu gün yetərincə bərbad gün keçirmişəm. Otağıma gedib yatmaq istəyirəm"

Dahada onlara bir acıqlama vermədən, sürətli şəkildə otağıma gəlib keçdim. Atam hər nəysədə, anamın bu məsələni belə buraxmayacağını bilirdim.
Bir ümüd edib telefona baxdım. Ondan bir mesaj gələr deyə amma hec nə yox idi. Düz yolum ilə getmək əvəzinə, düzəlməmiş yolda gedən mən idim. Yolum çox uzun idi... Mən isə yorğun...

Səhər açıldıqda, evdəkilərə görünmədən evdən çıxıb işə gəlmişdim. Günortaya yaxın idi. Bu vaxta qədər Gözəli görməmişdim. Görmək istəməmə rəğmən otağına belə getməmişdim. Dünən danışdığımız sözlərdən sonra, üz üzə gəlmək o qədərdə asand deyildi. Daha doğrusu onun üçün asand deyildi. O, gəl desəydi mən gələrdim...
Keçən dəfə Angeli bu saatda çöldə gördüyümdən, özümə mane ola bilməyərək hec kimə görsənmədən şirkətdən çıxdım. Atam bilsəydi, məni işdən atardı. İş vaxtı, çölə çıxırdım deyə. Ata oğul münasibəti bizim işdə keçmirdi. Bağçaya doğru yaxınlaşdıqda, çöldə uşaqların olduğunu görüb indidən sevindim. Angeldə onların içində olmalı idi. Məni necə görəcəkdi bilmirdim. Ürəylərimiz bir olsaydı, məni dəqiq görüb hiss edəcəkdi. Yenə dəmir barmaqlar arasından durub uşaqları seyr etdim. Angeli onların içində görməyim, ilə ürəyimin ona doğru çırpınması bir oldu. Ona baxmağa davam edib, bir həvəslə məni görməsini gözləyirdim. İstədiyimdə, olmuşdu. Məni görmüşdü. Yanında olduğu müəllimlər üzünü döndərib, söhbət edərkən onlara baxa - baxa yanıma tərəf gəldi.

Üzündəki gülümsəməsin əksik etmədən
"Yenə gəlmisən. Gözüm hər yerdə, səni axtarırdı" dedi. Aramızdakı bu bilinməz divarı aşıb keçmək olmurdu. Onunla burdan durub söhbət etmək bir yerlərdə içimi incidirdi.

"Gəldim, mələyim... Dünən xətrinə dəyəcək bir söz demədimki sənə? Çünki, anan çox əsəbləşdi bizə..."

Ondan həqiqətləri gizlədə bilməzdim. Gözəlin aramıza bir sərhəd qoyacağınıda bilirdim.

"Yox çox xoşuma gəldi mənim. Amma ana, olmaz dedi mənə. Məndə ağladım dünən. Sonra gördüm, oda ağladı. Elə bildi, görmədim. Səni çox istəyirəm mən"

Aramızdakı dəmir barmaqlara fikir vermədən düz dibinə gəlib, əllərini mənə uzatdı. Əllərindən tutdum məndə. Dünən ikisidə ağlamışdı... Mən qıya bilməzdimki, onlara..
Balaca əlləri bir əlimə yerləşdikdə, digər qalan boş əlim ilə üzünə toxunub, göz altlarını sildim. Dünən silə bilməsəmdə, o göz yaşlarının izini üzündən aparmaq istəyirdim.

"Ağlamaq yox daha. Məni eşidirsən? Sən ağlasan, məndə ağlayaram. Ağlama, balaca... Sənin daha xoşbəxt olmağını istəyirəm mən"

Pis olmuşdum, həqiqətən. Gözəl görməsə belə, qızını çox sıxırdı. Onu yalnız öz ətrafında, öz kölgəsində böyüdürdü belə olmalı deyildi.

"Ağlamayacam. Sən yanımızda olacaqsan, ağlamayacam mən"deyibdə əlinin birin əlimdən çəkib başına toxundurdu. Sonrasında "Başımda ağrılar var mənim"dedi. Sacına baxdıqda, sac bantı ilə möhkəmcə yuxarıdan yığıldığını gördüm. Hər halda bunun üçün ağrıdırdı.
"Sacların möhkəm yığılıb, ondadır. İstəyirsən acım?"dedikdə başını hə mənasında yellədi. Arxasını mənə döndükdə, açıq çəhrayı sac bantı ilə yığılmış saclarını açdım. Üzünü mənə döndürdükdə, saclarını düzəltməyə başladım. Gözüm isə müəllimlərinin üstündə idi. Bura baxdıqlarını gördükdə, ayağa qalxdım.

"İndi getməliyəm. Sən harda olsan, səni tapacam mən. Get, dostlarınla oyna. Səni çox istəyirəm"

Yanından ayrılmaq çətin olsamda, bağçanın ətrafından ayrıldım. Əlimdə tutduğum sac bantını sol qoluma taxdım. İnsanın ürəyi solda yerləşirdi. Bu sac bantıda ürəyimin yanı başında yerləşdi...

Ordan gəldiyimin üstündən yarım saat keçmişdi. Başımı aşağı salıb, işimlə məşğul olurdumki, qapım döyülməmiş açıldı. Gözəl içəri girib qapını sərtçə çırpdıqda, səsimi çıxartmadan ona baxdım.

"Qızımın bağçasında nə işin vardı?! Dünən dediklərimi qulaqların eşitmədi?!"dedi əsəbi şəkildə. Elə əsəbi idiki, mavi gözlərinin içində fırtınalar qopurdu. Ayağa qalxıb yanına yaxınlaşdım

"Bu əsəbilik, ilə hec nəyi həll edə bilməzsən. Sənə nə qədər sakit ol deyəcəm? Mən Mələyi görmək üçün getmişdim. Bizə başqa bir yol buraxmadığın üçün. Yanında olmağıma, icazə vermədiyin üçün"

"İcazə vermirəmsə, demək ki yanına yaxınlaşmaq lazım deyil. Söz başa düş! Bizdən uzaq dur. Səni istəmirik biz"

"Sən istəmirsən, Mələk isə istəyir. Mənim nə pisliyimi görmüsənki belə danışırsan? Xahis edirəm səndən, bu münasibəti özünə qoyduğun qadağalar ilə pozma. O qadağaları pozmaq vaxtıdı. Sən Mələyin anasısan... Atası yerində ola bilməzsən. O balaca qız uşağıdı... Onun ata qayğısına ehtiyyacı var. Onu bunlardan məhrum edə bilmərsən. Anada olsan, sənə bu haqqı hec kim vermir"

"Sən ailə ola bilmək nədir bilirsən hec? Sən bu məsuliyyəti dərk edirsən?! Mələk dünyaya gəldikdə 20 yaşım vardı mənim. Boş həvəsi sevgi zənn edib evlənişdim... Qucağımda 1 yaşlı qızla tək tənha qaldım. Tərk edildim...
Mən indi öz ayaqlarımın üstündə dayanarkən, kiməsə ehtiyyacım olduğunu düşünürsən? Ceyhun, sənin həyatın necə olub bəs? Həyatlarımızı müqayisə et sonra qarşıma keçib, mənə nağıllar danış. Bitsin daha bu söhbət. Səndən istəyim budu"

"Tərk edilmisən deyə, özünə bu zülümü etməli deyilsən. Sən gülümsəyirsən... Gülümsəminin altında amma acı yatır. Hər kəs sacının qısalığının dəb üçün olduğunu düşünür. Çünki üzünə elə bir maska taxmısansaki sanki yıxılmayan bir divarsan. Amma o divar yıxılır...
Acını azaltmaq üçün kəsirsən o saclarını. Acını gizlətmək üçün bu qədər gözəl gülürsən. Bu qədər gözəl baxırsan. Hər kəs eyni olmur... Hər kəs səni yarım qoyub gedəcək deyə bir qayda yoxdu. Gəl, uzatmaq bu mövzumuzu. Sizə daha yaxın olmaq üçün mənə bir şans tanı"

"Son dəfə deyirəm qızımdan uzaq dur. Onunla görüşmək yoxdu daha. Bir gün ağlayar, iki gün sonrasında səni yaddından çıxardar. Sonradan pis olmağındanda indi pis olmağı daha yaxşıdı. Mən bu həyatda hec kimə şans vermirəm. O şansı hər kəs itirib... Mənim şanımda həyatımda qızımdı. Bizim dünyamızı yıxma"

Nə desəydim, faydasız olacaqdı. Eləcə üzünü döndərib otağımdan çıxıb getdi. Mən dünyalarını yıxmaq istəmirdimki... Mən dünyaların daha yaxşı etmək istəyirdim. Ancaq O, məni istəmirdi...

***

Elton ilə clublardan birinə gəlmişdik. İçib hər şeyi undumaq istəyirdim. Çox içən biri deyildim. İçkinin dadında sevəməzdim...
3 cü viskini içdikdə, Elton əlimdən alıb "Bəsdi daha. Nə qədər içəcəksən bu zəhirmardan!"dedi.

"Unudana qədər... Bir günlüyünə unudum hec olmaya. Bilirsən nə dedi? Dedi dünyamı yıxma... Mən dünyasın yıxmayacaqdım axı..." deyib içkini başıma çəkdim. Yavaş - yavaş sərxoş olurdum. Məni icki tez tuturdu.
Elton başımın dibində "Ceyhun, qardaşım gəl gedək burdan. Sən sərxoş olsan daha çox xatırlayasaan onları. Sən niyə belə oldun axı" deyə deyinib durdu.

"Başa düşmürsən... Mələkdən uzaq dur dedi. Ona öyrəşmişdim... Necə uzaq durum ondan? Dünən ağlayıblar hər ikisidə, məndə ağlamaq istəyirəm indi..."

Ağladıqları hallarını gözlərimin qarşısına gətirdikdə, bir daha içdim. Dedim axı unudana qədər içəcəkdim bu gecə...
Gözüm qoluma sataşdıqda, sac batnının hələdə qolumda olduğunu gördüm. Qolumu burnuma yaxınlaşırıb, sac bandını qoxladıqda Mələyin qoxusunu hiss etdim.

"Qoxusu... Sac bantına qoxusu hopub" dedim

Elton nə dediyimi başa düşməkdikdə, qolumu ona göstərdim. Bu gecə undumaq üçün yox, acizliyimə içəcəkdim...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri