Gülümsə Qadın (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 130
Səs ver:
(səs: 0)
Hava aydınlığında, gözlərimi güclə açdım. İlk hiss etdiyim sey, baş ağrısı oldu. İçməyə alışqan biri olmadığımdan, mənə indi baş ağrısı vermişdi. Divardan aslı olan saata baxdıqda, saatın hələ tez olduğunu gördüm. Hec nə yemədən, bir kofe hazırlayıb içsəydim əla olacaqdı. Ayağa qalxıb, əl üzümü yuduqdan sonra aşağı mətbəxə düşdüm. Kofemi hazırladıqdan sonra beynimdəki düşüncələr ilə içməyə başladım. Başım ağırısı belə, düşüncələrimi bir kənara atmamışdı. Gözüm gah qolumda olan sac bantına sataşır, gah da pəncərədən yağan narin yağışı izləyirdi. Bu sac bantını qolumdan çıxartmayacaqdım...
Ki, Gözəl bunun Mələyin olduğunu bilsəydi çoxdan qolumdan almış olardı. Kicik xoşlantım, başımdan böyük işlərə yol açmışdı. Ona yaxın durduqca, məndən uzaqlaşırdı. Qorxularının üstünə gedirdim deyə. Qorxuları ilə üzləşmək istəmirdi deyə...
Təkrar öz otağıma çıxıb çarpayıma uzanaraq telefonu əlimə alıb intetnetin açdım. İnternetin açar açmaz tanımadığım bir nömrədən bir mesaj gəldiyini gördüm. Daha çox gecikdirmədəndə mesaja daxil oldum.

"Salam məndən qaçmaq istəyən oğlan. Bir qızın olmadığını, anan mənə dedi. Sözün düzü sənin dediyinə inanmaq istəməmişdim. Amma O, balaca qızda qızıyam dedikdə inandım. Məndən qaçma məncə. Qaçmağın üçün bir səbəb yoxdu. Necə illərdi, mən sənin uzaqdan həsrətini çəkirəm. İndi qovuşmağa az qalmışkən, belə etməyin məni çox incidir. Ümüd edirəm, bir cavab yazarsan"

Bir qız nə qədər üzsüz ola ki, belə bir mesaj yaza oğlana. Yox bir qovuşmağın həsrətində imiş. Anamdan üz tapmasa təbiki yazmazdı...
Bu məsələnin bağlandığını düşünürdüm. Sən demə yeni başlayıbmış...
Hər seyi bir kənara atıb, işə getmək üçün geyinib aşağı düşdüm. Anamla atam süfrə başında idi. Mən isə yemək yeməyə iştahlı deyildim.

Anam hər zamanki kimi "Oğlum, yemək yemədən hara belə"dedi

"İştahım yoxdu ana. Sizə nuş olsun"dedim
Atam isə qaşqabaqlı şəkildə səsizcə, mənə baxmağa davam edirdi.

"Şəhla ilə bu gün danışıb görüşün ha. Bax kecen dəfəki kimi olmasın. Yoxsa üzünə belə baxmaram sənin"dedi

Baxılacaq bir üzüm yox idi daha. Cavab vermədən evdən çıxıb birbaşa işə işə gəldim
Bu gün işdə olmaq canımı sıxmışdı. Həm hava ilə ələqadar idi həmdə Gözəl ilə aramızda yaranan sərhəd ilə... Demək olar hec üz - üzə gəlməmişdik. Bir birimizi gördükdə yollarımızı dəyişirdik. Bu vəziyyət isə məni pis edirdi. Onuda pis etdiyini düşünürdüm. Oda belə olsun istəməzdi...
İş saatı bitdikdə, Gözəl bağçaya tərəf getdi mən isə onların evinə tərəf. Mələyi hec olmaya 2 dəqiqəlikdə olsa evə girərkən görmək istəyirdim. Bu gün bağçasına getməmişdim. Müəllimləri görüb, Gözəli xəbərdar edəcəyləri üçün. Maşını arxa küçədə saxlayıb, özümdə bina evinə yaxın bir böyük ağacın arxasına saxlanmışdım. Gözəlin maşının gördükdə, özümü daha çox gizlətdim. Sonra bərabər Mələk ilə maşından aşağı düşdülər. Mələyi qucağına almışdı. Uzaqdan gördüyüm qədəri ilə halı yox idi. Sonrasa onlar binaya giriş etdilər. Məndə saxlandığım ağacın arxasından çıxıb, binanın qarşısına gəldim. Görəsən, ona nə olmuşdu? Bu gün hec xəbərim olmamışdıki...

Gözüm Gözəlin evinin yanan işığına sataşdıqda, evindən 2 mərtəbə yuxarı olan evin pəncərəsinə vurulmuş olan "Satılır" sözünə sataşdı. Çox dərinə getdiyimi düşünüb, gözümü elandan aşağı çəkdim. Maşınıma minərək evə doğru yol aldım. Bu gün nəsə darıxdırıcı keçmişdi. Yağan yağışda kəsməmişdi. Payız yağışı idi. Bir necə gün davam edəcəyini gözləyirdim. Yağışı sevməyən insan, olaraq bu günüm bərbad keçirdi. Evə giriş etdikdə bir seylər yeyib otağıma keçid elədim. İçimi içimi yeyirdi. Ancaq Gözələdə yaza bilmirdim...

Whatsappa daxil olduqda, Şəhlanın mesajını cavabsız qoyduğum yadıma düşdü. Mesajına cavab vermədiyimi görüb 'sual' işarəsi atmışdı. Bunuda cavabsız qoyaraq, Nüşabəyə yazmağa başladım. Nə olduğunu, O mənə deyəcəkdi..

Ceyhun: Salam
Nüşabə: Sənədə salam xeirdi?
Ceyhun: Xeirdi ya deyil indi biləcəm
Ceyhun: Bilmirsən, Mələyə nə olduğunu?
Nüşabə: Gözəldən yazıb soruşa bilərsən
Ceyhun: Səndə başlama. Yaza bilsəydim özünə yazardım
Nüşabə: Yaxşı deyəcəm dəliləmə amma o dəqiqə
Nüşabə: Qızdırması var. Halı yoxdu onun üçün
Ceyhun: İndi necədi bəs?
Nüşabə: Yaxşı deyil
Nüşabə: Səni istəyir
Ceyhun: Gözəldə inadına salıb hec nə yazmır mənə. Tanış mənzərədi(
Nüşabə: Yazacaq. Az daha dayan. Sənə yazacağını bilirəm. Amma sənə bir məsləhət verim. Onun damarına basma. Sən onun damarına basdıqca, O səndən uzaq durmağa çalışır. Hər seyi öz axarına burax
Ceyhun: Mənimdə canım yanır
Nüşabə: Canın niyə yanır?
Ceyhun: Boş ver Nüşabə çox sağ ol
Nüşabə: Dayan görüm. Gözəli sevirsən?
Ceyhun: Sualının cavabını bilmirəm. Özüm bilmədiyim seyidə sənə deyə bilmərəm
Nüşabə: Əgər sevmirsənsə, dost yana bir şeydisə canının yanmağa haqqı yoxdu. Nə də Gözəlin vaxtını alma. O, yetəri qədər əzab çəkmiş bir insandı. Bunları nəzərə al ona görə hərəkət et
Ceyhun: Hər kəs onu düşünür. Bəs mən insan deyiləm? Mənim ürəyim yoxdu? Ya daşdan olduğunu düşünürsüz? Başa düşürsən, hissimin nə olduğunu bilmirəm. Xoşlanıram... Bunu boynuma alıram. Gerisi yoxdu. Bu qədərdi
Nüşabə: Başa düşdüm. Üstünə getməyəcəm bu mövzuda. Hazır ol, Gözəl sənə birazdan yazacaq

Nüşabənin dediyi kimidə olmuşdu. Gözəl, bir mesaj yazraq Mələyin qızdırdığını və səni istədiyini bildirmişdi. Məndə onların hər ikisini görmək istədiyimdən, binanın qarşısında idim. Gözüm yenə həmin elana satmışdı. Binaya giriş edib, evinin qapısını döydüm. Saclarım islandığı üçün saclarımı qarışdırdım. Bu sırada qapı açıldı. Baxışlarımız bir biri ilə kəsişdikdə içəri keçdim.

"Mələk sənin adını sayaqlayıb dururdu. Səni çağırmaqdan başqa bir çarəm yox idi. Bilirəm, dünən sənə o sözləri deyib, bu gün isə səni bura çağırmağım hec düzgün deyil" dedikdə işarət barmağımı öz dodaqlarımın üstünə gətirib "Sus"deyib sözümə davam edərək
"Məndə sadecə, Angel üçün burdayam. O yaxşı olduqdan sonra çıxıb gedəcəm" dedim. Dilini udmuş kimi bir söz demədi mənə. Ayaqqablarımı çıxardaraq içəri keçid etdim. Mələk divanda üstü örtülü şəkildə uzanmışdı. Yanına gəldikdə, qızdırmadan yanaqları qızarmışdı. Gözlərindən isə yaş axırdı. Məni görər görməz boynuma sarıldı.

"Gəldim, mələyim"deyib boynuma sardığı qollarını aşağı endirdim

"Məndə səni istəyirdim" dedi

Yaşarmış olan göz altlarını sildikdə, Gözələ tərəf döndüm

"Qızdırması niyə düşməyib hələdə?"

"Bilmirəm. Dərmanda qəbul edib. Amma düşmür. Başqada hec nə etməyə icazə vermir"

Cavabımı aldıqdan sonra Mələyə dönüb baxdım. Mən elətdirəcəkdim, hər seyi ona.

"Sən sirkəli su hazırla. Balaca xanıma özüm qulluq edəcəm, oda etiraz etməyəcək"dedim.

Mələk gözlərini yumub, sıxıb açaraq razılıq əlaməti bilirdi. Nazikdə olsa üstündə olan uzun qol köynəyi çıxardıb, əyninə qısa qol köynək geyindirdim. Üşüdüyündən anası ilə, çıxardmamaq üstündə inadlaşıbmışlar. Amma mən dedikdə, o dəqiqə qəbul etmişdi. Gözəl sirkəli suyu gətirdikdə, kicik parçanı suya batırıb ilk alınına qoydum. Qoxusuna ağız burun əysədə, bunada razı olmuşdu. Sonra ayaqlarının altınada qoydum. Bu sırada Gözəldə onun üçün sup hazırlayırdı. Supuda hazır edib gətirdikdə, azda olsa yedizdirməyə çalışdım. Yedikdən sonra isə gözlərini yumub yatmışdı. Əlimdəkiləri mətbəxə gətirdikdə, Gözəldə çay süzürdü.

"Çox yoruldun. Çay içərsən hər halda" dedikdə gözlərimi yuxarı aşağıya doğru edib, mətbəx masasına əyləşdim. Çayı masaya qoyub, oda əyləşdi. "Bir söz deməyəcəksən daha?" deyib gözlərimin içinə baxdı

"Çayımı içib, qalxacam"

"Elə bu?"

"Mələk üçün burdayam"

"Çağırmalı deyildim səni. Başqa seçənəyim olmadığım üçün çağırdım səni. Yəni, qızım üçün etdim. Qızım üçün hər seyi bir kənara atdım. Mənim səhərdən bəri, edə bilmədiklərimi sən gələn kimi etdin. Sənə icazə verdi, mənə isə vermədi"

"Səndə iki insanı bir birindən, ayırmaqla məşğulsan"

"Sən məni başa düşmək istəmirsən. Mənim üçün hər sey çətindi. Səninlə burda oturub, çay içməyim belə mənim üçün çətindi"

Son sözündən sonra ayağa qalxdım

"Hara belə?"dedi

"Səni bu çətinlikdən xilas edirəm. Gedirəm" dedim

Oda eynən ayağa qalxdı. Gözlərində yaranmış olan 'getmə' mənzərəsini gördüm. Lakin, gedəcəkdim... Məcburiyyət qarşısında qalıb, mənimlə bir çay içmək istəməsini istəmirdim.
Getmək üçün ayaqlarımı hərəkət elətdirdikdə, məndən əvvəl davranıb mətbəxin qapısını bağladı

"Getmə... Mən çox yalnızam" dedi

Ah, ürəyimə nə olmuşdu belə? Ürəyimə bir ağrı girmişdi. Canımın yanması buna görə idi?

"Sənə bir sey deyə bilmirəm. Bilirsən niyə? Mənə dediyin sözlərə görə. Mən səni hiss etmək istədim. Sən isə hisslərimə, bir xəncər batırdın. İndi o xəncərdə, mənim ürəyimi qanadır"

Onun gözlərində gördüyüm bulanıqlıq ilə, içimə dolan ağlamaq istəyini dəf eləmək istədim. O isə əksinə, bu xəncəri ürəyimə daha çox batırdı. Qapının qulpundan tutaraq aşağı çökdü.

"O xəncər sənin ürəyinə, batmamışdan əvvəl mənim əlimi kəsdi..."dedi

Əllərini bir birində birləşdirib, iç çəkdi. Hər seyi bərabad etmişdim mən deyəsən. Dayana bilməyib qarşısına keçdim. Gözlərindən yaşlar səssizcə yanağına axmağa başladı. Üzü isə gülürdü... Ağlayaraq, gülürdü bu qadın. Mənə hər gülüşünün yalan olduğunu, sübut edirmiş kimi...

Əllərimi qaldırıb ona toxunmaq istədikdə, qaldırdığım vəziyyətdə saxlayıb aşağıya doğru endirməyə başladım. Dodaqlarına qədər axan göz yaşını əlinin tərsi ilə özü silməyə başlayıb "Çox gücsüz olduğum vaxtıma, gəlib düşündün sən. Səndən özümü gizlədə bilmədim" dedi.
"Gizlətmə daha özünü məndən"deyib qollarımı iki yana açdım. Qollarını boynuma dolayıb məni möhkəmcə qucaqladıqda, məndə boşda qalan əllərimi belinə doladım. Başını boyun girəcəyimə sıxıb, səssizcə göz yaşı tökdü. Gözünün bir damla yaşı boynuma dəydikdə, daha qəribə oldum. Nə baş verirdi içimdə? Belində olan digər əlimi çəkib, qısa saclarına sığal çəkməyə başladım. Əllərim hər sacına dəydikdə yarım qalırdı... Ağlımdan keçən tək sey isə, Gözələ qonşu olmaq idi...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri