Gülümsə Qadın (14-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 202
Səs ver:
(səs: 0)
Əsəbləşməyim lazım olduğu halda, mən ona gülümsəmişdim. Şirin sözləri ilə məni özünə tərəf çəkməyi bacarırdı. İnad etdiyimi düşünürdü. Lakin, inad etməyəcək qədər yorğun idim mən bu həyata qarşı. Mənimkisi bir inad deyildi... Mənimkisi mənim görə biləcəyim həqiqətlərim idi

"Məncə sən gedib öz evinin başında durmalısan indi. Bizim evə əşya köçmür, sənin evinə köçür" dedim gülmək və sevgilim olan söhbəti yayındırmağa çalışıb

"Qonşuna hec xeyirli olsunda demədin. Budu sənin qonşuluğun?"dedi arsızlığına salıb

"Xeyirli olsun, yeni qonşum"dedim ən səmimiyyətsiz halım ilə

"Təşəkkür edirəm. Nə qədər mən demiş olsamda, sözünü qəbul edirəm. Axşam yeməyinədə sizdəyəm bilmiş ol"

"Bunu kim dedi sənə?"

"Mən dedim indi"

"İndidən axşam yeməyinə bizə gəlirsənsə sabahı fikirləşmək belə istəmirəm mən"

"Bəs bilmirsən, qonşu qonşunun yeməyinə möhtacdı"

"O atalar sözü elə deyil, mənim sevimli qonşum"

"Oo sən mənə sevimli dedin?"

"Sözün gəlişi dedim! Get evinə"

"Sözün gəlişini belə qəbul edirəm. Mənim gözəl bir o qədərdə inadkar olan sevgili qonşum"

Mələyə əl sallayraq, gülərək yanımdan keçərək evimdən çıxmağı bacardı ən sonda. Aramızda mənasız keçən dialoqa fikir vermədən, Mələyə dönüb baxdım. Mənə verəcəyi bir hesab vardı.

"Qızım, sən bilirdin hə, Ceyhun bura köçəcəyini?"

"Hə ana, bağçaya gələrək mənə demişdi. Məndə ona görə bu qədər rahat idim"

"Anana birdə yalan demə. Yoxsa səndən inciyərəm"

"Ana, Ceyhun səni sevir"

"Mələk! Bu nə danışıqdı? Get otağına"

"Məndə onu çox istəyirəm. Ona hə de. Mən ata istəyirəm"

Mələyin son sözü məni çilədən çıxartdı. Uşağın beyninə nələr salmışdı... Mələk belə danışmazdı mənlə. Mən ona yeri gəlsə atada olmuşdum. Yetəri qədər olmadığımın, sübutu idi. Ceyhundanda qızıma ata olan deyildi. Nəyinki, Ceyhun bir qeyirisidə qızıma ata ola bilməzdi. Mənim qızım indi nağıllar aləmində idi. Hansı ki, o nağılı ona mən danışmışdım. Danışdığım nağılından sonunu onu incitməyəcək bir şəkildə bitirməliydim.

Axşam gələcəyi üçün məcbur yemək hazırlamışdım. Daha çox yazğım gəlmişdi ona. Yenə evə köçmüşdü, həm yorğun idi həmdə yeməksiz. Yəqin indi acda olardı. Nədən, düşünürəmsə onu. Bitirməli olduğum adsız bir münasibətimiz var idi aramızda. Amma gəl gör ki, mən ona yemək süfrəsi hazırlamışdım. Mələkdə gözəlcə geyinib, həycanla Ceyhunun gəlişini gözləyirdi. Saclarında açıq qoymuşdu...
"Qızım o saclarını niyə yığmamısan? Görəndə deyər, evə Justin Biber gəlir"deyib əlimdəki bardaqları masa arxasına yerləşdirdim.
"Ceyhunun saclarıma sığal çəkməsindən xoşum gəlir"deyərək saclarını sağa - sola oynatdı.
Qapının zəng səsini eşitdikdə, qaçaraq qapıya yaxınlaşıb qapını özü açdı. Məndə qıraqdan durub seyr edirdim. Rahatlıqla evə gəlmişdi. Hec utanmasıda yox idi. Əlində kicik hədiyyə paketi gördüm. Gözüm istəməzcədə olsa, əlinə tərəf baxmışdı. Mələk ilə divana əyləşdiklərində məcbur qalıb yanlarına oturmuşdum mən. Mələk ortamızda qalmışdı.

"Yemək hazırdı. Ac olarsan yəqin" dedim

Yemək yeyib tez getməsini istəyirdim mən
"Yeməyi gec yeyəcəm. Bilirəm yeməyi yeyən kimi deyəcəksənki get öz evinə" deyərək Mələyi öz tərəfinə çəkidi. Mələklə bir birinə sarıldıqlarından sonra hədiyyə paketin Mələyə uzadaraq "Al aç gör içindən nə çıxacaq"dedi.
Mələkdə o dəqiqə paketi alıb açdı. Ceyhununda çoxbilmişliyi gözümdən qaçmadı. O yemək yeyilməli idi! Paketin içindən 3 ədəd boz rəngdə, üstündə isə ulduz simvolları olan qolbaq çıxdı.

"3 ədəd niyə almısan?"dedim marağıma mane ola bilməyərəkdən

"3 nəfər deyilikmi? Eyni qolbaqdan aldımki, üçümüzdə bir taxaq. Heç vaxtda çıxartmayaq" dedi

Mələk "Ceyhun, mən çox bəyəndim tax qoluma" deyib qolunu Ceyhuna uzatdı. Ceyhunda qolbağını Mələyin qoluna taxdı. Mələk ortamızda qalxıb "Mən güzgü qarşısında durub, qolbağıma baxmağa gedirəm"dedi. Əsl çoxbilmiş Mələk idi! Mənim cücə qızım

"Mən bu qolbağı taxan deyiləm. İnsan almamışdan əvvəl ən azı bir soruşar"dedim

"Taxacaqsan" deyərək biləyimdən tutdu

"Biləyimi burax. Mənə lazım deyil belə seylər" dedim. Bu dəfə isə inadıma salmışdım!

"Lazımdı" dedi məni eşitməmiş kimi
Biləyimi buraxdıqdan sonra qolbağını biləyimə taxdı. O taxdısa, mən sabah çıxardıb atardım! Qolbağını bağladıqdan sonra əlində qalan digər qolbağını mənə uzadıb "İndidə sıra səndədi. Sən tax qoluma"dedi. Çox uzatmadan əlindəki qolbağını alıb, qoluna taxdım. Kimin ağılına gələrdi belə sey? Ceyhunun... Mənim yeni qonşumun

"Əgər o qalbağı qolundan çıxardıb atsan, mənim sevgiyə aid olan bütün inancımı öldürmüş olacaqsan"dedi

Dəqiq insanın ağılın oxuyurdu!

"Sənin sevgiyə olan inancını itirməyim deyə bu qolbağı qolumdan çıxartmayacam!"deyərək ayağa qalxdım yanından. Ən yaxşısı yemək idi. Yemək yeyərkən danışılmazdı. Masa arxasına keçid etdikdə, sakitcə yeməyimizi yeməyə başladıq. Ceyhun Mələyi yedizdirib, nazı ilə oynayırdı. Mən isə gözüm hər üçümüzün qolunda olan qolbaqlarda idi. Hələ üstəlik, qızımın sac bantıda hələdə qolunda idi. Bu oğlanın sevgisi məni qorxudurdu. Mənə görə hər kəsi qarşısına alacaqdı. Mən isə bunu istəmirdim. Onun üçün tərs davranırdım. Başa düşürsüz? Bunu kefimdən etmirdim... Onun həyatını korlamayım deyə edirdim... Bezərdi... Oda hər kəs kimi gedərdi... Axı, sevənlər gedirdi...

Axşam yeməyindən sonra yorulduğundan çıxıb getmişdi. Mələk öz otağında idi. Məndə ortalığı yığışdırmaqla məşğul idim. Əlim nədənsə qoluma gedirdi. Çıxarda da bilməzdim... Çıxartmayaraqda, onda ümüd vermiş olurdum. Mən arada qalmışdım. Necə davranım bilmirdim. Həyatıma hardan daxil oldu? Hər sey kicik 'Salam sağ ol'da qala bilməzdimi? Nəyə görə bu qədər böyüdü bu mövzu? Niyə məni seçdi, ürəyi? Ətrafında o qədər qız olarkən, niyə mən? Ortalığı yığışdırmağa olan qalan həvəsim bitdiyindən, yatmaq qərarı aldım. İçimdəki 'gəl getlər' məni yorurdu. Öz otağıma keçid edib çarpayıma uzandım. Telefonu əlimə alıb, sosial şəbəkələrdə bir az vaxt keçirtdim. Bu belə, ağlımda olan fikirləri bir kənara atmamışdı. Söndürüb, yatmalıydım. Söndürməmiş, ekrana Ceyhundan bir mesaj gəldiyi yazısı düşdü. Evdən indi gedən o deyildi? Mesajı gələn bildirimdən oxudum.

"Bu gün o qədər çox xoşbəxt oldumki... İndi eyni evin altında olmasaqda, eyni damın altındayıq. Hər günüm sizinlə keçsin istəyirəm... Çox sey istəmirəmki... Gün gələcək eyni evin içində sənidə, Mələyimizdə qucaqlayaraq yatacam. O günə qədər səbrlə gözləyəcəm. Sizi çox sevirəm. Səni ayrı, qızını ayrı..."

Axşam yazdığı mesaj cavabsız qalmışdı. Səhəri beləcə açmışdım...
Mələyi yerindən güclə ayağa qaldırmışdım. Hələdə, yuxulu idi. Özüm isə çoxdan hazır idim. Bir yemək yeməyimiz qalmışdı. Onuda hazır etməyə çalışırdımki, qapının zəngi çalındı. Bu saatda qapımı döyəndə kim idi? Qapını açdıqda qarşımda Ceyhunu gördüm. Axşam burda, səhər burda... Köçdüyü bir gün deyildi, hec...

"Sabahın xeir, sevgilim. Gəldim deyəmki səninlə dünya şirini olan qızını səhər yeməyinə mənim evimə dəvət edirəm"dedi

Səhər - səhər şoka düşmüşdüm. Bundan sonra qapıma dayanacağı, dəqiq idi

"Qəbul edərdim, amma evinə hələ hədiyyə almamışam. Sonra başqa bir gün gələrik"dedim aradan çıxmağa çalışıb. Həqiqətəndə dediyimdə həqiqət vardı. Bir hədiyyə almalı idim yeni evinə

"Sizin gəlişiniz, mənə hədiyyə olar. Qırmadan qəbul etsən? Bu günümüzün gözəl keçməsini istəyirəm"dedi

Gözəl keçməsi üçün mənim qəbul etməyim lazım idi. Qəbul etməyi düşünürdüm

"Yaxşı 5 dəqiqəyə gəlirik onda" dedim

"Deyəsən, axşamki mesajımı görməmisən" dedi söhbəti dəyişib

"Görmüşəm" dedim yalan demədən

"Bir cavabı, çox görmüsən onda mənə" dedi

"Ceyhun, hisslərinə hörmət edirəm. Səni əzmək niyyətimdə yoxdu"dedim ona qarşı bir az insaflı davranmağa çalışaraq. Bir birimizə baxıb gülümsündükdə arxadan gələn "Ceyhun" deyə bir səs eşitdim. Səs ilə Ceyhun sola dönüb baxdı. Bir adım atıb qapıdan, onu kimin səslədiyinə baxdım. Kafedə gördüyüm, qara saclı qızı gördükdə baxışlarımız O, qızla üst - üstə düşdü. Bu qız kim idi?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri