Gülümsə Qadın (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 721
Səs ver:
(səs: 0)
Gözüm qızla Ceyhunun arasında gedərkən, Mələkdə yanıma gəlmişdi. Oda mənim kimi bir Ceyhuna birdə O, qıza baxıb durmuşdu. Ceyhun isə ani şoka düşmüş kimi olmuşdu. Sonra bu şokdan çıxmağı bacarıb, qarşısında ona baxıb gülən qıza "Sənin burda nə işin var?!"dedi.
İlk gündən bu qızın bura gəlməsi nə dərəcə düzgün idi?! Yox, yəni bu qız Ceyhunun nəyi idiki bu qədər rahatlıqla ilk gündən evinə gəlmişdi?!

"Evinə xeyirli olsun deməyə gəldim. Çayla içməyə tortda almışam"deyərək əlində olan tortu göstərib sünicə gülümsəndi. Altdan - altdan mənə baxmağıda, əsirgəmədi.
Onların söhbətinəmi qulaq asacaqdım?!
Ceyhunun baxışları sadecə mənim və Mələyin üstündə idi. Bizə baxaraq nəsə demək istəyirdi. Mən isə hec nə eşitmək istəmirdim.

"Sizə çayla xoş tort yemələr!" deyərək Mələyi kənara çəkib üzünə qapını bağladım. Səhər yeməyi yemək üçün mənim qapıma dayanan insan indi başqa biri ilə çay içib, tort yeyəcəkdi... Qapının kənarından çəkilməmiş, qapı döyülməyə başladı. Ardından Ceyhun "Gözəl qapını aç. Xahis edirəm, Gözəl"dedi.
O qapı açılmayacaqdı... Qapını döyməyini görməzdən gəlib, qonaq otağına keçdim. Mələk divanın bir küncündə üzü asıq şəkildə oturmuşdu. Qızım incimişdi...
Yanına gəlib, aşağı çökərək hər iki əlindən tutub öpməyə başladım

"Qızım üzünü asma belə. Məndə pis oluram"dedim

"O qız kafedə gördüyüm qız idi. Ceyhun onu bizdən çox istəyir?"dedi

Uşaq olsada verdiyi sualın mahiyyəti, mənim içimdə kicik bir məyusluq ifadəsi yaratdı. O qızın kim olduğunu bilmirdim. Bura qədər gəlməsi isə Ceyhun ilə bir əlaqəsi olduğunu mənə açıqlayardı. Ceyhun inkar etsədə, etməsədə... Həm evinin ünvanını necə bilirdi?
Ceyhun hər qız ilə səmimi idi... Buda mənə sübut olmuşdu...

(Ceyhun'un dilindən davam)

Evimdə oturmuş Şəhlaya baxırdım. Bura niyə gəlmişdi?! Əsas sual evimin ünvanın necə tapmışdı?! Gözü qonaq otağımı gəzirdi. Mən isə əsəbimdən öz evimdə özümə yer tapa bilmirdim. İndi Gözəl və Mələklə səhər yeməyi yemək varkən, burda onunla oturmuşdum. Onların könlün almaq vardı... Mənim haqqımda bəlkədə nələr - nələr düşünmüşdü Gözəl... Bunu qapını açmamasından başa düşdüm

"İlk gündən evimə gəlmək nədi?"

"Evinə ilk mən gəlmək istədim. Burda nə var? Reaksiyan hec xoşuma gəlmədi. Sənki belə bir oğlan deyildin. Hər kəslə mehirban idin. İndi çox qızla məsafə saxlayırsan"

"Məsafə saxlayıramsa, demek ki bir səbəb var. Sən məndən niyə əl çəkmirsənki? Görürsənki mesajlarına cavab vermirəm. Bizim evə gəlirsən səni görməmiş kimi özümü aparıram. Bunlar səni qane etmək istəmir?"

"Səndən niyə əl çəkimki? Valideyinlərimiz bizi birləşdirmək istəyir. Səndə mənim xoşuma gəlirsən.Yəni, səni gələcək həyat yoldaşım kimi görürəm.Əsas sən məndən niyə qaçırsan? Evinin ünvanıda anan atdı mənə. Oğluma get baş çək. Onu yalnız qoyma dedi"

"Əla! Başa düş. Mənim sənə hec vaxt marağım olmayıb. Valideyinlərimizin nə düşündükləridə zərrə qədər olsun məni maraqlandırmır. Birdə evimə gəlməsən sevinərəm"

"Açıq - açıq mənə deyirsənki səndən xoşum gəlmir. Nəyə görə gəlmir? Sarışın deyiləmmi deyə?!"

Belə qızlara nifrət edirdim! İnsanın necədə canına yapışıb, qopmaq bilmirdilər. Ən əsası işin başında mənim anamın durması idi! İstəmirəm sözün israrla başa düşmək istəmirdi. Evimdə olan bu qız isə çox ağıllı idi. Sarışın deyərək, Gözəldən bəhs edirdi... Ağılımın hər yerində Gözəl vardı... İndi onunla danışarkən belə...

"Ağıllı qıza bənzəyirsən. Gəl daha çox uzatmayaq. Çünki, mənim getməli olduğum bir işim var. Boş bekar insan deyiləm mən. İşimədə gecikirəm"

"O sarışın qızla alınmacağını, ikimizdə çox gözəl bilirik. Onsuz dəb düşüb subay oğlanların canına, boşanmış və yanında uşağı olan qadınlara göz dikirlər. İstifadə edilməsi, daha asanddı deyə"deyib zəfər qazanmış kimi gülərək ayağa qalxdı. Qolundan tutub onu özümə tərəf çəkdim. Qolunu əlimdən xilas etməyə çalışdıqca, qolunu daha möhkəm sıxdım.

"Bəsdi! Səhərdən sənin sözlərinə qulaq asırdım, ucu Gözələ toxunmurdu deyə! Amma dediyin son cümlə sənin sonun ola bilər! İndi evimdən rədd olub gedə bilərsən!"

Qolunu buraxıb, onu itələdim. Əli ilə qolundan tutduğum yerə toxunmağa başladı. Üzündə yaranmış olan kini görə bilirdim. Məni öldürmək istəyirmiş dərəcədə üzümə baxırdı

"Bunun cəzasın çox pis çəkəcəksən! Səndə sənin sevdiyin O, qadında! Dediyim sözü qulağına sırğa elə!"

Təhtidən geri qalmazkən, ayaqqablarını geyinməyə başlamışdı. Hec nə edə bilməzdi. Buna icazə verməzdim mən!

Ayaqqablarını geyinər geyinməz qapını açıb, qolundan tutaraq onu çölə atdım.
"Bunun bədəlini ödəyəcəksən!"deyərək üzümə iyrənmiş ifadə ilə baxıb aşağı düşməyə başladı. Ondan iyrənən mən olmaq yerinə, məndən O iyrənmişdi! İnsan idim... Mənimdə səbrim bir yerə qədər idi. 2 həftə idi mənim arxamca dolanıb gəzirdi. Bu evə köçməyim belə mənim üçün çox çətin olmuşdu. Evi ala bilib, atamın verdiyi pulun geri qalanın tamamlamaq üçün maşınımı satmışdım... Sırf Gözələ daha yaxın olum deyə... Onunla Mələyi daha çox görüb, onlarla vaxt keçirim deyə... Mən bu həyatda ən çox onları sevmişdim... Başqada sevəcək bir kimsəm yox idi... Gözlərimin qarşısına düşən saclarımı geri itələyib, gərginliyimdən gözlərimi ovuşdurmağa başladım. Gözəl mənə qulaq asmayacaqdı... Onu bir az yola gətirmişkən, qarşıma böyük problemim çıxmışdı...

Taksi ilə işə gəldikdə ilk yanıma gələn Elton olmuşdu. Ona bu gün səhər olanları danışmışdım. Oda mənə sakitcə qulaq asımışdı. Sözümü bitirdikdən sonra "İndi nə edəcəksən bəs? Gözəl sənə qulaq asmayacaq tanıyırıq onu"dedi. Bunu bilirdim!

"Bilmirəm. Kömək elə... Gözəl mənə qulaq asmalıdı... Of niyə belə olduki?!"

"Günah özündədi Şəhladı nədi O qızı yaxandan ata bilmirsən"

"Çox gözəl! Dostuna belə dəstək olursan?! Mən nə edim?! Anamdı hər seyi edən"

"Şəhla anangil ilə danışmamış ged onlar ilə sən danış. Yoxsa daha pis seyler başa verə bilər"

"Anamgilə nə deyim? Sevdiyim qadın var. Amma O qadın məni sevmir deyim. Gözəl mənə hec bir şans tanımır... O qədər çətin xasiyyəti varki... Hec cürə yola gəlmək istəmir"

"Onu sənə sevdirəndə, çətin xasiyyəti oldu. Ətrafında pərvanə olmadı, sənində könlün ona bağlandı. Gözəli qarşına al danış hər seyi. Belə hara qədər davam edəcəysiz"

Eltonun dedikləridə beynimi qarışdırdı. O qədər çətin vəziyyət yaranmışdıki... Tək Gözəl deyildi bu dəfə. Mələkdə mənə qarşı qırılmışdı... Bunu gözlərindən, səssizcə içəri keçməyindən başa düşmüşdüm. Məni çox istəsədə, onunda asand xasiyyəti yox idi. Çətinləri sevmək mənim işim id deyəsən. Elton ilə danışdıqda sonra, otağımda sıxıldığım üçün otağımdan çıxdıq. Çöldəkilərə salam verdikdə, qulağıma yuxarı mərtəbədən səslər gəlməyə başladı. Hər kəs mənim kimi səslərə fikir verməyə başladı. Eşitdiyim səsin Gözəlin səsi olduğunu başa düşdükdə, yuxarı mərtəbədən aşağı düşən Aysel "Xəqani ilə Gözəlin səs küyü ətrafı götürüb. Yuxarıda dava var" dedi. Az sonra mənimdə səs küyüm bu iş yerin götürəcəkdi...

Bir göz qırpımında yuxarı çıxdım. Arxamdanda Elton "Ceyhun dayan!"deyə qışqırırdı. Bu dəfə dayanmayacaqdım! Gözəlin otağının qarşısına gəlib qapını açdım. Gözüm hec sağı - solu gəzmədən, birbaşa Xəqanin üstünə gedib, ona bir kəllə atdım. Gözüm birinci dəfə idiki, bu qədər dönmüşdü. Tarazlığını saxlayaraq, yerə yıxılmadan azca qanayan qaşının kənarını tutub əsəbi formada mənə baxmağa başladı. Məni vurmağa doğru gəldikdə yaxasına yapışdım.
"Sənə Gözəldən uzaq dur deməmişdimmi?!" dedikdə aramıza Elton girdi. Məni kənara çəkməyə bacarmışdı. Xəqani isə öz artisliyindən hecdə geri qalmırdı.

"Məndə sənə ondan uzaq durmayacağımı demişdim! Atdığın bu kəllə ilə başına bəla olacam sənin"deyib qaşının kənarın silərək əlində olan qana baxdı. Kim kimə bəla olacaqdı görəcəkdik!

"Canını mənim əlimdən bu qədər asand şəkildə qutara bilməyəcəksən! Bir qadın səni istəmirsə, israrla niyə ona yanaşmağa çalışırsan?! Söz başa düşə bilmirsən?! Bu qadın səni istəmir!"

Əsəbimdən boynumun arxa tərəfin sıxmağa başlayıb, Gözələ dönüb baxdım. Bizdən aralı, sıxılmış formada dayanmışdı. Gözlərində isə bir yaşarma vardı... Dilinin bir söz tutmadığını uzaqdan görə bilirdim. Xəqaniyə söz çatdırım deyərəkən, Gözəlin necə olduğu haqqda hec maraqlanmamışdım

"Sənidə istəmir! Amma səndə mənim kimi onun ətrafında fırlanırsan!"

Əlimi yumruq edib sıxdım. Bir yumruğu həqiqətən haqq etmişdi artıq! Hər kəsin boşluğuna gəldiyi üçün, bir göz qırpında üstünə şığıyıb yumruğumu üzünə keçirdim.

"Mən sənin kimi, çirkinliklər ilə ona yaxınlaşmıram! Başa düşdün məni?! Əgər sənin kimi yanaşmış olsaydım, ona Gözəlin bu gün yanında ola bilməzdim məndə! Onu necə çilədən çıxartmısansa səsiniz düz aşağıya qədər gəlirdi! Söhbət burdan kənara çıxmayacaq!"

Qəti şəkildə fikrimi ona izah etdikdə, başını yelləməyə başladı. Sonra isə qəh - qəhə çəkdi. Gülməsi məni çaşdırarkən, mənim boşluğuma gələrək mənim üzümə bir yumruq atdı. Bu yumruq axrıncı atışı oldu. Elton məni bilərəkdən geri itələyrəkən, Xəqanin qolundan tutub "İkinizdə kəsin bu dava dalaşı! Səndə düş qabağıma axmaq!"deyərək otaqdan güclə çıxartdı. Əlimi yumruq atdığı üzümə gətirib, iş masasının yanında durmağa çalışan Gözəlin yanına gəldim. Bir kəlimə belə danışmaması, məni qorxutmuşdu. Niyə dinmirdi? Əvvəlki Gözəlim hardaydı?

"Gözəlim sən yaxşısan?"deyibdə qarşısında durduqda, əlinin birini iş masasının tininə yerləşdirib masanı sıxmağa başladı

"Hə, çox yaxşıyam... Həyatımı bərbad etməyə çalışan, iki insan var"dedi

Yenə eyni seyi düşünürdü... Həyatını gözəlləşdirməyə çalışarkən, onu incidəcəyimi düşünürdü

"Elə düşünürsən demək... Sənin üçün etdiklərimi görmürsən... Məni Xəqani ilə eyni tərəziyə qoyursan. Üstünə gəlməyəcəm bu mövzuda... O vəziyyətdə də deyilsənki, sənə nəsə deyim. Amma bunu bilki, mən səni incidəcək hec bir sey etməmişəm. Sənə yaxın olmaqdan başqa, düşündüyüm bir sey yoxdu"

Canımı çox pis yerdən incitmişdi. Hər zaman məni incitmirdimi? Mənsə susub, onu görməzlikdən gəlməyə çalışırdım. Sevgi insanı belə kor edə bilirmiş. Bunu onu sevdiyimdə başa düşdüm

"Sən məni düşün... Mənimlə birgə bu gün evinə gəldiyi qızı düşün. Sonrada qarşıma keç, səni sevirəm falan de. Sanki, sənin imişəm kimi otağıma girib adam döy... Sən bu imişsən?!"

"Bax sənə hər seyi izah edə bilərəm. Amma bu dəqiqə tək düşündüyüm sey, Xəqanin sənə nə deməsidi? Səni bu vəziyyətə qoyacaq qədər nə etdi? Sən buna cavab ver mən sənə hər seyi danışacam"

"Sənə hec nə deməyəcəm... Sənin dediklərinədə qulaq asmayacam"

Üzündəki qatı kin ilə yanımdan keçib getmək istədi. Mən isə hec yerə tərpənmədim. Sol tərəfdən keçmək istədikdə, sol tərəfə getdim məndə

"Qarşımdan çəkil mənim! Hec birinizin üzün görmək istəmirəm!"

Mənə qulaq asmadan, Xəqanin ona nə deməsini bilmədən nə burdan çəkiləcəkdim nə də bu otaqdan onun çıxmasına icazə verəcəkdim

"Qulaq asacaqsan mənə... Qulaq asmalısan... Hec nə olmamış kimi burdan çıxıb gedə bilmərsən!"
"Asmaq istəmirəm! Başa düş! Mən indi dəli kimi ağlamaq istəyirəm! Sənin qarşında özümü güclə tutmuşam!"

"Ağla... Göz yaşlarını məndən gizlətmə... Sən ağla, məndə göz yaşlarını silim"

Sözümü tam bitirmədən, yenə acı içində gülümməyə başladı. Sonrasa gülüşü üzündə dayandı. Dəniz kimi baxan gözlərindən yaşlar üzünə süzülməyə başladı. Göz yaşları özündən bir xəbərsiz axdığı üçün, göz yaşlarını silib özünü məcbur gülümsətməyə davam etdirdi.

"Oldu indi?! Gördün göz yaşımı?! Eyni imişsiz hamınız... Səndə onlar kimi imişsən!"

"Səni sevməyənə qədər onlar kimi idim məndə. İndi isə sadecə bir Ceyhunam... Bu gün gördüyün, O qız kafedə gördüyün həmin qız idi. Adı Şəhladı... Sənə o gündə dedim, mənim onunla əlaqəm yoxdu. Hamısı anamın planlarıdı... Bu gün evimə gəlməsinidə, ondan anam istəyib. Onu gördüyümdə, necə şoka düşdüyümü görmədinmi? Evədə çıxar çıxmaz niyə gəldiyini soruşdum. Sonrasa onu evdən qovdum... And içməyi sevən insan deyiləm. İndi o qədər çərasizəmki, and içməyə məcburam. Sənə, şərəfim üstə and içirəmki mənim O qızla bir əlaqəm yoxdu... Mənim gözüm səndən başqasını görmür"

Bir and içmədiyim qalmışdı. Onuda etmişdim...

"Məənn... Mən daha hec nə eşitmək istəmirəm. Çox pis haldayam. Xəqani ilə olan söz söhbətimiz atanın qulağına çatsa, gerisini düşünmək belə istəmirəm. Mənə görə, özünü od'a az at... Yanıb yanmamağına belə deyərmiyəm hec bilmirəm"

Aramızdaki məsafəni tam itirərək ona yaxın durdum. Əli ilə göz yaşlarını sildikdə, əlimi əlinin üstünə qoyaraq əlindən tutdum. Onunla birlikdə göz yaşlarını sildim... Ən az mənim qədər, oda məni düşünürdü. Mənə az da olsa inanmışdı... Və bir həqiqət daha vardıki, mən keçən hər saniyə onu daha çox sevməyə başlayırdım. Belə qadını kim sevməzki?

"Yanmağa dəyərsən... Sən hər deyə dəyərsən, bu həyatda... Sevməyədə, sevilməyədə... Sən hec kimi düşünmə. Mən hər seyi qaydasına qoyacam. İndi gedək əl üzünü yuyaq"

"Mən necə çıxacam indi insan içinə? Sənidə, sənə inanmamaqla birgə, özümlə bərabər incidirəm"

"Mən sənin yanındayam. Yanında olmaq sözü bilirsən nədi? Sənin yaxşı günündə də pis günündə də sənə dəstək çıxmaqdı. Mənim inciməyimi boş ver sən. Sənə ağlamaqda yaraşır demişdim... Amma mən səni birdə ağlayan görmək istəmirəm"

Mənimlə razılaşmışdı... Onun üçün otağından çıxmışdıq. Ətrafda bizə baxan gözləri görməzdən gələrək, aşağı mərtəbəyə düşdük. Gözəl üzünü yumaq üçün alt mərtəbədə yerləşən ayaq yoluna girmişdi. Məndə qapının kənarında onu gözləyirdim. Bu gün Şəhlanı görməsi, sonra Xəqanin bu hərəkəti onun bu gününün pis keçməsinə səbəb olmuşdu. Bu vəziyyəti necə düzəldəcəyimidə bilmirdim. Atamın bu gün iş yerindən tez getməsi, şansın azacıqda olsa mənim yanımda olmasından yana olmuşdu. Gözəl, qapıdan çıxdıqda yenədə canında o ürkəklik qalmışdı. Yerə baxan gözləri mənə baxdıqda, üzündə hec bir makiyajın qalmadığını gördüm. Makiyajsız belə gözəl olan, nadir qadınlardan biri idi `O...

"Belə o qədər gözəl görsənirsənki, işimi atıb saatlarla sənə baxa bilərəm"dedim ona özünü daha yaxşı hiss etdirə bilmək üçün

"Sən mənim üçün, çalışıb bir şeylər edirsən. Mən isə hec bir sey etmirəm. Axşam... Axşam yenə yeməyə bizə gələrsən. Hətda bir az tezdə gələ bilərsən. Bərabər hazırlayarıq"dedi
Bu sevinməmə səbəb olmuşdu. Yox, dediyi bu söz daha çox sevinməyə səbəb olmuşdu. Onu hər keçən saniyə, daha çox sevdiyimi daha əvvəldə demişdimmi?

***

Ona kömək etmək üçün tez gəlmişdim. Mən gələnə qədər isə Gözəl yemək işini həll edib, qazın üstünə qoymuşdu. Onun üçün salatı mən hazırlayırdım. Mələk isə yuxusunun gəldiyini bildirərək, otağına getmişdi. Və gəldikdən bəridə mənlə soyuq rəftar edirdi. Bir ara otağına gedib, onunla danışacaqdım. Çoban salatı etdiyim üçün tərəvəzləri doğrayırdım. Gözəldə yanıma gəlib, mətbəx mebelinə söykənərək mənə baxmağı başladı. Onun evində ona salat hazırladığıma inana bilmirdim. Ona qonşu olmağı çox sevmişdim. Hər sey burda yaxşı gedirdi, ancaq beynimdə hələdə Xəqaninin Gözələ nə deməsi dayanıb durmuşdu. Xətirinə dəyməmək üçündə, hec nə soruşa bilmirdim...

"Xəqani... Xəqani mənə məni sevdiyini dedi... Məndə mədəni sürətdə onu sevmədiyimi bildirdim. O, isə sevməlisən dedi... Söhbət burdan böyüyüb, başladı... Onsuzda bu gün O, qızı burda, görmək məni pis vəziyyətə salmışdı... Mələkdə pis oldu... Özünü bizə öyrətmisən... Bizdə indi səndən qopa bilmirik"

Bu gün ikinci şokumu yaşayırdım. Gözəl, bunları mənə demişdi... Əlimdəki işi yarım saxlayıb, əllərimi sildim. Gözlərinin içinə baxaraq, sağ əlinə toxunub, əlini əllərimin arasına aldım. Gözlərində hec bir etiraz görmədim.

"Qopmayın gözəlim... Mən sizdən qopmağada, niyyətli deyiləm... İlk günlər elə belə ağılıma gəlirdin. Özümə dedimki, keçər gedər... Keçmədi... Ağılım səni düşündü... Ürəyim səni gördükdə, hər dəfə daha möhkəm döyündü... İndidə möhkəm döyünür... Çünki, sahibi yanımdadı... Bu ürək yalnız sənə aiddi... Onun sahibi sənsən"

Əlini əlimdən çəkdim... Gözlərimizi isə bir birindən ayırmadım. İlk dəfə idi, gözlərində mənə qarşı bir istəyin olduğunu gördüm. Baxışı çox məsumca idi... Mənsə dayana bilmirdim, bu baxışa... Əlimi belinə yaxınlaşdıraraq, belindən tutdum. Onu özümə tərəf çəkdikdə, başını sinəmə yasladı. Öz istəyi ilə... Ürəyimin səsini eşidərdi

"Ürəyin çox möhkəm döyünür. Ona de ki, sakit olsun... Sahibi, başını ona yaslayıb"dedi

"Sahibi yanındadı deyə, bu qədər möhkə
m döyünür. Çünki, ona can atır..."dedim

Başını qaldırıb, mənə baxaraq gülümsündü dediyim sözə. Gözünü yumub, başını mənə doğru yaxınlaşdırdı... Ondan uzaq durmadım... Alınımı alınına qoyaraq, məndə gözlərimi yumdum. Alını alınımda, gözlər yumulu, nəfəsi üzümdə... Burnumuzu bir birinə dəydirikdə, bir an nəfəs almağı unutdum. İnsanın içi getməsi bu imiş... Sevdiyim qadın, məndə bu təsüratı yaratdıqda başa düşdüm

"Ceyhun..."dedi səsinin ən zəif tonunda

"Eşidirəm, gözəlim" dedim cümlə qurmağı unudarkən

"Biz düz etmirik... Amma səndən ayrılada bilmirəm... İnsan öyrəndiyi seyi unuda bilməzmiş... Məndə səni unuda bilmirəm"

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri