Gülümsə Qadın (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 3 678
Səs ver:
(səs: 0)
(Ceyhun'dan)

İnsan özünü niyə qırılmış hiss etsin?
Mələyin qolunda, o qalbağı görmədikdə ürəyimə bir ox batırlırmış kimi hiss etdim. Ürəyimdən cuzi bir ağrı keçərək, kürəyimə yayıldı. Balaca bir uşaqdan, küsəcəkdə deyildim... Mən qolbağın hər üçümüzdə, sonsuza qədər qalacağını düşünərkən, qolbağın biri indidən bizim yolumuzdan ayrıldı. Geriyə, iki qolbaq qaldı. Biri Gözəldə, biri isə Mələkdə...
Bildiyiniz, mənə yanlarında, yer qalmadı...
Gözəlin yanağımdan öpdüyü kicik öpüşü, mənim keçirtidiyim ağrı hissini belə dəf etmədi. İncidiyimi bildiyi üçün, öpmüşdü...
Bir qadın, kicik öpüşü ilə belə mənim qəlbimi titrətmişdi. Buna sevgi deyilirdi... Məndə sevgimi, çox sevirdim. Yol boyu, takisidə keçirtdiyim qarışıq hissləri fikirləşərkən, valideyinlərimin yaşadığı evə gəlmişdim. Taksinin pulun ödədikdən sonra, aşağı düşdüm. Taksilərə pul verməkdən, bu gedişlə cibimdə pul qalmayacaqdı. Bura anamla danışmağa gəlmişdim. Şəhla söhbətini birdə açmasınlar deyə. Bu gün dəfələrlə mənə zəng etmişdi. Mən isə cavab verməmişdim... Əmin adımlar ilə evə doğru yaxınlaşdıqda, gözüm biləyimə sataşdı. Əmin adımlarım, bu an dayandı...
Yenə eyni hiss içimə, doldu... Danışsam, ağlayacaq tək oldum... Onu bu qədər niyə çox sevmişdimki mən? Mənim qızım olmadığını bilə - bilə, onun qızım olmasını niyə istəmişdim? Niyə onlara bir ailə olmaq istəyirdim? Mən ailəm olaraq, onları görürdüm... Ailəm isə tamamlanmamışdı...

Qapı açıq olduğu üçün, evə keçid elədim. Qapının səsini eşitdikləri üçün hər ikisinində gözü dəhlizdə idi. İri addımlarım ilə yanlarına yaxınlaşdıqda, anam əlindəki telefonu əlindən yerə qoydu. Üzündən mənə əsəbləşdiyini görürdüm. Mənim isə ayaqda durmağa taqətim yox idi. 'Üzündən düşən min parçadı' deyirlər ha, bax elə bir vəziyyətdə idim. Bu halımı gördükləri üçün, anamın üzündəki əsəb ifadəsi silinməyə başladı. Atamın yanından ruh kimi keçib, anamın yanına oturdum. Bu gün danışacaqdım...

"Sizin oğlunuz, çox pis aşiq olub... Oğlunuz bir qadını dəlilər kimi sevir... Həm qadını sevir, həmdə qızını sevir... Bir ürəyimə, iki sevgini bir anda yerləşdirdim... Mən, hec belə olmamışdım ana" deyib susdum. Bir yerdən başlamaq lazım idi. Məndə burdan başladım. Anam "Ceyhun, nə danışırsan sən?! Evli bir qadını sevirsən? Bu sənə yaraşacaq hərəkətdi?!"deyə səsini ucalatdı. Anamın başa düşündüyü seyə bax. Anama cavab verməmiş, atam araya girərək "Oğlun, boşanmış bir qadını sevir. Yanında qızıda var. Qızda, bizim şirkətdə işləyir. Oğlunun qəlbini ələ keçirən, biri tapıldı" dedi. Atam Gözəli sevdiyimi bilirdi?

Atamın dedikləri məni təsir altına salarkən, anam "Şəhlanın dedikləri düz imiş onda"dedi. Tək düşündüyü sey, Şəhla idi...

"Ata sən bunu hardan bilirsən?"dedim

"Gözlərin mənə hər seyi izah edir. De görüm, Gözəli bizim ilə, gəlinimiz kimi nə vaxt tanış edəcəksən?"dedi

Atam hər seyi bilirdi və mənə dəstək idi? Bu vaxta qədər yanımda olmayan, atam bu mövzuda yanımda idi? Düz eşitdiyimə əmin ola bilmək üçün "Sən mənə dəstəksən?"dedim. Üzü gülməyə başlayarkən, gözlərinin kənarında qırışlar yaranmağa başladı.

"Səni düz yola gətiribsə, nə deyə bilərəm? Mən başqa ailələrdə olan atalar kimi deyiləm. Görüb götürmüş insanam. Mənimdə qızım ola bilərdi... Mənimdə, qızımın başına gələ bilərdi, bu hal... Atandan sənə tam dəstək"

Ayağa qalxıb, sevincimdən atamı qucaqladım. Atamdan ayrılanda, anama baxdım. Anam üzünü incimiş şəkildə asmağa başladı.

"Mənim niyə indi xəbərim oldu? Gəlinimi tanımaq mənimdə haqqımdı"dedi

Ah, birdə gəlinləri razı olsa...

"Ana, Gözəl mənə bir 'hə' desin siz sonra tanış olarsız onunla. Bununlada Şəhla söhbətini bir kənara at daha. Oğlunun sevdiyi qadın ondan daha gözəldi. Ürəyi isə özündən, daha çox gözəldi"deyib yanına gəldim. Ailəmin razı olacağını, bilirdim. Onlar geri düşüncəli bir insan deyildilər. Ancaq belə tez razı olacaqlarını bilmirdim.

"Bunu bəri başdan mənə desəydin, Şəhlanı ortalığa atmazdım mən. Atanda əvvəldən razı olduğuna görə, mənə söz demək düşməz. Amma yenədə səndən incidim bilmiş ol"

Üzünə möhkəm bir öpüş qondurub, könlünü almağa başladım. Atamında üzündə keyifli bir gülüş gördüm. Ailəm ilk dəfə mənə qarşı çıxmadı. Və düzgün qərar verdiyimi, bu dəqiqə daha əmin oldum. Nə olursa, olsun onlar mənim ailəm olacaqdı. Ailəm...

***

Səhər açıldıqda dünəndən qalma sevincim ilə özümə qəhvə hazırladım. Dünəndən qalan, qırılmışlığımda vardı... Qəhvəmdən içə - içə telefonumu əlimə aldım. İnstagrama girərək bir şəkilimi secib altına "Sən səsimin, titrək yeri..." yazaraq göndərdim. Comment yerinidə bağlayıb, telefonu divanın bir küncünə atdım. Mələk, mənim səsimi titərədən yeganə insan olmuşdu. Bir insanın səsini titrədəcək, qədər onu incitməyin...
İnsanlar incitilməz...
İnsanlar sevilməlidi...
Sizdə sevin
Üstümü dəyişib, sacımı daradıqdan sonra işə getmək üçün ayaqqablarımı geyinirdim. Bu an qapım döyüldü. Şəhladan başqa kim bilirdiki evimin ünvanını?! Qapını canıma gələn əsəbimlə açdıqda, qarşımda Gözəli birdə Mələyi gördüm. Altdan - altdan hər ikisinində baxmağa başladım. İkisinində üzündə eyni gülüş vardı. Mələyin əlində isə, bir rəsm vərəyi gördüm. Balaca əlləri ilə rəsm vərəyinin hər iki tərəfindən tutmuşdu. Üzülərinə eləcə baxmağa davam edərkən, Gözəl "Mələk sənə bir sey vermək istədidə"dedi. Aşağı əyilib, Mələyin mavi gözlərinin dərinliklərinə baxdım. Əlindəki rəsm vərəyini mənə uzadıb "Bunu sənin üçün hazırladım"dedi.

Rəsm vərəyini əlindən alıb, vərəyə baxdım. Kənarında mavi rəngdə çəkilmiş, bir çöp adam vardı. Ortada sarı rənglə, onun kənarına isə qırmızı rənglə çəkilmiş daha çöp adamlar gördüm. Uşaq olduğu üçün yaxşı çəkə bilməmişdi... Rəsmə baxa - baxa qaldım. Nə məna verdiyini başa düşürdüm. Bu qızın bu hərəkətləri, məni öldürəcəkdi...

"Mavi rəngdə olsan sənsən. Sarı rəngdə olan mənəm. Qırmızı rəng isə anamdı. Məni bağışla dünən üçün"dedi

Hər üçünündə əlləri bir - birinə bağlı idi. Onu daha çox gözlətmədən, bağrıma basdım. Onlardan gözümün dolduğunu necə gizlədəcəyimi bilmədim... Mələkdən ayrılanda "Bizim aramıza hec kim girə bilməz. Sən mənim mələyimsən. Qoruyucu, mələyim"dedim. Gözəl bir kənardan bunları seyr edirdi. Qızına qarşı çıxmamışdı. Yaxşıya doğru bir hərəkət idi. Rəsmi evə qoyub, qapının kənarına gəldikdə Mələyi görmədim. Gözəl vardı. Qapını bağlayıb, piləkanlardan düşərək söhbətləşməyə başladıq.

"Dünən gecəni yatmayıb, o rəsmi hazırlayıb sənin üçün"

"Məndə dünən gecə yatmamışam"

"Pis olduğunu gördüm. Bu gün instagramda olan son paylaşımında, qəlbimə toxundu"

"Həm pis olduğum üçün, həmdə sevincimli olduğum üçün yata bilməmişdim"

"Nəyə sevinmişdin? Sirr deyilsə təbiki"

"Atamla anama dünən sənin haqqında danışdım. Müsbət cavab aldım"

"Nəə? Nəə?!"deyərək atdığı atımını saxladı

"Eşitmədinsə birdə təkrar edim"

"Eşitdim! Mən indi işdə atanın üzünə necə baxacam? Məni pis vəziyyətdə niyə qoyursan?!"

"Pis vəziyyətdə niyə qoyum səni? Atam, səni gəlini kimi tanımaq istəyir. Qaçışın yoxdu bizdən"

"Sən bu qədər ciddi imişsən?"

"Sən hələdə mənim ciddi olduğumu, başa düşməmisən?"

Ciddi olduğumu başa düşsəydi, çox gözəl olardı. Mən ondan asandlıqla əl çəkəsi deyildim. Onu sevirdim mən... Maşınım olmadığından iş yerinə Gözəl ilə bir yerdə gəlmişdik. Yol boyu üzünü asmışdı. Mənə qarşı bir az əsəbi idi. Mən onu hər seyi ilə çox sevirdim. Gülüşünü sevməyim ilə yanaşı, ən çox inadını, mavi gözlərindəki əsəbi baxışlarını belə sevirdim. Hər sey yaxşılığa doğru gedəcəkdi. Hər gecə bunun xəyalını qurub yatırdım mən. Nə yaxşı, atam o günü o işi mənimlə Gözələ vermişdi. Özüdə bilmədən oğluna ən böyük yaxşılığı etmişdi. Beynimi son günlər işimə verə bilməsəm belə. Otağımın qapısı döyülüb, açıldıqda içəri Elton keçdi. Gəl demədən, gələn bir tək Elton olardı. İş masamın qarşısında olan, iki stoldan birinə keçib gülərək əyləşdi. Ağılından nə keçdiyini bilmək, o qədərdə çətin bir sey deyildi.
"Üzündəki gülüşü nəyə borcluyuq hə?"deyib söhbəti açdım.

"Ortalıq sizin söhbətlərdən yıxılır. Bilirsənmi bunu?"

"Kim nə danışır? İnsanların işi gücü yoxduda"

"Səninlə Gözəldən... Sənin Gözəlin yaşadığı binaya köçməsindən. Maşınını satmağından. Bu gün işə Gözəlin maşınında gəlməyindən. Eləsidə deyir, Ceyhun sadecə vaxt keçirir"

"Lənət şeytana! Mən deyəsən çox üz vermişəm, burdakılara. Vaxtımı keçirtməkdə nədi?! Nə qədər ciddi olduğumu yaxında hamısı biləcək"

"Sən həqiqətən, bu mövzuda ciddisən?"

"Gözəldə bu gün bu sualı verdi. Hə, çox ciddiyəm. Mən ciddiyəmdə, amma Gözəlin inadkarlığı davam edir. Sevirmi sevmirmi bilmirəm... Mənə dəqiq bir söz demir"

"Al qarşına danış Gözəllə onda. Sən ciddisənsə, inadkarlıq etməyin yeri yoxdu. Demək istəməsəmdə, ağılıma bir sey gəlir... Ailən... Ailən necə qarşılayacaq, bu söhbəti?"

"O məsələ həll olunub... Dünən ailəmlə danışdım. İkisidə razıdı... Anamın razı olmayacağını düşünmüşdüm əvvəl, amma düşündüyüm kimi olmadı. Ona yalnız bir gəlin lazımdı"

"Gözəl razı olsa, bu iş tamamdı. Əmməli başlı, başın bağlanır. Halal olsun dostum sənə"

"Gözəlin üstünə gəlmək istəmirəm... Nə də onu bir seyə məcbur etmək istəmirəm... İstəmədikcə, özüm günü gündən pis oluram. Danışsam, onu sıxacağımı düşünürəm... Qarşıma alıbda, onunla dəqiq danışmamışam"

"Nəyi gözləyirsən? Elə bu gün al qarşına içindən keçənləri ona de. Nə sən incin, nə də O. Hara qədər gizlinə bilər? Yaxşılığın üçün deyirəm. Həmdə bu boş boğazların ağızı yumulsun. Ailəndə razıdısa, mane olacaq nə var ki?"

Günün yarıdan çoxunu Eltonun dediklərini düşünərək keçirmişdim. Ailəm razı idi... Mane olacaq bir sey yox idi bizə... Amma ya Gözəl məni sevmirdisə? Sevdiyini düşürdümsə? Bu gün işdən evədə taksi ilə qayıtmışdım. Aşağıda düşməmişdim... Öz evimdə idim. Yanımdada Mələyin çəkdiyi rəsm şəkili var idi. Şəkilə mənidə qatmışdı... Onun balaca qəlbini çox sevirdim. Bir ürəyimdə, iki insana yer vermişdim. Hər seydə o günü Qubaya istirahətə getdiyimiz gün başlamışdı. Həyatımın dönüş nöqtəsi olmuşdu. Onun daha atası olmaq istəyirdim. Rahatlıqla ona qızım demək istəyirdim, mən... Çox şey istəmirdimki... Mənə yetəcək, seylər bunlar idi. Sevgi başqa bir hiss imiş. İnsan sevərkən, özünü düşünməzmiş...

Qapının zəng səsini eşitdikdə, ayağa qalxıb qapını açdım. Qarşımda Gözəli görməyi gözləmirdim. Səhərdə gəlmişdi...
Yanında Mələkdə yox idi. Nə də içəri dəvət etməyə, cəsarətim yox idi.

"Evinə dəvət etməyəcəksən?"dedikdə gülərək kənara çəkilib "Buyur..."dedim. Mənim evimə özü öz istəyi ilə gəlmişdi. Bu xoş bir seyə işarət deyildimi? Qonaq otağına azacıq göz gəzdirərək "Xeyirli olsun" deyib divana əyləşdi.
"Çox sağ ol... Mələk hardadı bəs?"dedim məndə yanına əyləşib. "Mələk son günlər yorğun olur. İndidə yuxuya daldı. Məndə bunu fürsət bilib, səninlə tək danışmağa gəldim"dedi. Mənimlə nəsə danışacaqdı...

"Eşidirəm səni"

"İş yerində söz söhbətlərimiz çox gedir... Bu mənə xoş deyil... Buna bir çarə tap"

"Çarəsi çox asand bir seydi"

"Nədi o elə?"

"Mənim təklifimi qəbul etməyin"

"Ailən razıda olsa mən sənin təklifini qəbul etməyəcəm. Bunu başa düşsən sənin üçün hər sey daha yaxşı olar"

Bəs mənim hisslərim?
Hisslərim onun üçün bir sey ifadə etmirdimi?
Bu gün ona içimdə qalan hər sey deyəcəkdim.

"Sarı sacların günəş kimi, mavi gözlərin isə dəniz kimidi. Baxışların payız yağışına bənzəyir. Baxışlarının altında islanıran mən... Amma dediyim kimi payız yağışıdı deyə, insan əl çəkə bilmir islanmaqdan... Bilirsən? Mən yağışı sevmirəm... Amma sənə görə, yağış altında islanmağa belə razıyam. Qısaca saclarına düşürəm, baxışlarına ölürəm... Mənim bu halım necə olacaq hə?"

"Bu qədər gözəl cümlələrin ardından, səhv bir sey demək istəmirəm sənə. Mənim hec bir fikirim yoxdu"

"Çətində olsa, səndən bir cavab almalıyam... Məni sevirsən sən?"

"Sevmirəm"

"Onda mənə, birdə belə baxma!"

"Necə baxıram?"

"Sevirmiş kimi"

Əsəbimdən ayağa qalxdım. Sevsə, belə onun dilindən sevirəm kəliməsi belə rahatlıqla çıxan deyildi. Çıxmadıqcada, mən nəfəs ala bilmirdim. Sevgimin qarşılıqsız qalmağını istəmirdim. Belə etdikdə məndən uzaq duracağınıda bilirdim... Mənim yolum harda idi?

"Sənə sevirmiş kimi baxmıram mən. Bu sənin öz günahındı ki, belə görürsən hər seyi"

"Gözlərin yalan deyirdə hə?! Bu cür gözəl hec vaxt yalan deməz!"

"Ceyhun, mən yara falan almaq istəmirəm daha. Başa düş bizim dünyamızda sənə yer yoxdu. Bəzən insan çox istəsə belə, olmur"

Saclarını qulaq ardına çəkib dərin bir ah çəkdikdə, qururumu hecə sayıb dizlərimi yerə atıb, dizlərinin yanına çökdüm.

"Özüm yaralanaram, amma sənin yara almağına icazə vermərəm. Olmaması üçün böyük bir səbəb yoxdu. Axmağın biri sənə xəyanət etdi deyə, onun bədəlini sonrakılar nə vaxta qədər ödəyəcək? Hər seyinlə qəbul edirəm... Bilirəm, sənə yad duyğulardı, bu hisslər indi. Mən yenidən qaytarmağa çalışaram. Bərabər öyrənərik hər seyi... Bizdə alınacaq Gözəl... Mən buna ürəyim ilə inanıram. Ürəyimin içində siz varkən, necə inanmayım...?"

Başını aşağı əydikdə, əllərim ilə əllərini tutdum. Mən bu əlləri buraxmayacaqdım. Dilindən bir kəlimə çıxsın deyə gözlədikdə
"Yaxşı..." dedi. Üzünə baxdım. Nəyə yaxşı demişdi? Yaxşı nə demək idi?

"Yaxşı nə?"dedim

Asta səsi ilə "Qəbul edirəm" dedi

Mənim təklifimi qəbul edirdi? Dayanın bir dəqiqə, mənim beynim dondu!

"Yəni, sən məni sevirsən?"dedim

"Sevirəm... Sevilməyəcək bir insan deyilsənki..." dedi. Sevincimdən əlim ayağım bir birinə dolaşdı. Əlimi əllərindən çəkib ayağa qalxdım. Düz eşitdiyimə əmin olmaq üçün "Sevirsəndə hə?"deyə yenidən təkrar etdim

"Bütün qorxularımı bir kənara atıram... Hisslərinə qarşılıq, verəcəm Ceyhun Çünki, məndə səni sevirəm"

Bölüm sonu

Müəllif: Goncha


(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri