Gülümsə Qadın (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 816
Səs ver:
(səs: 0)
Sevincdən, insanın ayağının yerdən kəsilməsinin necə bir hiss olduğunu indi başa düşdüm. Sevgimə qarşılıq vermişdi... Uzun aradan, uzun israrlardan sonra öz qəlbini mənə açmışdı. Qəbullanmaqdan başqa bir çarəsi olmadığını sonunda gördü...

"Sonsuza qədər səni sevəcəm" deyib daha çox gözləmədən onu möhkəmcə qucaqladım. Qucaqlamağıma qarşılıq verib, qolları ilə kürəyimi sardı. Yavaş - yavaş qollarını kürəyimdən çəkdikdə, məndə əllərimi boşaltdım bədənindən. Gözlərimə baxmaması diqqətimdən yayınmadığı üçün "Gözlərim, mavi gözlərini görmək istəyir sevgilim" dedim. Utancaq halı ilə gözlərini qırparaq mənə baxdı.
"Sevgilin olacam bundan sonra?"deyərək gülümsəməyə başladı. Üzündə yaranan gülüşü, əli ilə örtmək istədikdə, əlindən tutub aşağı saldım. Gülən üzünü görmək istəyirdim mən. Gülüşünü, gizlətməsini istəmirdim...

"Bu indi sevgi etirafı idi. Səndə qəbul etdin. Bu andan etibarən, sevgilimsən... Amma evlilik təklifi etdiyim gün, həyat yoldaşım olacaqsan"
dedim. Göz bəbəkləri böyüməyə başladı. Əlini əlimdən çəkmək istədikdə, digər əlindəndə tutdum. Əllərimizi bir birindən ayırmasına icazə verməyəcəkdim

"Ceyhun, əlini əlimdən çək... Mən çox utanıram"dedi

"Gələcəyin olacaq, insanın yanında utanma. Dərindən nəfəs al və rahat olmağa çalış"dedim

Dediyimi edərək, gözlərini yumub dərindən nəfəs aldı. Nəfəsini çölə verib, təkrar nəfəs alıb verdikdə, üzünə heyranlıqla baxdım. Mən qarşımdaki qadının, ən çox ürəyin sevirdim. İnsan yeri gələr sarı saclara, yerə gələr mavi gözlərə aşiq olar. Gözəl, indi gözlərini yummuşdu. Mən isə gözlərinin mavisini görmədən, ona dəli olurdum. Dəli olmaq, sevginin bir növü idi. Gözlərinin yumulu olmasından istifadə edərək, ona yaxınlaşdım. Göz qapaqların açmaq üçün oynadırdı.
"Açma..."deyə fısıldadıqda gözlərini daha möhkəm yumdu. Saclarına yaxınlaşıb, qoxlamağa başladım. Qoxusunu içimə çəkmək ən böyük istəyim idi. Saclarını qoxlamağı bir kənara qoyub, dodaqlarımı alınına basdırdım.
Aramızda yaranan bu səssizlikdən sonra, Gözəl "Alınımdan öpdüyünə görə, sən məni həqiqətən sevirsən"dedi. Dodaqlarımı alınından çəkib, üzünə baxdım. Gözlərini açmış, məni gülərək izləyirdi.

"Birinin dodaqlarından öpmək, ehtirasdan başqa bir sey deyil. Alınımdan öpərək, mənə necə dəyər verdiyini göstərdin" deyərək qollarını boynuma dolayaraq, təkrar məni qucaqladı. Qucaqlaması, insana yeni həyat verirdi...

(2 həftə Sonra)

Əlimə lazımsız sənədləri Gözəlin otağına getmək üçün, yığaraq otağımdan çıxdım. İnsan eyni işdə işləyincə, görmədən qala bilmirdi. Birdə tez - tez darıxırdı. Hec kimə fikir vermədən, yuxarı mərtəbəyə çıxdım. Məlum məsələ, iş yerində son günlər söhbət bizim sevgili olmağımızdan gedirdi. Xəqanidə hər fürsətdə çəp -çəp bizə baxırdı. Səhv bir hərəkətində işindən olacağını bildiyi üçün bir problem yaratmadı. Gözəlin qapısını döyüb içəri keçdim. Otağına bununla bərabər 4 cü gəlişim idi. Nə edim amma? Darıxırdım onsuz...

"Mənim otağımın yerini əzbərləməyə çalışırsan?"dedi. Əlimdəki sənədləri masanın üstünə atıb, iş masadına yaslandım.

"Yox, çünki sən mənim əzbərimdəsən. Mən sevgilisi üçün darıxan, çox sevən bir aşiqəm. Sevgilimin halı necədi?"

"Bir az yorğunam bu gün. Həmdə fikirliyəm. Səncədə çox tez deyilmi?"

"Tez ya gec nə fərqi var? Anam hər Allahın verdiyi günü zəng edib deyirki, məni gəlinimizlə nə vaxt tanış edirsən. Bu gün qaçışın yoxdu. Ailəm ilə tanış olmaq vaxtıdı. Hec nədən qorxma. Qorxacaq bir sey yoxdu"

"Qaçış yerim hec yoxdu?"

"Yoxdu, sevgilim"

"Bir damcıda yoxdu?"

"Yarım damcıda yoxdu hec. Mələyimiz nə qədər sevinəcək bu hala"

"Mələk dünəndən hazırdı. Onu elə edəndə sənsən. Səndən üz almasa elə etməz"

"Mələyimlə işin olmasın. O nə deyirsə düz deyir. Sən inadkarlığından əl çəkmirsən"

"İnadkar biri idimsə, sevməyərdin. Məni sev deməmişdim sənə. Bunu eşitmək istəyirdin?"

"Daha çoxunu eşitmək istəyirəm. Belə edərək, özünü mənə daha çox sevdirirsən, bilmiş ol. İstəyirəm sənin yanaqlarını sıxım onda. Sıxdıqdan sonrada möhkəmcə öpüm"

"Təklif gözləyirsən?"

"Nə təklifi?"

"Sıx və öp" deyərək gülümsədi. Etiraz etmədən, dediyimi ciddiyə alıb qəbul etməsinə bir anlıq şoka düşdüm. Şok vəziyyətimdən çıxıb, hər iki yanağını sıxmağa başladım. Sıxdıqdan sonra əlim ilə üzünü tutub üzünə möhkəm öpüş qondurdum. "Ohh bal yanaq"deyib təkrar öpərək geri çəkildim

"Ceyhun, məncə getməlisən daha. Bu günlük sonuncu dəfən olsun otağıma gəlməyin. İşin bitməsinədə az qalıb"dedi

"Yaxşı gedirəm. Görüm başımı nəylə qatacam deyib masanın kənarından ayrıldım. Qapı yanına çatdıqda, "Sənədsiz hara gedirsən?"dedi

"Məndə ağıl qoymusanki" deyərək masaya yaxınlaşıb, masada olan sənədləri əlimə aldım. Bir sənədə baxdım, bir Gözələ. Fürsətdən istifadə edib, yanağına təkrar bir öpücük qondurdum. İşıq sürəti ilədə yanından ayrıldım.

***

Ailəmlə tanış olmaq üçün bizim evə yola düşmüşdük. Yol üstü, Gözəl çiçək mağazasından ilk dəfə getdiyi üçün buket gül almışdı. Nə qədər tezdi desədə, anam onunla və Mələklə tanış olmaq üçün səbrsizlənmişdi. Bu 2 həftədə daha əvvəl bu qədər xoşbəxt olmadığımı xatırlamışdım. Xoşbəxtlik, sevgi dolusu bir ailə demək idi. Mələk bizim münasibəti öyrəndikdə, çox sevinmişdi. Onu hər zaman sevindirəcəkdim mən. Evə çatıb, qapının zəngini basaraq açılmasını gözləyiridik. Gözəl bildirmək istəməsədə həycanlı görsənirdi. Mələk isə mənim qucağımda idi. Gözələ "Həycanlanma bu qədər. Hər sey çox gözəl olacaq" dedim. Gözlərini mənə süzdürmək ilə yetindiyində, qapı açıldı. Qapını anam açmışdı. Gözəl ilə bir birlərinə baxıb, təbəssüm etdikdə anam Gözəl ilə görüşmək üçün irəli gəldi. Qapı kənarında qucaqlaşdığından sonra anamın gözü Mələyi gördü.

"Maşallah hər ikinizdə ay parçasısız" deyərək qucağımda olan Mələyin üzündən öpdü. Daha sonra içəri keçdik. Gözəlin aldığı gül buketini anam çox sevmişdi. Atamla bərabər hamımız masa arxasında əyləşmişdik. Gözəlin özünü rahat hiss etməsi üçün, əlimdən gələni edirdim. Mələy isə deməyimə ehtiyyac yox idi. Olduqca rahat idi. Atamla anam Mələyə heyranlıqla baxdıqlarından yemək yeməyi belə unutmuşdular.

"Ata, ana bəlkə yeməyinizi yeyəsiz. Qonaq gələn olardı, siz deyilsiz"dedim gülüşümü üzümdə basdırmağa çalışaraq. Atam gözlərini nəhayət Mələkdən çəkə bilib "Gözəl qızım, sənə minnətdaram mən. Düzün desəm, mən oğlumdan nigaran qalmışdım. İndi ürəyim rahatdı. Onun qarşısına sənin kimi bir qadın çıxıb. Ümüd edirəm, ömür boyu xoşbəxt olarsız" dedi. Atamı bunun üçün daha çox sevirdim. Verdiyim hər qərarda mənim yanımda idi. Olmaz deməzdən əvvəl, mənə qulaq asardı.
Gözəlin utancından üzü qızararkən "Çox sağ olun Rasim bəy"dedi.

"Rasim bəy nədi? Rasim əmidən, qaynatadan de. Ailəmizə xoş gəldin bir daha qızım. Sənində, sənin qızınında başımızın üstündə hər zaman yeri var"dedi. Gördüyünüz bu mənzərə, mənim sənətim idi...

Bölüm sonu

Müllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri