Gülümsə Qadın (20-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 229
Səs ver:
(səs: 0)
(Müəllif'in dilindən)

Ətrafınızda ərköyünləşən bir qadın görsəniz, bilinki həmin qadın bir adam tərəfindən çox sevilir. Sevgisiz qadın, yanmış bir ağaca bənzəyər. Var olduğunun bir sübutu var. Amma bu sadecə görüntüdü... Budaqlarında yaşıl yarpaqlar açmaz daha. Diqqətlə o qadına baxsanız, nəyinki bir yarpağı, hec o budağı belə tapa bilmərsiz. Bəzi insanlar budaqların, üstündə yaşıl yarpaqların açmasına icazə verməz. Budağı qırıb atar... Ancaq, bəziləridə var ki həmin budağın üstündə, bir yaşıl yarpaq görməsi üçün əlindən gələn hər seyi edər. Bəli, Ceyhunda buna bir sübut idi. Gözəlin qırılmış olan budaqlarını, yenidən əmələ gətirdi. Artıq, o budağın üstündə yaşıl yarpaqlar göyərməyə başladı. Hər zaman demişəm, sevgi hər zaman hər seyi həll edir. Onlar üçün hər gün eyni xoşbəxtliklər ilə keçirdi. Günlərini həftələr tamamlamışdı. Sevgili olmaqlarından 2 ay keçmişdi. 2 ay içində bir - birilərini daha çox sevmişdilər. Mələyin könlüdə bu sevgiyə, gündən günə daha çox sevinir. Lakin, hələdə aşa bilmədikləri bir münasibətləri var idi. Bu münasibət Ceyhun ilə Mələyin arasında baş verən 'ata - qız' münasibəti idi. Hər sey onlar üçün çox yaxşı getsədə, nə Mələk ona 'Ata' deyə səslənirdi, nə də Ceyhun onu 'Qızım' deyə əzizləyə bilirdi... Ürəklərində bu sevgini hiss etsələrdə, dillərinə gətirə bilmirdilər. İlk addımı Ceyhun bu gün atmaq istəyirdi. Rahatlıq ilə ona 'Qızım' deməyi səbirsizlik ilə gözləyirdi. Bu gün günlərdən, bazar günü idi. İş yox idi. Havada daha soyuqlaşmışdı. Ceyhun öz evində pəncərə qarşısında durub ətrafı seyr edirdi. Bu gün Mələk ilə danışacağı üçün çox həycanlı idi. Ona nə deyib, nə deməyəcəyi haqqında düşünüb, öz beynində götür qoy edirdi. Mələyin bunu istədiyini bilirdi. Lakin, balaca bir qızla bu söhbəti danışmaq, ona ağır gəlirdi. Öz özünə "Ceyhun bunuda bacararsan. Burda nə var axı. Mələkdə bunu istəyir... Ya da yox... Mən danışa bilməyəcəm. Nə deyim ona? Necə deyim?"deyərək dərindən bir of çəkdi. Qolunda olan sac bantını gördükdə, bir çıxış yolunun olmadığını başa düşdü. Nə olursa olsun, onunla danışmalı idi... Aylardı qolundan çıxartmadığı, bir sac bantı vardı. Amma qolunda bir qolbağı yox idi... Onun qolunda qolbağın olmamasını düşünəndə, başlarına pis bir seylərin gələcəyini fikirləşib dururdu. Axı o qolbağı, hər üçü üçün almışdı... Qollarından hec bir zaman çıxartmayacaqdılar... İçinə düşən bu hissi bir kənara atmağı bacarıb, evindən çıxaraq aşağı evə düşdü.

Zəngin səsini eşidən Gözəl, qapını açdıqda qarşısında olan Ceyhuna gülümsədi. Keçən son aylarda, olan xoşbəxtliyini Ceyhuna borclu idi. Ceyhun içəri keçdikdə, ortalıqda Mələyi görmədiyindən "Angel hardadı?"dedi. Uzun aradan sonra ona Angel demişdi... Onsuzda hər şey 'Angel' deməsi ilə başlamamışdımı?

"Angel dediyinə görə, nəsə məsələ var. Mələk otağındadı. Sən yaxşısan, sevgili?"

"Gözəlim mən bir məsələ haqqda danışmaq istəyirəm. Amma inan necə deyim, hardan başlayım bilmirəm. Demədikcədə içim - içimi yeyəcək. Mən pis olacam"

"Qorxutma məni... Nə olduğunu, de. Bilim məndə"

"Əslində, nə olduğunu səndə bilirsən. Ancaq hec vaxt dilimə gətirməmişəm. İndi daha dilimə gətirib demək istəyirəm. Dayana bilmirəm mən"

"Ceyhun nəyi?! Həqiqətən əsəbləşirəm"

"Mən başqa bir sey deməyə gəlmişdim. Görünən oduki, həm onu deyəcəm həmdə daha başqa bir seyi"

Ceyhunun son sözündən Gözəl yenə bir sey başa düşməmişdi. Birdən birə Ceyhunun niyə belə olduğunu düşündü. Hər sey yaxşı gedirdi... Nə baş vermişdi?

Ceyhun isə yalnızca bura 'Ata - qız' münasibətini danışmaq üçün gəlsədə, ağılından daha başqa bir sey keçmişdi. Onun üçün Gözəlin hər iki əlindən tutub, ona yaxınlaşaraq gözlərini yumub "Gözəl, mənimlə evlən" dedi. Ceyhun evlilik təklifini belə düşünməmişdi... Ağılında Gözələ, süpriz bir evlilik təklifi qurmuşdu. İndi isə ani istəyi ilə, daha səmimi təklif etmişdi. Gözəl, Ceyhunun bağlı olan gözlərinə heyrətlə baxdı. Durduq yerə, evlənmək təklifi almışdı...
Gözəldən bir cavab gəlməyincə, Ceyhun gözlərini açın onun dəniz gözlərinə baxaraq, utancaq halı ilə "Mən sənə süpriz bir evlənmək təklifi edəcəkdim, amma gördüyün kimi dilimdən sadə şəkildə bu kəlimə çıxdı... İndi qəbul etməsəndə, bir gün süpriz edib yenidən təklif edərəm sənə. Gözəl, mən sizdən ayrı qalmaq istəmirəm. İnan ki, sizi fikirləşmədən görmədən yaşıya bilmirəm. Hər axşam ayrı evə çıxmaq məni çox yorur. Mən istəyirəmki, biz bir evdən ibarət olaq. Mənim yanım sizin, sizin yanınız mənim olsun... Eyni evin içində, eyni sabahları açıb, axşamda eyni evin içində bərabər yuxuya dalmaq istəyirəm. Evlənəcəksən mənimlə?"dedi

Gözəl üçün bu təklif, süpriz evlilik təkliflərindən daha səmimi gəlmişdi. Bütün güllər, şarlar, şamlar onun dediyi cümlələrin hər birində var idi. Gözəl, Ceyhunu sevirdi... Bərbəzəkli bir təklifdə istəmirdi. Əsas olan, insanın dilindən çıxan kəlimələr idi. Əllərində olan əlləri yavaşca sıxmağa başlayıb, üzündə geniş bir təbəssüm yaratdı. Qarşısında həycanlı şəkildə dayanıb, titrəyən adamı gördükdə həqiqətən bir adam tərəfindən necədə gözəl sevildiyini düşündü... Ceyhun ondan bir cavab gözləyirdi. Onu çox gözlətmədən dodaqlarını aralayıb "Sənin təklifin, bütün süpriz evlilik təkliflərini döyər. Çünki, içindən gəldiyi kimi təklif etdin mənə... Və mən üçün ən böyük süpriz sənin varlığındı. İndi sənə qəbul edirəm deyəcəm, sənsə sakit şəkildə bunu həzm edə bilərsən? Qışqırıb, bağırmaq,məni qucağına all..." almaq yoxdur deyirdiki, artıq Ceyhun dayana bilməyib əllərini əlindən çəkib Gözəli qucağına alaraq "Olley" deyə qışqırdı. Gözəl bu vəziyyətə gülsədə gülüşünü yarıda kəsməyə məcbur olub "Sevgili məni qucağından yerə qoy. Mələk gələcəy indi sənin səsinə"dedi. Mələyin adını eşidər, eşidməz Ceyhun Gözəli qucağından yerə qoyub "Məni necə çox xoşbəxt etdiyini bilirsən? Sevincimdən oturub ağlaya bilərəm" deyərək səsindəki sevinc qəhərini boğmağa başladı. Gözünün yaşardığını görərəkən, əlinin tərsi ilə gözünü sildikdə Gözəl, Ceyhunun əlindən tutub aşağa salaraq, öz əlləri ilə gözlərini silməyə başlayıb "Bu qədər gözəl, sevilərmi sevgili?"dedi. Bu qədər təmiz, hisslər ilə kim bir birini sevə bilərdi? Bəziləri sevgini bədənə olan bir toxunuşda görərkən, kim kimin ruhuna toxunmağı bacarardı?

"Sevilər, sevgilim... Sənin kimi qadına bu sevgi azdı belə. Sənin kimi qadına, ölünər..."

Sevincini içində yarı basdıraraq "Mələk... Mən onunla danışmaq istəyirdim... İcazə olar?"dedi.
Gözəl gözlərini yumub açaraq razılıq əlamətini bildirdikdə, Ceyhun Mələyin otağına gələrək gözlərini bir daha silib qapını döyərək içəri daxil oldu. Sildiyi göz yaşları boşuna idi. Çünki, bir azdan o göz yaşları daha çox axacaqdı... Mələyin qulağında qulaqcıq ilə əlində telefonu gördükdə yanına doğru irəllədi. Mələk telefonda olan cizgi filimdən gözünü çəkərək, Ceyhunun gəldiyini gördükdə əlindəkini çarpayının üstünə atdı. Hər gün bir - birilərini görsələrdə, hər görüşdə bir birlərini möhkəmcə qucaqlayırdılar. Qucaqlaşma bitikdən sonra, Ceyhun səsini təmizləyib "Bizim ilk tanışlığımızı xatırlayırsan?"dedi.

"Yadımdadı, gəzməyə getmişdik. Nəyə görə soruşdun?"

"Mən sənə ilk görüşümüzdə, aşiq olmuşdum balaca... Səndə sənə Angel deməyimi sevmişdin"

"Ceyhun mən hec nə, başa düşə bilmirəm dediklərindən"

"Angel məni atan olaraq, qəbul edərsən?"

Soruşduğu sualdan sonra diqqətlicə onun gözlərinə baxdı. Mələyin gözlərində kicik parıltıları gördükdə, ümüdləndi... Mələyə gəldikdə isə, onu çoxdan qəbul etmişdi. Atası olaraqda, onu görürdü... Ayağına gələn fürsətidə geri çevrimək istəmirdi. Razı olduğunu, necə desin bilmirdi... Hansı dil ilə başa salsın? Kicikdə olsa, illərdi ata yoxluğu çəkirdi. Uşaqlar hec nə bilməz deməyin, hər seyi ən çox uşaqlar hiss edib başa düşər. Ailədə bir az söz söhbət olduqda, uşaqlar öz özünə qapanar. Söz söhbətin qaynağın bilmədikləri üçün, qorxuya düşərlər... Atasızlıqda belə bir sey idi... Bir uşaq öz atasına doğru qaçarkən, Mələyin qolları boş qalardı... Lakin, həyatına Ceyhun daxil olduqdan sonra qolları boş qalmamışdı. Qollarını açdıqda, qucaqladığı biri var idi. Hansı ki, bu adam onu öz doğması kimi əvvəldən sevərək qəbul etmişdi.

Mələk "Ata deyəcəm sənə daha?"deyərək irəli gəldi. Ceyhun məyusca "Demək istəmirsən? Demək istəmirsənsə məcbur etmirəm səni" deyib ayağa qalxdı. Zamanlaması düzgün deyildi, deyə düşündü... Ancaq onu gözləyəcək daha böyük xoşbəxtlikdən xəbəri yox idi...
Ceyhun, gözlərinin dolduğunu Mələkdən gizlətmək üçün arxasını ona döndü. Gözləri bu gün tez - tez dolmuşdu...

Mələk çarpayısının üstündə ayaq üstə qalaraq "Ata..." deyə Ceyhunu səslədi. Eşitdiyi səs qulağına gəldi düşündü. Mələk bir daha "Ataa.." deyə dedikdə Ceyhunun yanaqlarını göz yaşı islatdı. Ancaq, gülürdüdə...

Çevrilib gülümsəyən Mələyi gördükdə "Birdə təkrar et..." dedi

"Ataaa"dedikdə onu qucağına alıb "Qızım..." deyə bağrına basdı. Artıq Mələyin bir atası, Ceyhununda bir qızı vardı...

***

Hər seyi geridə qoymaq üçün, gözəl günlərin daha çox gəlməsi üçün Mələk bir sey düşünmüşdü. Onun üçündə indi hər üçü bir mağazada idi. Və qolbaqlara baxırdı...
Gözəl ilə Mələk qollarındaki qolbaqları açması üçün Ceyhuna uzatdılar.

"Biz Mələk ilə düşündük ki, qolbaqlarımızı yeniliyək. Çünki qolumuzda olan bu qolbaqlar ikimizdə var. Səndə isə yoxdu... Qolbaqlar 2 dənədi... Biz isə üç nəfərik... İndi bunları çıxart at ... Burdan 3 qolbaq alaraq çıxaq"dedi

"Sizi mənə verən, Tanrıya ömür boyu minnətdar olacam"deyərək ilk əvvəl Mələyin qolunda olan qolbağı çıxartdı. Sonra Gözəlin qolunda olan qolbağıda çıxardıb atdı. Onun yerinə yeni bəyəndikləri qolbaqları taxmağa başladı. Aşağı əyilib Mələyin qoluna tünd çəhrayı rəngdə olan, hörüklü qolbağını bağlayıb "Bu daha çox yaraşdı qızım" dedi. Ayağa qalxıb, Gözəlində qolbağını bağladıqdan sonra öz qolbağını bağlaması üçün Gözələ uzatdı. Gözəl qoluna o qolbağı bağladıqda, yadına düşən tək sey keçmiş günləri oldu... Onlara digər qolbağı aldıqda, Gözəl taxmaq istəməmişdi. Bu gün isə öz xoşu ilə taxırdı... Qolbaq qoldan çıxsa, sevgiyə inancı qalmayacağını demişdi. İndi isə sevgiyə olan inancı daha çox artmışdı... Hər sey həll edən sevgi deyildimi? Sevgi idi... Saf ürək ilə sevilən, təmiz sevgi...

Davam edən bir SON ❤

Müəllif: Goncha

Not: Hal hazırda evlidlər. 2 il Mələyin böyüməsi üçün uşaq istəməmişdilər. Düz eviliklərinin 2 ili tamam olanda, Gözəl hamilə olduğunu öyrənmişdi. Evlilik il dönümünə, onlar üçün böyük süpriz olmuşdu. İndi 'Suel' adında bir qızları daha var. Və ətraflarında olan, hər kəs onların evliliyinə həsəd aparır. 5 ildi bir yerdədilər...

Dibnot: Sevdiyinizə sahib çıxmağı bacarın. Boşanmış qadınlarada, əsla kicik bir göz ilə baxmayın. Kaş bu həyatda, Ceyhun kimilər çox ola... Qarşınıza Ceyhun kimilərin, çıxmağı diləyi ilə... Gülümsə'yin Qadınlar... Çünki gülmək sizə çox yaraşır❤

Qeyd: Hekayə Real idi :)
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri