Yaz Əfsanəsi (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 7 423
Səs ver:
(səs: 0)
Yaz mənim fəsilim, mart isə mənim ayım idi. Bildiyiniz bu fəsili və ayı sahiblənmişdim) Çünki, sahiblənə biləcəyim başqa bir seyim yox idi... O dəqiqə duyğusallığa bağlamayın) Hər seyə sahib idim. Amma bir sevdiyim və sevgilim yox idi. Dostlarım cüt-cüt gəzərkən,mən cütlüklərin arasında, '3-cü' şəxs olaraq, gəzirdim həmişə. Amma vəziyyətimdəndə narazıda sayılmazdım. Mən Əfsanəyəm... Digər adım ilə 'Fələkatəm'. Çünki hara getsəm bir fəlakət yaradıram( 23 yaşımın olmasına baxmayaraq dəliliklərimdən əl çəkmirəm. Ailəmin israrı ilə univeristet oxuyub bitirsəmdə, hal hazırda sevdiyim işlə məşğul oluram. Yəni fotoqarafçıyam. İşimə aşiq biriyəm və çəklişlər etməyi çox sevirəm. Onun üçün ətrafım insan qaynayır hər zaman. Ailə vəziyyətimiz normalın üst səviyyəsindədi. Onun üçün atamdan bir az pul qoparıb Bakıdan uzaqda istirahət üçün əyləncə mərkəzlərinin birinə gəlmişdim. 1 həftə burda qalıb yeni girən, yaz ayının dadın çıxardacaqdım. Amma bəxtimdən hava tutqun idi. Burda hansı fəlakətin baş verəcəyi mənə maraqlı idi. Mütləq və mütləq nəsə baş verməli idi. Mən bu qədər sakitciliyə öyrəşməmişdim. Yatacağımdan ayağa qalxıb oteldən çıxaraq ətrafı gəzməyə başladım. İşin qəribə tərəfi bu tərəflikdə adam yox idi. Böyük bir hovuz gördükdə ora yaxınlaşmağa başladım. Qorxmayın mart ayında hovuza girib xəstə olmaq kimi bir niyyətim yox idi.
Həmdə bəlkə, boş idi? Boş olsaydı içinə girərdim. Deməyinki boş hovuzun içinə niyə girirsən. Çünki cavabın özümdə bilmirəm. Dəliyəm axı mən! Telefonumun mesaj səsin eşitdikdə cibimdən telefonu çıxardıb baxdım. Yazan, ən yaxın dostum Gülsüm idi. Oda sabah gələcəkdi. Onunla mesajlaşarkən qarşıma baxmadan yeriyirdim. Və anladığım qədəri ilə hovuzun yanı başında irəlləyirdim. Gülsümə son mesajı yazmaq istədikdə, nəyəsə dəydiyimi hiss etməyim ilə telefonda əlimdən yerə düşdü. Yerə düşən telefona baxıb gözlərimi qarşımdaki insana çevirib "Korsan görmürsən?!"dedim. Bağışlayın amma bu halımla tanımadığım adamla 'Siz'lə danışa bilməzdim. Qarşımda durmuş oğlan isə gülümsəməyə başladı. Bu oğlan azərbaycanlı idi görəsən? Niyəmi deyə soruşsaz qaşları qara, saçlarının önü gur və sarı rəngli. Qulağında sırğa, burnunda da pirecing vardı. Və hətda qar kimi bəyaz olan dişlərinin qarşısında də vardı.

"Baxışlarınla yedin məni az bax"deyib bir qəh - qəhə çəkdi. Yox bu azərbaycanca danışdı. Demək xarici deyilmiş. Oğlan məni ələ salacaq söz demişdi amma mən onun hansı millətə aid olub olmamasını düşünürdüm burda. Malam axı mən!

"Üzr istə məndən. Telefonum sənə görə yerə düşdü!"onu təhtid edirmişcəsinə işarət barmağımı ona salladım. Bu oğlan isə hələdə gülürdü. "Uşaqlaşma məncə"deyib yanımdan keçmək istəyərkən qolundan tutdum. Əlində belə döymə vardı... Görünən o idiki rahat bir oğlan idi. İlk öncə qolunda olan əlimə baxıb, mənə baxdı sonra "Xatırladımki telefonun hələdə yerdə qalıb əyil və götür. Yoxsa ayağımın altında qalıb həyatını itirə bilər"dedi üzünə süni gülüş qatıb. Mənim telefonumu əzəcəkdi? Hansı cəsarətlə?! Onu sinəsindən itələyib "Özünü ağıllı sayırsan sən?!"dedim. İtələməyim ilə arxaya getsədə, tarzlığın itirmədi və mənə doğru yaxınlaşmağa başladı. O mənə yaxınlaşdıqca mən arxaya gedirdim. Son dayandığım nöqtə isə hovuzun yanı idi. Bir addım atsam hovuza düşəcəkdim...

"Əyləncəli olacaq görərsən"deyib məni itələdi. Dilimdən 'Aa' nidası çıxarkən gözlərimi yumdum.Siz düşünün indi hardayam mən? Buz kimi suyun içindəyəm! Lənətə gəlsin! Demişdim axı nəsə olmalı idi! Amma bu başlanğıc idi.
"Birdə tanımadığın insanlar ilə danışanda bir az mədəni danış yaxşı balaca? Yoxsa mənim kimi insaflı biri qarşına çıxmaz"deyib əlini mənə uzatdı. Həm özü məni hovuza atıb, həm də əlini uzadırdı? İnsaflı özdə! Əlin tutub tutmayım deyə qərarsız qalsamda əllərimi yavaşca uzadıb əlindən tutdum və hovuzdan çıxmağa çalışdım. Bildiyiniz donurdum indi! Amma sadecə çalışdım! Çünki çıxmaq istəyərkən məni yenidən hovuza itələdi! Gülməyə başlayıb "Hə bu arada unutmuşam insaflı biri olsamda, bu gün insafımın son istifadə tarixi keçib" dedi. Allahım mən burdan bir çıxım bu oğlana günün göstərəcəkdim!

"Kimsənki sən?! Belə artist-artist hərəkətlər edirsən?!"dedim əsəblə. Və hovuzdan çıxmağa çalışdım.

"Buranın sahibin oğluyam bəs sən kimsən?"dedi rahat bir tərzdi. Düz eşitdimdə mən hə? Buranın sahibin oğlu olduğunu dedi. Bu yalnızca filmlərdə və hekayələrdə ola bilərdi! Allahım niyə mən? Niyə mən yazıq qulunun qarşısında belə bir oğlan çıxartdın?

"Kim olursan ol! Bu sənə bir insanı hovuza atmaq haqqını vermir! Bundan sonra birdə qarşıma çıxsan başına bəla olacam!"dedim əsəblə ona baxıb. O isə mənə baxıb "Belə çox gülməli görsənirsən. İslanmış, cücədən fərqin yoxdu sanki. Balaca bir cücə mənim başıma bəla olacaq hə? Güldürmə məni"deyib göz vuraraq yanımdan uzaqlaşdı. Mən isə arxasından qışırıb "Görəcəksən sən?!"dedim əlbət qarşıma çıxacaqdı bu artist oğlan!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 423
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri