Yaz Əfsanəsi (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 078
Səs ver:
(səs: 1)
Diqqətlə həm Raufa həmdə qucağına aldığı, adının Selcan olduğu balacaya baxırdım. Demek olar, eyni idilər tək fərq göz rəngləri idi.

"Balaca... Balaca... Mənə bu qorxunu niyə yaşatdın axı"deyib dizlərini yerə atıb onu möhkəmcə qucaqladı. Bir oğlanın göz yaşını ilk dəfə idi görürdüm... Ağlayırdı... Bildiyiniz göz yaşı tökürdü... Bu görnüşdə birinin, ata olmasına inana bilmirdim indi. Raufa nəzər yetirdikdə mənə baxdığın gördüm. Sanki, burda olduğumun indi fərqinə varırdı.

"Səənn?"deyib susdu... Boş qalan əli ilə göz yaşlarını silib balaca ilə birlikdə ayağa qalxdı. "Təşəkkür edirəm sənədə... Mən bura gəlməsəydimdə, sən tapıb gətirəcəkdin. Gedək mənimlə bərabər mükafatını verim"dedi. Təşəkkür etmişdi mənə? Bura qədər yaxşı idi... Amma mükafatı deyənə qədər... Mən mükfat istəmirdim. Bir insanın canı puldan daha qiymətli idi. Amma əsəbi idim...

"Mən mükafat istəmirəm. Birdə belə məsulliyətsizlik etmə! Bu dəfə şansın gətirdi tapdın qızını. Ya gətirməsəydi?! Ya bu hovuzun içi su ilə dolu olsaydı?! Bu qədər diqqətsiz olmaq olar?! Sən necə atasan hə?!"dedim içimdəkiləri ona söyləyərək. Bu tipdən ata olmadığı bəlli idi! Sadecə ad olsun deyə ata idi!

"Mənim, ömrümdən ömür getdi ... Sənsə gəlmiş mənə atalıq dərsi keçirsən?! Sənə bu haqqı hec kim vermir!"deyib hovuzdan çıxdı. Az öncə son sözü O deyib getmişdi! Mənə isə sözü həzm etmək düşürdü... Demek bir qızı varmış... Dünən o restorandaki qız kim idi bəs? Yəni evli deyildi onda... Qarışıq bir mövzuya oxşayırdı.

Bir növ xəyal qırıqlığı yaşadım ... Belə deyə bilərdim... Görnüşündəki dəyişiklikləri çıxsaq, yaraşaqlı birinə bəznəyirdi. Yaxşı, daha çox yaraşaqlı birinə bənzəyirdi. Mən nə düşünürdüm belə? Adamın qızı var mənsə onun görnüşün müzakirə edirdim?! Hələdə hovuzda idim... Dünən boş ola bilmirdiki bu hovuz? Off nəysə! Məndə burdan çıxıb otelə qayıtmalı idim. Mübarək, istirahətə deyil yasa gəlmişdim sanki! Bu üstümdəki mənfi enerji axrıma çıxacaqdı bir gün mənim! Otelə gəlib otağıma girdikdə dərin bir oh çəkib yatacağıma uzandım. Yatmaqdan bir ziyan gəlməzdi. Özümü yuxuya təslim edib gözlərimi açdıqda hava azacıq qararmışdı. Mədəm israrla 'aşağı düşüb yemek ye' deyirdi. Onu qırmayıb restorana düşərək yemek yemeyə qərara gəldim. Restorana gəlib yemek yemeye başladıqda canlı musiqidə çalmağa başladı. Bu yerinə düşmüşdü... Amma hər kəs cüt olarkən, bir tək, mən tək idim... Bildiyiniz sap yəni! Ağlıma bir anlıq yenə Rauf gəldi. Niyə ağlımın bir yerinə yerləşmiş bir vəziyyətdə idi? Yemək yeyib restorandan çıxdıqdan sonra toplu insanların hava aldığını görüb məndə bir az gəzməyi planlaşdırdım.
Amma onun üçün bu əyləncə mərkəzindən çıxmalı idim. Gələcək olub, amma gəlməyəcək olan dostum buranın yaxınlığında bir dənizin olduğunu mənə demişdi. Gəzə-gəzə dənizi tapıb bir az dəniz havasını içimə çəkməli idim. Bundan mənə zərər gəlməzdi... Amma gecənin bu saatında? Ağıla hec xoş gəlmirdi... İç səsim 'getmə' desedə ona hirslənib 'Qorxma qızım hec nə olan deyil bizə!' deyib yola düşdüm. Bildiyiniz iç səsimə bir adda qoymuşdum. Adın deyirəm amma gülməyin! Adı 'Nəzakət' idi. Əsəbləşəndə ona 'Nazoş'deyirdim. İnsanın iç səsi ilə danışması qədər möhtəşəm bir sey yaranmayıb hələ məncə. Öz içimlə danışa-danışa dənizə gəlib çatmışdım. Boşluq və qaranlıq idi... Yalnızca ayın işığı düşürdü ətrafa... Bu havada üstümdə sadecə bir cins pencek vardı... Üşüyürdüm... Yox bildiyiniz donurdum... Burnumda qızarmış vəziyyətdə ola bilərdi... Amma geri dönmək yox idi. Bir az daha irəllədikdə birinin sahilin kənarında oturdugun gördüm. Mənim kimi bir dəli daha varmış! Səbəbsizcə həmin insan tərəfə irəllədikdə gördüyüm üz ilə donub qaldım.

Bu Rauf idi... Oda üzün mənə döndərib baxanda "Mənim kimi bir dəli daha"dedi. Az öncə bu sözü mən içimdə söyləmişdim. İçimi oxumuşdu sanki. Bardaş şəklində oturub düz dənizə baxırdı. Qızı kimin yanında idi görəsən? Ona bir sey demeden məndə yanına keçib bardaş quraraq oturdum. Yenə mənə baxmadı... Sadecə dənizi izləyirdi... Buz kimi olan havada, tək səs, dəniz dalğasının səsi idi...

"Gündüzlər dəniz belə maviykən, gecelər oda qaranlıq olmağa məhkum olur. "dedi səssizliyi pozaraq. Raufdan belə bir cümlə? O qədər düz vurğulamışdı... Dənizdə insan kimi idi... Gündüzlər mavi idi... Gecələr isə oda qaranlığa boyanırdı...

Səsimi təmiz tutmağa çalışıb "Qızın hardadı...?"dedim. Maraqlı idi. Niyə soruşduz demeyin mənə!

"Qızım... Anamın yanındadı... Məndə burda, həyatın mənə yaşatdığı acının haqq hesabını etməyə çalışıram" deyib mənə baxdı. Acı ...? Sirrli bir qutuya bənəzyirdi sanki... Bir söz deyə bilmədim... Sadecə səssizcə ona baxdım... O isə gözlərini məndən qaçırdıb yenə dənizə baxdı

"Bilirsən, bu gün sən mənə gercəkləri dedin... Ya Selcanı tapa bilməsəydim...? Ya dediyin kimi, o hovuzda su olmuş olsaydı?! İçim doludu... İçimi birinə açıb demek istəyirəm... Boğuluram artıq... Boğuluram"

Dediyi sözlərdən bir sey anlamamışdım... Anladığım çətin seylər yaşaması idi.

"İçini aça bilərsən... Məni unudub... İçini dənizə aça bilərsən.."

Baxışların dənizdən çəkib yerə baxdı. Xəfif bir gülümsəmə etdiyini gördüm. Yerdəki qum dənəcəklərini əlinə alıb əllərindən aşağı tökərək "2 il əvvəl idi... Həyatımın kabus olduğunu sandığım həmin o il... Görnüşümdəndə yəqin bilinər, mənim burda yaşamadığım... 17 yaşımdan bir dostum ilə Braziliyada yaşadım... Bütün həyatım ora oldu."

Başa düşmüşdüm... Səsinin cool səs tempindən bu anlaşılırdı.
Daha sonra dərin bir nəfəs alıb danışmağa davam etdi "23 yaşıma qədərdə elə idi... Amma 23 yaşımda həyat mənə çox böyük bir zərbə vurdu. Bacım yoldaşı ilə qəza keçirtdi... Və hər ikisi həyatını itirdi... Selcan ... Yəni qızım... onda 2 aylıq idi... Allahdan o gün Selcanı bizə qoyub, bir partyə getmişdilər.. Yəni bacımın qızıdı... Bu xəbəri eşidəndə yıxıldım... Bir anlığına öldüm sandım... Şokdan ayılıb ilk bilet ilə Azərbaycana gəldim... Evə girdim... Hər kəs bir küncdə oturub ağlayırdı... Amma qulağıma bir başqa ağlayış səsi gəldi... Balaca bir körpə ağlayırdı... Tez yuxarı qalxıb balacanın otağına keçdim... Beşikdə yalnız başına qalıb... ağlayırdı... Hec kimdə maraqlanmırdı... Onu qucağıma aldım... Ağlayış səsi kəsildi.... İlk dəfə idi ona toxunurdum... Onu öpdüm... onu qucaqladım... O qədər balaca idi... Əlimdən düşəcəyini belə sandım... Bacım kimi onunda gedəcəyini sandım... Və bağrıma daha çox basdım... O gün bütün həyatımı unudub ömrümü Selcana hesr etdim... Onun gözlərinin mavilikləri mənim cənnətim oldu... Hec kim inkar edə bilməz... O mənim qızımdı... Mən onun atasıyam..."dedi

Gözlərini sağa sola, qarşıya çevirirdi... Amma mənə baxmırdı... Dərin bir nəfəs aldığını hiss etdim... Sonra bir səs gəldi qulağıma... Ağlayış səsi...

"Bu gün onu itirsəydim mən məhv olardım! Başa düşürsən?! Necə qorxduğumu başa sala bilmərəm! Onu tapmadığım hər dəqiqə ölüb-ölüb dirildim mən! Hamsı o baxıcının günahi idi! Saxlaya bilmədi yanında..."

Eşitdiklərim çox ağır idi... Bir gün mən öz yaxınımı itirsəydim necə? Beşikdə yalnız qalan 2 aylıq körpəni görsəydim nə edərdim?

"Selcan mənim bu həyatda dəyər verdiyim tək varlığımdı.
Onun mənə bənzəməsi isə ayrı bir hikmətdir"dedi ağlayış səsinin arasında gülməyə çalışaraq. Sonrası isə səssizlik oldu... İlk 5 dəqiqə susduq... O içində danışırdı indi... Mən də içimdə danışırdım...

İndi anlamışdımki, "Görünüş sadecə bir göstərişdir..."

Üşüdüyümdən əllərimi iki yana dolamışdım. Bunun fərqinə varan Rauf geyindiyi sport peneceyini bir sey demedən mənim çiynimə atdı. Dünən məni hovuza atan oğlan, indi mən üşüməyim deyə mənə penceyini vermişdi...

"Səən üşüyəcəksən..."dedim mızmızlanaraq. Sözün düzü bir sey demeye qorxurdum... Eşitdiklərim qanımın domasına səbəb olmuşdu...

"Mənim canım çox yanır... Onun istisi ilə mən qızınıram onsuz"dedi

Bölüm Sonu

Müəllif: Goncha

Ps. Görünüş sadecə bir göstərişdir...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri