Yaz Əfsanəsi (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 684
Səs ver:
(səs: 0)
Həyatda 'öyrəşmək' deyə bir hiss var. Kiməsə və nəyəsə öyrəşmək... Mən deyəsən öyrəşmişdim. Amma nəyə öyrəşdiyimi tam olaraq bilmirdim. Bura öyrəşə bilərdim? Sadecə istirahət adı ilə gəldiyim yerə necə bağlana bildim? İlk başlarda çox yalnız qalıb sıxılacağımı sansamda, sonradan Rauf sayəsində bu düşüncələrim dəyişdi. Bu gün son günüm idi amma.
"Son gün..." Beynimin bir yerinə böyük həriflərlə yazılıb qalmışdı... Mən daha onları görməyəcəkdim? Mənim həyatım burdan ibarət deyildi... Bakıya qayıtdıqda, həyatıma yenə qaldığım yerdən davam edəcəkdim. Otağıma gəlib indidən özümə aid olan əşyalarımı, geyimlərimi yığmağa başladım. Bu qədər pis olunası nə vardı? Canım hec nə etmək istəmirdi... Bir seydə yemək istəmirdim... Özümü bir az ələ almalı idim. Telefonu əlimə alıb onların şəkilinə baxdım. Şəkil çox qüsursuz düşmüşdü. Şəkilə baxmağı kəsib ayağa qalxdım. Bu qədər böyüdüləcək bir sey yox idi. Bu təsadüfündə bir son olmalı idi. Xoş təsadüf deyildi, amma mənə çox xoş təsüratlar bağışlamışdı... Bu günümün çoxun otaqdan çıxıb ancaq yemək yeməyə həsr etmişdim. Başqada bir sey etdiyim olmadı... Canım istəmədi...

Axşam soyuğunda oteldən çıxaraq yenidən dəniz kənarına gəldim. Bu yerdə ilk dəfə Rauf haqqında gerecəkləri öyrənmişdim. Sahilinə oturub qum dənəcəkləri ilə oynamağa başladım. Bu arada hava olduqca soyuq idi. Bu qədər soyuq olacağını bilsəm hec çıxmazdım. Amma geri dönmək yox idi. Külək uzun şabaladı saçlarımı əsdirirdi... Yadıma Raufun dediyi maviliklər sözü düşmüşdü. Dəniz mavi, göyüzü mavi, gözlərimdə mavi idi... Amma indi hər ikisi qaranlıq idilər. Başımı qaldırıb göy üzünə baxdım. Yalnızca bir ulduz vardı. Hava olduqca tutqun idi. Deyəsən, yağış yağacaqdı... Yağışı çox sevirdim... Göydən enen yağış damlası sevilməzmi? İndi yağsaydı yerinə düşərdi... Tam xəyal etdiyim kimi... Xəyal etmək insanı ümüdləndirir. Amma xəyal edərkən unutdugumuz bir sey var... Ya gercək olmazsa? Onda qurdugumuz xəyallar, xəyal qırıqlığı adlanar. Bu yaşıma qədər qurduğum bir çox xəyal gercəkləşdi. Məsələm, ən əsası fotoqrafçı olmağım. Çünki, başlarda ailəm qarşı çıxdı. Sonda qəbul etmişdilər. Bu vaxta qədər ətrafımda məni çox sevən insan oldu. Amma mənim sevdiyim olmadı. Xoşlandığım insanlar oldu təbiki, amma xoşlantıdan bir üst səviyyəyə keçmədi.
Yerə əlim ilə ürəy çəkib gülümsündüm. "Nə vaxtsa ürəyimə, ruhuma kimsə girməyi bacaracaq?"dedim öz özümə. "Bacarar yəqin.."deyə bir səs eşitdim. Sağıma döndükdə Raufu gördüm. Mənə tərəf gəlib yanıma əyləşdi oda. Yerdə çəkdiyim ürəyi görüb gülümsənməyə başladı.

"Bu soyuqda burda nə edirsən belə?"deyə səsizliyi pozdu.

Nə edirdim? Özümlə dərdləşirdim...

"Bu gün son günümdü.. Sabah gedirəm..."dedim üzüntümü bəlli edərək. Üzülmüşdüm həqiqətən... Öyrəşmişdim çünki... Hiss etdiklərim tamam başqa bir sey idi. Mən bura gəlib belə bir insanı tanıyacağımı hec düşünməmişdim.

"Gedirsən demək... Səni tanımaq xoş oldu mənə. İstəsən səni qonaq edə bilərəm bir az daha qal?"

Mənədə onu tanımaq xoş idi. Onun kimi biri birdə yer üzünə gələrdimi bilməzdim. Amma getməli idim...

"Çox sağ ol... Amma mənim işlərim var... Daha çox qala bilmərəm"

1 həftə burda olsamda, mənə xoş olsada mənim işim yalnız ağlımda idi. Görüləsi çox işlərim vardı.

"İş? Nə işində işləyirsən?"dedi.

"Fotoqarafam mən"dedim

İşim haqqında nə düşündüyü maraqlı idi. Çünki çox adam bu işə isti yanaşmırdı.

"Fotoqaraf? Bu vaxta qədər niyə deməmisən? Mən şəkil çəkdirməyi çox sevirəm. Düzü səni işində təsəvvür etdim. Çox yaraşar sənə"dedi

Bu qədər isti qarşılayacagın təxmin etməmişdim düzü. Dedikləri düz idi.. Mən aşiq idim işimə.. Bir gün Raufla Selcanıda çəkmək istərdim... "Söhbət etməmişdik bu haqqda... Bir gün bəlkə sizi çəkərəm"dedim utanaraq. Harda görəcəkdimdə bir daha onları çəkəcəkdim? Onlar yalnız mənim telefonumdakı şəkillərdə xatirə olaraq qalacaqdılar. "Bəlkə bir gün..." dedi bu an göy möhkəmdən guruldadı. Göy gurultusuna ikimizdə ayağa qalxarkən şişməkdə çaxmağa başladı. Və mən şimşəkdən çox qorxugum üçün anidən Raufa sarıldım. Mən? Mən Raufa sarıldım?! Özümü çəkmək istəyərkən Raufun əlləri mənim belimi sardı. Möhkəm yağış damcısın üstümüzdə hiss etdikdə sanki bir qasırğa külək qopdu. Göydən buz yağmağa başladı. Dəniz coşarkən bizim gözlərmiz bir birinə baxdı

"Bəlkədə, burdan getməyini hec Tanrı istəmir"dedi

Havanın dəyişməsi ilə bərabər otelə gəlib öz otaqlarımıza çıxmışdıq. Ağlım isə Raufda qalmışdı... 'Bəlkə bir gün..' demişdi... Bəlkə bir gün, cümləsinə nə qədər məna sığırdı... Bəlkə bir gün, yenidən görüşərik.. Bəlkə bir gün, bərabər bir çay içərik... Bəlkə bir gün, eyni yağışın altında islanırıq... Havanın bu qədər dəyişməsini gözləmirdim. Və sizə bir gereceyidə deyim çox qorxurdum... Belə bir havada otaqda tək başına qalmaq mənə ürkücütü gəlirdi. Belə bir hava şəraiti hec vaxt görməmişdim. Göydən buz yağır, külək sanki tufan yaradırdı. Qaranlıq otağa düşən şimşəyin işığı isə məni daha çox qorxuya salırdı. Geyimimi hec deyişmədən yorğanı başıma qədər çəkdim. Nəfəs ala bilmirdim amma! Gözümü yarı acıb ətrafa baxdım. Tanrım bu gün tez bitsin... Bu an qapı döyüldü... Bu vaxtı bu qapı niyə döyülmüşdü kim idi? Qorxaraq qapıya yaxınlaşdım. Qapını acdıqda Raufu və qucağında olan Selcanı gördüm. İçəri keçdikdə yatmış olan Selcanı yatacağa uzadıb mənə döndü "Hava kəsgin şəkildə, dəyişdiyi üçün qorxacağını düşündüm... Onun üçün gəldim..."dedi. Bu dəqiqə bu otaqda bir insanın olmağına çox ehtiyyacım vardı. Bu insan məni hovuza atmış olsa belə...

"Çox sağ ol... Həqiqətən çox qorxuram mən belə bir sey bu vaxta qədər görməmişəm. Bilirsən gecdi... Sən harada yatacaqsan?"dedim

Gəl mənimlə birlikdə yataq kimi bir sey demis olmuşdum! İnşAllah səhv başa düşməzdi...

"Selcan ortamızda solunda sən sağında mən. Başqa burda yatacaq bir yer görmürəm çünki" dedi ətrafa baxaraq. Ətarfda balaca bir divan vardı... Amma ora sığmazdı. Daha sonra gülməyə başlayıb "Qorxma... Barmağımın ucu ilə belə olsa toxunmaram sənə"deyib yatağa tərəf gedərək dediyi kimi edib uzandı. Mənim fikrimi soruşmamışdı! Şimşəyin möhkəmdən çaxması ilə məndə yatacağıma tərəf irəlləyib boş qalan yerə uzandım. Rauf üzü sağ tərəfə uzandığından məni görə bilirdi. Gözlərini yummamışdı... Niyə yatmırdı? Unutmuşdum amma, bu qorxuducu səslərlə yatmaq mümkün deyildi...

"Maviliklərini yum və yatmağa çalış... Mən burdayam"dedi yavaşca. Gözlərimi nəzərdə tuturdu... Ona bir sey demədən göz qapaqlarımı yumdum. Gülümsəməməyi dua edirdim indi.

"Bu qaranlıq otaqda gülüşünü hiss etmək gözəldi"

Dediyi bu sözə daha çox gülümsədim. Amma göz qapaqlarımı hec açmadım. Daha sonra bir sey demədi... Böyük bir səssizlik... Sadecə dəyişkən havanın səsi, hüzurlu bir yuxu... Gözlərimi açdıqda Rauf ilə Selcan hələdə yatmışdı. Telefonu əlimə alıb baxdıqda saat 7 idi... Mən isə 9 da buranı tərk etməli idim. Hava düzəlmişdi deyəsən. Yavaşca ayağa qalxıb pəncərənin qarşısına keçdim. Gördüyüm mənzərəyə inana bilmirdim. Hər yer bəyaz qar idi... Həmdə olduqca hündür görsənirdi... Heyrətlə çölə baxmağa davam etdikdə bir əl arxadan çiynimə toxunub "Hey görəndə elə bilər qar görmüsən"dedi. Raufa bir sey demədən kənara çəkilib aşağı baxmasını işarət etdim. Pencərənin qarşısına keçib aşağı baxdıqda, qarı görməyi ilə "Ohaa" deməsi bir oldu. Ona qalib olmuş bir üz ifadəsi ilə baxdım.

"Gözlərimə inana bilmirəm. Həqiqətən Tanrı getməyini hec istəmir. Bu hava ilə yolların acıq ola biləcəyini hec düşünmürəm"dedi.

Nə? Gedə bilməyəcəkdim? Mən bunu niyə düşünə bilməmişdim. Rauf telefonunu əlinə aldı. Məni unutmuşdu deyəsən...

"Bəri gəl, bu xəbərə bax"dedi

Ona yaxınlaşıb telefonuna baxdım. Dediyi kimi var idi... Bu hava şəraiti ilə maşın sürmək olmazdı. Bütün xəbər portalları hava haqqında idi.

"Belə olacağını təxmin etməzdim... Bu gün olmasın, sabah olsun... Bir gün gedəcəm ..."dedim

Qəribə duyğu içərsində qalmışdım indi. Bir yanım kədərlənsədə bir yanım sevinirdi bu hala... Amma daha nə qədər qala bilərdim? Bir gün bitməyəcəkdimi bu vəziyyət? Geriyə qalan, sadecə 'Bəlkə, bir günlər...' olacaqdı...

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri