Yaz Əfsanəsi (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 669
Səs ver:
(səs: 0)
Bu gün yola çıxmağım alınmamışdı. Ona görədə Rauf və Selcanla bərabər restorana gedib səhər yemeyimizi yedik. Onlarla vaxt keçirtmək əyləncəli idi. Onlar möhtəşəm bir ikili idilər. Bir birilərinə olan bağlığı məni onlara daha çox bağlayırdı. Selcan yatdıqda, onu baxıcısına əmanət edib qalın geyinərək aşağı düşmüşdük. Telefon ilə olsada Raufa pozlar verdirib qarda şəkillərin çəkmişdim. Bu arada çox bəyənmişdi şəkili. Mən isə özümü selfi edərəkən çiynimə dəyən möhkəm qar ilə telefonum yerə düşdü. Gülüş səsi eşitdikdə arxaya dönüb baxdım. Rauf mənə gülürdü. Mən isə hec gülmürdüm...

"Nəyə gülürsən axı?" deyib əyilərək telefonu yerdən götürüb cibimə qoydum.

"Gülmək olmaz? Məncə olar"dedi və aşağı əylib qar topası götürərək mənim üstümə atdı. Qisasa qisas! Məndə aşağı əyilib qar topası aldım əlimə. Amma O qaçmağa başladı. O qaçdıqca məndə qaçdım. Nəfəs-nəfəsə qaldıqda dayanmışdı artıq. Əllərin dizlərinə qoyub "Mən təslim. Ata bilərsən"deyib əllərin yuxarı qaldırdı. Əlimdə tutduğum qar topasın ona atdım. Amma bu atış düz üzünə gəlmişdi. Üzündən qarı silib "Gördün, əsəbləşəcək bir sey yoxdur"dedi. Əsəbləşməmişdim mən əslində... Əsəbləşmiş kimi etmişdim...

"Dedik, güldük əyləndik indi gedək daha?" dedim.

Həvəsim yox idi...Raufa daha çox bağlanmaq istəmirdim... Yadımdan hec çıxmayacaq olan, çoxlu xatirələr bağışlamışdı mənə...
Bu gün burda qalsamda, burdan gedəcəyim bəlli idi... Rauf sıxıntılı olduğumu anlayıb razışlaşmışdı. Otağa gəldikdə üstümdəkilərdən azad olub özümü yatacağa atmışdım. Kimi aldadırdımki mən? Getmək istəmirdim burdan... Amma ya Rauf olmasa idi? Onunla qarşılaşmasaydım, yenə burdan getmək istəməzdim? Ya bu sadecə bir insana bağlı bir hiss idi... Qarışıq duyğular içərsində idim. Hec nəyi vecinə almayan mən, indi sanki susuz olan bir səhranın ortasına düşmüşdüm. Rauf su, mən isə səhra idim. Bu qədər uyğun bir sey tapa bilməzdim, bizim vəziyyətimizə. Mən 'Bizim' dedim hə? Biz deyə bir sey vardı? Raufda mənim kimi hiss edirdi görəsən? Ya onun üçün, mən olmasaydımda olardı... Nəticədə onun həyatına məna qatan, Selcan vardı. Ya mənim? Mənim həyatım boş idi... Bu qədər boş yaşadığımı hec vaxt hiss etməmişdim. Mənim üçün varsada, yoxsada həmişə iş olub birdə ailəm olub. Bəs başqa duyğular? Başqa duyğulara həyatımda yer verməmişəm... Məni sevənləri həmişə rədd etmişəm. Könül işləri mənlik deyil çünki... Amma indi nə dəyişib? İndi niyə özümü əskik hiss edirəm... Sanki, itmişəm... Özümü tapa bilmirəm... Tapdığım tək yer buradı... Amma bu yerdə mənim deyil... Yerin bir önəmi var? Ya sənə özünü yaxşı hiss etdirəcək insan önəmlidi?

Həyatımı bir daha gözümün qarşısından keçirdib, gözlərimi yumaraq yatmağa çalışdım. Bu soyuq havada günüm otaqda beləcə keçərkən, axşam düşdüyündən yemək üçün yenidən restorana gəldim. Qardan sonra Raufu hec görməmişdim... Restorana girib boş bir masaya əyləşdikdə gözüm penecərə tərəfdə olan Raufa sataşdı. Amma tək deyildi... Yanında kecen dəfə, burda gördüyüm, Ayşən dediyi qızda vardı. Və gülürdülər... Demək bağışlayıb... Demək mən onun hec yadına düşmürmüşəm... Özümü niyə lazımsız biri kimi hiss etdim indi? Gözü məni gördükdə, baxışlarını mənə dikdi. Tək idim mən... Bu gün bunu bir daha başa düşdüm... Yenidən qarşıma dönüb qızla danışmağa başladı. Mən niyə onları izləyirdim? Yemək sifarişləri edib yeməyə başladım. Daha doğrusu çəngəli o tərəf bu tərəfə edirdim. Yediyim bir sey yox idi... Baxışlarım çox vaxt Raufu tapırdı. Onunda qəhvəlikləri, mənim maviliklərimlə kəsişirdi ... Ona baxımağı kəsib öz önümə döndüm. Və başımı daha qaldırıb ona baxmadım! Üzüm gülsün..! Zəhər kimi niyə dayanmışam?

"Hey elə uzaqdan niyə baxırsan axı?"

Bu sözü eşitməyim ilı başımı qaldırıb, Raufu yanımda görməyim bir oldu... Gözüm tez masalarına baxarkən, qızı orda görə bilmədim...

"Gözlərim taxılırdı sadecə.."

Başqa nə deyə bilərdim? Sən orda qızla mən burda tək qalmışam? Mən öz öhdəsinə götürmüşdüki?

"Klassik bir stat deyim sənə? O maviliklərinə sahib çıx. Dolaşıb - dolaşıb baxmasınlar mənə"dedi gülərək. Və yanımda olan boş stolu çəkərək masaya əyləşdi. Mən isə hələdə dediyi statın şokun yaşayırdım. Bəs onun gözləri məni niyə tapırdı? Sakit durmaq yox idi!

"Bəs sən niyə gözlərinə sahib çıxmırsan?" dedim ona meydan oxumuş kimi. Haqqlı idim...

"Gözlərim, gözəllik görmək istəyir ona görə..."

Bunun ardından nəsə deməyə dilim varmadı. Və səssizcə ona baxdım... O isə səsizliyi pozub gülümsündü...

"Maviliklərini deyirəm... Bu günə qədər, gördüyüm ən gözəl gözlərdi...Hec Brazilayda belə, bu gözlərə sahib olanını görmədim... Həm dənizdi, həm göyüzü... Həm soyuqdu, həm istidi... Bir anda yağış olur, bir anda günəş... İndi sən de necə baxmayım hə?"

O qədər gözəl cümlələr söyləmişdiki... Utanmışdım bir az... Söhbəti dəyişdirməli idim!

"Yanında bir qız varkən, başqa qıza baxmağın hec düzgün deyil!"

Mən söhbət dəyişdirmişdim hə? Əmməli başlı qızı qısandığımı bəlli etmişdim. Mən qısqanmışdım? Mənim olmayan birini niyə qısqanım? Həmdə sabah getmək vaxtım olarkən...

"Yanımdaki qızda, başqa qızlara baxmağıma şərait yaratmasın o zaman. Məsələm, yanımda sən olsan mən başqa qıza baxmaram"

Mən onu indi anlamışdım. O məni sınayırdı...

"Fərq etməz... Görünən oduki O qız səni sevir... Gözəl bir qızdıda ... Birdə yanında biri olarkən başqasına dönüb baxma. Bu arada hər sey üçün təşəkkür edirəm. Mən sabah gedirəm artıq. Birdə yollarımız kəsişərmi bilmərəm... Ya da bir gün kəsişsə bir birmizi tanıyarıqmı onuda bilmirəm"deyib ayağa qalxdım. Bir əlvida cümlələri qurmuşdum... Onu harda görəcəkdimki..?

"Dünya balaca bir yerdi... Əminəm nə vaxtsa qarşılaşacağıq... Özünə çox yaxşı bax" deyib oda ayağa qalxdı. Bir sey demədən yanından ayrıldım. Niyə boğazımda düyüm yaranmışdı? O düyüm niyə məhv olmurdu? Mənim boğazıma ağırlıq verirdi... Bu dəfə getmək zamanı idi... Bu gedişin, bir daha gəlişi olmayacaqdı... Getməyi, bu qədər çətin bilməzdim... Burdakı həyatım bitirdi, gözlə məni Bakı...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri