Yaz Əfsanəsi (9-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 399
Səs ver:
(səs: 0)
Raufun dilindən

Həyat hər insan üçün ayrı bir məna kəsb edir. Bu insanlara görə dəyişir... Kimisi üçün həyat boş və mənasız kimisi üçün isə olduqca dolu və maraqlıdır. Mənim üçünsə böyük bir məna kəsb edmirdi həyat. Həyatın bizə qoyduğu qayda qanun ilə yaşamağı hec sevmirdim mən. Bu ölkə mənim üçün deyildi... Burda öz fikirlərimdən azad istifadə edə bilmirdim. Həmişə, arzularım istəklərim yarım olaraq qalırdı. Çünki, burda olan yaşayış ilə mənim düşüncələrim hec vaxt üst-üstə düşmədi. Azad və sərbəst yaşamaq varkən, niyə insan özünü 4 divar arxasında, bağlı qapı kimi hiss etsin? Bir insan qanad açıb, ucmaq istəyirsə, nəyə görə o qanadı başqaları gəlib sındırır? Və onu açarlayır... İnsanın arzusunu, istəyini, yaşamaq həvəsini əlindən alır. Mən bunları qəbul edə bilmədiyimdən, dostumun yaşadığı ölkəyə, yəni Braziliyaya üz tutdum. Orda həyat istədiyim kimi idi. Orda özüm idim. Orda ruhum azad idi... Bağlı qapı arxasından qaçıb, öz istədiyim dünyaya gəlmişdim. Bu dünya mənim idi. Hansı ki, "Sacın niyə sarıdı? Niyə qarşısı uzundu? Niyə qulağında sırğa var?"deyən yox idi. İnsanın öz istəklərinin arxasıyca qaçması yanlış bir seymidir? Məncə sizdə sınayın.. Özünüz olmaqdan qorxmayın... Özünüzü tapmaq adına həmişə mübarizə aparın. Kiminsə istəklərinizə qarışmasına icazə verməyin. Mən yalnız bunu öryəndim həyatdan. Bu həyat mənə yalnız bunu öyrətdi. Braziliyada həyatım istədiyim kimi davam edərkən, hər sey o gün mənə bir zəngin gəlməsi ilə dəyişmişdi.
Bacımın ölümün xəbərin almışdım... O mənə bacıdan daha artıq idi... Onda həmişə ana nəvazişi, ana qayğısı görürdüm... Yıxılmışdım o gün... Bir küncə çöküb saatlarca ağlamışdım... Amma unutduğum bir sey var idi... Bacımın yadigari Selcan vardı... Onun balaca 2 aylıq bir qızı var idi... Onu düşündükdə ayağa qalxımışdım. Azərbaycana ilk ucus biletin alıb yola çıxmışdım. İçim içimə sığmırdı... Məni orda nə gözlədiyindən xəbərim yox idi... Mən Azərbaycana getməyəli uzun zaman olmuşdu çünki... Hər zaman ailəm Brazilayaya gələrdilər... Bacımın daha olmaması, düşüncəsi beynimin içini dövrüyə almışdı. Azərbayacana gəlib çatdıqda bir taksiyə minib evimizə gəlmişdim. Evimizə girdikdə hər kəs bir qıraqda oturub ağlayırdı... İlk anamı gördüm, sonra atamı... Daha sonra balaca qardaşımı... Amma onlardan daha önəmlisi vardı... Balaca bir körpənin səsi idi... Onlar məni gördükdə, onlara tərəf qaçıb onlara sarılmadım... Onun əvəzinə piləkanları qalxaraq yuxarı çıxdım... Balacanın ağlayış səsi gəldiyi otağa girdim. Ona baxan yox idi... Onu qucağıma aldıqda ağlaması dayanmışdı... Onun istədiyi tək şey isti bir qucaq idi... Onu qoxulamağa başladım.. Qoxusu cənnət idi... Çox balaca idi... Maviliklərini mənə dikib səssizcə mənə baxırdı.
O an, içimdə elə bir sey qopdu... O an içim titrədi... Bu məsum baxışlara, içim əridi mənim... Bu mavliklər ağlamayacaqdı birdə... Günləri belə yola verdikdə yas mərasimidə bitmişdi. Getmək vaxtı idi... Amma mən Selcandan ayrılıb gedə bilmirdim... Onun maviliklərini burda qoyub ora gedə bilməzdim. Məsuliyyətli bir iş alacaqdım mən... Onu öz qızım kimi böyüdəcəkdim... Başqa yol yox idi... Bacımın yadigarına mən sahib çıxmalı idi. Öz aruzlarımı, istəklərimi Selcan üçün fəda etməli idim... Çünki, bacım mənə bunu öyrətmişdi... Daha geri qayıtmadım... Bütün həyatımı orda qoyub, burda yaşamaq qərarına gəldim. Selcanda zaman keçdikcə mənə öyrəşdi. Və hətda mənə 'ata' deyir. Biz möhtəşəm "Ata və qız"ıq. Burda qaldığım üçün artıq atamın işlərinidə öyrənmiş oldum. Günlərin bir günüdə Selcanla bərabər atamın ailəvi istirahət mərkəzlərindən birinə gəldim. Bu arada sizə hər seyi danışdım. Amma sevgi haqqında bir sey demedim. Daha doğrusu deyəcək bir seyimdə yoxdu. Bu günə qədər hec kimi sevməmişəm. İlk sevgim qızımdı yalnız... O gün hovuz başında mənlə bir qız toqquşdu. Qızın gözlərin görməyim ilə nitqim tutuldu sanki. Selcanın, maviliklərinə bənzəyirdi. Zaman keçdikcə o mavliklərə, sahib olan qızı daha yaxından tanıdım. Və o mavliklər mənim beynimin bir yerinə yazıldı. Onun getmək zamanı gəlidiyində, səhər qalıdığı otağa gəldim. Amma boş idi... Onu birdə necə tapacaqdım? Onunla danışmaq məni özümə daha yaxşı hiss etdirirdi çünki... Bura gəldikdə sıxılacağımı sanmışdım
Amma onun sayəsində bu düşüncələrim getmişdi. Bir gün onunla başqa bir yerdə qarşılaşacağımı bilirdim. Niyədə qarşılaşmayaq? Tanrı məni o mavilikləri görməkdən niyə məhrum etsinki? Və etmədidə... Bu gün Selcanın ad günü partisində onu fotoqraf olmasını gözləmirdim. Gözlərim ilk önu gördükdə, xəfif bir təbəssüm etdim. Çünki, mən onu birdə görəcəyimə əmin idim... Xoş təsadüfləri hər zaman sevirdim... Bu gün bu partidə onun olması qədər gözəl bir sey yox idi. Bərabər Selcanın otağına çıxdıqda narahat olmuş kimi idi. Amma narahat olmasına hec bir sebeb yox idi. Çünki mən, xarektersiz biri deyildim... Ürpək baxışların üstümdə gəzdirdikdə gülümsədim. Artıq özümü tuta biləcəyimi düşünmürdüm...

"Deməki, aşiq olmusan mənə"dedim

Əfsanənin gözlərində gördüyüm sadecə bu idi. Əfsanənin üzü bir andaca düşdü. Və gözlərini məndən qaçırdıb "Bunu hardan çıxartdın?! Özündən söz çıxartma!"deyib sanki üstümə hucum çəkdi. Yox-yox bu qızda başqa bir sey var idi.. Bu dərəcə niyə inkar etsin?

"Maviliklərin, dediki biz Raufu görməyi çoxdan gözləyirik"dedim onun daha çox əsəbləşdirməyə çalışıb. Tam 1 ay idi onu görmürdüm. Və tam 1 ay idiki yadımdan çıxmırdı...

"Mənim gözlərimə boşu boşuna baxma. Onları görə bilmərsən!"dedi və Selcanın ağlayış səsini eşitdim. Beşiyinə tərəf irəlləyib mələyimi qucağıma aldım. Selcanın yuxulu gözləri məni daha sonra Əfsanəni gördü. Əfsanə Selcanı qucağımdan alıb özünə yavaşca öpücük qondurdu. Dünyanın ən gözəl 2 mavilikləri yan - yana idi...

Əfsanənin dilindən davam
Kiməsə aşiq olmaq və mən? Rauf bunu mənə dedikdə, isarla inkar etdim. Mən ona aşiq deyildim... Bir insan 10 gün içində bir insana aşiq ola bilərdi? Uzaq başı ondan xoşlana bilərdim.. Mən bu vaxta qədər hec kimə qarşı belə bir hisslər bəsləməmişəm... İçimdə də, çölümdə də nə baş verdiyindən, necə göründüyümdən bir xəbərim yoxdu. Selcanın ağlaması ilə otaqdan çıxıb aşağı düşmüşdük. Gecə boyu ikisinin birlikdə və bir çox qonaqların şəkilini çəkmişdim. Ən əsası Raufun valideyinlərini və qardaşınıda tanımış oldum. Qardaşı 21 yaşlarda olan tam bir model havasında olan əsmər bir oğlan idi. Çox fərqli idilər... Valdeyinləri isə 45-50 yaş arası gənc göstərlişli olsalarda, gözlərinin dərinliklərində böyük bir qəmə batmışdılar. Buda qızılarının olmaması səbəbindən qaynaqlanırdı. İşim bitincə özümü birbaşa evə atıb otağıma gəlmişdim. Fotoparatda olan şəkillərə durub baxdım... Ən çoxda Raufu yaxınlaşdırıb baxdım... Qıvrım sacları ilə olduqca dəyişik görsənirdi... Onunla bu gün qarşılaşdım... Və yenidən yollarımız ayrıldı... Birdə onu necə görəcəkdim? Yenə onu görmək istəyirdim. Bunun səbəbi nə idi? Yəni, Rauf düz deyirdi...? Ona aşiq olmuşdum... Mən? Ona..? Özünə gəl Əfsanə! Nə aşiqlik! Bir bu qalmışdı... Yox, yox mən qətiyən ona aşiq ola bilməzdim. Niyə imkansız bir şeyə aşiq olum? Rauf mənə baxmazdı... Baxmazdı elə deyilmi? Beynim onu daha çox düşünmədən yat! Bu günüdə unut! Birdə onunla qarşılaşmayacaqsan! Şəkillərində Xəyyamdan göndərərsən olar bitər! Bir özümü ələ salmağım qalmışdı! Raufa niyə əyləncə yaradım? Həmdə bu gün o partidə Ayşən varkən... Unutmuşdum sizə deməyi... Amma bu gün o pratidə istirahətdə gördüyüm Ayşən adlı qızda vardı. Və çox səmimi idilər Rauf ilə! Gecə boyu gözüm üstlərində idi. Raufla dans edib doyunca əyləndilər. Mənə isə onları bir qıraqdan durub seyr etmək düşdü. Hə, birdə arada şəkillərini çəkməkdə... Mən nə danışırdım belə? Bu vaxta qədər axmaq olduğumu düşünməmişdim! Amma indi tam bir axmaq idim... Saatı qurmaq üçün telefonu əlimə aldıqda tanımadığım bir nömrədən bir mesaj gəldiyini gördüm. Gecənin 2-sində kim idi mənə yazan? Mesaja daxil oldum

"Salam Əfsanə xanım. Yanlış oldu bu. Salam ən gözəl gözlərin sahibi olan Əfsanə xanım. Maviliklərini bu gün görmək, mənə cənnəti görməyi nəsib etdi sanki.."

Dəqiqlərcə mesaja baxdım mesajda mənə baxdı. Bunu yazan Rauf idi? Ən yaxşısı yazmaq idi. Çünki, online idi hələdə

Əfsanə: Rauf sənsən?
Rauf: məndən başqada, kimsə gözlərinə mavilik deyir?
Əfsanə: demək sən imişsən...
Əfsanə: bu saatda mənə yazma səbəbin?
Rauf: nömrəni indi tapdım onun üçündə indi yazdım
Rauf: narahat etdimsə üzürlü say
Əfsanə: nömrəmi hardan tapdın?
Rauf: Xəyyamdan aldım. Amma əsəbləşmə ona. Vermək istəmirdi güclə aldım. Sənə yazmaq istəyirdim. 1 ayda həyatında nələr dəyişib?
Əfsanə: məndə oluduğu kimidi. Amma səndə dəyişib deyəsən
Rauf: yox məndə də eynidi. Sən olsaydın, əyləncəli olardı
Əfsanə: Ayşən bəs etmir sənə?
Rauf: Oo məni qısqadığını bilirdim)
Əfsanə: qısqanmaqla yaxından uzaqdan əlaqəsi yoxdu. Bu gün bütün gecə sizi izlədim onunla olduqca səmimi idin..
Rauf: Ola bilər nəticədə məni çox sevən bir qızdı, qəlbini qırmaq istəmirəm
Əfsanə: sırf səni sevir deyə onunla elə səmimsən?
Rauf: ahada tamda bu. Yoxsa nə düşündün onu sevdiyimi falan?
Əfsanə: çox adisən! Bir qızın hissindən niyə istifadə edirsən?!
Rauf: istifadə etmək nədi?! Bilmirəm beynində nə qurursan?! Sən məni ancaq yanlış anlayırsan! Ya da mən hər seyi sənə yanlış izah edirəm.
Əfsanə: onda düzgün izah et səndə!
Rauf: sən mənə aşiqsən!
Əfsanə: deyiləm!!!
Rauf: bal kimidə aşiqsən!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri