Yaz Əfsanəsi (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 085
Səs ver:
(səs: 1)
Əfsanə: sənində sabahın xeir
Əfsanə: nə tezdən durmusan?
Rauf: durmağa məcbur oldum çünki belim əyri formada yata bilmirəm
Əfsanə: niyə düz uzana bilmirsən?
Rauf: mümkünsüzdü( indi sənədə güclə yazıram
Əfsanə: səbəb?
Rauf: Selcanın beşiyindəyəm çünki
Əfsanə: ohaa demirsən sınar düşərsiz ikinizdə yerə?
Rauf: Selcan istədi. Dünən axşam taxtda yatmadı. Əlimdən tutub beşiyə gətirdi anladımki bərabər burda yatmağımızi istəyir. İndidə bir küncə sığışmışam mən. Selcanda başın sinəmə qoyub yatıb. Ona görə ayağada qalxa bilmirəm. İş belə oluncada sən yada düşdün. Sənə yazdım :)
Əfsanə: Ayy ayy indi nə şirin görsənərsiz siz elə :)
Rauf: görsənərsiz deyərkən? Yəni məndə şirinəm?)
Əfsanə: yox sən şirin deyilsən
Rauf: inkar etməyə davam?
Əfsanə: Raufff!!!
Rauf: Yaxşı, yaxşı susdum mən
Rauf: şəkillər bu günə düzələr?
Əfsanə: həə hazırdı demək olar
Rauf: bu axşam bizim evə gətirə bilərsən? Sənə zəhmət olmazsa
Əfsanə: Zəhmət olmaz Selcana görə gələrəm. Amma valdeyinlərində evdə olacaq hə?
Rauf: Onlar bir dostu gilə qonaq gedəcəklər. Evdə yalnız qardaşım və nişanlısı olacaq
Əfsanə: Sənin qardaşın nişanlıdı? Uşağa bənzəyirdi...
Rauf: ilk eşidən hamı bu reaksiyanı verir. 21 yaşı var düzdü. Xədicə öz qrup yoldaşıdı. Yəni sevgi qurbanıdı)
Əfsanə: bəs sənin həyatında niyə biri yoxdu?
Rauf: mən hələki sevgi qurbanına rast gəlməmişəm) həmdə mənim sevgimdə, ailəmdə, hər seyimdə Selcandı...
Əfsanə: sənə bir sual verəcəm... Amma xahis edirəm yanlış anlama
Rauf: buyur
Əfsanə: əgər elədisə Ayşən ilə niyə səmimisən bu qədər?
Rauf: kecen defə tam izah edə bilmədim deyəsən. Ayşənlə ciddi bir münasibətim yoxdu. Ümumiyyetcə onunla bir münasibətim olmayıb. O gün restoranda elə deməklə mənim canımı qutardın demək olar. Çünki, O uşaqlar ilə necə rəftar edilməsini bilmir. Məndən öncə Selcandı... Selcana qarşı kiminsə səhvi olsa o dəqiqə həmin insanı silərəm həyatımdan. Və beləlikcədə bir çox insanı silmişəm.
Əfsanə: indi hər seyi tam anladım... Düzgün qərar vermisən. Qızın hər seydən daha önəmli olmalıdır.
Rauf: nə deyirsən gəlirsən bu gün bizə?
Əfsanə: böyük məmuniyyətlə gələcəm :)
Rauf: sevindim
Rauf: maviliklərini görməkdən məni məhrum etmədin :)
Əfsanə: O mavlikdən biri indi düz yanında yatıb. Sən o mavliklərə bax :)
Rauf: çox bilmişsən)
Əfsanə: Səninlə yazışmaq istəyərdim amma indi çıxmalıyam. Çünki həll ediləcək işlərim var
Rauf: görüşənədək o zaman

Rauf ilə olan yazışmadan çıxıb işə getmək üçün ayağa qalxdım. Ağlımda çox gözəl bir şey gəlmişdi. Rauf ilə Selcanın şəkillərin ayrı bir alboma yığacaqdım. Sonunada əyləncə mərkəzində çəkdiyim şəkili çıxardıb vuracaqdım. Onun üçün süpriz olacaqdı. Çünki, şəkil o qədər gözəl çıxmışdıki... Bütün saflığı özündə əks etirirdi... Yanlarında olsaydım, beşikdə yatdığı yerdə də şəkillərini çəkərdim. Bir insan necə bu qədər möhtəşəm ata olmağı bacarırdı? Bu vaxta qədər fikir verməmişdim amma dünən Raufun şəkillərinə baxdıqda gözüm qoluna sataşdı. Qoluna 'Selcan' yazısını döymə elətdirmişdi. Dəyişik bir insan idi... Və mən bu insana gün kecikdə dahada aşiq olurdum. İş yerinə gəlib bütün işlərimi həll etdim. Bəxtdən bu gün hec bir çəklişim yox idi... Bütün günü şəkillərə effect verib çıxartmaq ilə məşğul olmuşdum. Havada qaralmağa başlayanda Raufa aid olan albomları əlimə alaraq onların evinə tərəf üz tutdum. Böyük bir villadan ibarət idi. Bu villanın balaca formasından bizimdə vardı. Bizim deyərəkən, atamın... Qapının zəngin basıb açılmasını gözlədim. Az sonra qapını 1.60 boylarında olan əsmər bir qıvrım sac bir qız açdı.

"Mən Raufa baxmışdım"dedim hec salam falan vermədən. Ah indi yadıma düşdü. Qardaşının nişanlısı bu qız olmalı idi. Şəkillərdə də vardı... Amma mən çox fikir vermədiyimdən xatırlamadım... Şirin qıza bənzəyirdi...

"Əfsanə olmalısan sən? Kec içəri" deyib isti bir münsibət ilə mənə gülümsündü. Dediyini edib içəri keçdim. Onun ardiyca irəlləməyə başladım. Ev sadə, daha çox tünd göy və qara rəngə üstünlük verilmişdi. Qonaq otağında Raufu və qardaşı Yusifi gördüm. Başqa kimi gözləyirdimki? Rauf məni görəcək ayağa qalxıb mənə tərəf yaxınlaşıb "Xoş gördüm"dedi gülərək. Məni görməyinə çox sevinmişdi deyəsən... Yusif ilə görüşdükdən sonra Xədicə ilə Yusif bir divanda mənimlə isə Rauf bir divanda oturub havadan suadan söhbət edirdik. Xədicə bir albomu alıb şəkillərə baxmağa başladı. Allahdan Raufa hazırladığım albom deyildi...

"Yusif şəkillər gör nə gözəl çıxıb. Məncə çox gözəl sənət secmisən Əfsanə"dedi. Cana yaxın bir qız olduğu burdan bəlli oldu artıq. "Canım mənim sən bu şəkilərdəndə gözəlsən"deyən Yusifə gülməyə başladım. Bu cütlüyü indidən gözüm tutdu. Məncə bu münsibətdə daha çox Xədicənin sözü keçirdi.

"Yusiff bilirsənki şirinliyi hec xoşlamıram. Sakit dur və şəkillərə bax"

Düz təxmin etmişdim elə deyilmi?
Şəkillərə baxdıqdan sonra bir çay süfərsi hazırladı Xədicə. Məndə ona kömək etdim...Daha sonra Yusif Xədicəni evlərinə apardı. Bu arada Selcan yatmışdı... İkimiz başa başa qalmışdıq...

"Sevdin mənim ailəmin üzvlərin?"

Sevməmək olardı? Hər biri özü kimi cana yaxın idilər.

"Aha məncə bir birilərinə çox yaraşırlar. Bu arada sənə xüsusi bir albom hazırlamışam buyur bax buna" deyib hazırladığım albomu ona uzatdım. Albomu alıb baxmağa başladı. Şəkillərə hər baxdıqca üzündə yaranan gülümsəmə dahada artırdı...

"Bunlar çox gözəldi..."dedi gözlərini şəkillərdən hec çəkmədən. Albomun sonuna gəlməyini böyük səbirsizliklə gözləyirdim. Sonuna catdıqda isə üzündə yaranan gülümsəmə donub qaldı. Və şəkilə daha aydın baxmağa başladı... "Bu... Bu bizik..."deyib mənə baxdı. Daha sonra albomu divanın küncünə qoyub mənə döndü.

"Sən demək bizi gizlincə çəkimişsən. Və bəlkədə 1 ay boyunca bu şəkilə baxdın. Amma bu haqqsızlıqdı... Mən sənin şəkilinə, baxa bilmirəm" dedi

Mən hec belə təsəvvür etməmişdim... Yəni, belə bir cümlə quracağını sanmamışdım... Axı istədiyi nə idi? "Sənə süpriz etdim mən"deyib söhbəti dəyişdirməyə çalışdım. Amma deyəsən yenədə alınmamışdı, söhbəti dəyişdirməyim... Rauf bu sözümdən sonra mənə daha çox yaxınlaşmağa başladı. Qəhvəliklərin yenə maviliklərimə dikdi

"Söhbəti dəyişdirə bilmirsən cücə qız"deyib göz vurdu mənə. Aylar sonra mənə cücə qız demişdi? Bu oğlan artist idi! Az qalsın ona inanacaqdım..

"Sən nə istədiyini hec bilmirsən!" dedim əsəblə

"Bilirəm..."dedi pıçıldayaraq.Bilmirdi!

"Nəyi istəyirsən?!"dedim yenidən. Bu dəfə susdu... Amma üzünə böyük bir gülümsəmə gəldi... Və hec gözləmədiyim bir sözü dedi mənə "Səni və maviliklərini..."

Bölüm sonu
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri