Yaz Əfsanəsi (13-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 835
Səs ver:
(səs: 0)
Allahım mən bu sevgini haqq edəcək nə etdim? Bir insan necə belə gözəl sevə bilər?Maşını əlverişli bir yerə çəkərək saxladı. Həm sevincdən həmdə utancımdan gözümdən bir damla yaş axdı. Axan yaşı baş barmağı ilə silib "Hey mənim maviliklərimi niyə ağladırsan belə? Gülümsə"deyib hər iki işarət barmağını üzümə vurub gülümsəmə işarəti yaratdı. Məndə gülümsəməyə başladım. Yenidən biləyimi ona uzatdım oda bilərziyi qoluma taxdı gülərək.

"Rauf həyatıma daxil olub məni bu qədər xoşbəxt etdiyin üçün çox sağ ol"dedim.

Onun etdikləri qarşısında mənim dediklərim boş bir söz kimi gəlirdi... "Səni çox sevirəm"deyib bilərzik olan əlimin üstünə bir öpüş qondurdu. Sonra gözlərini qısdı ... Nəsə fikirləşirdi...

"Niyə ailələrimizlə tanış etmirik bir birimizi"dedi.

Məni ailəsi ilə tanış etmək istəyirdi? Düz eşitdim hə mən? Mənim ailəmin onu tanımasında bir problem olmayacaqdı. Əksinə, anam daha çox sevincəkdi. Çünki, mənim yalnız olmağımı istəmirdilər. Amma tez deyildi? Bizim ilk günümüz idi...

"Rauf yanlış anlama məni... Amma, tez deyilki?"dedim. Səhv anlasa məni bitmişdim...

"Bir gün tez bir gün gec nə fərqi? Hisslərimizin dəyişməyəcəyinə görə? Nə də mən səni hec vaxt incidib üzmərəm"dedi.

Bu sözdən sonra mənə nəsə demək düşürdü? Yox düşmürdü... Məndə qəbul etməliydim... Ailəmdə sevinəcəkdi... Görnüşünü bəlkə, bəyənməyə bilərdilər... Amma bunun bir önəmi yox idi mənim üçün...

"Yaxşı... Amma sabah olsun... Sən bizə gələrsən... Həmdə Selcanla. Mən bu gün anamla danışacam oda atamla danışar"dedim sevinə-sevinə. Selcanıda tanımaqlarını çox istəyirdim... Raufla bu söhbətimizdən sonra yolumuza davam etdik. Evə gəlib çatdıqda bir yemək yeyib anamıda öz otağıma aparmışdım. Ona hər seyi ətraflı izah etdim. Sizə dememisdim axı, anam çox sevinəcəkdi. Elədə oldu... Raufu tanımaq istədiyini bilirdi... Hələ üstəlik-üstəlik Selcandan da bəsh etdim ona. Və bunun üçün indidən Raufu çox sevdiyini bilirdi. Atamla özü danışacaqdı. Atamda xoş qarşılasa hər şey hazır idi. Anam getdikdən sonra telefonu çıxardıb Raufa mesaj yazmağa başladım "Mən bizimkilərlə danışdım. Razı oldular. Sabah axşam yeməyinə Selcan ilə bizə gələrsiz :) Sizin ikinizdə çox sevirəm" yazıb göndərdim.

Çox sevincli idim çox... Anında mesajıma qarşılıq gəldi "Sevindim buna. Sabah axşam sizdəyik o zaman. Bizdə səni sevirik :)"yazmışdı. Amma ya çox şirin deyilmi? Hər qızın xəyalındaki sevgili obrazı... Bir az daha yatdıqdan sonra yatmağa qərar vermişdik. Qolumdaki bilərziyə baxa - baxa yuxuya dalmışdım artıq. Və səhər açılmışdı. Bu gün işə getməyəcəkdim. Anama ev işlərində kömək edib axşama hazırlıq görəcəkdim. Sözünü düzü ev işi görməyi çox bacarmırdım. Amma olsun... Artıq saat 8 - ə yaxınlaşmışdı. Az sonra Rauf gələcəkdi... Sadə qara bir tulum geyinib, uzun saclarımda dalağalı azca buruq etdim. Makyaj olaraq sadecə parıltıcıdan istifadə edib otağımdan çıxıb aşağı endim. Qonaq otağında oturan atamı gördükdə bir az utandım... O isə gülümsünürdü... Az sonra başıma nə gələcəyini bilmirdim... Onu gördükdən sonra nə reaksiya verəcəkləri haqqında hec bir fikrim yox idi... Mən bunu düşünərkən qapının zəng səsin eşitdim. Gəlmişdilər... Heycanım indi 2 qat artmışdı. Böyük bir həycanla qapıya doğru addımladım. Ürəyim bu qədər sürətli döyünməsən? Son səfə dəhlizdə olan güzgüyə baxıb saçlarıma düzəliş edib qapını açdım. Qarşımda gülümsəyən Rauf ilə qucağında olan Selcanı gördükdə sanki donub qalmışdım. Niyəsi sizədə maraqlı olar yəqin elə deyilmi? Çünki, qarşımda gördüyüm Rauf bir başqa Rauf idi... Burnunda və dişində olan precing yox idi... Hətda qulağındakı sırğa belə... Bununla qalmamışdı sarı saçlarının önünü azaltdırmış və səlqəli bir şəkildə yuxarı qaldırmışdı. Geyimi isə olduqca sadə idi. Qara cins şalvar üstünə sadə düyməli bir qara köynək geyinmişdi. Bunu gözləmirdim...

"Əfsanə, bizi içəri almayacaqsan deyəsən bu gün. Şokdan çıx gözəlim" dedi gülümsəyərək. Necə çıxa bilərdim axı şokdan? Bu qədərini belə düşünmüşdü... Nə gözəl bir ürəyə sahib idi...

"Həə... Həə keçin"dedim təlaşlı şəkildə. İçəri addım atdıqda yavaşca "Çox gözəlsən hər zamanki kimi"dedi. Yanaqlarım qızarmasa yaxşı idi... İndi əminliklə qonaq otağına daxil olmaq olardı. Amma ağlımda bir sual yaranmışdı. Niyə etmişdi?

"Rauf... Niyə belə etdin?"dedim onu göstərərək.

"Sevgimizi riskə atmaq istəmədim onun üçün"dedi

Bu deyişinin ardından anam bizə tərəf gəlməyə başladı. Rauf bir əlində olan qarışıq güllərdən ibarət gül dəstəsini anama uzadıb "Salam" dedi dodaqlarını bir birinə basdırıraq. Utanmışdı oda... Anam isə bir ona baxdı daha sonrada Selcana. Selcan isə Raufu möhkəmcəsinə qucaqlamışdı. "Xoş gəldin oğlum buyurun keçin içəri"dedi gülü alaraq Rauf içəri daxil olarkən anam "Maşallah çox tərbiyəli uşağa oxşayır. Gözüm tutdu"deyə pıçıldadı.

Anamla məndə Raufun ardıyca irəlləməyə başladıq. Atam Raufu görəcək ayağa qalxdı. Və salamlaşıb Selcanıda qucağına alaraq divanın bir küncündə oturdu. Atamın gözü isə Raufun üstündə idi. Raufu başdan aşağı süzürdü... Böyük bir səssizlik vardı... Kim danışacaqdı görəsən birinci? Ən yaxşısı yemək masasına əyləşib yemək yemək idi. Anamdan bir təklif gəlsəydi yaxşı olardı... Yox yəni başqa nə danışa bilərdilər? Sadecə salam və sağ ol... Qonaq otağından qalxıb çay süzmək adına mətbəxə gəldim. Həycandan indi əsirdim. Sakit ol Əfsanə! Səni istəməyə gəlməyib! Uzaq başı tanışlıqdı... Öz özümə deyinib çay hazırlayarkən anam mətbəxə daxil olub "Yemekləri istimək lazımdı atan yemək masasına dəvət etdi"dedi. Axırki biri istədiyimi etmişdi. Ləziz görənən yemekləri isidib süfrəyə vermişdik. Və başda atam, anamla mən, Rauf ilə Selcan oturmuşdu. Rauf təbiki özü yemir Selcanı yedirməklə məşğul idi. Atam olmasaydı, məndə yanına gedərək kömək edə bilərdim. Atam masa arxasında Selcanı güldürməyə çalışırdı. Sevmişdi onu... "Oğlum yarpaq dolmasından da verim?"dedi anam. İstəsəydi yəqinki götürərdi ana...

"Çox sağ olun əllərinizə salıq"dedi nəzakətən. Sizli danışırdı gələndən bəri. Gözümdən bu qaçmamışdı. Yəni yaxşı bir sey idi əslində. Amma nə vaxt səmimiyyətə keçiləcəkdi görəsən?

"Oğlum valideyinlərinə halal olsunki sənin kimi oğul böyüdüblər. Bacın qızına sahib çıxmağın necə gözəl ürəyə sahib olduğunu bildirir"dedi atam.
İndi ürəyim getməsə, kim bilir birdə nə vaxt gedəcəkdi! Atam Raufa oğlum demişdi! Üstəlik-üstəlik ona tərif yağdırdıda. Hamsı Selcanın sayəsində idi... Üzümdəki gülüşləri basdırmağa çalışırdım amma olmurdu. Bu gün mənim günüm idi. Masa arxasında söhbətlər getməyə başlamışdı. Vaxt öz sözün deyirdi... Gec olduğundan və Selcanın yuxusu gəldiyindən Rauf getmək məcburiyyətində qaldı. İsti sağollaşmadan sonra baş başa ailəmlə qalmışdım. Üzlərində yaranan sima məmnun olduqlarından xəbər verirdi. Anama masanı yığışdırmağa kömək etdikdən sonra öz otağıma girib Raufa yazmağa başladım. Yəqin evə çatardı artıq

Əfsanə: Rauf bilmirəm necə və hardan yazım
Əfsanə: etdiyin davranış mənim üçün çox böyük bir sey oldu... Mən səni hər vəziyyətdə qəbul edirdim. Amma ailəmi düşünməyin isə mənə süpriz oldu.
Əfsanə: sevgimizə nəyinsə kölgə salmağına hec vaxt icazə verməyək :)
Əfsanə: Bizimkilər səni çox bəyəndi
Rauf: Səni çox sevirəm Əfsanə...
Rauf: Səni hər seydən çox sevirəm...
Rauf: bir gün getmiş olsam belə, bunu bilki səni yenə sevəcəm...
Rauf: Harda olursam olum, sən mənim qəlibimdə olacaqsan daima...
Əfsanə: Rauf sən yaxşısan?
Əfsanə: niyə vidalaşar kimi mesajlar yazdın?
Rauf: bağışla Əfsanə məni...
Əfsanə: Rauf məni qorxutma!
Əfsanə: 1 saata nə dəyişdi axı?
Rauf: Sabah görüşə bilərik? İzah edəcəm sənə hər seyi..
Rauf: infi çızmalıysm(indi çıxmalıyam)
Əfsanə: sən ağlayırsan? Zəng edirəm ac!
Rauf: etmə... danışmaq istəmirəm indi...
Əfsanə: Rauf xahis edirəm nə olduğunu mənə de!
Rauf: Selcanı məndən almaq istəyirlər
Əfsanə: Nəə?
Rauf: bağışla məni... mən ağlımdakın etməliyəm ...
Əfsanə: məni tərk edib gedəcəksən hə...?

Son yazdığım mesajı oxuyub çıxmış birdə mənə cavab verməmişdi... Niyyəti getmək idi... Bu gün ən gözəl günüm idi demişdim hə? Mən onu dəyişdirirəm ... Ən bərabat bir gündəydim... Selcanı niyə almaq istəmişdilər hə?! Gözümdən istəməzcə yaşlar süzülməyə başladı. Mən sildikcə dahada artmağa başladılar... Necə olacaqdı? Nəyin imtanında idim? Geyimimi hec deyismeden yatacağın bir küncünə qısılıb qaldım. Bulanıq gözlərim bilərziyə sataşdı... Bu bilərzik məndən qopacaqdı...? "Allahım bizi ayrıma yalvarıram sənə" deyib iç çəkdim. Ürəyimə bir ağrı girmişdi... Nəfəs almaqda çətinlik çəkirdim... Belə olacaqdısa niyə bizi qarşılaşdırdınki Tanrı...? Ağlaya-ağlaya yuxuya getdikdə otağa düşən günəş işığı ilə ayılmışdım yuxudan. Əlimə tez telefonu aldım. Raufdan bir mesaj vardı. Görüş yerinin konum atmışdı... Məni gözləyirdi demək... Ayağa qalxıb əlimə keçən bir paltarı geyinib evdən çıxdım. Amma yıxılmışdım... Bu yaşıma qədər acı bilməyən mən, indi ağrılar içində qıvrılırdım. Sevgi... 5 hərifdən ibarət olan bu söz bir insanın həyatın alt-üst edir... Dediyi ünvana gəlib çatmışdım... Bir parka dəvət etmişdi... Parkın girişində onu gördükdə həycanla ona tərəf irəllədim. Oda məni gördükdə mənə tərəf gəldi. Gözlərimiz bir-biri ilə kəsişdi... Gözlərinin altında qara kölgələr vardı... Dün gecə ağlamışdı...

"531.."dedi yavaş bir səs tonunda...

531 nə idi..? Anlamayan gözlər ilə ona baxıb "Nə..?"dedim gözlərimi qısaraq.

"Kipriklərin..."dedi

Kipriklərimi həqiqətən saymışdı...? Bu insan məni təəccübləndirməyi bacarırdı...

"Rauf.." dedim

Başqa bir şey deməyə dilim varmadı...

"Əfsanə... Mən Selcanıda götürüb Braziliyaya gedəcəm... Burda qalıb məhkəmə - məhkəmə gəzib Selcanı məndən almaqlarına göz yuma bilmərəm... Sənə də mənimlə gəl deyə bilmərəm... Burdakı sevdiklərini qoyub mənimlə gələ bilmərsən... Bunu səndən istəməyə haqqım yoxdu... Dün gecə mənim ən gözəl günüm idi sanırdım... Amma Selcansız mənə gözəl bir gün ola bilməz... Bağışla məni..."dedi gözləri dolaraq...

Bölüm sonu...

Ps. Finala son bir bölüm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri