Yaz Əfsanəsi (14-cü bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 6 716
Səs ver:
(səs: 1)
Vidalar çox ürək ağrıdıcıdı... Eyni ilə mənim ürəyimin ağrısı kimi... Bakı mənim üçün sevgi şəhəri deyil, ayrılıq şəhəri oldu indi. Qurduğum xəyallar bir - bir yıxılmağa başladı gözümdən... Onunda gözü doldu... Mənimdə... Dilim söz tutmurdu sanki... Bir az daha danışsa, ürəyimdə yaranan ağrı daha da şiddətlənməyə başlayacaq kimi gəlirdi mənə... Bu necə ayrılıq idi? Məni tərk edib gedirdi deyə ona əsəbləşə bilmirdim... Səbəb bəlli idi... Kim öz qızın qoyub sevdiyi insanı secərdi? Məndə olsam seçməzdim... Onun secimi bəlli idi... Amma ya mənim?

"Rauf Selcanı səndən niyə almaq istəyirlər"dedim.

Başqa bir deyəcəyim yox idi... Hər şeyi öyrənib üzümü cevirərək gedəcəkdim burdan...

"Ata tərəfindən olan nənəsi... babası... əmisi... hamsı... Hamı mənə qarşıdı... Nə qədərki məhkəməyə sənədlər gedib çıxmayıb mən getməliyəm... Əfsanə... Bilirəm verdiyim hec bir sözü tuta bilmədim..." dedi səsi titrəyərək... Onun üçün necə çətin olduğunu başa düşürdüm...

"Sən sözünü tutmusan. Sənin sözün Selcandı... Selcana sahib çıxmalısan..." deyib əlimi biləyimə gətirdim və bilərziyi açdım. Məndə qalsaydı daha da ağrıdacaqdı... Onunda gözləri əlimdə olan bilərziyə sataşdı... Çətin idi... Qolumdan qopardığım sadə bir bilərzik idi... Amma nədənsə, canımdan can qopduğunu sanırdım indi. Titrəyən əllərimi sağ əlinə toxundurub əlinin içini açaraq bilərziyi ovcuna qoydum. O an əlini bağladı... Əlimi çəkmək istəsəmdə alınmadı... Bu qədər çətin olmalı deyildi... Dünən üzümü güldürən həyat, bu gün mənə bu oyunu oynamalı deyildi... Amma hər zaman belə olmurdumu? Həyat güldüyümüz yerdən, bizi ağlatmırdımı? Vaxtsız sevinclər, vaxtsız sevgilər kimi... Həyatımda olan bu düzgün insan, vaxtsız bir zamana tuş gəlmişdi...

"Əfsanə..."dedikdə işarət barmağımı dodaqlarına basdırdım. Daha bir şey deməsini istəmirdim...

"Bu sənindi... Səndə qalsın... Doğru zamanda, doğru insana verərsən..." deyib əlimi əllərdən çəkib üzümü çevirərək iri addımlarla ona baxmadan uzaqlaşdım. Axmaq idim mən... Ona son dəfə niyə sarılmadım? Gözümdən axan damalaları bir-bir silməyə başladım. Axmayın bu qədər... Axmayın... Dönüb baxmalı idim? Dön Əfsanə dön! Son dəfə dön! Dön...! Ayaq saxladım... Dərin nəfəs aldım... Və yavaş-yavaş arxaya dönüb ona baxdım. Olduğu yerdə idi... Tərpənmirdi... Hələdə əli havada qalmışdı... Baxışları məni tapdı... Daha çox dayana bilməzdim. Ona tərəf qaçmağa başladım. Qolların iki yana açıb ona sarıldığımda məni möhkəmcə qucaqladı. O an səhərdən bəri axan göz yaşlarım şiddətli şəkildə axmağa başaladı. Sadecə ağlayırdım... Başqa bir şey nə deyə bilirdim, nə də edə...

"Bağışla məni... Bağışla məni... Bağışla məni"deyib dururdu. Qulağına "Məni unutma"deyib pıçıldadım. Daha sonra ondan ayrılıb üzünə bir öpüş qondurdum. İndi vaxt idi... İndi ayrılmalı idim. Ondan ayrılıb bu dəfə arxama belə baxmadan iri addımlarla parkı tərk etdim. Bitmişdi... Ağlımda bir çox düşüncələr vardı... Yox olmaq istəyirdim indi... Bizimkilərin evdə olmamağından istifadə edib evə gəldim. Yatacağa uzanıb için - için ağlamağa başladım. Gəlişi olmayan bir yerə gedirdi... Sadecə gediş vardı... Sadecə bir gediş... Gediş vardı... Gediş... Onun seçimi var idisə mənimdə bir secimim olmalı idi. Göz yaşlarımı sildim... Düşün Əfsanə... Nəsə düşün... Telefonu əlimə alıb Raufun qardaşı Yusifə yazmağa başladım. Ondan nə vaxt gedəcəyini öyrənməli idim. Belə bitə bilməzdi... Həyatın bizi ayırmasına göz yuma bilməzdim. Ayağa qalxıb bu vaxta qədər kənara atdığım pulları əlimə aldım. Bunlar bir gün mənim işimə yaraycaqdı. Yusifdən mesaj gəldiyini gördüm. Sabah saat 7 də səhər saatlarında gedəcəkdi. Hazırlaşıb evdən çıxdım. Məndə saat 7 yə bir bilet alıb evə gəldim. Secimim Rauf idi... Onun mənə gəlməsi üçün aramızda divarlar vardı... Mənim isə ona getməyim üçün bir divar yox idi. Onunla gedəcəkdim... Burdakı hər seyi ardımda qoyub onunla gedəcəkdim... Valdeyinlərimin məni başa düşüməsini istəyirdim... Onlara bir balaca yalan danışıb burdan gedə bilərdim. Mənim qərarıma hörmət etməli idilər. Onlardan öyrəndiyim bu idi... Çamadanımı hazırlamadan öncə tanış bir fotoqarafçı dostumla danışdım. Bütün işlərimi ona təhvil verdiyimi dedim. Onsuzda az bir iş qalmışdı... Daha sonra çamadanı yığmağa başladım. Hər sey tam hazır idi. Valdeyinlərimin evə gəlməsini gözləyirdim... Bundan sonra hər şey daha fərqli daha çox gözəl olacaqdı... Hec bilmədiyim bir ölkə, hec bilmədiyim bir dil... Amma yanımda sevdiyim 2 insan olacaqdı. Bunu edəcəkdim... Öz xoşbextliyim üçün edəcəkdim... Bəlkədə, kiməsə cəsarət olacaqdım... Nə bilmək olardı? Bəlkə, biriləri məndən çox sey öyrənəcəkdi... Məsələm, sevgiyə sahib çıxmaq kimi...

Səhər saat 6 dı artıq... Bu gün bu ölkədə, bu evdə son günüm idi... Valdeyinlərim qarşı çıxdı təbi... Onları tam yola gətirmiş sayıla bilmərəm amma getmək vaxtıdı artıq. Valdeyinlərim ilə görüşüb evdən çıxdım. Könülsüz bir razılıq... Necə gəncin istəkləri məhv olur bu ölkədə... Mən, mənim istəklərimin məhv olmasını istəmirəm... Hava limanına gəldikdə gözüm Raufu axtarırdı... Bizi hec bir qüvvə ayıra bilməzdi... Məsafələri yox etmək adına onunla gedəcəkdim... Bir az daha irəllədikdə yan girişdə Raufla Selcanı gördüm. Bu saatda Selcan oyaq imiş... Onu tapdığıma sevindim... Gözləri anidən məni tapdıqda şoka düşmüş kimi oldu... Bilirəm, gözləmirdi məni... İri addımlarla ona yaxınlaşdım... Gülümsəmək istəyirdi... Amma gülümsəmə üzündə donub qalmışdı sanki.

"Sənə gəldim"dedim dodaqlarımı bir birinə basdıraraq.

"Səən... Səndə..."dedi dili tutularaq.

"Mənədə yer var aranızda?"dedim

Qəbul edəcəkdi məni? Hər seyi arxamda qoyub onunla yeni bir həyata addım atacaqdım.

"Olmazımı"deyib mənə sarıldı.

Təşəkkürlər Tanrım...

"Bizdən çox gözəl ailə olacaq"deyib qulağıma pıçıldadı

Biz bir ailə olacaqdıq... Ailə❤

Davam edən Son

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri