Yeraltı Bənövşə (1-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 7 269
Səs ver:
(səs: 1)
Güzgü qarşısında dayanıb, aynada olan öz əksimə baxdım. Mavi gözlərim bu gün yorğun baxırdı... Bu yorğunluğun səbəbi mənim həyatımın qarışıq olmasından qaynaqlanırdı. Həyatıma çox insan girməyə çalışırdı. Mən isə qəlbimi yalnız ona saxlamışdım...
Komidinin üstündə duran ətirimi əlimə alıb boyun nahiyəmə sıxdım. İstifadə etdiyim ətiri yeraltında olan bənövşədən əldə edirdilər. Bu bənövşə yaz aylarında yerin altında açarmış. Onun üçün mənim üçün xüsusi və əvəzolunmaz əşyalarımdan biri idi. Xüsusi biri olmağı çox sevirdim. Ətirimin qoxusuda xüsusi idi. Ətiri yerinə qoyduqdan sonra aylar əvvəl gördüyüm həmin yuxunu xatırlamağa başladım. Yuxumda qumrala çalan qara qaşlı, qara gözlü yaraşıqlı bir oğlan görmüşdüm. Oğlan ilə liftin qarşısında rastlaşmışdıq. Həmin oğlan mənə gülümsəmiş ardından isə 'Mən sənin qismətinəm'demişdi... Bu yuxunu üçüncü görüşüm idi. Gözüm isə hər yerdə O oğlanı axtarırdı... Bu yuxu işin ağılıma çox taxmışdım... Bir yanda da xəyalımdaki insan vardı. Xəyalımda olan insanın görünüşündən əvvəl məni başa düşməsi lazım idi. İlk əvvəl başqa insanlara qarşı sakit təbiətli olmalı, amma mənə qarşı zarafatyana halları ilə gəlməli idi. Hər kəsin yanında çəkindikdə, bir məndən çəkinməməli bərabər bütün dəlilikləri etməli idik. Yenə bu xəyallara qapılmışdımki, anam qapı arxasından "Zeynəb dərsə gecikirsən"deyə məni səslədi. Hə, yenə o yuxunu və xəyalımdakı insanı düşünərkən dərsə gec qalırdım. Mən psixoloqluq ixtisası üzrə təhsil alırdım. Düşünün, özüm psixoloq olacam amma mənim özümə bir psixoloq lazım idi. Çətin bir sey idi. Ruhum isə rəssamlıqdan yana idi. Rəsm kurslarına qatılırdım. Bu gündə dərs çıxışı rəsm kursuna getməli idim. Onun üçün son dəfə güzgüdə özümə baxıb, acıq şabalıdı rəngli saclarımı sağ yanıma atıb, çantamı əlimə alaraq otaqdan çıxdım. Yaz aylarının ortasında olduğumuzdan nazik geyinməyə başlamışdım. Otaqdan çıxdıqdan sonra atam hazır vəziyyətdə dayanıb məni gözləyirdi. Mən sevimli ailəm. Atam "Zeynəb qızım bir azda evdən gec çıxsaq məni işdən atacaqlar"dedi. Atam polis işləyirdi. Mən çox zaman onu yuvadırdım. "Gəldim atacan gedə bilərik"deyib ayaqqabılarımı geyinməyə başladım. Evdən çıxdıqda gecikdiyimizi görüb liftə mindik. Nə də olmasa 14 cü mərtəbədən aşağı düşə bilməzdik. Aşağı düşmək nəfəs istərdi...

***

Univeristetə gəlib çatdıqda ən yaxın rəfiqəm Fəridə ilə görüşüb parta arxasına keçdik. Univeristetdən yeganə qazandığım tək varlığım Fəridə idi

"Zeynəb bu gün rəsm kursun var hə?"

"Hə can. Bu gün yeni bir oğlanada qatılacaq kursa"

"Bəlkə bu yuxunda gördüyün həmin oğlan olacaq"

"Yenə yuxu söhbəti? Mən beynimdən çıxarıb atmaq istədikcə, sən beynimə salırsan
"
"Buna bax elə bil oğlanın şəkilini çəkən mənəm, bu deyil"

"Çəkmirəm... Yadımda qaldığı qədər çəkməyə çalışıram... Bu mənasız söhbəti yığışdır"

"Yaxşı... Yaxşı hec nə demədik. Səninki gəlir bu arada"

"Ona səninki deyib durma. İstəmirəm onu mən"dedim. Deməyim ilə içəri Araz daxil oldu. Araz mənim başıma bəla olan, 3 il idi məni sevən qrup yoldaşım idi. Mən onu sevməzkən, O məndən əl çəkmirdi. Bu isə məni sıxmağa başlamışdı. Yanımıza yaxınlaşıb, partanın kənarına söykənərək "Salam mənim mələyim və onun sevimli dostu"dedi. Bu üzsüz oğlan məndən əl çəkməyənə qədər mənə rahat nəfəs almaq olmayacaqdı. Hara getsəm, qarşıma çıxardı... Bu sevgi deyildi... Manyaklıq idi...

"Araz səhər - səhər başına bəla axtarma keç öz yerinə. Həqiqətən bu sabah başqa əsəbiyəm" dedim. Bu gün üstümdə bilmədiyim bir əsəb siqanalı vardı. İnsanların qəlbini qıracaqdım...

"Sən mənə bir 'Hə' desən hər sey düzələcək. Amma sən beynini yuxunda gördüyün insan ilə boşuna yorursan"

"Sənin sevgin mənə lazım deyil... Sevgini özünə saxla. Başımıda az ağırt!"

"Sən bir gün məni sevəcəksən. Gec ya tez bu baş verəcək"

"Sən bunu yalnızca yuxunda görə bilərsən! Yuxunda!"

"Mən yuxumda görəcəm... Mənim yuxum çin çıxacaq" deyərək süni təbəssüm edib bizim yanımızdan ayrıldı. Onu sevmədiyimi, ona hansı üsul ilə başa salacağımı hec bilmirdim...

Univeristet bitdikdə evə gəlib yemək yeyərək, hazırlaşıb rəsm kursuma yollanmışdım. Rəsm çəkməyi uşaqlıqdan bəri sevsəmdə, sonradan meylimi salaraq bu iş üstündə dayanmışdım. Musiqi qədər rəsimdə ruhun qidası idi. Bu gün yeni oğlan gələcəkdi. Çox qız yeni oğlanın gəlişini gözləyirdi. Başa düşmürdüm rəsm çəkməyə gəlmişdilər, ya bura oğlan görüb sevgili etməyə? Əlimə fırçanı aldıqda, gözüm qapıdan içəri girən oğlana sataşdı. 180 boyalarında, üzündə azacıq saqqalı olan, zil qara saclı əsmər oğlan idi. Bu oğlan modelə oxşayırdı. Rəsm çəkənə deyil...
Mənə nə deyib, gözümü ondan çəkirdimki "Salam Vüsalə xanım bağışlayın bir az gec qaldım"dedi. Səsi asta, bir o qədərdə nazik avazla çıxmışdı. Yəni, səsi çox xoş çıxımışdı...
Vüsalə xanım bizə rəsm çəkməyi öyrədirdi. Hamının gözlərini onların üstünə döndükdə Vüsalə xanım "Hec nə olmaz, Yunis. Sən boş qalan yerə keç mən gəlirəm"dedi. Yunis ha...
Boş yer dediyi yerdə mənim yanım idi. Öz yanıma dönüb baxaraq, oğlana təkrar dönüb baxdım. Oda eynən boş yerə baxıb, gözlərini mənə çevirdi. Bir necə saniyə bir - birimiz ilə baxışdıqda "Yaxşı, yaxşı..."dedi. Yanımda olan boş taxta löhvəsinin yanına keçib oturduqda qarşıma baxdım. İşimlə məşğul olsaydım, daha yaxşı olardı

Saatlar sonra rəsm kursu bitdiyində, kursdan çıxdım. Bu gün özümü qəribə hiss etmə səbəbimin nə olduğunu bilmirdim. Amma mənim içimi sıxan, sıxmağa çalışan başqa bir sey vardı. Evə getdikdə yarımcıq rəsm əsərimi tamamlayacaqdım... Yadımda qaldığı qədər, yuxumda gördüyüm adamı çəkməyə çalışırdım... Beynimə taxmağım anormallıq olsada, başqa bir secənəyim yox idi. Yoldan keçib qarşı tərəfə keçib getmək istəyirdim. Maşınlar imkan versəydi...

Gözüm sağa - sola baxa baxa qalmışdı. Sol tərəfə taxılı qalıb qaldıqda, kiminsə qolumdan tutub məni qıraq tərəfə çəkdiyini hiss etdim. Hiss etməyim ilə yanımdan bir maşın keçib getdi. Mən isə qolumu çəkənin kim olduğuna baxdıqda, kursa yeni gələn Yunis adında oğlanı gördüm

"Ehtiyyatlı olun məncə... Maşın yanınızdan keçirdi" dedi

"Çoox sağ olun..." dedim

Əlini tanış olmaq üçün mənə uzadıb "Mən Yunis" deyə sözünə davam etdi. Əlindən tutmaq əvəzinə əlinə baxa - baxa qaldım. Bu gün mən sol ayağım ilə yuxudan qalmışdım. Buna bir az kəçəndən sonra sizdə şahid olacaqdız!

"Adımı öyrənmək üçün məni xilas etdiniz?" dediyimdə oğlan əlini yavaş - yavaş aşağı salmağa başladı

"Biz xanım qızı xilas edək, xanım qızda bizim üstümüzə şər atsın. Məni başqaları ilə səhv salmayın. Rəsm kursunda gördüyüm üçün, tanış olmağa çalışdım. Nə də olmasa eyni ortamdayıq deyə"

"Xanım qız deyil! Zeynəbdi!"

"Siz qızlar çox aqresivssiz... Bir az rahat olun"

"Tanımadığınız qız haqqında bu nə danışıqdı? Bəlkə mənim günüm bu gün pis keçib?"

"Sizin gününüzü bilmirəm, amma sizlə olanın günün dəqiq pis keçər. Dayanmadan danışırsız"

"Çox sağ olumu bildirdim! Gedə bilərsiz indi yanımdan?"

"Gedəni saxlamıram... Getmək istəyirsinizsə siz gedin xanım qız"

"Yenə xanım qız? Dedim axı Zeynəbdi adım"

"Mən Zeynəb adını eşitmədim, xanım qız"

İnadına inad salacaqdı, tanımadığım bu oğlan... Bu gün mən həqiqətən çox əsəbi idim. Səbəbsiz yerə belə olmağım, bu oğlanın üstündə partlamışdı. Necə deyərlər, qurbanım O olmuşdu...

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 7 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri