Yeraltı Bənövşə (5-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 5 207
Səs ver:
(səs: 0)
[quote][/quote]"Məənn mənn burda yaşayıram" dedim verdiyi sualın cavabını dəqiqələr sonra verərkən

"Necənci mərtəbə?"

"14 cü"

"Elxan Əlatlının 14 cu adam hekayəsini oxumusan?"

"Bunun söhbətmizlə nə əlaqəsi var?"

"Hər ikisində də 14 var. 14 rəqəmini sevirəm məndə. Kicik bir təsadüf"

"Bunu təsadüfdən hesab eləmirəm mən. Və hələdə marketdə yaşanan hadisəni unutmamışam"

"Üzr istəməyimi gözləyirsən?"

"Gözləmirəm... Etsəndə qəbul etmərəm onsuz"

"Qəbul etməsəndə, üzr istəyirəm səndən. Günahım olmaya - olmaya ilk qızsanki üzr istəyirəm"

"Oğlanların bu ilk qız teması olmasaydı, həyat daha gözəl ola bilərdi"

"İlk olduğuna inan. Mavi gözlərin olmasaydı, üzr istəməyim belə asand olmayacaqdı"

"Mavi gözlərim, bir təşəkkürü haqq etdi"

"Söhbətə səni çox tutmayım. Evinə gecikərsən"

"Həə evə getməliyəm. Hələlik" deyib piləkanlar tərəfə getdim. Piləkan çıxmaqdan zəhləsi gedən mən məcbur qalıb piləkan çıxırdım. Onun harda qaldığını öyrənmək üçün bunu etmək məcburiyyətində idim. Mənim ardımca gəlməyə başladı. Yanaşı piləkanları çıxmağa başladıqda "Mənə adını bəxş etmədin hec"dedi. Qısaca adımı soruşa bilərdi. Ancaq belə danışması, üzümü azca güldürmüşdü

"Adım Zeynəbdi"

"Nə gözəl... Bəs mənim adımı soruşmayacaqsan?"

"Soruşmuram. Amma özün deyə bilərsən"

"Ülvi... Qısacada, uzuncada adım Ülvidi"

"Başa düşmədim"

"Yəni sənin adını qısaldıb Zeyno, Zeyni demək olur məndə isə qısaltmaq olmur"

"Ülvi adı onsuzda qısa addı qısaldıb nə deyəcəyik? 3 hərifli olan Əli adını qısaldıb 6 hərifli edərək Əlişqa deyirlər. Beynim burda olan məntiqi axtarır"

"Söhbətcil qız imişsən ha. Gözüm tutdu səni"

"Söhbət söhbəti açar. Mənim çənəm var olduqca mən susmadan danışacam" dedim

6 cı mərtəbəyə çatdıqda ayaq saxladı.

"Mən gəlib çatdım bacımgilə"dedi

Boz rəngdə dayandığı qapının sahibini tanıyırdım. Aramız yaxşı olan Şəlalə bacının evi idi. 35 yaşı olduğundan ona bacı deyə müraicət edərdim. Sözün düzü, belə qardaşının olduğunu bilmirdim

"Sən qapını döy. Məndə öz yoluma davam edim" deyərək 'sağ ol' mənasında əl sallayıb yuxarı piləkana ayaq basdım. Ülvi isə ardımdan "Bu qədər əziyyəti çəkməyə dəyməzdi. Necənci mərtəbədə qaldığımı soruşsaydın, özüm deyərdim"dedim. Bu nə çoxbilmişlik idi?!

"İdman etmək yadıma düşdüyü üçün piləkanları çıxdım. Sənin harda qalıb qalmamağın mənə maraqlı deyil" deyib qarışma dönüb yoluma davam etdim. Problemin qaynağı özüm idim?
Bu problemli insanlar məni tapırdı?! Dediyi düz olsada, bir xanımla elə tərzdə danışılmazdı. Burdan egolu biri olduğu dəqiq hiss olundu. Bir təhər evə gəlib çatdım. Özümü otağıma atıb, çarpayımda uzandım. Bu gün 2 təsadüf üst - üstə düşmüşdü. Təsadüf olmasına belə inana bilmirdim... Yuxumda gördüyüm oğlan şans əsəri qarşımda idi. Hətda eyni binanın içində, fərqli evlərdə yanaşı idik... Yuxumla yanaşı, xəyalımdaki oğlanda vardı... Xəyalımda olan oğlan egosit biri deyildi. Egoist insanları sevməzdim... Sadə olacaqdı, sadəliyi ilə yanaşı zarafatıda olacaqdı. Hər cəhətdən məni özünə çəkməyi bacara biləcəkdi. Ancaq belə biri ətrafımda yox idi. Xəyalımdaki insan, sən hardasan? Yerini de özüm gəlim...
Gözüm çəkdiyim rəsmə sataşdıqda ayağa qalxdım. Əlim ilə rəsmə toxunmağa başlayıb, aşağı yerə baxdım. Aramızda bir necə mərtəbə vardı. Yuxumda gördüyüm insanla eyni damın altında idim indi. Mən onu yuxumda görmüşdüm, O isə bundan xəbərsiz idi... Bəlkədə ona onu yuxumda gördüyümü desəydim, mənə gülərdi... Kim gülməzdiki? Ya da kim inanardıki? Bunu sadecə iki ən yaxın dostuma deyə bilərdim. Fəridə ilə Leyla mənə inanardı. Onlara sahib olduğum üçün çox şanslı idim. Hər kəsin güvənilər bir dosta ehtiyyacı var. Siz tükəndikdə, sizi ayağa qaldıran biri olmalı yanınızda. Siz ağalayanda sizinlə güləni deyil, sizi güldürmək üçün dəridən qabıqdan çıxacaq insanları çox sevin. Sevin və hər zamada sahib çıxın...

Otağıma günəş işığı düşdüyündən, yuxudan tez ayıldım. Saat 07:39 idi... Niyə belə olurdu? Həftə içi univerisitetə getdikdə yuxum gəlirdi. İndi bazar günü olduğundan səhər tezdən yuxudan ayılmışdım. Gözlərimi ovuşdurub yerimin içində telefonumu axtarmağa başladım. Yastığımın altına düşübmüş. Tapdım səni! Telefonu əlimə alar almaz interneti açdım. Mənim olmazsa olmaz hərəkətlərimdən biri. Bir çox mesaj gəlmişdi. Rəsm kursundan olan qrupda isə daha çox yazışma vardı. Xeir idi? Orda bu qədər mesaj yazılmazdı axı. Qrupda daxil olub mesajları oxumağa başladıqda gözümə yad nömrə dəydi. Yad nömrənin sahibidə Yunis imiş. Qrup ona görə yenidəmşn canlanıbmış... Var axı qrup açırsan 1 ay aktiv olur. Sonra isə yatır o qrup. Elə qruplara yas mərasimi təşkil olunub, bir fatihə oxunur. Bu qrupda eleykən, Yunisin gəlməsi ilə canlanma baş vermişdi. Öz özümə gözlərimi çevirib mesajları oxumadan qrupdan çıxdım. Fəridə ilə Leyladan gələn mesajları cavablandırmağa başladıqda, qeyd olunmamış nömrədən "Xanım qız, sabah günəşləriniz bol olsun" mesajını aldım. Kimdən gəldiyini deməyimə ehtiyyac vardı? Creativ mesajını görməzdən gəlib, mesaja daxil olaraq adını 'Bəy oğlan' deyə qeyd etdim. İndi yazmaq olardı ona

Xanım qız: Günəş gözümü deşir. Mümkünsə az olsun bəy oğlan
Bəy oğlan: Günəşi sevmirsən demə mənə(
Xanım qız: Bəzi insanlardan çox günəşi sevirəm. Ancaq məni bu sabah, yuxudan etdi(
Bəy oğlan: Günəşə mən tapşırmışdımki elə etsin. Yata bilməyəsən. Sənin yatıb yatmamağın eyni şeydi onsuzda. Hər zaman aqrissivliyin üstünə olur
Xanım qız: Vur dedik, öldür demədik
Bəy oğlan: Olanı dedim xanım qız. İncimə məndən
Xanım qız: Xanım qızı səhər - səhər əsəbləşdirirsən. İcazə verəydin səhər nəsə yeyərdim, sonra tikanlı sözlərinə başlayardın
Bəy oğlan: Hər gülün tikanı olur ...
Əsas ol sey gülü tikanı ilə tuta bilməkdi. Yarı yolda tikanı qırıb, atan çox insan gördük biz :)
Xanım qız: Mənim beynim səhər - səhər bu ədəbiyyatı götürmür təsüfki
Bəy oğlan: Sən başa düşməsəndə olar
Xanım qız: Ağılsız özünsən -.-
Bəy oğlan: Mən sənə ağılsızsan demədim. Özün özünə dedin -.-
Xanım qız: Mənim atdığım smayliki atmağa davam etmə -.-
Bəy oğlan: Atmıram -.-
Xanım qız: Atdın axı!
Bəy oğlan: Sənin gözünə görsənir
Xanım qız: Bəy oğlannn!!!
Bəy oğlan: Xanım qızzz
Xanım qız: Mən çıxıram!

Son sözümü yazıb oflayaraq ayağa qalxdım. Bu oğlanla hec xoş danışa bilmirdim. Xoş olan tərəfimi tutmağımı bacarmırdı. Yoxsa mənim xoş tərəfim yox idimi?! Bunu hec düşünmək istəmədim. Üstümü dəyişərək otağımdan çölə çıxdım. Əl üzümü yuduqdan sonra mətbəxə baş çəkdiyimdə anam səhər yeməyi hazırlayırdı. Anamın üzündən öpdükdən sonra pendir dilimindən yeməyə başladıqda "Qızım düş marketə isti çörək al" dedi. Pendir yeyəndı yadında düşdü anamın? Evin tək uşağıda olmaq bir şey deyildi. Olaydı balaca qardaşdan bacıdan başının arxasına yavaş bir şillə çəkib 'Get çörək al gəl. Sən evin balacasıssan. Mən səndən böyüyəm' deyərdim. Bu fikirdə olduğuma görədə bacıdan qardaşdan hec nədən yoxum idi! Evdən artıq pul götürüb aşağı marketə düşdüm. Sacımın topuzda qaldığını indi gördüm. Yuxudan qalxıb, marketə düşmüşə bənzər havam vardı. Elədə deyildimmi? Marketə daxil olub sevdiyim şokaladlardan əlimə yığıb birdə çörək götürərək kassaya yaxınlaşdım. Saniyələr çəkmədən arxamdan "Zeyno" deyə bir səs eşitdim. Allahım nə olar Ülvi olmasın. Məni bu sac, bu geyim başla görməsini hec istəmirəm!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri