Yeraltı Bənövşə (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 549
Səs ver:
(səs: 0)
Əllərimi üzümə tutub, arxama tərəf çevrildim. Barmaqlarımın arasından qarşımdakı durmuş insana baxdıqda Ülvi olduğunu gördüm. Normal geyim geyinərkən hec kimlə qarşılaşmazdıq, amma üst başımız normal olmadıqda hər kəsi görə bilmə ehtimalımız vardı. Ülvidə onlardan biri idi. Dodaq altı şəkildə güldüyünü görərkən, əllərimi üzümdən çəkmək məcburiyyətində qaldım. Gülünəcək bir halda idim!

"Sacını topuz yığan, qızlar çox şirin olur" dedikdə sünicə gülümsəyib "Həə həəə"dedim. Sonra qarşıma çevrilib aldıqlarımın pulun hesablatdırdım. Pulu verərkən getməsi üçün içimdən dua edirdim. Ancaq Ülvi oralı deyildi. Hələdə arxamda dayanmışdı. Ona tərəf yenidən çevrilində, ona baxmamağa çalışıb marketdən çıxdım. Çıxar çıxmaz arxamca gəlməyə başladı. Bu oğlan məndən niyə əl çəkmirdi?! Yanımda mənimlə birgə addımlamağa başladıqda "Məndən qaçma. Eyni binaya gedirik onsuzda. Yol yoldaşlığı etmiş olaram"dedi

"Yolumuz o qədər uzaqdıki, tək getsəydim sıxılacaqdım. Bu yaxşılığını unutmayacam"

"Şokalad sevənsən deyəsən"

"Yox sevmirəm. Soyducuda saxlamağa almışam"

"Zəlimxan Yaqub demiş, qurbanın olum zarafat eləmə"

"İki dəfə olan qarşılaşma üçün bu qədər səmimlik çox deyilmi? Egon hara getdi bəs? Dünən axı marketdə səndən qabaq, egon görsənirdi"

"Söz atmağa davam. Sən oxatan bürcüsən?"

"Ox atıb yayın gizlətməyənlərdənəm mən. Çoxmu bəlli oldu oxatan bürcü olduğum"

"Söz atmağından bəlli olunur. Oxatanların işi gücü odu axı"

"Mənim bürcümə söz atana qədər, öz yeriyən egonu yolumdan kənara çək"dedim binaya giriş edərkən. Bir daha piləkan çıxmağa məndə hal qalmayacaqdı. Liftə minməyim məsələtli idi.
Anamda məni gözləyirdi. "Mən liftə tək minməyi xoşlayıram" deyib liftə daxil oldum. Onu orda elə qoymağım mənə böyük zövq vermişdi. Yaşadıqlarım mənə yuxu kimi gəlirdi. Yuxumda gördüyüm O oğlan qarışma çıxması beynimi azda olsa qarışdırmışdı. Evdə ürəyim çox sıxılırdı. Oysa bazar günü üçün nə planlarım vardı mənim. Bu gün yenidən Ülvi ilə qarşılaşmaq istəmirdim. Amma evdəndə çıxmalı olduğumu bilirdim. Gəzmək mənə yaxşı gələcəkdi. Günəşli hava bir anda dəyişib, cisginli yağışa dönüşsədə mən evdən çıxmalıydım. Binadan çıxış etdikdə, başımı göyüzünə qaldırdım. Cisginli yağış üzümə vurduqda, gözlərimi yumdum. Torpaq qoxusuda burnuma qarışmışdı. Nə gözəl qoxurdu ətraf...
Beynimdən yalnızca bu keçərkən, tanış bir səs "Yağış ilə torpaq qoxusuna, birdə sənin qoxun qarşınca çox gözəl olur"dedi. Səsi qulağıma gəlmişdi? Gözlərimi açıb ətrafıma baxdıqda, qarşımda Yunisi gördüm. Onun burda nə işi vardı deməyəcəkdim! Çünki, son günlərdə Tanrı mənə böyük təsadüflər hazırlamışdı. Qəlbdən getməyimi istəyirdi!

"Səənn? Sən burda nə gəzirsən?"dedim az əvvəl dediyi cümləni görməzdən gəlməyə çalışarkən

"Bu sualı məndə sənə vermək istəyirdim. Görünür hisslərimiz qarşılıqlı imiş"

"Mən birinci verdiyimə görə, sən cavab ver"

"Bibim oğlu gəlib. Məndə ona baş çəkməyə gəlmişdim. Bəs sən?"

"Məndə bu binada qalıram"

"Səni burda görmək necədə gözəl oldu. Cisginli yağış saclarının üstünə hopub, mavi gözlərində mən burdayam deyə bağırır"

"Səhər mesaj yazanda hec belə demirdin. Məni əsəbləşdirdin səhər. Günahını belə yumağa çalışma!"

"Çox yox sadecə bir günlüyünə aqrissiv tərəfini yox edə bilərsən? Sonra yenidən yerinə qaytara bilərsən"

"Mən aqrissiv davranmıram. Mənim xasiyyətim, olanım budu!"

"Sən boynuna alma neynək. Mən səni yolundan etməyim. Sənin vacib işlərin olar"

"Həə mənim çox vacib işlərim var! Sevgilim ilə görüşəcəm!"

"Sənin sevgilin yox idi mən bilən"

"Dünən gecədən sonra var"

"İnanmıram sənə
"
"İnandırmaq məcburiyyətində deyiləm!"

"Yoxdu axı... Olmayan seyi necə inandırasan"

"Var! İstəsən tanışda edərəm sizi"

"Sən ciddi danışana oxşayırsan"

"Həə ciddiyəm. İndi gecikirəm. Sevgilimi daha çox gözlətməyim mən"

"Səni sevən dəli ilə məndə tanış olmaq istəyirəm. Sevgilin varsa tanış olmaq olar məncə"

"Tanış edərəm sizi. Hələlik" deyərək yanından ayrıldım. Başımdan böyük işə qalxışdım! Mənim, mənim sevgilim vardı? Yox idi... Ona niyə elə yalan dedimsə... Gəl indi birdə sevgili axtarışan çıx!

Bütün yolu əlimi alınma vura - vura qalmışdım. Bu səhvi necə etdim mən? Olmayan sevgilim ilə tanış olmaq istəyəndə kimi sevgilim deyə tanışdıracaq idim onunla? Fəridə hər zaman oturduğumuz kafeyə gəlib çıxmışdım. Oda çoxdan gəlib məni gözləyirdi. Ona başıma gələnləri qısa şəkildə danışdıqdan sonra səsli şəkildə nəfəsimi alıb verdim

"Qəribədi Fəridə"

"Qəribə olan nədi?"

"Başıma bunların gəlməyi. Elə bilirəm tilsimlənmişəm"

"Bu tilsim deyil. Eşqdi məncə"

"Eşq deyil... Eşq olsa hiss edərdim... Mən xəyalımda olan insanı sevirəm..."dedim. Deyərkəndə gözüm qapıdan içəri kəçən Araza sataşdı. "Harda olsam gəlib tapırda məni! Zəhləm getmiş!"deyə dedikdə gözü bizi axtarıb tapdı. Məni bazar günləri burda tapacağını asanlıqla bilirdi

"Əsəbləşmə Zeyno, boş - boş danışıb çıxıb gedəcək"dedi

"Mənim həyatımı bu insan sonda alt - üst edəcək!"dedim Yunisin bacısının başına gələnləri xatırlayaraq. Oda vardı...
Bizə tərəf yaxınlaşmağa başlayıb, boşda qalan stola oturdu. Canımı çox sıxırdı mənim!

"İcazə almaq lazım idi"

"İcazə alsamda icazə verməyəcəkdin"

"Yanıma niyə gəldin?"

"Darıxmışdım sənin üçün... Səni burda tapacağımı bilirdim"

"Darıxma Araz... Darıxma!"

"Eyni sözləri deməkdən bezmədin?"

"Araz mənim bir sevgilim var. Məndən əl çək. Əks şəraitdə sən məhv olacaqsan"

"Sənin sevgilin ola bilməz"

Hər kəs niyə belə düşünürdü?! Mənim bir sevgilim ola bilməzdi?!

"Var Araz var! Qarşına çıxanda görərsən!" dedim

"Qarşıma çıxmayana qədər inanmayacam! Sən gec ya tez mənim olacaqsan!"deyərək yanımızdan ayağa qalxdı. Olacaqdı... Mənim bir sevgilim olacaqdı... Mən onun olmayacaqdım... Ona qurban getməyəcəkdim

"Zeynəb hər kəsə sevgilim var deyirsən. Sənin sevgilin yoxdu bunu bilirsəndə"

"Bilirəm Fəridə, bilirəm... Başqa bir sey düşünürəm... Mənə sevgili olacaq bir oğlan lazımdı"

"Mən onu keçən dəfə zarafat üçün demişdim"

"Zarafat ciddiləşir demək. Mənə elə belə oyun oynamaq üçün bir sevgili lazımdı. Canımı qutarmalıyam bu oğlandan. Amma kim? Kim mənim yalandan sevgilim ola bilər?"

"Yunis olsun deyərdim, onada sevgilim var demisən"

"Mənim Yunisdən hec xoşum gəlmir. Məni əsəb edir, sonrada deyir aqrissiv birisisən"

"Kursdan başqa birini tap"

"Tap deyincə tapılmır, Fəridə!" deyib canıma gələn əsəbi basmağa çalışdım. Yalançı sevgilim sən kim olacaqsan?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri