Yeraltı Bənövşə (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 5 585
Səs ver:
(səs: 0)
Binanın yanı başında olan parkda idim. Skameyada oturub göy üzündə olan ulduzlara baxırdım. Yağış ara sıra cisələməyə davam edirdi. Mənim isə evə getmək kimi bir niyyətim yox idi. Tuta bilməyəcəyim sözlər verdim bu gün. Araz hər nəysədə, Yunisə niyə elə demişdim? Onun qarşısında çox kicik vəziyyətə düşəcəkdim. Səbəbkarıda özüm idim. Özüm...
Bu cisələyən yaz yağışının altında, xəstə olacaqdım. Xəstlənsəydim hər sey tam olardı!
Ulduzlarda göy üzündə çox az görünürdü. Onlar hara getmişdi? Yağışdan qorxub gizlənmişdilər? Səsli şəkildə nəfəsimi alıb verdiyimdə "Canı sıxılan balaca bir qız" dedi biri. Yanı başımda Ülvini gördüm. Qarşıma çıxıb durmağa davam edən sırasında oda vardı.

"Sən nə gəzirsən, bu saatda burda"dedim

Yanıma oturub mənim kimi göyüzünə baxmağa başladı. O göyüzünə baxarkən, məndə ona baxdım. Üzünə çıxan yeni saqqaları onu yaraşıqlı göstərirdi... Yuxarıya qaldırdığı saclarıda, onun görüntüsünə ayrı bir hava qatırdı. Gözünü göyüzündən çevirib, başını mən tərəfə çevirib "Çölə çıxmışdım. Sonra səni gördüm. Sənə baş çəkmədən yuxarı çıxmayım dedim. Təklik canını sıxır bilirəm"dedi. Canımı sıxan sey təklik deyildi. Canımı sıxan sey verdiyim sözlər idi. "Mən boyumdan böyük işlərə qalxışdım" deyib dərin bir iç çəkdim. Bildiyiniz qara - qara düşünəcəkdim bütün gecəni!

"Danışsan sənə kömək edə bilərəm"

"Mən hec kim xilas edə bilməz"

"Sən danış görüm, bəlkə köməkliyim dəydi"

"Məni narahat edən bir oğlan var. Birdə narahat etməyən bir oğlan daha var. Ümumiyyətcə həyatımda iki oğlan var. Onların ikisinədə sevgilim olduğunu dedim"

"Sənində sevgilin yoxdu hə?"deyib qəh - qəhə çəkməyə başladı. Gözlərimi bərəldə bildiyim qədər bərələtdim! Gülüşünü yarıda kəsməyi dayandırmağa çalışaraq "Yaxşı mənə elə baxma. Amma nə edim gülməli bir vəziyyət yarandı"dedi

"Güləcəksənsə yanımdan ayağa qalx!"

"Zeyno səni dinləyirəm. Buyur"

"Qulaq asmalı bir sey yoxdur. Sevgilim var dedim. Mənimdə sevgilim yoxdu! Nə edəcəyimi indi bilmirəm!"

"Səni O oğlan niyə narahat edir?"

"Qrup yoldaşımdı... 3 ildi məndən əl çəkmir. Mən istəmirəm dedikcə, mənə yapışır. Son vaxtlar artıq ondan qorxmağa başlayıram... Mən bir günün içində həqiqi bir sevgili tapa bilmərəm. Onun üçündə yalancı bir sevgiliyə ehtiyyacım var"

"O oğlanı valideyinlərinə de məncə! Qadın istəmirsə deməli istəmir. O zibilə dünyanı dar edərəm mən!"

"Hey sənə nə olub? Hansı haqqla?!"

"Qadın deyilsən?! Qadını qorumaq olmaz?! Sən bilirsən, qadınları qoruyan yoxdu deyə ildə necə minlərlə qadınlar ölür?! Bu işi ciddiyə al"

Bu qədər niyə əsəbləşmişdi? Yanımdan ayağa qalxıb göyüzünə baxmağa başlayıb "Onu qoruya bilmədim, səni qoruyacam" dedi. Kim kimi qoruyurdu?

"Ülvi hec nə başa düşə bilmərəm, desəm mənə inanarsan?"dedim

Üzündə yeni çıxmış olan saqqaları ilə oynamağa başladıqda "Yalançı sevgilin mən olacam" dedi.
Yox daha nələr! Mən ona mənim yalançı sevgilim ol deməmişdim! Dərdimi paylaşmışdım onunla. Ayağa qalxıb qarşısına keçdim onun

"Sən məni çox səhv başa düşdün. Mən sənə mənim yalançı sevgilim ol demədim"

"Sənə yalançı sevgili lazım deyil?"

"Lazımdı"

"Lazımdısa nə uzadırsan?"

"Mən səni tanımıram hec. Tanıdığım bir insan olmalıdı. Sən tanımadığın bir qıza niyə belə yaxşılıq edəsən?"

"Vaxtında edə bilmədim. İndi etməyimə icazə ver. Həm mənədə bir sevgili lazım idi"

"İndidən məni sevgilin elan etdin! Mən sənin sevgilin falan ola bilmərəm!"

"Qulaq as mənə... Həyatda hər seyin qarşılığı var. Mən sənə kömək edəcəm, səndə mənə"

"Necə yəni?"

"Bax mənimdə bir dayım oğlu var. Mənə səndən adam olan deyil, sənin sevgilin ola bilməz deyir. Mənədə bir sevgili lazımdıki onun qarşısına çıxardım. Bircə dəfə onun qarşısına çıxsaq hər sey düzələcək. Nə deyirsən varsan, yalançı sevgili olmağa?"

Gözlərimə inana bilmirdim. Bir işim öz xoşu ilə düzəlmək istəyirdi. Yenədə bir tərəfim yalana əl atır deyə pis olmuşdu. Həm Ülvidən belə sey gözləməzdim. Yuxumda gördüyüm insan bildiyiniz mənə yardım əlini uzadırdı. Dilimin altında "Varam..." dedim. Hansı qiyamətə gedib düşəcəyimi bilmədən...

Binaya onunla bərabər giriş etdikdə, yolda nömrəsini almışdım. Sonra evə gəlib, otağıma daxil oldum. 10 dəqiqəni içində bu necə baş vermişdi? Tanrının mənə qarşı olan möcüzəsi idi bu? Bütün günü yalançı sevgilimin kim olduğunu düşünərkən, Ülvi mənim yalançı sevgilim olmuşdu... Qulağa belə xoş gəlmirdi. Yalançı sevgili... Sabah ilk iş onu Arazla sonrada Yunis ilə tanış etdirmək idi. Bir günlük olan sey idi. Nə qədər tez tanış etsəydim, canımıda o qədər tez qutarmış olardım. İçimdəki həyəcan verici hissə baxmayaraq, çarpayıma daxil olub yuxuya dalmağa çalışdım. Bəlkədə bu mənim üçün bir şans idi

***

Səhər çoxdan açılmışdı. Məndə univeristetə gəlmişdim. Ülvi bu gün məni univeristetdən götürəcəyini demişdi. Fəridə ilə bu haqqda danışanda, bu iş onun üçün həm ciddi həmdə əyləncəli gəlmişdi. Arazında gözü bu gün bütün günü mənim üstümdə olmuşdu. Az sonra olacaqları hec düşünmək belə istəməzdim... Telefonumu əlimə aldıqda Yunisdən gələn mesaja gözüm sataşdı. Mesajlara hec baxmamışdım

Yunis: Sevgilinlə nə vaxt tanış olacam?
Zeynəb: Nə vaxt istəsən tanış edərəm
Yunis: Hələdə bir sevgilinin olduğuna inanmıram. Mənə yalan az danış
Zeynəb: O qədər çirkin biriyəm mən? Məni sevən ola bilməz?!
Yunis: Əksinə mələkləri qısqandıracaq, qədər çox gözəlsən
Zeynəb: Səndən bu sözü eşitmək, şərəf verdi mənə
Yunis: Sözü dəyişmə
Zeynəb: Sevgilimə yazacam indi. Nə vaxt boş günün olsa o gündə görüşərik
Yunis: Səbrlə gözləyəcəm

Bu niyə inanmaq istəmirdi?! Yalanda olsa bir sevgilim vardı!

Dərs bitdiyində sinifdən çıxdım. Ara sıra qəsdən arxama baxdığında Arazın arxamca gəldiyini gördüm. Darıxma! Az sonra hər sey bitəcəkdi! Univeristetdən çıxdığımda, univerisitetin kənarında olan böyük ağac altında Ülvini gördüm. Həqiqətən gəlmişdi...
Mənə əl salladığında, məndə ona əlimi sallayıb yanına tərəf irəlləməyə başladım. Lakin qarşıma anidən Araz çıxdı. Bu arxamca gəlmirdimi?!

"Qarşımdan çəkil, zəhmət olmasa" deyib nazikcə davranmağa çalışdım

"Əl salladığın O oğlan kimdi?!" dedi dişinin dibində

"Sevgilimdi. Sənə bir sevgilim olduğunu demişdim!"dedim

Ülviyə dönüb baxmağım ilə, Ülvi bizi tərəf gəlməyə başladı. Arazda dönüb Ülviyə baxdı. Yanımıza gəldiyində "Sevgilim nəsə bir problem var?"dedi. Deməsi ilə qolumdan tutubda məni öz yanına çəkməsi bir oldu. Arazın baxışları kəskinləşməyə davam etdikcə "Bu sənin sevgilindi?! Zövqün pis deyilmiş Zeynəb!"dedi.
Ülvi "Sən kimsən?! Zeynəblə belə danışmaq ixtiyarını sənə kim verib?!"deyə dilləndi. Mən hər seyi qıraqdan izləyib durmuş kimi oldum. Yanımda məni qoruyan biri vardı

"Araz məni narahat etmə daha! Gördüyün kimi mənim bir sevgilim var. Bizdən olmayacağını başa düş" dedim

"Səndən ölsəmdə əl çək deyiləm! Bu yanındaki oğlanada həddini mən bildirəcəm!"dedi

Ülvi onun üstünə getməyə başladıqda, araya girdim

"Ülvi... Ülvii sən buna qulaq asma. Xəstədi buu" dedim.

Onu tanımadan onun üçün narahat oldum. Gözlərimdə bir nigarançılıq yarandı. Onun gözlərində isə bir bulanıqlıq vardı. Birdə kicik bir qorxu...

"Sən dua elə yanımda Zeynəb var. Səni harda tək görsəm, o günü al qanın içində qalmış olacaqsan! Sənin o beynindən keçənləri mən yaxşı bilirəm. Sən onu bilki, sənə bu qızı yar etmərəm! Onun sacının bir telinə belə toxuna bilmərsən!"deyərək Arazın çiynindən möhkəmcə itələyib əlimdən tutaraq məni o yerdən aparmağa başladıq. Bir gözüm Ülvinin əsəbdən qan çanağına dönmüş gözünə baxarkən, digər tərəfdən birləşik olan əllərimizə baxdım. Bu qədər qorumasının səbəbi nə idi?

Bölüm sonu
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri