Yeraltı Bənövşə (10-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 526
Səs ver:
(səs: 1)
Bir taksiyə minib gedə bilərdim. Kiməsə boyun əyməyin nə gərəyi var idi. Məni qoyub getməyi, hec düzgün bir hərəkət olmamışdı... O insandan gələcək olan xeirdə, düşman başına... Xeirdən çox ziyanı oldu mənə... Yunis inanmamağa davam edəcəkdi. Sözün açığı niyə inanmamağı secirdi bilmirdim... Mənim sevgilimdən ona nə vardı? Dəqiqələrdi eyni yerdə qaldığımı düşünüb, yolun sol kənarına keçmək istədim. Ancaq uzaqdan tanış bir maşın gəldi. Maşını yanımda saxlayıb, aşağı düşdüyünü gördüyümdə üzümü sağ tərəfə çevirib ona baxmadım. Məni burda qoyub getmişdi... Niyə geri qayıtmışdı?! Ah Ülvi, sən nə dəyişik xaraketerə sahib olan bir insansan. Ona baxmadığımı gördüyü üçün qarşıma keçib "Maşına min gedək"dedi. Onu eşitməmiş kimi edib gözlərimi sağa - sola oynatmağa davam etdim. Qolumda olan saatada baxdım hətda. Əsla ona baxmadım!

"Məni görməmizlikdən gəlməyə çalışma. Bu boyda yaraşıqlı uşağı, görməmək üçün kor olmaz lazımdı"dedi egosundan geri qalmayaraq!

"Elədisə mən onda koram! Qarşımdan çəkil zəhmət olmasa, görüntümü korlayırsan"

"Zeynəb, uzatma... Min çıxıb gedək"

"Mən səninlə hec yerə getmirəm! Çıxıb gedərəkən sonra hec nə olmamış kimi geri qayıda bilmərsən!"

"Əsəbləşdim başa düşürsən?!"

"Əsəbləşməyin sənə o haqqı vermədi. Sən normal ünsiyyət qurmağa çalışsaydın belə olmazdı. Amma sənin gözün, dağ boyda egondan başqa hec nəyi görmür! Egosit insanlara nifrət edirəm mən!"

"Gəlmirsən indi?!"

"Gəlmirəm!"

"Zeynəb! Gəl!"

"Yalvar sonra"

"Sənə yalvaracağımı düşünürsənsə yanılırsan!"

"Yalvarmasan gəlməyəcəm!"

"Gəlmirsənsə hec gəlmə!"deyib arxasın döndərərək maşınına tərəf irəllədi. Yarı yolda ayaq saxlayıb mənə dönüb baxaraq, dilinin altında "Yalvarıram gəl..."dedi. Məcburiyyət hissi yaxşı bir sey idi. İşə yarıyırdı

"Eşitmədim dediyini" deyib onu qıcıq etməyə çalışdım. Belə asandılıqla yola gəlməyəcəkdim mən. Səsinin tonunu bir balacada daha çox qaldırıb "Yalvarıram gəl min bu maşına. Çıxaq gedək evimizə daha!"dedi. Yox bu səs tonunda sevməmişdim. Səsi qulağıma çox zəif gəlmişdi.

"Yenə eşidə bilmədim"deyərək məsum üzü alıb dodaqlarımı büzüb qarşıya çıxartdım. Yanıma gəlib qolumdan tutaraq, səsinin tonunu bir az daha ucaldıb "Bağışla məni... Səni burda qoyub getməli deyildim... Amma əsəblərimə hakim olmağı bacarmadım..."dedi. Bu cümlələri ürəkdən dediyinə adım kimi əmin idim. Gözlərinin dərinliyindəki o acı, buna məni inandırırdı. Dilim damağım qurumağa başladı sanki. Bir saatın içində necə olurduda cilddən cildə girməyi bacarırdı. Belə insanlar üçün atam, hər zaman təhlükləlidi deyirdi. Oda təhlükəli idimi mənim üçün?

"Tək bir sual verəcəm. Sonra səninlə gedəcəm... Nəyə görə geri qayıtdın?"deyib dimdik gözlərinə baxmağa başladım. Qəhvəyi gözlərini əksində, öz gözlərimi gördüm. Qəhvəyi gözləri ilə mavi baxan adam düşünün... Dənizdə batırmış kimi... Qolumdan tutduğu əlini aşağı salmağa başlayıb, bir anlığına özünü itirmiş kimi oldu

"Yalan yox əgər hava aydınlıq olsaydı, səni burda qoyub gedərdim. Amma hava qaranlıqdı... Qorxdum... Başına nəyinsə gələməyindəm qorxdum. Və mən bunun günahkarı olmaq istəmədim... Özünü gözümdə o qədərdə qiymətli sayma... Bu sadecə sənə xüsusi bir sey deyil... İndi gedə bilərik?"

Başa düşmüşdüm... Onun üçün çox uzatmadan "Gedək..."dedim. Maşınına minərək yola düşdük. Bu hekayənin sadecə 50 faizini bilirdim... Digər qalan 50 faizindən xəbərim yox idi. Bildiyimdə, çox üzülüb qırılacağımıda bilirdim. Lakin, hər kəsə qarşı egolu görsənib, daş divar olan bu insanında bir qəlbi vardı. Hər canlıda olduğu kimi...

***

Bitən gecə, açılan bir səhər, beyni qarışıq olan mən. Bu qədər təsadüfün üst - üstə gəlməsi mənim boyumu aşacaq sey idi. Əyləncəsinə başladığım bu iş, bütün gecəni mənə zəhir etmişdi. Düşünmüşdüm... Beynim hec vaxt bu qədər çox yüklənməmişdi... Bu gün kurs vardı... Bu Yunis ilə üz - üzə gələcəyim mənasını verirdi... Onun çox gözəl qəlbi vardı... Bir insanı qırmaq, incitmək istəmirdi... Nəyə görə saf qızlar elə oğlanlara dəyər vermirdi? Verdiyim sualın cavabın özüm belə bilmədim... Mənim qoxumun adın hec kim bilməzdi, ancaq Yunis bunu bilmişdi... Diqqətcil insan ididə... Tam mənim, xəyallarımın başında gələcək insan idi...
Bu səhərdə Yunisdən danışmağın tutdu? Mənim getməli olduğum bir univeristetim vardı. Beynimdən keçən ucsuz bucaqsuz düşüncələri bir kənara atıb hazırlaşaraq evdən çıxdım. Son günlərdə valideyinlərimə vaxt ayıra bilmirdim. Həyatım bir qaça qaçda idi. Məni arxasıyca sürükləyirdi...
Univeristetə gəldiyimdə sinif otağına daxil oldum. Sinifdə çantalar olsada, hec kim yox idi. Tez gələnlər bufetə düşərdi. Dərsin vaxtına tez qaldığından məndə bufetə getməyi düşündüm. Çantamı partama qoyduqdan sonra qapıya tərəf baxdığımda, Arazı gördüm.
Günümü ilk dəqiqədən korlayacaqdı. Qapının yanına çatdığımda, qapının ortasında dayandı. Gedəcək bir yerə qoymamışdı

"Qarşımdan çəkil"

"Sevgilin bu gün səni dərsə niyə gətirməyib? Yalandan asaram kəsərəm deməyi varmış"

"İşi vardı sevgilimin! Səndə qarşıma çıxma. Dünən dediklərini eşitdin!"

"Ayrılacaqsan ondan! Mənim olacaqsan! Başa düş mən səni sevirəm!"

"Sevmirsən! Sən xəstəsən başa düşürsən! Sevgilim ola - ola mənə hələdə yaxın durmağa çalışırsan! Normal deyilsən!"

Son sözümdən sonra qapını bağlayıb, qolumdan möhkəmcə tutdu. Qolumu əlindən almağa çalışdıqda qolumu daha möhkəm sıxmağa başlayıb "Bunu o boş başına yerit, sən məndən başqasına yar olmayacaqsan!"dedi. Qolumdan tutuşu artıq qolmu incitməyə başlamışdı.

"Qolumu incidirsən! Əlini çək!"dediyimdə qolumu daha möhkəm sıxdı. Ağrını bütün bədənimdə hiss etdiyimdən sonra, əlini qolumdan çəkib qapını açaraq sinifdən çıxdı. Qapıya yaxınlaşıb, qapını bağlayaraq qulpundan möhkəmcə tutub, içimdən gələn o ağlamaq hissinə daha çox qarşı gələ bilmədim. Səsimi içimə atıb, göz yaşlarımın yanağımı islatmasına icazə verdim... Bu heyvan məndən nə istəyirdi?! Niyə əl çəkmirdi...
Bütün dərs boyu qolumun acısını çəkmişdim. Bir ara ayaqyoluna gedib qoluma baxmışdım... Sıxdığı yerlər göyərməyə başlamışdı. Bu mənə qarşı belə etdiyi ilk hərəkət idi. Bunun daha çox olmaması üçün bir tədbir görməli idim. Sahibsiz deyildim mən... Nəyin bahasına olursa, olsun bu gün etdiyi hərəkətin cəzasını çəkdirəcəkdim ona!

Dərs bitdiyində univeristetdən çıxdım. Ülvinin maşınını kənarda gördüm. Maşınına söykənib sağa sola baxırdı. Ona məni al deyə mesaj yazmamışdım... Ümimiyyətcə bu gün onunla danışmamışdıq. Və onun bura gəlməsini gözləmirdim. Ona tərəf addım atmağıma başladıqda, məni gördü. Aramızda 10 adım məsafə olardı ya yox... Mən isə adımımı saxladım... Onun başına iş açmaq istəmirdim... Onunla getməyəcəkdim...

Olduğum yerdə qaldığımda, mənə tərəf özü gəlməyə başladı. Yanıma çatdığında "Salam... Nəyi gözləyirsən? Xüsusi təklif göndərim maşına gəlməyin üçün?"dedi. Bu gün onun ilə danışmağa hec halım yox idi. Uzatmadan "Çox sağ ol hər sey üçün. Amma mən gəlmirəm daha səninlə" dedim dilimi dinc saxlamağa çalışaraq. Cümləmin altında nəsə axtarmağa başladı. Gözlərini qısıb uzağa baxdığını gördüyümdə, məndə arxama çevrilib baxdım. Araz univeristetin qapısının kənarında dayanıb bizə baxırdı. Yenidən qarşıma döndüyümdə "O it sənə nəsə deyib?!"dedi. Başımı 'Yox' mənasında yellətməyə başladım. Ona düzünü demək istəmədim

"Yalan demə mənə! Bu gün baxışların çox yorğun baxır insana" deyibdə qolumdan tutmağa çalışdı. Ancaq ağrıyan qoluma toxunduğu üçün dilimdən 'aa' nidası çıxdı. Özümü tez ələ almağa çalışsamda "Nə oldu?"dedi

"H - heec nəə" deyə bildim sadecə. Dilim topuq vurmağa başladığı üçün, daha çox cümlə qura bilmədim. Qətiyyətli səs tembiri ilə "Qolun aç və mənə göstər!"dedi. Başımı yenə 'Yox' mənasında yelləyib "Ülvi mən yaxşıyam"deyib var gücümü işə salıb gülümsəməyə çalışdım. Bir əli ilə biləyimdən tutub, digər boşda qalan əli ilə köynəyimin qolunu yuxarı çəkməyə başladı. Dirsəyimdən azca yuxarı olan göyərmələri gördüyündə "Lənətə gəlsin!" dedi. Əlini əlimdən çəkib irəli getdiyində qarşısına keçib onu saxlamağa çalışaraq "Ülvi dayan! Bu işə səni qarışdırmaq istəmirəm!"dedim

"Bir qadına qarşı belə hərəkət edilməz! O heyvanı bunun üçün peşman edəcəm indi!" deyib irəli addımını atdı. Mən hər kəsin başına bəla açırdım...

Bölüm sonu...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri