Yeraltı Bənövşə (11-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 560
Səs ver:
(səs: 0)
Ülvini addımını atarkən onun qarşısına keçib dayandım. Amma bunun hec bir xeiri olmurdu. Dava çıxmasını istəmirdim mən...

"Ülvi xahis edirəm səndən univeristetin yanında dava etmə... Məni düşün..."dedim

Addımını saxlayıb əsəbi gözlərini mənə döndərdi. Gözlərindəki əsəbilik və gərginlik onun geri durmayacağından xəbər verirdi. Mənim isə bir gözüm Araza tərəf sataşdı. Oda irəli gəlməyə başlamışdı. Üzündə isə arsızca bir gülüş vardı... Hecmi qoruxusu yox idi?!

"Səni düşündüyüm üçün edirəm! İndi etməsəm, bu hərəkətlərin sayı çoxalmağa başlayacaq" deyib yanımdan keçib getdi. Daha arxasıyca getmədim... Saniyələr sonra nə olacağını düşündüm... Düşünməmə ehtiyyac qalmadan, Ülvi Arazın yanına çatar çatmaz onun üzünə bir yumruq atdı. Yumruğu necə möhkəm vurmuşdusa, Araz üzünü tutaraq yerə yıxıldı. Bu boy, bədən boşuna deyilmiş demək...
Ətrafa maraqlı gözlər ona baxarkən yanımdan keçən bir qız yanındakı qıza "Aa bu Ülvi deyil? Model olan Ülvi..."dedi. Qızın bu cümləsi indi beynimə işləmişdi... Belə etməklə həm özünü həmdə işini təhlükəyə atmışdı. O sırada Araz ayağa qalxmışdı. Bu dəfə hər ikisi bir birinin yaxasından yapmışdı. Söhbətin içi mən idim...
Uzaqdan niyə baxırdım? Ətrafında tanıdığım bir neçə insan onları ayırmağa çalışdığında "Ülvi bu ona yetəri qədər dərs olar məncə!" dedim. Əllərini yumruq edib sıxdığını gördüyündə, həddimdə olmasa əlindən tutdum. Baxışları əllərimə tərəf çevirildi. Bir necə saniyədən sonra baxışlarını əllərimdən çəkib, gözlərini Araza dikdi

"Sən dua elə bizi burda ayırdılar! Sən tək tutsam, hec kim səni mənim əlimdən ala bilməyəcək! Nə badə, mənim sevgilimə birdə yaxın durasan! Onda hər sey tamam başqa cürə olacaq!"

Ətrafdakı qızların ağızları 2 metrə açılarkən, Araz dodağından axan qanı silməyə çalışıb "Mən elə bildim yalan deyir! Həqiqətən bir sevgilisi olacağını düşünmədim!"dedi. Sənin ağılından keçənləri bir bilsəm! Ülvi ona tərəf gedib qarşısına keçərək, əlləri ilə üzündən tutub uşaqyana sevmeli şəkili olan şillə vurmağa başladı. "Ağıllı ol! O ağılını sənin beynindən almayım!" deyərək onu itələdi. Bu söz söhbətin daha çox böyüməsini istəmirdim... Ülvi getdiyində, arxasıyca getməyə başladım. Maşına mindiyimizdə, əllərinin əsdiyini gördüm. Belə maşın sürməsi hec düzgün deyildi... Bir söz demeyədə çəkindiyimdən sakit qalmışdım. Maşını işə salıb, sürdüyündə burdan uzaqlaşdığımız üçün içimdən bir oh çəkdim. Ülvinin isə əlinin əsməsi hələdə davam etməkdə idi. Mənimlə hec danışmırdı... Beynindən nə keçirirdi hec bilmirdim... Səssizliyi pozmaq istəyirdim... Nə desəm? Bir psixoloq belə vəziyyətdə nə edər? Sakitmi qalar, yoxsa dahiyanə bir çıxışmı edər?
Sıxıldığımı bəlli etmək istəyirmiş kimi, səsli şəkildə oflamağa başladım. Bu işə yaramdı... Çünki gözlərini bir an olsun belə yoldan ayırıb, mənə baxmadı. Dərindən nəfəs almağa başladım. Yenə olmadı...
Diqqətini hec cür çəkə bilmirdim... Mən mənimlə danışmasını istəyirdim. Özümdə hec yaxşı sayılmazdım... İçimə işləməkdə olan bir qorxu vardı. Bu qorxu ürəyimi səksəyə salırdı...
Üzümə gözümə tökülən saclarımı sağ çiynim üstə bir tərəfə yığdım. Yenə də alınmadı...
Adam elə bil buz idi! Mənə artıq danışmaq qalmışdı!

"Ülviii... Mənə hec nə deməyəcəksən?"dedim
Cavab verəcəkdimi? Yoxsa bu susqunluğu daha çoxmu davam edəcəkdi? Dodaqlarını araladığını gördüyümdə "Danışma..." dedi.
Tək bir söz... Danışma... Niyə danışmayım?! İnsan danışa - danışa problemin həll etmirdimi? Dodaqlarımı araladığımda "Sənə səsini çıxartma dedim" deyərək yola baxmağa davam etdi. Yox bu insan buz deyildi, bu insan daş idi! Buz hec olmasa əriyərdi, bu isə daş olduğundan hec nə edilə bilinmirdi!

"İndi mən bütün yol boyu lal olub, susum?!"

"Sən söz başa düşmürsən?!"

"Danışmadan necə başa düşüm?"

"Sənə bu məsələni valideyinlərinə de demişdim. Sən niyə deməmisən hə?!"

"Deyə bilmərəm... Atam polisdi... Polis olan ailə başcısının necə olduğunu bilirsən sən?! Əgər ona belə bir sey desəm, məni birdə evdən çölə çıxartmayacaq. Dustaq həyatı yaşayacam...
Ona görədə deyə bilmirəm. İçimə atıram hər seyi. İçimə ata - atada yer qalmayıb içimdə"

"Bunları düşünə bilirsən, amma gələcəyini düşünə bilmirsən hə?"

"Off! Sən adamı hec başa düşmürsən... Daş adamsan!"

"Daş adamda olduq, sayəndə neynək... Biz tıxtıq xanımı qoruyaq oda bizə daş adamsan desin"

"Tıxtıq xanım nəydi?!"

"Balacasan... Hec də böyüməmisən... Ağılın 5 yaşlı uşağın ağılıdı elə bil... Bir az dünyaya açıl"

"Sən ancaq məni yerin dibinə sal! Sən qarşıma çıxdığın gün başıma göydən, daşdan falan yağaydı. Səni görüb, tanış olmazdım!"

"Sənin başına daş düşəcək idisə, mənimdə başıma qaya düşərdi! Səni tanımazdım!"

"Həə demək belə olduq hə indidə? Neynək... Canın sağ olsun..."

Bu söhbət məni yaman əsəbləşdirdi. Dediyimdə qalırdım... Normal ünsiyyəti bacarmırdı... Ya da mən həyatı hələ başa düşə bilməmişdim...

Səsli keçən yolumuzda evə gəlib hazırlaşaraq təkrar evdən çıxıb kursa doğru yol aldım. Bu gün baş verən hadisə başımı ağırtmışdı... Ülvidən ayrıldıqdan sonra özümü yaxşı hiss etməməyə başladım. Elə bil güvəndə deyildim...
Mənə bir dəfə yaxşı olanda, 5 dəfə pis olurdu. Bu insan niyə belə idi? Nə yaşamışdıda bu qədər kin dolu idi insanlara qarşı...
Kursa gəldiyimdə bir çoxusu yeni otaqlara dağılmışdı. Mən isə əlimdə yarımcıq işim olduğundan, onlarla getmədən işimi tamamlamağa çalışdım. Olmurdu amma... Beynimdən bu keçən hadisə çıxmırdı... Qolumun ağırısıda hələdə qalmışdı... Əlimdə olan sulu boyanı yerinə qoyduğumda, Yunis qapıdan içəri keçdi. Ətrafda hec kimi görmədiyindən, gözləri ilk əvvəl otağı gəzdi sonra mənə baxdı. Dünən axşamdan sonra onunla ilk qarşılaşmamız idi. Bu cür ruhu gözəl olsan insanı qoyub, daş adamın yanında idim mən... Yanıma gəlib sağ tərəfim üstə dayanıb "Yorğun görsənirsən"dedi

"Bu gün eləyəm"

"Səbəbini bilmək olar?"

"Səbibi yoxdu Yunis"

"Var məncə... Ülvi sənə nəsə edib"

"Ülvi mənə hec nə etməyib. Onluq bir məsələ deyil"

"Dünən dediyim sözlərə görə pis olursansa, məni bağışla... Niyyətim nə səni qırmaq, nə də incitmək idi... Səni düz yola gətirməyə çalışdım... Ülvi səninlik biri deyil"

"Yunis mən danışmaq istəmirəm. İnan özümü elə yorğun hiss edirəmki, ağzımı açıb bir söz deməyə belə taqətim yoxdu. Başımı qatmaq üçün rəsm çəkirəm... Onuda bacarmıram... Rənglər gözümdə qarışıb"

Sulu boyaya baxdığımda, Yunis sulu boyanı əlinı alıb işarət barmağını qırmızı rəngdə olan boyaya batırıb mənim burnumun üstünə vurdu

"Gülümsə... Sən gülmədiyin üçün, rənglər sənə küsüb"dedi

Yenidən sarı rəngə barmağını vurub, burnumun üstünə sürtüdü. Və üzümə baxıb gülümsəməyə davam etdi. Gülümsəmək yoluxucu bir şey idi. Məndə azca təbəssüm etdiyimdə "Sarı rəng işə yaradı deyəsən. Günəş kimi parıldadın..."dedi. İşə yarayan rəng deyildi, işə yarayan onun gülüşü idi... Bunu ona deyə bilməyəcəyimdən susdum... Bəzən susmaq lazım idi... Susmaq hər seyə bir cavab idi

***

Gecə düşdüyü üçün o qədər sevinirdimki... İndi yata biləcəkdim... Yatsaydım bu günün yorğunluğu, mənfi enerjisi üstümdən keçib gedəcəkdi... Birdə şokalad yesəydim, özümü xoşbəxt hiss edəcəkdim. Oda yox idi... Gələndə almaq yadıma düşməmişdi... Saatda 11 olduğundan aşağı marketə düşə bilmirdim...
Whatsappıma daxil olub durum yerinə
"İnsanlar məni, şokalad qədər xoşbəxt etmir hec... Amma indi şokalad belə yoxdu"yazıb paylaşdım. Şokalad yoxdu deyə olmayan kefim daha çox qaçdı. Güzgünün qarşısına keçib, saclarımı daramağa başladım. Gecə yatanda saclarımı darayardım çox vaxt. Güzgüdəki əskimi çökmüş gördüyümdə, dodaqlarımı büzdüm. Saçda daramayacaqdım...
Üstümü dəyişib, yerimə daxil olduğumda telefonuma mesaj gəldi. Ekrana baxdığımda Ülvidən bir mesaj gəldiyini gördüm. Mesajda
"Qapıya çıx..." yazılmışdı. Bu vaxtı qapıya niyə çıxım? Təəccüb içində qalaraq ayağa qalxıb otağımdan yavaş addımlar ilə dəhlizə yaxınlaşdım. Evdəkilər yatmışdı deyə, səssiz yeriməyə məcbur idim. Telefonumun işığını yandırıb qapını açdım. Qarşımda hec kimi görə bilmədim... Yerə baxdığımda poşet gördüm... Poşeti əlimə alıb içinə baxdığımda, içində çoxlu şokalad olduğunu görməyim saniyə çəkmədi. Bunu mənim üçün almışdı? Daş qəlbili olan Ülvi...?

Bölüm sonu...

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri