Yeraltı Bənövşə (12-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 4 645
Səs ver:
(səs: 1)
Sabahlar hər zaman xeirə açılırdı?
Bu sabahmın necə olacağını bilmirdim... Başıma daha nələr gələcək, hec bir fikirə sahib deyildim. Dün axşam şokaladları otağıma aparıb, yeməyə başlamışdım. Yeyib bitirdikdən sonra içimə bilmədiyim bir sevinc hissi daxil olmuşdu. Daş adam bunu bacara bilmişdi... Amma ona bir təşəkkür mesajı belə yazmamışdım. Üz üzə gələndə təşəkkürümü bildirəcəkdim. Oda mənə başqa hec bir sey yazmamışdı. Başqası olsaydı, mesajları ilə insanı rahat buraxmazdı... Bu gün Arazın mənə yaxın durub, durmayacağını ağılımdan keçirtmişdim. Məndən əl çəkməyəcəyinidə təxmin edirdim... Evdən çıxıb, liftə minərək aşağı düşdüm. Liftdən çıxar çıxmaz yuxarı piləkanlardan aşağı düşən Ülvini gördüm. Yenə rastlaşmışdıq... Elə bil film çəkilirdi mənim üçün... Ülvi məni gördüyündə pillələri asta - asta düşməyə başladı. Üz ifadəsi döyüşə gedirmiş kimi idi... Səhər - səhər bu nə mənfi enerji idi? Təşəkkür etmək üçün dodaqlarımı araladığımda "Təşəkkür etmə..."dedi. Tanrım bu oğlan niyə bu qədər egoist bir insan idi? Bir təşəkkür etməyi belə insana çox görürdü...
"Maşallah baxıramda səhər - səhər üzündə güllər açıb!"dedim hər iki qollarımı sinəmdə birləşdirərək

"Sənə borcluyam üzümdə açan, bu gülləri"deyib ironi eləməyə çalışdı.

"Ay onlara səbəb olmaq necədə gözəl hissdi! De görüm axşam şokaladları qapıma niyə buraxmısan?"

"Yeyib gözün doysun deyə"

"Sən çox pis insansan!"

"Əminəm şokaladları yeyəndə belə deməmisən hec. Mənim necə gözəl ürəyə sahib olduğumdan danışmısan"

"Hec də! Sənin o daş ürəyin mənə lazım deyil! Mənidə söhbətə tutma dərsə gecikirəm!"

"Məndə işə getməliyəm, yol üstündədi univerisetetin gəl bərabər gedək"

"Səninlə hec yerə gətmirəm!"

"Dəqiqətli qulaq asdınsa dediyimə, sənə gedək deyə sual vermədim. Gedək dedim. Bərabər getmələyik"

"Bu yalançı sevgililik işi bitmədiki?!"

Dümdüz səsi ilə "Bitmədi..." dedi. İrəli addımını atıb binadan çıxış edincə, məndə arxasıyca getmək məcburiyyətində qaldım
Maşına minib yola düşmüşdük. Onunla gəlməyə məni məcbur buraxmışdı... Ona sözüm olmasaydı, onunla hec gəlməzdim! Binada olan söhbəti xatırladıqca canıma əsəb gəlirdi. Əsəbimi çıxmalı idim ondan!

"Sən əkizlər bürcü falan deyilsən?"

"Yox deyiləm"

"Bəs belə dəyişik xasiyyətə necə sahibsən?!"

"Sakit qala bilərsən? Səni maşına cücə kimi ciyildəyəsən deyə mindirmədim!"

"Nəə nəəə? Cücə dedin sən mənə?!"

"Eşitmədinsə bir daha təkrar edim"

"Saxla maşını mən düşürəm!"

"Zeynəb özün mənə deyirsən, amma səndə özündən tez çıxırsan"

"Mən özümdən tez çıxmıram. Sən məni özümdən çıxartmağa çalışırsan. Və bunu bacarırsan!" deyib dodaqlarımı büzərək salladım. Mənim beynim axır vaxtlar hec sağlıqlı düşünə bilmirdi. Hər kəsə küsmək istəyirdim mən! Nazımıda hec kimin çəkməsini istəmirdim!

"Dodaqlarını az büz. Yapışıb elə qalar sonra şokalad yeyə bilmərsən"dedi

Cavab verməyib çiyinlərimi yuxarı aşağı çəkməyə başladım. Onunla danışmayacaqdım!

"Yaxşı yaxşıı təşəkkürünü qəbul edirəm sənin"

"Sən dəqiq bürcün ilə maraqlan. Sən tam əkizlər bürcünə aid insansan!"

"Bürclərə inanmıram mən"

"Niyə?"

"Bürclərdə mələk bürcü var?"

"Mələk nə əlaqə?"

"Sən mələk olacaqmışsanda, son anda dəyişdirilib insan olmusan"

Son cümləsinə ağızım açıq qaldı. Qulaqlarım görəsən düz eşitdi?

"Sən mənə mələk dedin?"

"Bir filmdən replik idi. Yadıma düşdü məndə dedim. Yoxsa sən hara mələklik hara. Səndən olsa - olsa şeytan olar"

"İndidə şeytan dedin?!"

"Qulaqlarında bir problem yoxdusa, düz eşitmisən"

"Sən düzəlməyəcəksən!"

"Mən xarab olmamışamki düzələm"

"Yox yoxx sənin fikrin dəqiq mənim axırıma çıxmaqdı. Sən mənim axırma çıxmasan rahatlaşmayacaqsan!"

"Bax psixoloq olacaqsan deyə o dəqiqə söhbəti bildin. Hə, mənim işim gücüm yoxdu. Boş bekar adam olduğumdan sənin axırına çıxmağı fikirləşirəm"

"Allahdan özümə çoxlu səbr diləyirəm. Başqada hec nə!"

Məni univeristetə gətirdikdən sonra bir çox sağ ol belə demədən maşından aşağl düşdüm. Hər sözümə bir söz tapıb deyirdi. Məni həqiqətən uşaq gözündə görürdü. İşi gücü ələ salmaq idi. Sinifə daxil olduğumda, Fəridə gəlməmişdi. Son vaxtlar onunlada çox danışa bilmirdim. Həyatıma Ülvi ilə Yunis daxil olandan işlərim hec qaydasında getmirdi! Qızlar yanıma gəlib dünən haqqında məlumat almağa çalışdıqlarında, hec birinə bir cavab vermədim. Maqazin proqramında idik elə bil! Maqazin demiş, mən hec Ülvinin instagram profilinə baxmamışdım... Bunu yaddaşımda saxlayıb baxmalı idim. Telefonu əlimə alar almaz, sinifə Arazın daxil olduğunu gördüm. Ona baxdığımda üzündə yara izilərinin yeri qalmışdı. Mən tərəfə kicik bir baxış atdıqdan sonra partasına oturdu. Nə bununla bitmişdi? Bir yumruqla düzəlmişdi? Ona baxmağı kəsib telefonu açdım. Ekrana baxdığımda Yunisdən bir mesaj gəldiyini gördüm. Mesajda "Univeristet bitdikdən sonra görüşə bilərik?"yazılmışdı. Bir yanım onunla görüşmək istəyirdi. Və mən bu yanıma yox deyə bilmirdim

"Görüşərik :)" yazıb göndərdim

Ona bu gün bəzi seyləri danışacaqdım. Hec olmaya bibisi oğlunun etdiyi qəhrəmanlıqdan xəbəri olardı. İnstagrama daxil olub Ülvinin adını və soyadını axtarış yerinə yazdım. Fake profil olduğundan rahat idim. Qarşıma ilk çıxan profildə Ülvi olmuşdu. Profilinə daxil olduqda takibçi sayısının çox olduğunu gördüm. Nə gözləyirdim? Model idi! Məndən başqa hamıda tanıyırdı... Tanımayan bir mən idim! Tipsiz öz şəkillərini paylaşmışdı. Axrıncı paylaşdığı şəkilə baxdım. 1 həftə əvvəl paylaşmışdı. Commentə baxdığımda qızların commentdə yaraşıqlı deyə özünü öldürdüyünü gördüm. Bu idimi yaraşıqlı? Tipsiz idi!

Hekayə atıldığını gördüyümdə, hekayəsinə basıb baxdım. Qara rəngili fotaya mavi rəng ilə "Darıxmışam
Hardasan?
Əlini ver mənə
Əlindən tutum
Əllərinə ehtiyyacım var
Göyüzündə tək deyilsən
Bir ay ilə necə milyon ulduzlar var..." yazmışdı

Bunu Ülvi yazmışdı? Nə məna verirdiki bu sözlər? Hec nə başa düşə bilmədiyimdən telefonu söndürdüm. Dərsdə başlayırdı!
Dərs bitər bitməz unidən çıxdım. Araz bu gün yanımdan keçməmişdi belə. Bir yumruq hər seyi həll edirmiş sən demə! Yunis ilə yaxınlıqda olan bir kafedə görüşəcəkdik. Kafeyə giriş etdiyimdə, onu gördüm. Necədə vaxtında gəlmişdi. İncə ruha sahib olan gözəl insan...
Yanına yaxınlaşıb salam verərək qarşısına keçib oturdum. Oturduğumdan gözlərin üstümdən hec çəkmirdi. Baxışlar bəzən hər seyi izah edirdi

"Mənə çox baxacaqsan?"

"Gözlərim mavi gözlərinə dalıb gedib... Günah gözlərindədi"

"Yazıq gözlərimmm"

"Bu gün pozitiv görsəndin gözümə. Səni belə görmək necədə xoşdu"

"Həə aqressiv tərəfimi yolda azdırıb gəldim"

"Mən o tərəfinidə çox sevirəm. Şirin aqressivliyin var"

"Nəzərinə çatdırımki mən sənin bibin oğlunun sevgilisiyəm"

"Mən o mövzunun bağlandığını düşünürdüm. Ondan sənə sevgili olan deyil. Ülvi daima başına iş açan insandı"

"Yunis Ülvi haqqında niyə elə düşünürsən?"

"Necə düşünməyim hə? Sənin olanlardan xəbərin yoxdu. Ya da hələ təzə olduğundan sənin qulağına xəbər gəlib çıxmayıb"

"Nə xəbəri?"

"Yenə dinc dayanmayıb kimləsə dava edib dünən. Onunda bu gün reklam çəklişi vardı. Sənədləşdirmə işində əvvəlcədən yazılmışdıki, çəkliş gününə qədər dava falan etmək olmaz. Oda imzalamışdı... Bu da dünən onların qulağına çatdığı üçün necə minlik işindən oldu Ülvi. Görürsən necə düşüncəsiz hərəkət edib?"dediyində dodaqlarım aralanmağa başladı... Mənə görə olmuşdu... Bilə - bilə bunu necə etmişdi? Ah, Ülvi mənə görə başını niyə yaxmısan axı?!

Bölüm sonu
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri