Yeraltı Bənövşə (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 208
Səs ver:
(səs: 1)
Ağlamaqdan gözümdə yaş qalmamışdı...
Qaranlıq çöksədə, mən hələdə çarpayımın bir küncünə qısılıb çox sevdiyim mişqamı qucaqlayaraq ağlayırdım. Bu ağlayışımı Ülvinin getməsi ilə əlaqələndirməməyə çalışırdım. O getdiyi üçün mən niyə ağlamalı idim? Səsiniz çıxmasın deyə səssiz - səssiz ağlamağın nə olduğunu bilirdiz? Mən bu vaxta qədər bilmirdim... Bu gün öyrənmiş oldum... Ya da durun həm özümü həm sizi aldadacam. Mən ona görə ağlamıram. Gözümə toz qonub deyə ağlayıram. Axı Bakı küləklər şəhəridi... Külək kimisinə sevdiyinin qoxusunu gətirər, kimisinədə bir ovuc xatirələr yığıb gətirər... Ondan mənə qalan şokaladlar oldu... Ondan mənə qalan, kicik kağız parçası oldu... Yastığımın üstündə olan əzilmiş kağız parçasını əlimə aldım. Gözlərimdəki yaşa inad, gülümsəməyə çalışdım. Gözlərimi, Xəzər dənizinə bənzədirmiş... Gözlərimi yumduğumda, gözlərimin qarşısına Ülvi gəldi. Dünən qucaqlaşdığımız anı xatırlmağa başladığımda, gözlərimi tez açdım. Kicik bir ümüd etdim... Bəlkə hələdə təyarəyyə minməyib... Ona son kicik bir mesaj atmaq istəyirdim. Telefonu əlimə alıb adına daxil olub ona adi mesaj yazmağa başladım

"Əlvida mənim yalançı sevgilim...
Getdiyin yerdə, dəniz görməyin diləyi ilə..."

Mesajı yazıb göndərdim ona. Ədalətli bir mesaj idi... Mən hər göyüzünə baxdığımda ulduzuları görüb onu xatırlayacaqdımsa, oda dəniz görüb məni xatırlamalı idi. Mən çox adil insan idim. Oxuyub oxumamasını bilmədiyim üçün, başımı yastığıma qoyub gözlərimi yumdum. Yatcaqdım... Yatıb duranda kecəcəkdi...
Buna inanırdım...

Bu sabah fərqli ayıldım yuxudan
Hec nə olmamış kimi davranmağa çalışdım. Keçdim güzgünün qarşısına çox sevdiyim saclarımı daradım. Yerlati bənövşə ətirimindən boynuma sıxdım. Kipriklərimə tuş vurub, mavi gözlərimi daha ön plana çıxartdım. İçimdə olan qırılmışlığı, bunlar ilə basdırmağa çalışdım. Güzgüyə yorğun baxan gözlərimi saymasaq...
Evdən çıxdığımda, univeristetə getmək üçün taksiyə mindim. Yağışlı hava şəraiti hələdə davam etməkdə idi. Yağışı bu gün daha çox sevdim. Ağlayan bir ürəyə bənzədiyi üçün... Bunu bir kitabda oxumuşdum. İndi mənə lazımlı bir cümlə oldu. Əlim çantanın üstündə gəzirdi. Səbəb isə telefona baxmaq istəyim idi. İnstagramına baxmaq istəyirdim... Ürəyim istəsədə, ağılım olmaz deyirdi... Bir dəfədə bir şeyə inad etmə ürəyim...
Daha çox dözə bilməyib çantamdan telefonumu çıxardıb, instagrama daxil oldum. Profilinə daxil olduqda, hekayə paylaşdığını gördüm. Baxım baxmayım deyə yenə qərarsız qaldım. Ya gördüyüm sey mənim, daha çox pis olmağıma səbəb olacaqdısa? Telefonun ekranını söndürüb, telefonu sıxmağa başladım. Telefona yarı nigaran qalmış gözlərim ilə baxdım. 'Bax' deyən iç səsimə görə telefonu yenidən yandırıb hekayəsinə daxil oldum. Hekayənin ilkində dəniz mənzərəli video olduğunu gördüm. Səsinə qulaq asmaq üçün qulaqcığı telefona taxıb, videoya baxmağa başladım videoda mahnı səsi vardı

"Yine O üzülmesin,
Halimi bilmesin,
Kimseyi karşılıksız sevməsin"

Murat Dalkilicin - Kördüğüm mahnısı idi bu... Hec nə başa düşə bilmədim... Sirrli qutunun, içini aça bilə bilmədim... Qutunun içində nə var bilmədim... Məni uzaq tutdu özündən...
İkinci paylaşımına baxanda, dünən axşam ona atdığım mesajı gördüm. 'Oha...' dedim səsli şəkildə... Takisidə olduğum yadıma düşdükdə, əlim ilə dodaqlarımı tutdum. Görmüşdü... Mesajımı görmüşdü... Dodaqlarım azca qıvrıldı... Sonra gedişi yadıma düşdü... Təbəssümüm üzümdən silindi...

Univeristetə gəldiyimdən bəri Araz kəsgin baxışlarını üstümdən hec çəkməmişdi. Dünənki söhbət yadımdan çıxmışdı mənim... Mənim ilə görüşmək istəyirdi... Bir imkansızı istədiyindən xəbəri yox idi. İndi kimin yanına gedəcəyimidə bilmirdim. Ülvinin başına dərd açdığım kimi, Yunisin başınada dərd açmaq istəmirdim. Nəticədə oda mənim hec bir seyim deyildi. İnsanlara dərd olmaqdan canımı qutarmalı idim. Zəng vurular vurulmaz, Fəridəni arxmada qoyub sinifdən tez çıxdım. Ardımca Arazın gəldiyini gördüm. Qorxama Zeynəb...
Özün özünü qorumağı bacarmalısan. Kimsədən aslı qalmalı deyildim mən. Korpusdan çıxdığımda "Zeynəb dayan"dedi. Atdığım addımı saxlayıb ona tərəf çevrildim. Onunla danışmaq istəmirdim. Dediyim hər seyin faydasız olacağına inanırdım

"Yenə eyni söhbətlər?"

"Əminəm dünən dediklərimi düşünməyə bolca vaxtın oldu. Qərarın nədi? Burdan bərabər çıxırıq?"

"Araz mənim sevgilim getdi... Bu ölkədə deyil daha. Ona hec nə edə bilmərsən. Edə bilmədiyinə görədə mən səninlə hec yerə gəlmirəm!"

"Qorxaq qaçıb gedib onda. Görürsən sənə qalan tək mən olacam. Gəl bir çay içəcək... Səndən çox sey istəmirəm mən"

"Mən sənin ilə o çayı içsəm sənə ümüd vermiş olacam. Mən sənin ümüdlənməyini istəmirəm... Xəstəlik olan sevginidə al get... Araz insanı çox yorursan"

"Yorğun olduğun hər halından bəllidi. Mənə 'hə' deseydin belə olmayacaqdı... Xoşbəxt edəcəkdim səni. Yenədə gec deyil. Hec nə üçqn gec deyil"

"Sən yaxşı insan deyilsən...! Mənə yaxın durma! Qarşıma çıxıb məni narahat etməyə davam etsən, atama hər seyi danışacam. Onda bu gün üzünə həsrət qalacaqsan! Şərəfsiz!"

Univeristetdən çıxdığımda əlimi ürəyimin üstünə qoyub dərindən nəfəs almağa başladım. Nəfəs almağa nəfəsim çatmırdı... Mən nələrlə mübarizə aparırdım? Valideyinlərimdən çox seyi gizlətməklə öz başıma iş açırdım. Azadlığımı öz canımdan daha üstün tuturdum mən... Əlimi ürəyimin üstündən götürüb irəli addım atdığımda, Yunisi gördüm. Bitmirdi bu insanlar... Bitmək bilmirdi... Gözü ilə məni axtarıb tapdığında yanıma gəldi

"Zeynəb... Elə bildim getmisən. Səni gördüyümə sevindim"

"Gedirdim... Sən niyə burdasan?"

"Sənə görə"

"Səndən bunu istədim mən?!"

"Sakit ol... Bilirəm Ülviyə qarşı əsəbisən"

"Kəs! Onun adını eşitmək istəmirəm mən!"

"Bildiyin kimi deyil hec nə... Əsəbləşmədən mənə qulaq as. Araz səni rahat buraxan deyil. Yanında olmağıma icazə ver"

"Mən onada yanımda olmağına icazə vermişdim. Amma nəticə nə oldu? Hanı Ülvi? Getdi...! Sənidə istəmirəm"

"Mən Ülvi deyiləm, Zeynəb... Peşman olacağın sözlər demə... Gedək burdan"

"Yunis sən çox yaxşı insansan. Artırıram yaxşıdanda yaxşı insansan. Hətda mənim xəyalımdakı insandanda belə daha yaxşı xüsusiyyətlərə sahibsən. Amma olmaz... Başa düşürsən? Sənində başına dərd açmaq istəmirəm mən"

"Mən istəyirəm! Dərd səndən gələcəksə, qoy gəlsin... Mən bundan qorxmaram... Ülvii... Ülvinin tək istəyi sənə yaxşı baxmağım idi. Amma mən bunu Ülvi istədi deyə deyil, özüm istəyirəm deyə etmək istəyirəm. Gəl tanış olduğumuz ilk günə dönək. Mən sənə xanım qız deyim, sən mənə bəy oğlan"

Əvvəlki xanım qız ilə bəy oğlan ola bilərdik? Dünən Ülviyə görə ağlayan qız indi Yunis ilə gedə bilərdi? Bu qədər qarışıqlığa nə səbəb olmuşdu? Hisslərim dilə gəlirdi... Məndən imtina edirmiş kimi...

Bölüm sonu
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri