Yeraltı Bənövşə (16-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 5 156
Səs ver:
(səs: 1)
1 həftə sonra
Yunis ilə görüşmək üçün hazırlaşırdım. 1 həftədə məndən əl çəkməmişdi. Bu 1 həftədə özümü ancaq onun yanında tapmışdım. Ülvinin yoxluğunu, onun yanımda olması ilə ovundururdum. 1 həftə idi ondan bir xəbər ala bilməmişdim. Sosial şəbəkələrin hec birinə yeni bir sey atmırdı. Film kimi idi onunla aramızda yaşananlar. Yaşandı və bitdi...
Xəyalımda olan insanı tapmışdım mən. Xəyalımdakı insan Yunis idi. Mənim yanımda olan, məni tək qoymayan insan...
Xəyalımdaki insanı sevməyə adım - adım irəlləyirdim. Sizdə sizə dəyər verən insanlara, yanınızda bir yer ayırın. Bunu qəlbiniz istəsədə, istəməsədə...
May ayına yenicə daxil olmuşduq. Səhərləri günəş çıxıb hər tərəfi isitsədə, axşama yaxın insan üşüyürdü. Yunis ilə uzun aylardan sonra dəniz kənarına gedəcəkdik. Onu kursdan sonra ilk dəfə görəcəyim yerə... O gün məni qorumuşdu... Məni əvvəldən qoruyan O olmuşdu. Sonraya araya Ülvi daxil olmuşdu. O getdi, Yunis qaldı...
Dəniz kənarı parka daxil olduğumda, gözlərim Yunisi axtardı. İnsanlar getdikcə çoxalmağ başlayırdı. May ayı öz sözünü deyirdi? Aylar əvvəl burda insan az idi... Telefonu əlimə alıb ona zəng etdim. Zəng getsədə ona, telefona cavab verilmirdi. Telefonu qulağımdan çəkdikdə, kimsə barmağı ilə kürəyimə toxundu. Dönüb arxama baxdığımda Yunisi gördüm. Ona yenidən zəng getdiyindən, telefonu açıb qulağına qoyaraq "Qarşındayam xanım qız" dedi. Etdiyi bu hərəkət üzümdəki gülüşə səbəb olmuşdu. Əlimdə tutduğum telefonu qulağıma yerləşdirib "Görürəm bəy oğlan" dedim. Etdiyi hərəkətə ayaq uydurmağa çalışmışdım. Oda gülüməyə başlamışdı. Zəngi sonlandırıb, telefonu cibimə yerləşdirdi

"Gözlərim səni axtarırdı"

"Amma mən səni bir dəfə baxmaqla tapdım. Başqa yerədə gedə bilərdik. Buranı özəlliklə niyə istədin?"

"Kursdan sonra ilk tanış olduğumuz yer idi deyə... Mən mənə özəl olan yerləri yadımdan çıxartmıram. Dəniz kənarına gedək?"

"Gedək..." dediyində qarşıya tərəf irəllədik. İnsanlardan bir az aralı oturmaq üçün daha irəli getdik. Boşluq olan yer tapdıqda daşların üstünə oturduq. Gözlərimi qırpıb dənizə baxırdım. Yadımada Ülvinin mənə yazdığı məktub düşdü... Olub olmaz yerlərdə yadıma düşürdü... Ülvini yadımdan çıxartmalı idim. Yanımda olan Yunis idi... Yunisə baxdım, dərindən bir iç çəkərək. O isə mənə əvvəldən baxırdı. Ona axmaqca bir sual verəcəkdim

"Yunis gözlərim dənizə bənzəyir mənim?"

"Mavidi deyə deyirsən bunu?"

"Yaşıl göz olsaydım, əlbətdə deyə bilməzdim. Amma sən de görüm bənzəyir ya yox"

"Bilirsən gözünün dənizə, dənizin gözünə bənzədiyi yoxdu... İnsan görmək istədiyini görər... Burda baxış açısı var. Mən sənin gözlərini dənizə bənzətmirəm. Sırf mavidi deyə dənizə bənzətsəm, göyüzünə haqqsızlıq etmiş olaram. Axı oda mavidi... Dəniz insanı boğar... Göyüzü isə insanın içinə fərahlıq gətirər. Sən mənim göyüzmüsən"

Necədə gözəl danışmışdı... Mən Ülvini boğurmuşam... O mənə dəniz gözündə baxıb... İstəsəydi göyüzü kimidə görə bilərdi. Görmədi amma... Görmək istəmədi... Başımı qaldırıb göyüzünə baxdım... Hava aydınlıq olduğundan ulduzlar yox idi... Ülvinin ulduzları... İstəsəydim o ulduzları görə bilə bilərdim mən. Ayırda olsaq, eyni göyüzünə baxırdıq. Mən o ulduzlara baxıb güləcəkdim. "Ulduzlar yoxdu..." dedim bir anda səsli şəkildə deyərək

"Ağılın hələdə ulduzlardadı... Ülvini yadından çıxarda bilməmisən" dedi üzünü asaraq

"Ülvinin ulduz hekayəsini hələdə bilmirəm. Mənə hec nə demədən getdi. Səndə bir sey demərsən hə?"

"Əmin ol ki bilmək istəməzsən. Bildiyin qədəri sənə bəsdi... Ulduz hekayəsini sevmirəm mən. Onun ulduzu... Onun ulduzuuu"

"Onun ulduzu nə?"

"Unut getsin Zeynəb" deyib ayağa qalxdı. Hər çətinə düşəndə qaçırdı belə! Onun ulduzu nə? Nə idi onun bilmədiyim hekayəsi?!

"Bir sey de yoxsa çıxıb gedəcəm burdan!"

"Zeynəb, Ülvi çıxıb getdi başa düşürsən? Bu söhbətləri açmağın yeri yoxdu. Burda olan mənəm... Məndən danış Zeynəb... Ondan deyil"

"Başa düşmürsən sən məni... Hər seyi məndən gizlədib yarım qoyursuz. Sonrada qarşıma keçib hec nə olmamış kimi, məndən həytıma davam etməyimi istəyirsiz... Davam edə bilmirəm... Yarım qalıb hər sey... Məndə yarım qalmışam"

"Səən... Sən görmürsən hec nəyi... Görmək istəsəydin görərdin... Amma gözlərini bağlamısan"

"Nəyi görmürəm?"

"Səndən xoşlandığımı..."

O məndən xoşlanırdı... Mənə mane olan nə idi? Açılan dodaqlarımı yavaşca qapatdım. Başqa daha bir söz desəm xətirinə dəymiş olacaqdım. Niyə söhbətimiz bu yerlərə gəlib çıxmışdı?
"Yunis... Qaçıb getmiş kimi olacam... Ancaq indi gedib düşünmək istəyirəm mən. Belə davam edə bilmərəm" deyib yanından ayağa qalxdım. Mənim sakit qalıb düşünməyə çox ehtiyyacım vardı

Ordan ayrıldıqdan sonra saatlarla tək başıma gəzmişdim. Havada qaralmışdı. Havanın qara olması, içimin qara olmasından daha açıq idi. Mən sağlıqlı düşünə bilmirdim. Biri ilə dərdləşməyə ehtiyyacım vardı. Belə hallarda ən yaxşı dəftər ilə bir qələm idi. Ancaq mənim bu halımda dəftər mənə cavab verə bilmədiyi üçün mənə bir insan lazım idi. Ətrafda hec kimin olmaması içimi azca qorxutmuşdu. Çünki bu saatlarda çox piyada gəzməzdim. Tanımadığım yerlərdən keçməzdim. İndi isə bilmədiyim yollardan keçirdim. Qarşıma baxdığımda arxandan düşən başqa bir kölgə gördüm. Qorxmağıma bir səbəb daha... Kimin mənimlə nə işi? Kimdisə məni keçib gedərdi hər halda. Onun üçün atdığım addımladı yavaşlandırdım. Bu işə yaramadı... Əksinə arxadan adım səsləri eşitdim. Bax indi içim əsməyə başlamışdı... Çevrilib baxmaq istədim... Ancaq cəsarət edə bilmədim. Kim idisə məni keçmirdi... Əlim çantama getdi. Telefonu içindən çıxardıb, Yunisə zəng etdim. Nə olursa, olsun Yunis məni qoruyacaqdı. Ülviyə sözü vardı... Yunisin telefonu çalsada, açmırdı... Eşitmirdi? Ya özü açmırdı? Bir daha zəng etdim. Yenə açmadı... Artıq gözlərim dolmağa başladı... Keçdiyim küçələrdə də işıq az idi. Bu saata çöldə qalsam, olacağı bu idi! Son dəfə şansımı dənəmək istədiyimdən "Zeynəb" deyə bir səs eşitməyim ilə telefon əlimdən yerə düşdü. Arazın səsi idi... Araz məni izləmişdi?! Yavaş - yavaş çevrilib ona baxdığımda gülərək yanıma yaxınlaşdı

"Bu qədər qorxaq olduğunu bilmirdim gözəlim" deyib saclarıma toxunmaq istədiyində, əlim ilə əlini itələdim!

"Əlini çək xəstə!"

"Şşş sakit ol gecə vaxtı. Yatanlara qarşı hörmətin olsun"

"Arxamca gəlmə qışqıraram!"dedim qarşında dik dayanmağa çalışıb. Ancaq çənəm titrəyirdi... Telefonum zəng çaldığında yerdə qalan telefonuma baxdıq hər ikimizdə. Əyilib telefonumu götürmək istədikdə, məndən cəld davranıb telefonumu əlinə aldı.
"Bəy oğlan hə? Yunis olmalıdı deyəsən. Görəsən niyə zəng edir?"deyib telefonu möhkəmcə yerə çırpdı. Zəngin səsi kəsildi... Telefonumun parçaları ətrafa səpələndi...

"Səən... Sənnn... Çıx cəhhənəm ol həyatımdan!"deyib göz yaşlarıma boğuldum. Aşağı əyilib qırılan telefonumu əlimə alaraq telefonuma baxdım. Qırılan telefonum deyildi... Qırılan qürurum idi. Dişimin dibində "Əclaff! Bitdin sən!"dediyimdə sacımın arxasından yapışıb dartmağa başladı. Ağrısından gözümü yumduğumda, birdən saclarımdan çəkilən əli hiss etdim. Qulağımada bir yumruq səsi gəldi...
"Sənin o əlini qıracam indi mən!"deyə o səsi eşitdiyimdə yuxu idimi bu deyə düşündüm? Gözlərimi açıb arxama baxdığımda gördüklərimə inana bilmədim. Mənim gördüyüm Ülvi idi... Arazın qolunu burub onu möhkəmcə itələdi. Araz yerə yıxıldıqda, Ülvi ilə göz - gözə gəldik... Acı içində kicik təbəssüm etdim. Getməmişdi... Burda idi... Tam qarşımda idi... Əlimi uzatsaydım tutacaqdı... Yerə yapışan tozlu əlimi ona uzatdığımda, yanıma gəlib dizlərini yerə atıb əlləri ilə əlimi tutdu. Üzümə baxmadan əlimin içini təmizləməyə başladıqda "Gedə bilmədim... Mesajını görəndən sonra gedə bilmədim... Bağışla məni... Səni tək qoyub, yanlış adamlara əmanət etdiyim üçün bağışla məni..."dedi. Əlimdən möhkəmcə tutub gözlərimə baxdı. Söz tutmaz dilim ilə dodaqlarımı aralayıb "Qucaqla məni..."dedim. Qucaqlasaydı hər sey keçecəkdi... Gözlərini qırpıb qollarını bədənimə doladığında, başımı boyun gircəyinə saldım. İçinə girib orda gizlənmək istərmişcəsinə... Hər seydən, hər kəsdən kənar... Bura çox rahat idi... Burda zərər görməzdim mən...

Bölüm sonu
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri