Yeraltı Bənövşə (17-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 2016
Səs ver:
(səs: 0)
Onunla nə qədər qucaqlaşdığımızı bilmirdim amma, onda ayrılıb ona baxdıqda ətrafda Arazı görmədim. Əlləri ilə əllərimi möhkəmcə tutmuşdu. Sən demə, mən onun üçün nə qədər darıxırmışam... Bunu onunla üz - üzə dayandıqda başa düşdüm. Çox qorxumuşduç bu gecə... Qorxduğum an, yanıma gəlib məni xilas etmişdi. Dəqiqələrdi səssiz qalmışdıq....Oysa danışmağa nə qədər çox ehtiyyacımız olduğunu hər ikimizdə çox gözəl bilirdik

"1 həftədi hardaydın?"deyib söhbəti açdım. Yolun kənarında yerdə oturduğumuzun fərqinədə indi vardım. Gözüm qırılan telefonuma sataşdı. Son dəfə Yunisə zəmg etmişdim. İndi mənim üçün narahat olmalı idi...

"Təkliyə ehtiyyacım vardı... Son günlər beynim çox qarışmışdı"

"Beynini qarışdıran mən idim?"

"Zeynəb bunları danışmasaq indi? Həm sən çox qorxmusan. Evə getməlisən"

"Məndən niyə qaçırsan? Məndən qaçacaq qədər sənə nə etmişəm mən?"

"Sən mənə hec nə etməmisən... Hər seyi edən özüməm... Sən beynini belə seylərlər yorma. Qalx gedək"deyib əllərini əlimdən ayıraraq ayağa qalxdı. Yerdən qalxmağım üçün əlini mənə uzatdı. Bir əlinə baxdım, bir yerdə qalan qırıq telefonuma... Telefona baxdığımın fərqinə vardıqda, əlini aşağı salıb yenidən aşağı əyildi. Qırıq telefonumu əlinə alıb "İndi gedə bilərik?"dedi

"Bu gün olmasada, nə vaxtsa mənə hər seyi danışacaqsan. Mən hec nə bilmədən, həyatıma davam edə bilmərəm. Beynim hər keçən gün daha çox yüklənir. Bu yüklənmə mənə əziyyət verir. Mənə kömək et... Yüklənmələri beynimdən sil at" deyərək özüm öz xoşum ilə ayağa qalxdım. Ayağa qalxarkən dizlərimin titrədiyinin fərqinə vardım. Qorxu canıma nə qədərdə çox işləmişdi...

"Danışacam... Səndən uzaq durmaq hər seyi həll etmirmiş... Maşınlada deyiləm... Küçənin başına qədər yeriyək sonra taksiyə minərik"

Ona tərəf bir addım atdığımda, ayaqlarımın getmədiyini gördüm. Dizimin qapaqları, boşluğa düşürmüş kimi idi. Ancaq düz yolda bir boşluq yox idi... Məndəki qəribəliyi hiss edib "Özünü pis hiss edirsən?"dediyində başımı 'hə' mənasında yellədib "Ayaqlarım sözümə baxmır... Adım atmaq istəmirlər..."dedim. Telefonumu cibinə atıb "İş başa düşdü onda" deməsi ilə bir əlini belimə atıb, digər əlini dizlərimin altına keçirməsi bir oldu. Məni qucağına almasına inana bilmədim. Daş adam getdikcə, daşdan olmadığını sübut edirdi. Məni qucağında daşıyaraq, yolu eləcə getməyə davam etdik. Qollarım ilə boynundan möhkəmcə tutmuşdum. Çox yaxın dayandığımızdan diqqətlicə onun üzünə baxırdım. Bu simanın altında necə bir kədər yatırdı? Onun belə olmasına nə səbəb olmuşdu? Ona baxdıqca, nəfəsimi udduğumun fərqinə vardım. Onun yanında nəfəs almağı unutmuşdum? Göz ucu mənə baxdığını gördükdə, baxışlarımı aşağı saldım. Üzündə təbəssüm hiss etdiyimdə "Sacların çox gözəl qoxur"dedi. Ondan belə söz eşitmək? Şoka düşmədim deyil... Baxışlarımı təkrar onun üstünə gətirdim. Bir gözü məndə, bir gözü yolda idi

"Yerlatı Bənövşə..." dedim

"Bütün bənövşələr sənə qurban olsun" dedi

Dəqiq Ülvi idi? Yerinə ona bənzəri gəlməmişdi?

"1 həftədə çox dəyişilmisən"

"Səndə çox dəyişilmisən. Yediyin şokaladlardandı yəqin"

"Necə? Başa düşmədim"

"Belim qırıldı deyirəm. Başa düşdün indi?"

"Mənə kök deyirsən?!"

"Yox sümüyün ağırdı deyirəm"

"Ah öküz Ülvi geri qayıtdı!"dediyimdə qəh qəhə çəkərək gülməyə başladı. Gülüşünə məndə gülməyə başladım. "Yaxşı ki getməmisən..." dedim bir anda. Gülüşü üzündə dayandı... Atdığı atdımınıda saxladı. Baxışlarımız bir biri ilə kəsişdiyində "Mavi gözlərinin həsrətini çəkmək istəmədim. Gözlərinə həsrət qalmaq istəmədim... Məni gözlərindən məhrum etmə"dedi. Sözünün təsirindən ayılmamış, məni aşağı endirib "Küçənin başına çatdıq"dedi.
"Hə, həə..." deyib içimdə yaranan kiçik həyəcanı basdırmağa çalışdım. Bir az daha addımladığımızda bir taksiyə rast gəldik. Taksiyə minib yola düşdüyümüzdə, başımı çiyninə yavaşca yaslayıb, gözlərimi yumdum. Bu gecənin yorğunluğu ancaq belə çıxardı. Dizimin üstündə olan əlimdə, bir ağırlıq hiss etdiyimdə, gözlərimi aralayıb əlimə baxdım. Əlini əlimin üstünə qoyub, barmaq uclarıma toxunurdu. Kicik təbəssüm edib, gözlərimi təkrar yumdum. Güvən qoxan bir insan daha...

Evə qədər yanımda gəlmişdi. Evə daxil olduğumda valideyinlərimin qonaq otağında olduğunu gördüm. Hər ikisinində baxışları çox tərs idi. Bir seydən şühbələnmişdilər?

"Anaa? Ataa?"dediyimdə anam yanıma gəldi. Gözlərinin dolduğunu gördüm. Onun bu qədər inciməsinə nə səbəb olmuşdu?

"Bizə nə vaxt demək fikirin var idi hə qızım? Biri səni narahat edir, sən isə bizə hec demirsən. Biz harda səhv etdik?!"dedi

Hardan bilmişdi...? Səhv etdiyimin fərqində olduğumdan başımı aşağı saldım. Bu dəfə atam yanıma gəlmişdi

"Qaldır başını... Bizə cavab ver... Başına böyük iş gəldikdən sonra bizə nəsə deyəcəkdin? O oğlan gəlib bizə nəsə deməsəydi hec nədən xəbərimiz olamayacaqdı!"

Atam hansı oğlandan danışırdı?

"Ata-aaa ataa sizə kim nə deyib?"dedim dilim topuqda vursa

"Yunis adında oğlan. Az əvvəl evə gəldi. Telefonuna zəng çatmadığından narahat olub bura qədər gəlib çıxdı. Ömrümüzdən ömür getdi bizim!" deyib səsini mənə qarşı ucaltdı. Atamı incidən seyin nə olduğunu yaxşı bilirdim. Ona olan bitəni mən danışmalı idim. Başqasından eşitdiyi üçün belə idi. Hələ Yunisə nə deməli... Belə bir seyi mənim xəbərim olmadan necə etmişdi?!

"Ata mən hər seyi yoluna qoymağa çalışdım... Sizəəə sizəəə deyəcəkdim" dediyimdə
"Kəs səsini! Bu gündən universitetdən evə, evdəndə univeristetə gəlib gedəcəksən! Kursu falandan yadından çıxart!"dedi

Tam düşündüyüm kimi! Məni evə dustaq etmək fikiri vardı!

"Bax elə buna görə sizə nəsə demək istəmirdim! Mənim azadlığımı əlimdən alaraq məni qoruya bilmərsən!"

Anam aramıza girib "Qızım indi danışmağın yeri otağına get. Sabah danışarıq. Əsəblə bir birimizi qıracaq sözlər deməyək"dedi. Atama sərt bir baxış atıb, otağıma keçərək qapını möhkəmcə çırpdım. Otaqdan dəli kimi o baş bu başa gedib durdum. Bu gün hec xoş seylər yaşamadım. Yasadığım tək xoş sey Ülvi oldu... Ülvi olmasaydı, nə olacağını düşünmək belə istəməzdim... Üstümədə gəlməmişdi... Məni qıracaq bir söz deməmişdi... Ancaq Yunisə qarşı içimdə bir kin yaranmışdı. Yaxşılığımı istəsədə, ailəmə məndən xəbərsiz belə bir sey deməyi hec düzgün olmamışdı. Ayağa qalxıb köhnə işlətdiyim teledonu axtarıb tapdım. Köhnə telefonlar hər zaman adamın işinə yarayırdı. Nömrəmi qoyub telefonu yandırdım. Məndən nigaran qalmasın deyə ilk Ülviyə mesaj atmaq qərarına gəldim

"Köhnə telefonuma nömrəmi qoydum. Hec xoş seylər olmadı... Yunis gəlib bizim evə hər seyi bizimkilərə danışıb. İndi atam evdən çıxmağıma icazə vermir. Sabahda dərs yoxdu... Özümü pis hiss edirəm" yazaraq göndərdiyimdən sonra Yunisin adına daxil oldum. Belə məsulliyətsizlik olmazdı!

"İstədiyin oldu... Atam məni evə dustaq etdi... Sənə qarışma demişdim... Mənim yanımda olub, məni qorumalı idin! Atama hər seyi danışaraq məni qoruya bilməzsən! Mənə ancaq yük ola bilərsən!"

Əsəbimin nətəcisində ona belə bir mesaj yazıb göndərdim. Mən özümü haqqlı hesab edirdim. Haqqlı idim... Ülvidən bir cavab gözləmədən telefonumu söndürüb çarpayıma uzandım. Yata bilməsəmdə, yatmalı idim. Mənə başqa çarə qalmamışdı...

Bu gecə çox narahat yatdığımdan, məni yuxu səhər üzü tutmuşdu. İndi isə saat günortaya yaxın idi. Gec saatlarda qalxmağa öyrəşmədiyimdən başımın ağrısı tutmuşdu. Bir kofe içib özümə gəlməyə çalışdığımda ağılım yenə dünən yaşanan hadisələrə getdi. Telefon... Telefona baxmamışdım mən...
Telefonu yandırdığımda Ülvi ilə Yunisdən zənglər gəldiyini gördüm. Yunislə danışmayacaqdım! Ülviyə zəng etdim. İlk çağrışda zəngimi açıb "Bütün gecəni məni dəli elədin"dedi

Ülvi nə edəcəyimi hec bilmirəm

- Nə olursa olsun mütləq görüşməliyik. Mütləq

Atam evdə deyil. Anam evdədi... Gözüdə üstümdədi... Çölə çıxmağım imkansız kimidi

- Hec nə imkansız deyil. Məndən xəbər gözlə. Səni görməsəm rahat olmayacam mən

Qarşımda deyil, yanımda olduğun üçün çox sağ ol. Bu yaxşıqlarını hec vaxt unutmayacam,
dediyimdə otağımın qapısı döyüldü. Telefonu tez arxama saxladığımda, anam içəri daxil oldu.

"Eşidirəm anaa"dedim

"Mən bir saatlığına evdən çıxıram. Gəlim görüm evdəsən... Məni qapını kilitləyib getməyə məcbur buraxma"dedi

Məyus halda ona baxıb "Get ana..."dedim

Evdən çıxa bilməyəcəkdim daha!

Bölüm sonu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2016
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
Maraqlıdı tşşş
17 oktyabr 2020 11:11
3
Şərh sayı: 6391
Xəbər sayı: 0
Cema_Axodova
Anada çıxdı rahat görüşər :)
16 oktyabr 2020 14:16
2
p.s
Şərh sayı: 1084
Xəbər sayı: 0
♡Tək Nur♡
təşəkkürlər....
16 oktyabr 2020 11:50
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri