Yeraltı Bənövşə (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 5 103
Səs ver:
(səs: 0)
Anam gedəli 10 dəqiqədən çox olmuşdu. Ülvi iləsə telefon danışığımız yarım qalmışdı. Telefonu O söndürdüyü üçün məndə zəng etməmişdim. Ancaq onunla 1 saat rahat şəkildə danışa bilərdim mən... Üzümü asıb durduğumu hiss etdiyimdə, içimdə tutduğum nəfəsimi çölə verdim. Sonrada qulağıma qapımızın döyülmə səsi gəldi. Anam nəyisə yadından çıxardıb gəlmişdi? Tez ayağa qalxıb qapıya yaxınlaşaraq, qapını açdım. Qarşımda Ülvi vardı... Bildiyiniz daş adam olan Ülvi...
"Səənn sənn?"deyib gözlərim yerindən çıxacaqmış kimi ona baxdım

"1 saatdan istifadə etmək üçün yanına gəldim" dedi

Anamın dediyini eşitmişdi? Ah telefonu söndürməsidə ona görə imiş. Boşuna öz özümə əsəbləşmişəm. Ona baxdıqda, əlində paket olduğunu gördüm. Yenə nəsə almışdı mənə.

"Ülvi getməlisən. Qonşular görüb edər"

"Məni içəri almasan qonşular məni daha çox görəcək"

"Başın xarabdı sənin?! Səni evə ala bilmərəm"

"Bir az xarablığı var. İçəri girməsəm tam xarab olacaq"

"Olmaz Ülvii. Məni gördün bəsdi indi çıx get"

"Qapının kənarında duracam. Evinizə girməyəcəm. Söz əlimdəkiləri verib çıxıb gedəcəm"

"Hec nəyi istəmirəm sənin. Biri görməmiş çıx get!"

"Çıx get sözünü əzbərləmisən?"

"Sənin sayəndə hə! Gedəcəksən?"

"Məni içəri almasan getməyəcəm. Qorxma məndən"dediyində qapını içəri keçməsi üçün daha çox araladım. Boşuna söhbətləşməyin yeri yox idi. Çünki gedənə oxşamırdı. İçəri keçdikdən sonra qapını bağladım. Hər ikimizdə qapının yanında dayanmışdıq. Bir birimizə gözlərimizi qaçırdaraq baxırdıq.
Məni görməyə niyə bu qədər israr edirdi? Mənə baxmağı kəsib əlində tutduğu paketi açaraq, içindən iphone markalı telefonu çıxardıb mənə uzatdı. Qabından göründüyü qədəri yeni bir telefona oxşayırdı. Mən isə sadə şəkildə telefona baxıb dayanmışdım. Əlində tutduğu telefonu mənə uzadıb "Sənə hədiyyəm olsun"dedi. Bu qədər bahalı hədiyyəni qəbul etməzdim mən. Əlini əlinə toxundurub yavaşca özünə tərəf itələdim.

"Bağışla... Amma bu cür bahalı hədiyyəni qəbul edə bilmərəm"

"Bunun madiyyatı o qədərdə vacib deyil. Vacib olan sey bunu sənə hansı səbəbdən almağımdı. Dünən axşam telefonunu O heyvan qırdı deyə, bunu sənə aldım mən. Və hədiyyələr geri çevrilməz"

"Olsun... Yenədə qəbul edə bilmərəm. Məni düşünüb, bu hərəkəti atmağın belə mənim üçün yetər"

"İndi qəbul etməyəcəksən hədiyyəmi?"

"Ülvi həqiqətən ehtiyyac yoxdu. Mən köhnə telefonu işlədirəm. Yenə də təşəkkür edirəm"

"Gəl belə edək onda. İşlətməsəndə səndə qalsın. Bəlkə nə vaxtsa lazım olar sənə" deyib əlimi əlinə alaraq telefon qabını ovuc içimə qoydu. "Ammaa Ülvii" dediyimdə gözləri ilə susmağımı işrət etdi. Məndə məcbur susdum. Əlimdəki telefona baxdığımda əlində tutduğu paketi mənə uzatdı. İçində şokalad olduğuna adım kimi əmin idim. Telefonu ayaqqabı şkafının üstünə qoyub paketi əlindən alıb, içinə baxdım. Düşündüyüm kimi içində şokaladlar vardı. Birdə kənarında yaşıl yarpaqların üstündə, mavi rəngli kicik güllər vardı. Bir topa gülü əlimə aldığımda, Ülvi "Unutma məni..."dedi
Sözünə bir məna verə bilməsəmdə, əlimdə tutduğum çiçəyə baxdım. Bu çiçək may aylarında hər yerdə bitirdi. Qoxusu olmasada, bu çiçəyin görnüşünü çox sevirdim. Ağılıma Ülvinin sözü taxıldıqda "Səni unutmayacam mən"dedim

"Çiçəyin adı... Çiçəyin adı 'unutma məni'di. Adı gör nə qədər yaraşır bir çiçəyə. Hər may ayında öz özünə çıxır, sonra gözdən itir. O bir ay çıxır mən isə o gülü 11 ay xatırlayıram. Marketin kənarında gördüm... Yerlatı bənövşə qədər ətiri olmasada, qəbul edərsən çiçəyimi?" dedi

Allahım sənə gəlirəm! Dilindən necə gözəl cümələlər tökülürdü... Öz əlləri ilə mənə bu çiçəkləri yol kənarından yığmışdı. Necə gözəl bir sey idin hə sən? Pambığ qəlbli...
Dayana bilməyib qollarımı açaraq, qollarımı boynuna doladım. Saniyələr sonra məni qucaqlamışdı. "Qəbul edirəm... Adını bilməsəmdə, çox sevirdim bu gülü məndə. İndi adını bildim daha mənalı gəldi. Biz bir birimizi hec unutmayaq"deyib başımı çiynindən qaldırıb ona baxdım.

"Bu üç elədi... Və mən öyrəşirəm" dedi təbəssüm edərək. "Nə üç elədi?" dediyimdə
"Qucaqlamağın..."dedi

Sözü ilə ondan tez ayrıldım. Əlim ayağım dolaşığa düşürmüş kimi oldu

"Ülviii getməlisən daha. Anam harda olsa gələcək" dedim

"Yaxşı qalmaq üçün israr etməyəcəm. Axşam amma vaxt elə parkda görüşək. Əsas mövzuları danışmalıyıq" dedi

Nəydən bəhs etdiyini bildim... Aramızda hər sey yaxşı olsada, hər keçən saniyə bir birimizə daha çox bağlansaqda bizim 'Ulduz' adında bir problemimiz vardı. Ümüdvaram bu gün o problemimiz həll edilərdi. Ya bərabər olardıq, ya da sonsuza qədər ayrı...

Atam bu axşam gecə simenində idi. Məndə bu gün bütün günü evdən çıxmamışdım. Anama yalvar yaxar edib hava almaq adına, binanın ərazisindən çox uzaqlaşmadan 10 dəqiqəlik çölə çıxmaq üçün icazə almışdım. Oda güclə! Zəng etdiyində telefonun açacaqdım... Bu fürsəti əlimdən qaçırda bilməzdim. Binanın qarşı tərəfində olan uşaq parkında insanlar çox olduğundan, arxa tərəfində olan uşaq parkında görüşəcəkdik. Məlum məsələ uzağa gedə bilmədiyimdən, başqada görüşəcəyimiz bir yer yox idi. Aşağı düşdüyümdə, uşaq parkına giriş etdim. Burda hec kim yox idi. Sadecə, sadə yelləncəkləri olduğundan bura çox adam gəlib getməzdi. Bir yelləncəkdə oturub, göyüzünə baxan Ülvini gördüyümdə atdığım addımı saxlayıb ona baxdım. Onu göyüzünə bu qədər çox bağlayan sey nə idi? Boğazımı təmizləyərək yanına yaxınlaşdığımda, gözlərini göyüzündən çəkib mənə gülümsədi. Oturduğu yelləncəyin yanında olan mavi rəngli yelləncəyə oturub "Mən gəldim..."dedim

"Xoş gəldin... Evdən çıxa bilməyinə sevindim"

"Çox vaxtım yoxdu. Mənə ulduzun haqqında bəsh edə bilərsən?"

"Saatlardı burda tək başıma oturmuşam. Sənə bunu desəm, sən pis olacaqsan... Deməsəmdə, özüm vicdan əzabı çəkmiş olacam"

"Ülvii... Necə varsa, elə də de... Mən özümü hazırlayıb gəldim bura
"
"Sözümü kəsmədən sona qədər mənə qulaq asacaqsan. Mən sözümü bitirmədəndə, beynində hec bir senari qurmayacaqsan"

"Çalışacam..." deyib susduğumda içindən bir nəfəs aldı. Ağlamamaq üçün özünü sıxdığını gördüm. Başını azacıq göyüzünə qaldırıb, gözü ilə bir ulduz kəsdirərək, burunu çəkdi

"Adı Ulduz idi... Ona həmişə mənim ən parlaq ulduzum deyərdim... Adı kimi, özüdə hər zaman parıldayardı... Əvvəllər gözümün qarşısında parıldayardı, indi isə göyüzündə parıldayır" deyib dayandı. İçimdən çox böyük bir sızıltı keçdi... Sızıtının səbəbinin nə olduğunu düşünmək belə istəmədim. O baxan ulduza baxmağa davam etdim

"Məni sevmirdi... Məni hec vaxt sevmədi... Qarşılıqsız sevdim onu mən... Mənə 'Səndən adam olmaz' deyərdi... Düz deyirdi... Məndən adam olmazdı... Amma oda məni adam etmək istəmədi... Sevgimi görsədə, məndən uzaq qaçdı. Sən demə sevilmək məcburi bir hiss deyilmiş. Sən birini sevərsən, deyə oda səni sevməzmiş... Ondan sonra kimisə sevmədim... Sevməyə qorxdum... Hansı insan bilə - bilə əlini qaynar suya salarkı?"dedi mənə dönərək
Mən onun yanında olmağı secərək, əlimi qaynayar suya salmışdım, bu bəs etmirdi...?
"Mən bilirsən kimdən bəhs edirəm?"deyib ayağa qalxdı. Bir - iki adım irəli gedib "Yunisin bacısından..."dedi

Dodaqlarım aralı şəkildə qaldı... Ona görə imiş... İlk başlarda mənimlə pis rəftar etməsi, məni qoruması buna görə imiş... Sevdiyi qız təcavüz edilərək, öldürülmüşdü... Bundan daha pis nə ola bilərdi? Bu may ayında qanımın donduğunu, üşüdüyümü hiss etdim... Kəsgin baxışlarımı Ülvinin üstünə saldıqda, özündəki ağlaq ifadə ilə, dizlərini yerə atıb aşağı çökdü
Kövrək şəkildə "O gün... O gün ona dəfələrlə yalvardımki, mənsiz hec yerə tək çıxma... O isə 'Cəhənnəmə qədər yolun var'dedi mənə... Kaş, kaş ki o sözə taxılıb qalmayardım... Evlərinin kənarında olardım... Olmadı Zeynəb... Olmadı..." deyərək səsini kəsdi. Gözlərimi yumub əlimi qulaqlarıma apardım. Mən bu yükün altından çıxa bilməzdim...

Ona onu yuxumda gördüyümü deyəcəkdim. İndi necə deyim? İndi necə təsəlli edim onu? Əllərim qulaqlarımdan yavaşca aşağı düşdüyündə, qulağıma yavaşca ağlamaq səsi gəldi. O orda ağlayırdı... Mənim isə ürəyimin hər parçası qopub yerə düşürdü. Gözlərimi açıb, ağlamamaq üçün çənəmi möhkəmcə sıxıb onun yanına yaxınlaşdım. Aşağı yanına çökdüyümdə yerdə olan əllərindən möhkəmcə tutdum. Dünən gecə O mənim əllərimdən tutmuşdu, bu gecə isə mən onun...
Başını yerdən qaldırıb mənə baxdığında, əlimin biri yuxarı qaldırıb üzündə olan göz yaşlarını silməyə başladı. Göz yaşlarının içində mənə gülümsəyib "Yaxşıki getmədim, dəniz gözlüm" dedi. Mənə... Mənə dəniz gözlüm dedi?
Gülsəmdə, göz yaşlarımı saxlaya bilmədim. Bu qədər çətin yükün altından ikimizdə necə çıxacaqdıq?

Bölüm sonu
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri