Yeraltı Bənövşə (20-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 465
Səs ver:
(səs: 0)
Səhərimi ondan gələn gözəl mesaj ilə açmışdım. Gözəl mesajada, gözəl bir mesaj yazaraq cavab göndərmişdim. Hələdə ondan bir cavab gəlməmişdi. Mesajın yolunu gözləməyi buraxıb, çantamı hazırlamağa başladım. Atam məni dərsə aparcaqdı... Hə düz oxudunuz... Birinci sinif uşağı kimi atamla dərsə gedəcəkdim. Yolda da mənimlə danışacaqdı. Mənim ağılım Ülvinin yanında olarkən, danışığına necə qulaq asacağımı düşünürdüm. Dün axşam o qədər seylər yaşanmışdıki... Onun ulduzunun nə məna daşıdığını mənə danışmışdı. Yunisin bacısını sevməsini hec düşünməmişdim. Bəlkədə bir az ağıl etsəydim nəsə düşünüb tapa bilərdim. Bu hadisə qəlbimin bir yerinə oturmuşdu. Ülvinin dərin yaralarını görmədən onu mühakimə etmişdim mən. İnsan ancaq öz işinə gələni görər və ona doğru hərəkət edər. Məndə onlardan biri olmuşdum. Halbuki, mən gələcəyin psixoloqu idim. İnsanları başa düşmək mənim ən birinci vəzifəm olmalı idi. İndi onun yanında özümq daha güvəndə hiss edirdim. Güvəndə hiss etməyimin ən böyük səbəbidə dünən alınımdan öpməsi oldu. Hələdə gözümün qarşısına o səhnə gəldiyində, gülümsəməyə davam edirəm. Məni necədə özünə tərəf çəkib, dodaqlarını alınıma basdırmışdı...
Bir qadına verilə biləcək ən böyük dəyəri, dünən axşam mənə vermişdi... Dəyərdimi? Dəyərdi...
Ona onu yuxumda gördüyümü deyəcəkdim. Necə qarşılayacağını bilmirəm... Ancaq ona artıq bu həqiqəti deməli idim. Yunislədə arama bir sərhəd qoymağın tam vaxtı idi. Xəyalıma gedən yolda, xəyalımı deyildə xoşbəxt olduğum yeri secəcəkdim mən. Xoşbəxt olduğum yerdə, Ülvinin yanı idi...
Evdən çıxıb atam ilə bərabər yola düşdük. Canımın dərdindən başımı aşağı salmışdım. Yol boyuda belə getmək fikirim var idi. Atam radioda çalınan mahnını söndürdü. Bu danışacağı mənasına gəlirdi
Atam "Sənə hər zaman güvəndim, inandım. Elə bildim məndən nəsə gizlətmərsən. Ancaq sən məndən həyatın haqqında ən vacib bir seyi gizlətdin" dediyində dodaqlarımı aralayıb "Ataa" deməyim ilə qaldım. "Sözümü kəsmədən sona qədər mənə qulaq as" deyə davam etdiyində başımı yenə aşağı saldım. Onu məyus etmişdim mən

"O oğlanı tapdım lazım olan cəzasını verdim. Sənə daha yaxınlaşacağını düşünmürəm. Amma əgərki işlər dəyişsə, yenə yaxınlaşmağa davam etsə gəlib ən birinci mənə deyəcəksən. Söz verirsən mənə?"

"Atam... Mən səni belə bir sey ilə məyus etmək istəməzdim... Səndən hec nə gizlətməyəcəm daha"

"Sən oxuyub ən yaxşı psixoloq olacaqsan. Mən geri qalan ömrümdə bunu görmək istəyirəm"
"Bağışladın məni...?"

"Sənə küsməmişdim. Burnun sürtülsün istədim. Çoxda bacara bilmədim"

"Bəs qoyduğun qadağalar necə, qüvvədədi hələdə?"

"Bu sənin cəzan olacaq. Ona görədə qüvvədə qalacaq"

"Amma ataa... Uşaq kimi hiss edirəm özümü. Ya da uşaq kimi deyil bir məhbus kimi... Bunu mənə etmə"

"Söhbət bağlandı qızım. Sakit dur yoluma davam edim"

Atamın son cümləsi ilə içimdən of çəkməyə başladım. Hər seyi həll etmişdi, ancaq evdən çıxa bilməyəcəkdim. Bəs Ülvini necə görəcəkdim? Ülvi demiş, hec nə yazmamışdı...
Yol boyu beynimdə hər seyi götür qoy edib durmuşdum. Univeristedə də daxil olduğumda Fəridə məni bir başa sorğu suala çəkmişdi. Son günlərdə ona vaxt ayırmadığımın fərqində idim. Ümümiyyətcə həyatıma Ülvi daxil olandan yaxın çevrəm ilə əlaqəm kəsilmişdi. Mənə nə etmişdidə belə olmuşdum mən? Arazı yanımdan keçən görməmişdim. Nəyinki yanımdan keçən, hec mənə baxdığını görməmişdim. Azadlığım əlimdən getsədə məndən əl çəkmişdi. Belə halda Yunisə minnətdar olmalı idim? Atama həqiqəti deməsi yox, düşüncəsiz hərəkət etməyi məndə qıcıq bir hal yaratmışdı. Həmdə arada qalmaq istəmirdim mən daha. Bir Ülvinin, bir Yunisin yanında olmaq istəmirdim... Bu gecə çox düşünmüşdüm... Mən Ülvinin yanında özümü çox xoşbəxt hiss edirdim. Və oda mənim xoşbəxt olmağım üçün əlindən gələn hər seyi edirdi.
Ondan xoşum gəlməyə başlamışdı... Bu, bu günə qədər özümə deməyə çəkindiyim bir etirafım idi. Ondan bu cürə xoşum gələcəyini hec düşünməmişdim. Yalançı sevgilim həyatıma rəng qatmışdı. Birinin buludunda, göyqurşağı olmağı sizdə sınayın...
Atam günorta işdə olduğundan, evə özüm gedəcəkdim. Yalnız univerisitetdən evə qədər olan dəqiqəni hesaba qatmaqla... Yəni, evə gec qalmaq olmazdı. Evə gec qalsaydım, anam atama evə gec qaldığımı deyəcəkdi. Dərsin bitməsinə az qaldığından telefonumu əlimə aldım. Ülvidən bir mesaj gəlmişdi

"Üzünü bir dəqiqəlikdə olsa görmək üçün, univeristetin qarşısında dayanacam. Gözlərini gözlərimə həsrət qoymarsan"

Kicik bir mesaj qəlbi necə həycanlandıra bilərdi? Ya mesaja görə deyil, mesajı atanın sahibinə görə idi?

"Evə özüm gedəcəm. Ancaq başqa yerə gedə bilmərəm. Bərabər gedərik deyə təklif etsəm nə deyərsən?"

Mesajı rahatlıqla göndərdikdən sonra Fəridəyə dönüb baxdım. Gözləri üstümdə qalmışdı. Qarşısına baxsın deyə gözlərimi bərəltdim. Ovuc içimin tərlədiyini hiss etdiyimdə, dizlərmin üstünə gətirdim. Ondan cavab gözləməkdə, məni həycanlandırırdı...
Nədənsə bu hal dünən gecədən sonra baş vermişdi. Aramızda gizli saxlı qalmadı deyə ola bilərdimi? Mən tərəfindən olan gizliliyidə bu gün ona açıb deyəcəkdim. Telefonun ekranının yandığını gördükdə tez telefona baxdım.

"Gözləyirəm səni..."deyə bir mesaj atmışdı. Bu mesaja təbəssüm etdiyimdə, ikinci mesajı atdı.
"Həmdə çox böyük səbrsizlik ilə..."

Məndə səbrsizlənirdim... Onu görməyə... Onun yanında olmağa...

Ülvini maşınının kənarına söykənən gördüm. Fəridə ilə sağollaşıb onun yanına tərəf irəllədim. Məni gördüyünün fərqinə vardıqda "Salam pambıq qəlbli adamım"dedim.

"Sənədə salam, dəniz gözlü mələyim" dedi

Ona həycanlı olduğumu bildirməmli idim. Onun üçün sadecə gülüb keçməyi ağıl edə bildim.
Maşına minib yola düşdüyümüzdə, uşaqyana hallara qapıldığımı hiss etdim. Bir az özümə çəki düzən verməli idim. Ülvidə bunu hiss etmiş olacaqki "Zeyno bilmək olar bu həyəcanının səbəbin?"dedi. Çoxmu bəlli etmişdim?

"Mən həyəcanlı deyiləm. Sənə elə gəlib"

"Maşına minəndən əllərini əllərinə bitişdirib onlar ilə oynayırsan. Gözümdən qaçmadı"

"Diqqətcil insan... Bilmirəm içimdə uşaqyana həyəcan var. Evə gedəndə keçər"

"Həyəcanın səbəbi mənəm onda?"

"Yox! Yoldan keçəndi!"

"Tez əsəbləşirsən"

"Onda gec əsəbləşənin tap!"

"Mən tez əsəbləşən insanları sevirəm"deməsi ilə səsimi kəsdim. İnsanı necə susdurmaq, lazım olduğunu gözəl bilirdi

"Susdunmu?"

"Susmadım, susdurdun... Elə sözlər deyirsənki məndə susmaq məcburiyyətində qalıram"

"Yaxşı söhbəti sənə görə dəyişirəm. Bu gün bütün günü evdə olacaqsan?"

"Yox Maldiv adalarına uçuşum gözlənilir"

"Mənim niyə bundan xəbərim yoxdu?"

"Özümündə bu dəqiqə xəbərim oldu elə Ülvi bəy!"

"Axşam səni darıxmağa qoymaram. Bütün günü yazışarıq"

"Məndən başqa işin gücün yoxdu?"

"Əslində var... Bir dostumun ad günü partysi var. Ancaq sənsiz getmək istəmirəm. Səndə evdən çıxa bilmədiyinə görə ad gününə getməyimdə qaldı"

"Mənə görə dostunun ad gününə niyə getmirsən? Get məncə... Mən evdə qalıram deyə səndə evə qapmamalı deyilsən. Həm sən modelsən ətrafın genişdi"

"Sən olmadan getmərəm"

"Ülvi... Bilirsən evdən çıxa bilmirəm mən"

"Bilirəm... Orada tək getmək istəmirəm. Tək olanda çox adam üstümə hücum çəkir"

"Yəni?"

"Qızlar... Hamısını qırıb atmaqdan əldən düşürəm. Yanıma qız lazımdıki mənə yaxın gəlməsinlər. Misal yalançı sevgili kimi"

Son cümləsi beynimin dərinliyində işə düşdü. Ətrafında qızların olmasına icazə verməyəcəkdim. O yanında məni istəyirdisə, məndə onun yanında olacaqdım.
"Sənə görə ailəmə kicik çəhrayı yalan danışacam. Bu gün o partyə bərabər gedəcəyik. Mənim yalançı sevgilim"deyib ona gülümsündüm. Həftələr sonra yalançı sevgilim sözünü dilimə gətirmişdim.

"Ciddi - ciddi mənə görə ailənə yalan danışacaqsan?"

"Atam mənə başqa seçənək buraxmadı. Mən gəncəm. Gəzib əylənmək mənimdə haqqımdı"
"Sən mükəmməl bir seysən... O partyə səninlə getməyi o qədər çox istəyirdimki... Yanımda bir mələyin var olmasını... O mələk məni bütün pisliklərdən qoruyacaq"

"Hər sey yaxşı xoşdu ancaq sənin bir qıza gözünün ucu ilə baxdığını görsəm, orda gözlərini çıxardaram!"

"Sən olan yerdə gözüm səndən başqasına baxmaz"

Bu cümlə mənim utanmağıma səbəb olmuşdu. İçimə daxil olan azacıq utanc hissi ilə başımı aşağı əydiyimdə gözüm anidən Ülvinin əlinə sataşdı. Əlinin üstündə olan qızarıqlığa diqqətlə baxmağa başladım. Əlini özü belə etmişdi?

"Maşını saxlaa... Saxla maşınıı" deməyə başladım. Əlinə baxdığımın fərqində olduğu üçün maşını saxladı. Yaralı olan əlini əlimə alıb "Əlinə nə etmisən?"dedim. Baxışlarımı əllərimdə olan əlinə çevrildi... Əlini əlimdən çəkmək istədikdə "Cavab vermədən əlini əlimdən çəkə bilməzsən"dedim. Dəqiqələr sonra
"Heec... Əlimin üstünə qaynar su töküldü"dedi.
Buna inanacağımı hər halada gözləmirdi məndən...?

"Qaynar su töküldükdə əl belə olmur! Əlinə nə olub dedim!"

"O qədərdə vacib bir sey deyil... Ağrıtmır dediyində barmaq uclarımı əlinin üstünə toxundurmağa başladım. Ağrısından üzünü gözünü turşudmağa başladığını gördükdə "Ağrıdır... Və səndə əlinə hec nə etməmisən... Dəniz gözlünü daha çox incitmədən nə olduğunu danış"dedim

"Əsəbləşdim... Əlimi yumruq edib divara keçirtdim"

"Niyə axı?!"

"Deyə bilmərəm"

"Dayan mən təxmin edim... Dünən alınımdan öpüyün üçün özünə əsəbləşdin hə?!"

"Yox Zeynəb... Səninlə əlaqəsi yoxdu... Sənə yaxın dayanmaq mənim özümə yaxşı gəldi. Buna əsəbləşə bilməzdim mən"

"Bəs nəyə əsəbləşdin?"

"Yunisə... Bu gün səhər gəlib əsəblərimi pozacaq seylər danışdı. Məndə cavabın vermədim... Əsəbimdən əlimi divara keçirtdim. Sonra evdən çıxdım. Dəqiqələrcə pilləkanda oturdum. Əlim çox pis ağrıyırdı. Ancaq ürəyim isə ondan daha betər halda idi. Mən Yunisin qəlbi qırılmasın deyə susarkən, öz qəlbimi daha çox qanatdım. O isə bunu görmədi... Səndən uzaq qalmağımı istədi məndən. Mən bunu bacara bilmərəm... Məndən bacara bilmədiyim bir sey istədi... Səni tərk edib gedəcəyimi düşünür. Səni sevir hə O?"

Əlini əlimdən çəkib yumruq edərək, maşının pəncərəsindən çölə baxdı. Ah Yunis... Belə səhvlər niyə edirdin axı?

"Əsas olan bilirsən nədi? Əsas olan mənim nəyi və kimi istəməyimdi... Mən isə səni istəyirəm... Mənə bax Ülvi"dediyimdə günah işləmiş balaca uşaqlar tək boynunu büküb mənə baxdı.

"Məni yalnızca səni istəyirəm. Və bunun düz və ya səhv olması mənə maraqlı deyil"dedim

Bölüm sonu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri