Yeraltı Bənövşə (21-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 4 405
Səs ver:
(səs: 0)
Atamı razı salmaq gözlədiyimdəndə çətin olmuşdu. Qrup yoldaşımdan birinin ad günüdü, mütləq iştirak etməliyəm deyib, güclə icazə ala bilmişdim. Oda saat 11 in yarısına qədər...
Olsun, bunada şükür etmək lazım idi. Ad günü sahibini tanımırdım. Ancaq ad gününə gedirdim... Onun üçün nə çox sadə geyim geyinmişdim, nə də göstərişli...
Mavi rəngə sahib olan, incə asqıdan ibarət bir don geyinmişdim. Donun üstündə olan ağ rəngli çiçəklərə görədə ağ rəngdə hündür daban bir ayaqqabı geyinmişdim. Sacımıda doğal buruq edərək, açıq qoymuşdum. Gözlərim ilə geyimim necədə gözəl görsənirdi. Özümü tərifləməkdə bir nömrə idim. Ancaq kimin gözü mavi olsa, mavi geyim geyinsə hər zaman bütün qızlardan bir sıfır qarşıda olardı. Güzgü qarşısında dayanıb özümə heyran - heyran baxmağımı, telefonuma gələn mesaj səsi pozdu. Ülvidən gəldiyini bildiyimdən tez telefona baxdım

"Binanın arxasında səni gözləyirəm"deyə bir mesaj yazmışdı. Sadə cümlə... Nə gözləyirdim? Romantik söz falan yazacağını...
Üzüm nədənsə bir anda düşdü... Hec kimdən, hec nə gözləmək lazım deyildi...
Evdən çıxıb, binanın arxasına gəldiyimdə onu maşının qarşısına söykənən gördüm. Ağ şalvarın üstünə, acıq mavi rəngli düyməli köynək geyinmişdi. Qarşısına keçib dayandığımda, köynəyinin düyməsinin yarıya qədər açıq olduğunu gördüm. Bu yeni modd idi?
Ülvinin başdan aşağı məni süzdüyünə şahid olduqda daha çox dayana bilməyib "Məni birinci dəfədi görürsən?"dedim. Üz ifadəsinin genişləndiyini gördüm

"İkimizdə mavilərə bürünmüşük. Və sən çox gözəl olmusan" dedi

İstəyəndə gözəl cümlə qura bilirmiş. Oda çox yaraşıqlı olmuşdu. Amma yarıya qədər açıdığı düymələr işi korlayırdı. Yox, qəti qısqanclıqla əlaqəsi yox idi! "Səndə çox yaraşıqlı görsənirsən. Ancaq bir əmması var"deyərək gözlərim ilə yaxasını işarət etdim. Nəydən bəhs etdiyimi başa düşdüyündə, səssizə gülməyə başladı

"Mənə belə yaraşırda" deyib daha gülməmək üçün özünü məcbur tutdu. Beynindən onu qısqandığımı falan düşünürdü! İşə bax, biz görmüşük bütün hekayələrdə baş obraz olan oğlan, qızı qısa geyindiyinə görə qısqansın, ancaq bizdə tam tərsi olmuşdu! Bu qədər yaxa açmaq nəyə lazım idi axı?!

"Mən yaraşdırmadım"

"Mən sənin geyiminə nəsə dedim? Ya bizim yerlərimiz səhv dəyişik düşüb?"

"Xatırladımki yaxanı açan sənsən, mən deyiləm!

"Qısa geyinəndə sənsən, mənim dizlərim bağlıdı"

"Qısa deyil geyindiyim!"

"Gedək? Gecikirik artıq"

"Gedək!"

Maşına keçdiyimizdə maşını hələdə işə salmadığını gördüm. Nə vaxt işə salacaqdı bu maşını?

"Nəyi gözləyirsən? Qarşına qırmızı xalça sərmələrini?"dedim

"Nə gözəl özün sual verib, özündə cavab verirsən. İmkan versən səbəbin biləcəksəndə, amma sən səbr etmək yerinə danışmağı seçirsən" deyərək azacıq qarşıya gəlib, əlini arxa oturacağa tərəf uzatdı. Saniyə keçmədən, irəli durduğunda, əlində bir ədəd qızılgül olduğunu gördüm. Gülü mənə uzadıb "Sənin üçündü..."dedi. Gözlərimin içinin güldüyünə, gözlərimin mavi olması qədər əmin idim. Kicik sadə mesajı öz beynimdə böyüdərkən, mənim üçün qızılgül almışdı... Gülü əlindən alıb "Təşəkkür edirəm..."dedim. Baxışlarımı çölə yansıtmağa başladığımda "Gözəlliyin qarşısında, bu gül az oldu..."dedi. Həm bu hərəkəti, həm bu cümləsi məni utandırdı. Səssiz qalmağı seçərkən, maşını işə saldı. Yol boyu hər yerə baxırdım, bir tək ondan başqa... Gözlərimdə olan istəyi ondan gizlətməyə çalışırdım... Ona bu günün sonunda onu yuxumda gördüyümü deyəcəkdim. Nə olursa, olsun...
Maşın böyük bir villanın qapısının kənarında dayandı. Musiqi səsi qulağıma gəlməyə başlamışdı. Gülü maşında qoyub, aşağı düşdüyümdə Ülvidə əlində hədiyyə paketi ilə aşağı düşdü. Əlidəkini maşının üstünə qoyduğunda "Yaxın gəl"dedi. Yanına gedib qarşısına keçdiyimdə "Gəldim, indi nə edim?"dedim. Mənə yaxınlaşıb dodaqlarını qulağıma yaxınlaşdıraraq "Köynəyimin düymələrini bağla..."dedi. Məndən bele bir seyi niyə istəmişdi? Kənara çəkildiyində, mən yaxın dayandım ona. Əlim köynəyinin düymələrinə getdiyində, aşağıda olan düyməyini bağladım. Əlimin bədəninə dəyməməsi üçün, yavaşca hərəkət edirdim. Onun gözlərinin əlimin üstündə olduğunu gördüyümdə, əlimi saxladım. Əlim yaxasında aslı vəziyyətində qaldığında əlini əlimin üstünə gətirib "Sənin bu saflığını, narinliyini, incəliyini o qədər çox sevirəmki... Bu gün yanımda olduğun üçündə özümü çox şanslı hesab edirəm. Mənə yenidən dənizdə üzməyi öyrətdiyin üçün sənə minnətadaram"dedi. Əlimi aşağı salaraq, özü düymələri bağlamağa başladı. Etdiyi hərəkətlər həm gözəl, həm mənalı idi...

"Mən dənizdə üzməyi bilmirdim, səninlə öyrənməyə çalışıram. Boğulmaq təhlükəm var... Amma yenədə sənin yanındayam. İnsanın ruhu bir dənizə aşiqdisə, onu hansı təhlükə dənizdən ayıra bilər?"

"Ayıra bilməz... Buna icazə vermərəm mən. Sənin yanında olmağıma icazə verdiyin müddətcə bu belədə olaraq qalacaq. Mənim yenidən yalançı sevgilim olmağa varsan?"

"Mən hər zaman sənin yalançı sevgilin idim. Bu gündə, sənin yalançı sevgilin olmaqdan qürur duyaram"

"O zaman ver əlini" deyib əlini mənə uzatdı.

Əlimi əlinin üstünə gətirdiyimdə, barmaqlarımızı bir birinə keçirtdik. İçəri belə keçmək daha məntiqə uyğun idi. Maşının üstündə olan hədiyyə paketində əlinə aldıqdan sonra içəri keçid etdik. Hovuz başında keçirlən bir party idi. Əlimi əlindən ayırmasını hec bir dəqiqə olsun belə istəməzdim. Çünki ətraf insan qaynayırdı... Belə yerlərdə çox olmazdım mən. Nəzərə alsaqki, Ülvidən başqada hec kimidə tanımırdım... Bizə tərəf bir oğlan yaxınlaşıb "Oo Ülvi nəhayət gələ bildin"dedi. Ülvi əlini əlimdən ayırıb, qarşısında dayanan oğlan ilə qardaşyana görüşüb "Təbrik edirəm Fuad"dedi. Ondan ayrılıb hədiyyəni ona uzatdıqdan sonra yenidən əlimdən tutdu. Güvənli yerə qayıtmış kimi oldum.
"Çox sağ ol. Ehtiyyac yox idi hec. Özün gəlmisən bəsdi"dediyində gözləri bir birinə bağlı olan əllərimizə sataşdı. Əllərimizə baxdığını gördükdə, çəkmək istədim amma Ülvi məni incitməyəcək şəkildə, daha möhkəm sıxmağa başladı. Adının Fuad olduğunu öyrəndiyim oğlan"Bu gözəl xanım kimdi?"dedi.

"Gözəl dediyin xanım, mənim sevgilimdi. Zeynəb"

"Hec xəbərim yox idi. Sən Allah bağışla. Şad oldum Zeynəb"

"Çox sağ olun..." dediyimdən sonra boş olan yumru masanın arxasına keçid etdik. Bir çox gözlər üstümüzdə idi. Ülvidən çox mənə baxırdılar. Yanında qız görmək bu qədər qəribə idi? Masada içki və müxtəlif atışdırmalıq çərəzlər vardı. Ülvi hər halda içməzdi... Ya içərdisə?

"Ülvi içki içmə ha"

"Ayıb oldu gözəlim. Yanımda sən ola - ola mən içki içmərəm. Sən məni onsuzda yetəri qədər sərxoş edirsən"

"Mən yenədə işimi etibarlı tutum dedim. Demək sərxoş edirəm hə səni?"

"Həə ətrini hiss etmək məni, valeh edir. Ətrin ətrafa yayılıb məncə. Bəlkə səni gizlədim?"

"Məndə səni gizlətmək istəyirəm. Çox adamın gözü üstümüzdədi"

"3 ildən sonra yanımda ilk dəfə qız gördükləri üçün ola bilər?"

"Sən ciddisənmi?"

"Ətrafda gördüyün necə qız mənim ilə sevgili olmaq üçün can atıb. Onlar hamısı eynidi... Sən isə onların içində seçilirsən. Ona görədə yanımda sən varsan. Əlindən tutduğum qız sənsən"

"Bunu bilməyim çox gözəl oldu. İndi ətrafa daha çox hava ata bilərəm. Sən mənimsən"

"Səndə mənim..."deyib əlini əlimdən ayırıb əlini belimə ataraq məni özünə tərəf çəkib "Dans edək?"dedi. Ətrafa göz gəzdirməyə başladım... Rəqs edənlər çox idi. Mən dinamik rəqs etməyi bilməzdim. Nə də sevməzdim...

"Mən belə oynaya bilmərəm axı..." deyə mırıladamağa başladığımda "Rəqs demədim, dans dedim Zeynom. Lirik bir mahnı sən və mən"dedi. Bu qədər insanın içində?

"Mən utanaram... Həyəcanlanaram... Əlim ayağım bir birinə dolaşar... Hələ sayım?"

"Yaxşı onda. Sənə bir az vaxt verirəm, özünü hazır hiss etməyin üçün. Bu gecənin sonunda bu dans baş verəcək"

"Bunun üçün çoxlu şokalad yeməliyəm"

"Evə keçək mən sənin üçün şokalad taparam. İstədiyin şokalad olsun təki"

"Evə girəcəyik?"

"Gözünü bağlayacam sonra. Evdə olanları görmək istəməzsən"

"Başa düşmədim hec nə"

"Gəl balaca" deyib əlimdən tutaraq ağacların arasından keçdi. Şüşə qapıda evə giriş etdiyimizdə divanda oturan bir oğlanla qızın öpüşdüyünü gördüm. Yuh! Dediyi sey bu idi? Ülvi onlara baxdığımı gördüyündə, əli ilə gözümü bağlayıb "Sənə baxmaq olmaz. Yaşın çatmır balaca. Biz bura şokalad üçün gəlmişik" dedi. Həm özü gülürdü, həmdə məni güldürmüşdü. Gözü bağlı şəkildə mətbəxə gəlib çatdığımızda "Demek filmlərdə yaşanan hər sey həqiqət imiş"dedim. Sanki öz evi imiş kimi rahatca davranaraq, soyducunu açıb nutella çıxartdı. Çay qaşığınıda tapıb, hər ikisini mənə uzatdığında "Həqiqətdi... Ancaq sənin yaşın yenədə çatmır. Sənin yaşın bu şokalada çatır" dedi. Mətbəx masasına söykənib, istifadə olunmamış nutellanı açıb yeməyə başladığımda, içəri sarı saclı bir oğlan daxil oldu. Altdan yuxarı mənə baxdığında, Ülvi "Sənan nəyə baxırsan sən elə?"dedi

"Gözüm elə belə sataşdı. Narahat etdiyim üçün üzrlü say Ülvi. İçki alıb çıxıram indi"

"Gözün bir az da elə sataşsa, gözünü itirmiş olacaqsan. İçkini al rədd ol!"

"Sənədə söz demeli deyil"

"Hələ burdasan sən?"deyib irəli getdiyində "Ülviii"deyə dilləndim. Oğlan tez tələsiy mətbəxdən çıxdığında "Əsəbləşəcək bir sey yox idi"dedim

"Nəyə əsəbləşib, nəyə əsəbləşməyəcəyimə sən qərar verə bilməzsən"

"Belə oldu?"

"Off... Bağışla Zeynəb, elə demək istəmədim"

"Dedin amma!"

"Yaxşı Zeynəb, yaxşı... Nəyə əsəbləşib, nəyə əsəbləşməyəcəyimə sən qərar verə bilərsən. Oldumu indi?"

"Bal kimi oldu" deyib gülümsəməyə başladım. Şokaladdan bir qaşıq alıb yediyimdə, yenidən şokaladdan bir qaşıq alıb ona uzatdım. Gözləri bir şokalada baxıb, birdə mənə baxdığında qaşığı geri çəkdim

"Taxıntın var hər halda. Yeni qaşıq gətir elə ye" dedim

"Hər kəsə qarşı var. Ancaq sənə qarşı ola bilməz" dedi

Mənə yaxın dayanıb, əlimdə tutduğum qaşıqda olan şokaladı dodaqlarının arasına aldı. Kənara çəkilib şokaladı yeməyə başladığında "Bu qədər dadlı olduğunu bilmirdim"dedi. Dodağının kənarında qalan şokalladan bir xəbərsiz idi. Ona yaxın dayanıb baş barmağımı, dodağının kənarına yaxınlaşdırıb, şokaladı silməyə başladığımda "Bizdə hər sey tərsinədi. Dodağının kənarınıda mən silirəm"dedim. Biz niyə belə idik? Həm çox yaxın, həmdə çox uzaq...

"Bir qaşıq yenə yesəm, dodağımın kənarın silərsən?"dediyində güldüm. Hec bir fürsətdidə əlindən qaçırtmazdı. Onunla olmağın ən gözəl yanıda bu idi...

"Bu şans ələ bir dəfə düşər. Olmaz pambıq qəlbli adam"

"Pambıq qəlbli adamın ürəyin qıracaqsan onda?"

"Pambıqlar qırılmazlar. Qırılmağına icazə vermərəm mən"

"Mənə elə gəlirki gecənin sonunda qeyri adi nəsə başa verəcək. Aramızda yaranan elektirikdən bunu hiss edirəm. Doğru hiss etdiyimi təsdiq edə bilərsən?"

"Gecənin sonunda sənə bir sey deyəcəm. Ondan sonra aramızda hər seyin dəyişəcəyinə əminəm"

"Onda indi tərk edək buranı?"

"Olmaz... Ona qədər məndə özümdə cəsarət toplamalıyam"

"Yaxşı onda. Çölə gedək. Gözlərini bağlayacam haa yenə "

"Mən uşaq deyiləm Ülvi"

"Böyüməyini istəmirəm mən"

"Sizin ortamlar belədi onda?"

"Həə belədi... Çoxları azad olmağı çox səhv başa düşür. Əlindəki azadlıqdan istifadə edirlər deyək... Nəysə, gedəkmi çölə?"

"Gedək. Ancaq əlin ilə gözümü tutma. Mən özüm gözümü yumacam. Əlimdən tutsan bəsimdi"

Gözümü yumduğumda, əlini əlimdə hiss etdim. Bir əli iləsə belimdən tutdu. İndi addımlaya bilərdim. Əlimdən tutsada adımlarını qorxaqca atırdım... "Yanındayam mən" deyə qısıq səsi ilə danışdığında, gülümsündüm. Onun varlığı, hər seyi həll edirdi. İnsan insana yaxşı gələrdimi? Biz bir birimizə çox yaxşı gəlirdik. Çölə çıxdığımızı, üstümə vuran külək ilə hiss etdiyimdə "Gözlərimi açım?"dedim.
Əlini belimdən çəkib, əlini əlimdən ayırdıqdan sonra "Güvəndəsən indi"dedi. Gözlərim yumulu qaldığından, gözlərimin qarşısını yaxşı görmürdüm. Gözlərimi ovuşdurmağa başladığında bizə tərəf ad günü sahibi olan Fuadın gəldiyini gördüm. Yanımıza çatdığında "Zeynəb 5 dəqiqəliyinə Ülvini ala bilərəm səndən? Bir söz deməliyəmdə ona"dedi. Ülviyə dönüb baxdığımda, qaşlarını çatmışdı. Mən indi nə deyəcəkdim?

"Ülvi siz danışın. Mən buralıqdayam"deyib irəliyə doğru addımladım. Hovuz başına giriş etdiyimdə, sallancaqların birinin boş olduğunu gördüm. Sallancaqda yellənməyi çox sevirdim. O başa gedib, sallancaqda oturdum. Ətrafda çox adam rəqs edirdi. İnana bilmirdimki, belə bir yerdə idim. Belə seyləri fimlərdə görərdim mən. Rəqs edənlərə baxdığımda, birdən yanımda kiminsə oturduğunu hiss etdim. Yanıma sarışın bir oğlan oturmuşdu. Əlində də iki icki bardağı vardı. Birini mənə uzadıb "Bəlkə dadına baxasan? Peşman olmazsan"dedi.
"Çox sağ olun... Mən içən biri deyiləm" deyib qarışma baxdım

"Naz edənləri sevmirəm"

"Naz etmirəm... Qalxa bilərsiz yanımdan?"

"Kimlə gəlmisən bura? İlk dəfədi görürəm səni"

"Təsadüfən adın yapışqan deyilki?!"

"Yapışqan nə əlaqə?"

"Canıma yapışmısan, çıxmırsan!"

"İndiki qızlarda özünü çox yuxardan aparır. Dilinizi şirin edin bir az. Limon kimisiz vallah"

"Özünə yazığın gəlirsə, sağlamlığını itsəyirsənsə yanımdan ayağa qalxarsan. Yox əgərki, burda qalıb bir az da mənim ilə çənə döysən, sənin üçün hec yaxşı seylər olmayacaq" dediyimdə yanımdan ayağa qalxdığını gördüm. Qorxulu danışmışdım? "Nədi qorxdun məndən?" dedim gülərək. Ancaq oğlan mənə baxmayıb, arxama baxdığımda məndə dönüb arxama baxdım. Nədən qorxduğu bəlli olmuşdu... Ülvi arxamda dayanıbmış sən demə...

"Ülvi bu qız sənlə imiş?"

"Sevgilimdi Rəşad... Və sən mənim sevgilimə yanaşdın"

"Vallah bilmirdim. Bilsəydim bu qələti etməzdim"

"Üzr istə Zeynəbdən!"

Oğlan qarışna keçib "Üzr istəyirəm... Başdan desəydin, hec narahat etməzdim səni"dedi. Bu vəziyyətə gülümmü, əsəbləşimmi hec bilmədim.
"Gedə bilərsən..."dedim hec uzatmadan. Oğlanda bu sözümdən sonra işıq sürəti ilə yanımızdan ayrıldı. Bu dəfə Ülvi yanıma keçib oturdu. Görəsən Fuad ilə danışıblar? Maraqlı gəlirdi mənə. Amma soruşada bilmirdim...

"Niyə Fuada olmaz demədin?"

"Söz deyəcəkdi ona görə"

"Soruşmayacaqsanki, nə dedi mənə?"

"Əslində soruşmaq istəyirdim. Düzgün çıxmaz deyə soruşmadım. Day düzgünlükdən keçib, nə dedi sənə?"

"Nə maraqlı sey çıxdın sen"

"Ülvii! Söhbəti özün açdın!"

"Səndən hec nə gizlətmək istəmədiyim üçün deyirəm. Burda bir - iki qız var, mənimlə tanış olmaq istəyirmişlər. Yanımda sən olduğun üçündə mənə yaxınlaşa bilməyiblər. Nömrələrini Fuaddan mənə göndəriblər"

"Nəə nəəə?! Axmaqlar!"

Əsəbləşdiyimdən cümlədə qura bilməmişdim!

"Sakit ol bir az"

"Sakit ola bilmərəm! Bu qızlarda hec utanma qalmayıb!"

"Ortada qısqanılacaq bir sey yoxdu"

"Var! Və səndən hec nəyi gizlətməyəcəm. Mən səni qısqanıram. Udduğun havaya belə... Sənin üzünü hər kəsdən gizlətmək istəyirəm... Sənin yalanda olsa bir sevgilin var! Sevgilin var!"

"Üstümə sevgilim var yazıb, elə çölə çıxacam daha"deyib gülüməyə başladı. Lazım olsaydı, onuda edərdim. Yalanı belə idisə, həqiqətini hec düşünmək istəməzdim...

"Həqiqətən yazarsan?"deyərək boynumu bükdüm. Əlini cibinə atıb kağız parçaları çıxartdı. Kağız parçalarına baxdığımda nömrə və adların yazıldığını gördüm. Kağız parçasını iki yerə bölüb, yerə atarkən "Yazaram..."dedi. Özüm kimi dəlisini tapdığım üçün sevinmişdim.
"Sıxıldım burdan. Burdan getmək lazımdı?" dediyində ayağa qalxdım. Getməyin tam zamanı idi. Ona hər seyi danışmalı idim. İçimdə hər saniyə böyüyən bir hiss var idi. Bu hissin adın özümə etiraf etməkdən qorxurdum. Ancaq inkarda edə bilməzdim...
Maşına minib yola düşdüyümüzdə hara gedəcəyimizi bilmirdim. İçimə bir az həycan qaçmışdı... Bir az da utancaqlıq...
İndi özümü daha başqa hiss edirdim. Nədənsə onunda elə olduğunu düşürdüm...
Maşın yol kənarında dayandığında, ikimizdə aşağı düşdük. Harda olduğumuzu, hara gəldiyimizi hec bilmirdim. Uzaqdan park girişinə bənzədirdim. Ancaq bu saatda parkda nə işimiz vardı?

"Bizim üçün hər sey parkda başladı. Sənin ilə bütün söhbətlərimizi, parkda etdik. İndidə hər seyin başlanğıcı üçün bura gətirdim səni. Başqa yerdə rahat ola bilməyəcəkdim" dedi

Onunla bir yola çıxmışdım mən. Yanaşı addımlarımız vardı... Parkın işıqları, gecəmizə aydınlıq olmuşdu. Bir skameyaya oturduğumuzda, sakitlikdən yana olduq. Onu narahat edən seyin, göyüzündə olan ulduz olduğunu bilirdim. Ulduz indi bizi görürdü?

"Ülvi... Necə başa düşürsən, necə qəbul edərsən bilmirəm... Ancaq sənə bir sey deməliyəm mən... Özünü pis hiss etsən, ardını gətirmərəm"dedim

"Sənin yanında rahatlıq tapıram mən. Hec bir sözünü səhv başa düşmərəm"dedi

Amma bu elə bir sey deyildi axı... Rahat olmalı idim. Nəticədə ona yalandan bir sey deməyəcəkdim. Olan bir seyi deyəcəkdim
"Mən səni, səni tanımadan əvvəl dəfələrlə yuxumda görmüşdüm"deyib ona tərəf döndüm. Maraqlı və inanılmaz gözlər ilə mənə baxmağa başladı. Yuxumu, xəyalımmı deyərkən, mən yuxumdan yana olmuşdum...

Həycanverici səsi ilə "Necə görmüşdün?"dedi.

"Binamızın liftində... İkimiz idik... Və sən, sən mənə demişdinki..."deyib dayandım. Qismətimsən cümləsini necə deyəcəkdim?

"Nə demişdim sənə?"dedi

"Dedinki... Mən sənin qismətinəm... Ohh şükür deyə bildim. Mən rəsm kursuna sənə görə yazılmışdım. Sənin şəkilini çəkə bilmək üçün... O gecə sənin şəkilini tamamladım... Səhərsi gün sənə rast gəldim... İnanırsan mənə Ülvi? İnanmırsansa rəsmi göstərə bilərəm sənə"dedim

Dodaqlarının kənarı azca qıvrılmağa başladı. Sonra isə üzündə saf bir gülüş yarandı. Dodaqlarını isladmağa başlayıb, yanımdan ayağa qalxdı. İnanmışdı? Ya yox?
Gözləmədiyim bir sözü deyərək "Rəqs edək?" dedi. Burda? Mahnı səsi olmadan? Rəqs nə əlaqə?! Mən adama onu yuxumda gördüyümü deyim, oda mənə rəqs edək desin...

"Ülvi mən səni səni daha əvvəl yuxumda gördüyümü deyirəm, sən isə rəqs edək deyirsən" dedim

Əlini cibinə atıb, telefonunu çıxartdı. Saniyələr sonra mahnı səsi qulağıma gəldi. Əlini mənə uzatdığında, məcbur əlindən tutmalı oldum. Əlini belimə atdığında, əlimi çiyninə qoydum. Əllərimiz bir biri ilə birləşdiyində, gözlərimizdə bir biri ilə birləşdi. Mahnının nəqarət hissəsinə çatdığımızda, yavaşca qulağıma doğru mırıldandı

"Sevilmek ne çok yakışır sana
Adının yanında ne güzel, durur adım
Al cennetine kabul et sen beni
Seni çok seviyorum, güzel kadın"

Əlini əlimdən ayırıb digər əli ilədə belimi sardığında "Bəlkə deyirəm, yalançı sevgilim olmayasan daha"dedi. Məni yanında istəmirdimi?

"Səni itirmək istəmirdim mən. Yuxunu deyincə, gedəcəyini bilirdim...."deyib dodaqlarımı büzdüm. Kim inanardıki, yuxu söhbətinə?! Mahnı səsi dayandığında "Yalançı sevgilim deyildə, qismətim olarsanmı?"dedi

Bölüm sonu

Ps. Finala son 1 bölüm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri