Sənə allergiyam var (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 887
Səs ver:
(səs: 0)
Dərsdən çıxıb evə gəlmişdim. Tək tənha oturub atamın işdən evə gəlməsini gözləyirdim. Bəzi hallarda evdə, tək qalmağım canımı çox sıxırdı. İndi yenə o saatlarda idim. Allahdan atamın gəlməsinə az bir zaman qalmışdı. Bu gün univerisitetdə O oğlan ilə yaşadığım söz davamızda yadımdan çıxmırdı. Ona yetəri qədər cavab vermədiyimi düşünürdüm. Saclarıma gülən bir deyildi, iki deyildi... Bitmirdi bu kabuslar. Gülünəsi saclarımda yox idi ki, kiməsə haqq qazandırım. Boş - boş düşünməyin bir işə yaramadığını görüb ayağa qalxaraq mətbəxə keçdim. Atam harda olsa gələcəyi üçün, süfrəni hazırlamağa başladım. Səhər yeməyi bişirib qoyaraq getmişdi. Ən azından süfrəni quraraq yükün azalda bilərdim. Bütün ömrün mənə həsr etmişdi. Bəzən onun yerinə mən yorulurdum. İşə gedirdi, işdən çıxıb bir başa evə gəlirdi. Gündəlik ev işlərini həll edib, mənə vaxt ayırırdı. Mənə görə dostları ilə çox görüşməzdi. Hətda, ailəsi gilə getməzdi. Nənələrim və babalarım ilə aramızda bir soyuq münasibət yaratmışdı. Onlar nə qədər isti olub mənə yaxınlaşsalarda, məni onlardan daima uzaq tutmağa çalışardı. Əvvələr buna görə problemlərimiz olurdu. Böyüdükcə isə ondan daha az suallar soruşmağa başladım. Atamın incidiyini indi - indi dərk edib, başa düşürdüm. Bir tək Fidan xalam ilə aramız yaxşı idi. Onlara gədiş gəlişimiz olardı. Sıxıcı, qayda qanuncu bir ata deyildi. Əksər dostlarım hər zaman, atam tərəfindən mənə həsəd aparırdılar. Çox ata - qızda bizdə olan münasibət yox idi. Arada düşünürəmki, anam olsaydı yenə belə olardı? Yoxsa anasızam deyəmi, mənə bu qədər yaxındı? Bir ananın edə biləcəyi hər seyi edir. Atadan əvvəl ana qayğısı bəxş edir mənə. Bəzi sualların cavabını hələdə bilmirəm. Amma atamın qızı olduğum üçün çox şanslıyam. Mən atamın nəfəsiyəm... Mən çox zaman 'Atanın nəfəsi' deyə səsləyir. Bir atanın nəfəsi olmaq, əvəzedilməz bir duyğudu...

Süfrəni hazırlayıb bitirdikdə, qapının zəngi çalınması ilə qaçaraq qapını açdım. "Xoş gördüm atacan" deyib üzündən öpdükdə oda mənim üzümdən öpərək içəri daxil oldu.

"Xoş gördüm atanın nəfəsi. Yaman acmışam. Əllərimi yuyub, süfrəni hazırlayım yemək yeyək"dedi

"Mən süfrəni çoxdan hazırlamışam. İndidə yeməyi qazın üstünə qoyub qızdıracam. Sən əlini yu gəl"dedim

"Sən və süfrə qurmaq? Gözlərimi yaşartdın qızım"dedi məni ələ salmağa başlayaraq

"Ataa" deyərək mızmızlanıb mətbəxə daxil oldum. Yeməyi qızdırdıqdan boşqablara çəkib mətbəx masasına oturduq. Biz qonaq otağında çox yemək yeməzdik. İki nəfər adam üçün qonaq masasında yemək nəyə görə? Mətbəx biz üçün daha səmimi gəlirdi. Yemək yeməyə başladıqda, atam mükəmməl fikirini ortalığa atdı

"Nəfəsim, mənim ürəyim pizza istəyir. Sifariş edək, ya bişirək?"

"Məncə bişirək. Həm Həsənidə çağıraram. Oda gələr"

"Həsənsiz pizza boğazından keçməz?"

"Ata bu gün onu çox görə bilməmişəm. Ona görə dedim. O dəqiqə söhbəti başqa yerə gətirib çıxartma"

"Sənin bu Həsən sevdan nə vaxt bitəcək bilmirəm. Amma çağır gəlsin. Onu görüb xoşbəxt olacaqsansa, nə deyə bilərəmki sənə"

Atam ona qarşı olan hissimi sevgi yox, bağlılıq adlandırırdı. Mən isə israrla bir bağlılıq olmadığını, sevgi olduğunu deyirdim. Hər seyə rəğmən mən onu sevirdim. Əl çatmaz arzum olaraq, qalsada...

Pizza hazır idi. Həsəndə pizza adını eşidən kimi bizə gəlmişdi. Atam bağça masasında bizimlə bir az oturduqdan sonra, yanımızdan getmişdi. Mənim düşüncəli ata modelim. Həsənin sevgilisi Samirə ilə araları dəymişdi. Pis bir qız olsaydım, buna sevinə bilərdim. Lakin, yaxşı biri olduğumdan sevinə bilmirdim. Həsən, fikir çəkirdi ... İnsan sevdiyinin pis olmasına necə dayansın?

"Həsən üzün bir az gülsündə. Bax yoxsa məndə üzümü asacam"

"Kəpənəyim sənə üzünü asmaq yaraşmır sən hər zaman gülümsə. Mən pis olsamda olar"

"Yox bu olmadı. Samirəyə özüm zəng edib deyəcəmki, bu oğlanı niyə incidirsən. Həqidə siz nə üstündə dalaşmısız?"

"Qısqanclıq üstündə. Qrup yoldaşından qısqandım bir az"

"O səni qısqanmırsa, sən onu niyə qısqanırsan?"

"Balaca bu işlər sən bildiyin kimi deyil. Nə vaxt birini sevərsən, onda da başa düşərsən. Sən məni boş ver. Sizi bu gün Xəyal bir yerdə görən olub, nə işdi bu belə?"

"Acı xəbər necədə tez yayılır" deyib üzümü ağacalara tərəf çevirdim. Mən onu sevim, oda bir başqasını sevsin. Onun sevgisindən danışaq, məni uşaq gözündə görsün... Arayada Xəyalı əlavə etsin. Necə qarışıq menudu bu?!

"Zarafata salmadan söhbətin başın ayağın danış mənə. Üzünüdə məndən gizlətmək üçün o tərəfə çevirmə"dedi

Məni məndən daha yaxşı tanıyırdı. Üzümü yenidən ona tərəf çevirib, yanaqlarımı şişirtdim. Sonrada yanaqlarımı boşaldıb, dərin bir ah çəkdim

"Firuzə müəllimin dərsindən kəsri olduğu üçün, bizim qrupa gəlib düşdü. Bizdə dərsə gec qaldığımız üçün qapıda qaldıq. Oda başladı mənə baxıb gülməyə. Zəng vurulduqda, mənə niyə baxıb güldüyünü soruşdum. Bu qədər... Sənin qulağına bu xəbər necə çatıb bilmirəm"

"Nəyə gülürdü bəs?!"

"Saclarıma... Məndə sözümü dedim ona"

"O uşaq hec ağıllanmayacaqda. Sabah danışaram onunla"

"Ehtiyyac yoxdu danışmağa. Mən özüm danışıb, həll etdim məsələni. Sən öz problemin ilə maraqlan"

"Kəpənəyim yaxşısan sən?"

"Həə olduqca yaxşıyam. İçəri atamın yanına keçək?"

"Kim nə deyirs desin, sənin sacların çox gözəldi. Buna görə kefini pozma. Sənə çox yaraşır bu sacların"

Mənə saclarımın yaraşdığını deyən adam, pis olmağımın səbəbkarı olduğunu bilmirdi... Canımı bu hal getdikcə, sıxmağa başlamışdı. Atamın yanına keçib, bir az söhbətləşdikdən sonra Həsən getmişdi. Məndə gec olduğundan otağıma çıxaraq, yatmağa çalışdım. Bu günki gün kimi dərsə gec qalmağı hec istəmirdim

***

2 ci dərsin zəngində bir seylər yemək üçün bufetə düşdüm. Canım yemək istəməyindən, biskuvet ilə çay alıb boş masalardan birinə keçib oturdum. Tək qalmışdım... Həyatda olduğum kimi, burda da tək idim. Dostlarım yox idi. Ətrafımda olanlarda tanışlar idi... Gözüm bufetin giriş qapısına sataşdıqda, Xəyalın gəldiyini gördüm. Onu görməyim ilədə, gözlərimi ondan çəkib çayımı içməyə başladım. Saniyə sonra, yanıma düşən kölgə ilə başımı qaldırdıqda, yanımda onu gördüm. Mənim yanıma niyə gəlmişdi? Qarşımdakı boş stolu çəkib, masama əyləşdi. Bu nə rahatlıq idi abi?!

"Yanıma niyə gəlmisən?!"

"Yaxşı görək, artistlik etmə. Bilmirsən yanına niyə gəldiyimi?"

"Artistlik nədi?! Doğru və düzgün danış mənimlə!"

"Uşaq kimi, məni Həsən adında oğlana xəbərləmisən. Sevgilinə de məndən uzaq dursun. Yoxsa hər ikinizində başı ağrıyacaq"

"Nəə? Həsən sənin yanına gəlib?"

"Yox özümdən yalan qurub danışıram. Yalan danışmağa xoşum gəlir"

"Ciddi olda! Mənim hec nədən xəbərim yoxdu. Nə də O mənim sevgilim deyil. Biz dostuq... Oda dostunu qorumağa çalışıb"

"Dua et ki, bu gün xoş tərəfim tutub"deyərək ayağa qalxdı. Onun ayağa qalxması ilə məndə ayağa qalxdım

"Sən deyəsən məni saf qız kimi görürsən. Safam mən düzdü, amma bir əzik deyiləm! Bu havalı sözlərinə görədə çox peşman olacaqsan!"

"Sən yanmış fenini hələdə düzəltdirməmisən? Ayy canım mənim, hələdə bu sac ilə ortalıqda gəzir" deyib bufetdə olan hər kəsə dönərək əli ilə məni görsədib "Uşaqlar pul atışın bu qıza sac feni alaq. Göz zövqümüzü sacları ilə korlayır" dedi gülərək. Saclarımın zəif nöqtəm olduğunu bilərək belə danışmışdı! Mənədə onun zəif nötqəsini tapıb, onun zəif nöqtəsindən vurmaq borc olsun! Cana - can! Qana - qan!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri