Sənə allergiyam var (3-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 6
Baxılıb: 4 622
Səs ver:
(səs: 1)
Məni ələ salmağı ona göstərəcəkdim. Dediyim kimi saf idim, amma bir əzik qız deyildim. Mənim atam məni belə böyütməmişdi! Dərs bitikdən sonra yaxınlarda olan bir kafeyə gəlmişdim. Az sonra Həsən ilə sevgilisi Samirədə gələcəkdi. Həsəndən də incimişdim! Ona elə sey etməməsini tapşırmışdım. Hər zamanki kimi mənim işlərimə qarışmışdı! Qapıdan girdiklərini gördükdə, əlimdə olan telefonu masanın üstünə qoydum. Bu gün səhər bir birimizi gördüyümüzdən salamlaşmadan oturduğum masama oturdular. Həsən üzümdəki əsəbiliyi görüb "Kəpəniyim nəyə əsəbləşmisən?"dedi

"Samirə, sevgilinə de ki mən onunla danışmıram" deyib iki qollarımı sinəmdə birləşdirdim. Samirə Həsənə dönüb "Həsən, Nəfəs sənin ilə danışmırmış"dedi

"Samirə, eşidə bilirəm Nəfəsin dediklərini. Səbəb de mənə, görüm bu halının qaynağı nədi?"

"Sən Xəyala nə demisən hə? Mən özümü qoruya bilmirəmki?!"

"O, oğlan düzələn deyil! Gəlib sənə mənim onunla danışdığımı deyib? Necə üzsüz oğlan imiş!"

"Məsələ onun üzlü üzsüz olub olmaması deyil. Məsələ onun mənə bunları gəlib deməsi, üstünə - üstlük məni hamının yanında ələ salıb alçaldmasıdı. Nifrət edirəm O uşağa! Səninlədə danışmayacam!"

"İndidə sən küsürsən? Nəfəs, uşaqlıq etmə. O üzünü asmaq sənə yaraşmır"

"Samirə sevgilinə de ki, onun dediklərini eşitmirəm daha" deyib qollarımı açaraq əlim ilə hər iki qulağımadan tutdum. Uşaqlıq edirdim! Edəcəkdimdə!

"Nəfəs, Həsənə küsməkdənsə Xəyalın dərsini verməyə çalış. Həsən sənə görə narahat olduğu üçün danışıbda"

Samirənin bu sözü ilə ağılıma qisas almaq gəldi. Amma nə cür bir qisas? Onu üzdən tanıyırdım mən. Onun haqqında çox məlumatım yox idi

"Onun haqqında kim nə bilir? Zəif nöqtəsi nədi? Mənə köməklik edin"dedim.

Samirə nəsə fikirləşirmiş kimi düşündükdən sonra, üzündə bir təbəssüm əmələ gətirdi
"Et deyə demirəm, bil deyə deyirəmki Xəyalın şaftalıya qarşı həm allergiyası var həmdə həsaslığı. Şaftalını yesə boğulur və öskürür. Şaftalını gördükdə adını eşitdikdə isə onu qaşınma tutur" deyibdə imalı bir şəkildə "Yenə deyirəm bunu bil deyə deyirəm, et deyə demirəm" dedi. Bu cür seyi bilibdə, necə etməmək olardı? İşimə bu cür yarayacağını bilməzdim şaftalı!

"Həsən səni bağışlamağımı istəyirsən?"

"Mənə deməki, şaftalı al gətir"

"Məni necədə gözəl tanıyırsan. Sabah üçün mənə get 2 şaftalı tap və al"

"Oktaybr ayında nə şaftalı?!"

"Meyvəlidən al. Orda hər sey olur. Mənə nə, mənə nəəə mən şaftalı istəyirəm"

"Buna insanın canına qəsd etmək deyirlər. Samirə səndə, dəlinin yadına daş saldın ha"

"Samirə haqqın yolub tapıb dedi. Səndə haqqın yolun tap. Xəyal sabah günün görəcək! Mənim sacımı ələ salmaq nədi ona göstərəcəm!"

Qələbə ən sonunda mənim olacaqdı. Xəyal məni ələ salmaqla, özü öz quyusunu çoxdan qazmış olmuşdu!

***

Bu gün necədə gözəl bir səhər idi. Dərsə səhər tezdən gəlmişdim. Şaftalılarımda yanımda idi. Dəqiqlər sonra yaşanacaq hadisəni gözümün qarşısına gətirdikdə, içimə böyük sevinc hissi gəlirdi. Firuzə müəlləminin dərsi olduğundan çantamı əlimdə tutub, hazır vəziyyətdə dayanaraq Xəyalın gəlməsini gözləyirdim. O hara oturacaqdısa məndə yanına oturacaqdım. Sinif dolmağa başladıqda, Xəyalında sinifə daxil olduğunu gördüm. Üzümdəki gülüşü silmək istəsəmdə alınmırdı. Ona baxıb bu dəfə mən güldükdə, O isə nəyə güldüyümü düşünürmüş kimi gözlərini oynadaraq arxa partaya keçib oturdu. Çantamı alaraq, məndə yanına keçib oturdum. Məni gördüyünə elə bil o qədərdə sevinməmişdi. Üzü asıq idi!

"Nədi, olmaya yuxunda məni görmüsən? Yanıma niyə oturdun?"

"Allah eləməsin, yuxuma sən girmiş olsaydın infakt keçirərdim mən. Yazığın gəlsin mənə"

"Səhər - səhər başına bəla axatarırsan? Yanımdan ayağa qalx. Adında yadımda qalmayıb"

"Nəfəs... Nəfəs, bəla axtarmağı çox sevər. Mənim ikinci adımdı bəla"

"Nəfəs, nəfəsinidə götür qalx ayağa yanımdan" deyərək əlini boynuna atıb boynunu qaşımağa başladı. Şaftalı öz işini layiqincə yerinə yetirirdi. Oturduğum stoldan ayağa qalxıb, partanın üstündə olan çantamı açdım. Plastik qabı çantamdan çıxardıb, qapağını açaraq Xəyala uzadıb "Şaftalı yemək istəmirsən?"dedim. Şaftalıyı görər görməz ayağa qalxıb "O seyi rədd elə sinifdən!"dedi. Mənsə şaftalının birini əlimə alıb, şaftalıdan bir dişləm alıb yeyərək "Nəyi? Şaftalını?"dedim.

"Manyaksan sən! Mənim allergiyam var o seye qarşı!"deyərək qollarını qaşımağa başladı

"Mənimdə Sənə allergiyam var! Manyakda özünsən!"

"Sənə demirəm çıxart çölə əlindəki seyi! Sən canıma qəsd etmək istəyirsən mənim!"

"Sən yat dur dua eləki yediyin yeməyin içinə şaftalı qatmamışam. Yoxsa o dünyadan səni çağıracaqdılar. Daha mənim ilə işin olmasın. Mən hər cürə manyaklığı edərəm!"

"Bunun hesabını ödəyəcəksən mənə! Sənin üzündən dərsə yenə girə bilmiyəcəm! Sən canlı bomba imişsən!"

"Daha sənə cavab verməyəcəm. Mən şafatlımı yeyirəm"

"Demirəm sənə o seyin adın çəkmə!"

"Yaxşı əsəbləşmə. Şaftalının adı çəkməyəcəm birdə"dedim gülərək. Onun üzündə hec bir gülüş yox idi. Gözlərimə səni öldürəcəm kimi baxış ilə baxırdı. Bir yandanda boynunu, sinəsini qaşımaqla məşğul idi. Belə dərsdə otura bilməyəcəyini düşündüyündən, düz yanımdan keçib gedərək sinifdən çıxdı. O gedər getməz sinifdə olan uşaqların gözlərini üstümdə hiss etdim. Mənim edə biləyəcəyim manyaklığı olarda bilirdi. İri addımlar ilə yanıma Əminə gəldi. Qrupda mənə yaxın olan qızlardan biri idi
"Sən başına çox böyük bəla aldın. Ehtiyyatlı ol bundan sonra"dedi. Etdiyim sey o qədərdə, böyük bir sey deyildi. Nə etmişdimki? Uzağı şaftalıya qarşı allergiyası olan adamın yanına şaftalı gətirmişdim. Suçum büyükmü, hakim amca?

Operasiyon başarı ilə tamamlanmışdı deyə sevinirdim. Dərs çıxışı Həsən Samirə ilə gəzintiyə çıxdığından məndə yalnız başıma evə doğru yol almağa başladım. Havada günəş yox idi deyə, bir az piyada gəzməyə qərar verdim. Qara buldular nəsə, göyüzünü əhatəsinə almışdı. Yol kənarında gəzdikcə, arxamdan gələn adım səslərini eşitdim. Kim idisə, qarşıya keçməyə niyyətli deyildi! Boş küçə kənarındada hec kəs yox idi. Addımlarımı qəsdən yavaşlatmağa başlatdıqda, arxamda olan səs "Qorxma"dedi. Səs çox tanış gəlmişdi mənə. Onun üçün arxama çönüb baxdım. Mən 5 adım geridə Xəyal vardı. Addımlarını atıb tam qarşıma keçdi. Onun nə işi vardı yanımda?

"Bu gün sənin haqqında maraqlı bir məlumat öyrəndim"
"Nə imiş o maraqlı məlumat?"
"Hec soruşmursan, necə oldun deyə. Qatil ən az geri qayıdıb, öldürdüyü insana baxır. Olmadı belə Nəfəs Salahlı"
"Nağıl danışma! Məlumatı danış görüm!"
"Etdiyinin cəzasını sabahdan çəkəcəksən"
"Belə sey olmayacaq"
"Olacaq"
"Olmayacaq!"
"Bal kimidə olacaq"
"Məni söhbətə tutma evə getməliyəm mən" deyib qarşıma çöndüm. Bu oğlan nə danışırdı!
Qolumdan tutub məni saxladıqda, qolumu tez əlindən çəkdim.

"Ya məlumatı de ya da çıxım gedim mən"dedim

"Həsəni sevirsən" deyibdə gülüməyə başladı. Onu sevdiyimi hardan və necə bilmişdi?! İnkar et qızım!

"Elə sey yoxdu. O mənim dostumdu. Sən bunu hardan çıxardırsan?!"

"Dost dediyin adamı, üstəlik sevgilisi olan bir oğlanı sevirsən. Necədə üzsüz bir qız imişsən. İnkarda etmə... Zənglərdə çantadan ehtiyyatlı olasan gərək. Dəftərinin arxasına yazdığın sözləri oxumuşam"deyərək bic - bic gülməyə başladı. Dəfərin arxasına 'Həsən səni dost adı altında sevmək, məni çox incidir' yazmışdım. Yazıb silməmişəm! Ağılsız idim mən! Mən niyə ağılsız oluramki? Ağılıma hardan gəlsin, kiminsə çantama girə biləcəyi?!

"Utanmaz! Adam qızın çantasına girər!"

"Mən baxmamışam çantana. Bir qızdan xahis etmişdim. Əsas məsələyə gələk məncə. Yəqin, youtubda youtuberlerin videolarını izləyirsən. Onlarda 'Kölə' olmaq kimi bir anlayış var. Qısaca türklər demiş sən bundan sonra mənim 'Köləm' olacaqsan"

"Xəstə bu necə bir seydi! Hansı əsrdə qalmısan! Mən sənin kölən falan olan deyiləm!"

"Özün bil, olmursan olma. Məndə Həsənə sənin onu sevdiyini deyərəm. Əminəmki bilmir. Bilsə səni yanında saxlamaz. Üzsüz qız"

Məni necədə yerdən yerə vurmuşdu! Həsəni sevdiyimi bilməsi çox pis olmuşdu. Qəbul etməsəydim, hər seyin sonu olacaqdı mənim üçün. Fikirləşmək adına yanından ayrılıb evə gəldim. Bütün gün evdə qara - qara düşünmüşdüm. Mən nə edəcəkdim? Mən bu işin içindən necə çıxacaqdım?! Onu həyatıma necə daxil ola bilmişdi?! Şaftalı səndə işimə yaramadın! Mən öz qazdığım quyuyamı düşmüşdüm? Nə çox sual verirəm!
Atamın gəlməsi ilə yemək yeməyə başlamışdıq. Mən atama hər seyi danışmalı idim. Yoxsa bu işin içindən hec cürə çıxa bilməzdim. Söhbəti necə açacağımı bilmədən, söhbətə başladım!

"Ata univerisitetdə bir oğlan var, sözün əsl mənasında xəstədi"
"Nə qədər pul lazımdı qızım? Əlimdən gəldiyi qədər köməklik edərəm"
"Elə xəstə deyil. Başı çatmır"
"Nə fərqi var nə xəstəsidi? İstər ürək olsun, istər ciyər, istərsədə baş. Xəstəliyə qarşı bivec davranmaq olmaz"
"Ay ata sən məni başa düşmədine... Univeristetdə bir oğlan var özü xəstədi, mənidə xəstə etməklə məşğuldu"
"Qızım sən nə dediyini özün başa düşürsən? Məndə başa düşəm?"
"Off ataaa!"
"Sənə deməmişəm, ataya oflamaq olmaz"
"Oflamayım nə edim bəs mən? Halıma kim ağlasın? Xəyaldı nədi O oğlan həyatıma daxil olandan hec bir işim düz gətirmir mənim!"
"Xəyal?"
"Xəyalda xəstə dediyim qıvırcıq sac uşaq. Başım böyük bəladadı ata. Bəla bəlanı çəkərmiş misalı... İndi canımı qutara bilməyəcəm, onun əlindən"
"Nəfəs söhbəti yarımcıq danışmaq əvəzinə tam şəkildə aydın izah etsən mənə, məndə başa düşərəm. Gah xəstə deyirsən, gah Xəyal deyirsən, gah da qıvırcıq. Mən sənin bu cümlələrindən nə başa düşüm? Yenə başına hansı bəlanı gətirmisən?"
"Manyaklık etdim ata... Cəzasında çəkəcəm indi"
"Nə etmisən?!"
"Oğlanın şaftalıya allergiyası vardı. Məndə şaftalı alıb dərsə apardım"deyib susdum eləcə. Atam əlindəki çəngəli yerə qoyub "Nəə? Sənin niyyətin oğlanı öldürmək imiş?!"dedi.
"Yox atacan. Nə öldürmək... O ölsəydi, mən həbisxanaya düşərdim. Sürünsün istədim. Ancaq sürünən özüm oldum" dedim kölə söhbətini gözümün qarşısına gətirərək. İlan kimi sürünəcəkdim!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri