Sənə Allergiyam Var (18-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 4 744
Səs ver:
(səs: 0)
Rayona yola düşmüşdük. Atam maşını idarə edirdi, məndə arxa oturacaqda oturmuşdum. Səhər tez ayağa qalxdığımdan gözlərim gah yumulur, gah açılırdı. Yuxulu hallarım ilə yolları seyr edirdim. Uzun yola çıxmağı çox sevirdim. İnsana bütün yaşantılarını unutdurdu uzun yol. Tək düşüncə, getdiyin yol olurdu... Getdiyin yolun harda bitəcəyini düşünürdün... Amma biz həyatımızda yolumuzun harda bitəcəyini, harda dayanmaq lazım olmasını bilmirdik. Dünən axşam Xəyalın dediklərinə, ürəyimin bir tərəfi inanmaq istəyirdi. Xəyal hisslərində tam əmin idi. Mən isə hələdə israr edirdim...
Telefonumu əlimə alıb interneti yandırdım. Həsən ilə Xəyaldan mesaj var idi. İlk hansına daxil olum deyərkən, əlim Həsənin mesajına dəydi. Oxusamda cavab verməyəcəyim dəqiq idi!

"Aramızda olan ucurumları özüm yaratdım. İndi səndən daha uzaq qaldım. Bir vaxt ən yaxının mənkən, necə olduda indi ən özgən mən oldum? Çox darıxmışam Nəfəs... Səni o qədər gözəl tanıyıramki, mesajımı oxuduğunda mənə cavab verməyəcəyini bilirəm. Hətda mesajıma daxil olub olmamaq arasında da bir tərətdütdə qalmısan... Sən bu qədər yaxşı tanıyıram mən. Çünki sən mənim, ikinci özümsən... Məndə sənin güzgün... Hara gedirsənsə, get mən səni getdiyin yerdə də çox sevməyə davam edəcəm... Bildiyin kimi deyil, kəpənəyim... Qayıtdıqdan sonra cəsarətimi toplasam sənə hər seyi danışacam... Söz"

Mesajı oxuduqdan sonra gözlərimi qaldırıb atama baxdım. Atam bu həqiqətin nə olduğunu bilirdi? Yenə bir mesajı ilə həyatıma daxil olmuşdu. Ölən hisslərimi diriltməyə çalışırdı...
Atamın gözləri yolda olduğundan ona baxdığımdan xəbəri olmamışdı. Məndə hec nə olmamış kimi davam edib, Xəyalın mesajına daxil oldum

"Yola çıxmısan hə?" deyə kicik bir mesaj yazmışdı

"Hə yoldayam" deyə bir cavab yazıb göndərdim ona. Anında mesajımı oxumuşdu. Dəqiqənin keçməsinə imkan verərdin uşaq!

"Təxmin etdim... Çünki, nəfəsim çatmır... Nəfəs almağım çətinləşib"

Ondan gələn bu mesaja baxıb gülümsündüm. Özünü nə hallara qoyurdu. Əvvələr mənə ciddi davranıb, məni öz köləsi edən oğlan hara yoxa çıxmışdı?

Portağal: Səni ciddi olmağa dəvət edirəm
Qıvırcıq: Dediyimə inanmırsan?
Portağal: İnanıram Xəyal
Qıvırcıq: Nəfəsimi tutub şəkil atım sənə? İnanasan deyə(
Portağal: Xəyal buna görə yazırsan mənə?!
Qıvırcıq: Darıxıram sənsiz
Portağal: Allahım! Nə tez darıxdın. İmkan verəydin bir gün tamam olaydı, hec olmasa
Qıvırcıq: Səni sevirəm mən. Darıxmaqda haqqımdı
Portağal: Sizin hər ikinizində darıxmağı tutub indidən! Off!
Qıvırcıq: Sizin deyərkən?
Portağal: Hec nə... Fikir vermə yazdığıma
Qıvırcıq: Həsəndə yazıb hə... Darıxdığınıda oda deyib... Ona nə yazdın?
Portağal: Cavab vermədim ona. Onunla danışmaq istəmirəm
Qıvırcıq: Həsənin var olduğunu mən unutmuşdum... Həsən yox imiş kimi rəftar edirmişəm....Çox heyif
Portağal: Nə? İndi geri çəkiləcəksən?
Qıvırcıq: Mənim kitabımda geri çəkilmək deyə bir söz yoxdu
Qıvırcıq: İndi səni daha çox sevəcəm
Portağal: Sev... Sevmə demirəm
Portağal: Amma onun kimi məni incitmə... O məni çox incitdi... İncinmiş qəlbimi onun üçündə sənə aça bilmirəm. Özümü səndən gizlədirəm. Bu nə vaxta qədərdə davam edəcək bilmirəm
Qıvırcıq: Səndən əl çəkməyəcəm
Qıvırcıq: Səndən əl çəkdiyim gün, mənim nəfəsim dayanar
Qıvırcıq: Səni hər halın ilə qəbul edirəm. Sən mənə 'Səni sevirəm' deyən günə qədərdə səbrlə gözləyəcəm
Portağal: Gözəl sevgin üçün təşəkkür edirəm :)
Qıvırcıq: Sevgimi gözəlləşdirən sənsən ❤

Sonuncu mesajın cavabsız qoyub telefonu söndürdüm. Üzüm gülürdü... Üzümü güldürürdü... Başımı oturcağa yaslayıb gözlərimi yumdum. Həyatımda olan bütün yalanlara inad ayaqda qalmağa çalışacaqdım.
Rayona giriş etdiyimizi gördüyümüzdə içimə kicik titrəmə daxil oldu. 2 ildən çox idi bu torpaqlara ayaq basmamışdım. Anam olsaydı, onları bağışlayıb bura gələrdi? O qədər böyük ürəyə sahib idim anam? Onların yaşadıqları ünvana gəldikdə, atam maşını çöldən evin kənarında saxladı. Bizim gələcəyimizi bilirdilər... Hazırlıq gedərdi indi... Maşından sakitcə aşağı düşdüm. Bura gəldiyim üçün sport stilində çox sadə geyim geyinmişdim. Bəzi insanlar kimi özümü göstərməyi, insanlara yuxardan aşağı baxmağa sevməzdim. Atam yanıma gəlib dayandıqda, evin çöl qapısı açıldı. Qapıdan ilk əvvəl nənəm ardıycada babam çıxdı. Atama yarı gözüm ilə baxıb onlara tərəf addım atdım. İlk nənəmə sarıldım. Oda məni möhkəmcə qucaqlayıb, üzümü gözümü öpməyə başlayıb "Mənim gözəl nəvəm..."dedi. Ondan aralaşdıqda babamlada görüşdüm. Babamın əlləri titrəyirdi. Yaş öz sözünü burda deyirdi. Uzaqdan durub atama baxdıqlarında "Ataa... Gəlmirsən?"dedim

"Gəlirəm qızım" deyib yanımıza gələrək "Salam... Nəvənizi sizə gətirdim"dedi. Nənəm utancaq halı ilə başını aşağı salıb "Sağ ol ay bala... Nəvəmi gətirdiyin üçün, bizdən uzaq tutmadığın üçün... Kaş Asyamda olardı" dediyində atamın onlara olan baxışları daha çox kəskinləşdi. Atamın dodaqları aralandığında, ona yazıq üz ifadəsi ilə baxdım. Bir söz desəydi, bu söhbətin axrı xoş yerə çatmayacaqdı. Ona görədə gülərək araya daxil olub "Evə dəvət etməyəcəksiz məni?"dedim. Nənəm əlini belimə dolayıb "Hec elə sey olar qızım. Qapıda qaldıq keçəyin içəri" dedi. Çöl qapıdan həyitə daxil olduq. Rayon yeri olsada həyət bacası səlqəli və təmiz idi. Yerin uzun bir hissəsi yer daşları ilə örtülmüşdü. Kənarlarında kicik ağaclar əkilmişdi. Evə giriş etdiyimizdə dayım, dayımın yoldaşı və iki oğlu ilə görüşmüşdüm. Masa arxasında oturub, çay içirdik. Atam çox sakit dayanmışdı. Nənəm isə indidən əl ayağa düşmüşdü. Mənim isə ağlımda qohum tanışı görmək vardı. Bunun üçündə öz özümə gülürdüm. Nənəm bir otaqdan yanımıza çıxıb "Axşama bu otağı hazırlayacam sizə. Orda rahat edərsiz siz"dedi

"Axşama otelə gedəcəyik biz. Siz narahat olmayın bizim üçün" deyə atam cavab verdi. Oteldə falan qalmaq istəmirdim mən... Atamda burda qalan deyildi... Off... Atama tərəf çevrilib dodaqlarımı büzdüm. Atam "Elə baxma Nəfəs. Çayını iç" deyə dilləndi. Bu dəfə baxışlarım işə yaramamışdı. Çayımız bitiyində atamdan çoxdan yanımdan qalxmış eyvana çıxmışdı. Məndə eyvana çıxıb yanına gəldim.
Mənə "Bu soyuqda eyvanda nə gəzirsən?"dedi

"Sən eyvanda olduğun üçün məndə yanına gəldim"

"Sən keç içəri. Nənən babanla vaxt keçir"

"Ay ata sən məni bir az qısqanmış ola bilərsən?"

"Mən səni hər kəsdən qısqanıram. Mənim bu həyatda olan tək varlığım sənsən. Normal deyil?"

"Məndə səni qısqanırammm. Mənim canın atam. Axşam oteldə qalmaq fikiri hələdə qüvvədədi?"

"Həə... Burda qalmayacağımı bilirsən"

"Qalsaq... Bərabər yatarıq. Nece vaxtdı qucaqlamıram səni"

"Bunu oteldə də edə bilərik. Ya da indidə qucaqlaya bilərəm səni" deyib qollarını bədənimə dolayıb məni özünə tərəf çəkərək qucaqladı

"Mənə qızımı qucaqlamaq üçün bəhanələr lazım deyil. Hər yerdə, hər saniyədə qucaqlaya bilərəm onu. Atanın nəfəsi" deyərək saclarımıda bir öpüş qondurdu. Bu sırada çöl qapısı açıldı. Atamdan yarı ayrılıb çöl qapıya baxdığımda, Rafiq əmi gilləri gördüm. Yanında həyat yoldaşı Könül xala ilə, qızları Türanədə vardı. Bizə uzaq qohum düşürdülər. Və mən Türanəni çox istəyirdim. Məndən 2 yaş balaca idi. Məni görər görməz uzaqdan gülümsədiyində, atamdan ayrıldım. Rafiq əmi piləkana ayaq basıb "Dedilər Ayaz gəlib, dedik gələk baş çəkək sizə" dedi. Atam bunlarıda sevmirdi... Atam ümumiyyətcə bu torpaqdan olan hec kimi sevmirdi...

Onlar qonaq otağına keçdiyində bizdə Türanə ilə bərabər söhbət etməyə otağa keçdik. Rənginin solması, gözlərində yaranan kədər gözümdən qaçmamışdı. Əvvələr onunla tez - tez danışardıq. Həyatımda Xəyal daxil olandan sonra əlaqəm itmişdi. İndi özümü azca günahkar hiss edirdim

"Türanə səndə hər sey qaydasındadı? Gözümə o qədərdə yaxşı gəlmədin"
"Eh Nəfəs... Mən nişanlanıram"
"Yəqin Nizami ilə nişanlanırsan hə?"
"Yox... Atam məni məcbur bir başqasına nişanlamaq istəyir. Mən bu yaşımda nişanlanmaq istəmirdim. Çox pisəm Nəfəs... Nə edəcəyimi hec bilmirəm"
"Hansı zamanədə yaşayırıq axı biz?! Qarşı çıxa bilmirsən? Bəs sevdiyin oğlan hara baxır?"
"Nəcəf deyir gəl qaçacaq. Amma olmur Nəfəs... Bakıya qaçıb nə edəcəyik? Qalmağa ev yoxdu... İş yoxdu... Mən həm oxumaq istəyirdim. Mən evlənmək istəmirəm"
"Bir çarə tapacam mən!"

"Nə çarəsi?"dediyində əsəbimdən dodaqlarımı dişləməyə başladım. Hər il minlərlə qadın qız məcburi evlilikdən əziyyət çəkirdi. Hec bir qadının anam kimi olmasını istəmirdim mən!

"Nişanlanacağın oğlana de. De ki səni istəmirəm mən"

"Demişəm Nəfəs... Demişəm... Sevsəndə sevməsəndə səni alacam dedi"

"Nəə?! Bazardan kartof soğan alır? Allahım necə dar düşüncəli oğlanlar var həyatda! Günün görəcək O oğlan!"

"Mənə kömək edəcəksən Nəfəs?"deyib göz yaşlarına boğulduğunda, göz yaşların silməyə başlayıb "Sənə kömək edəcəm. İstəmədiyin insanla evlənməyəcəksən sən. Ürəyini fərah tut"dedim. Mənə kömək olacaq insanın kim olduğunu bilirdim. Hər kəs mənim kimi şanslı doğulmurdu...

Otaqdan çıxdığımızda masa arxasına kecib hamı ilə bərabər oturduq. Atamın içdiyi çayı bitdiyində, Rafiq əmi Türanəyə "Nə oturmusan qalx ayağa Ayaz əminə çay gətir. Xalidə bacınada kömək elə"dedi əmr edirmiş kimi danışan səs tonu ilə. İnsan içində qızı ilə bu tərzdə necə danışa bilirdi?! Türanə ayağa qalxıb atamın içdiyi çay bardağına əl atdıqda, atam bardağ özü tərəfə çəkib "Əziyyət çəkmə, otur aşağı qızım. Şükür Allaha öz əlim qolum var. Lazım olsa özüm süzüb gətirəcəm"dedi. Ağzının payını yaxşıca vermişdi atam! Türanə təkrar yerinə oturduqda, Rafiq əminin gözlərinin içinə baxdım. Hec gözümü çəkmədim. Qoy narahat olsun baxışlarımdan. Onsuzda üzünün ifadəsindən narahat olduğu görünürdü. Onlar gedər getməz aşağı bağa düşüb Xəyala zəng etdim. Mənə etsə - etsə o kömək edəcəkdi. Telefonu açar açmaz "Oo belə tez darıxıb zəng edəcəyini hec bilməzdim"dedi.
Görməsədə gözlərimi süzdürməyə başladım. İşi gücü darıxmaq idi

"Xəyal darıxmağa fürsətim olmayıb hələ. Mən başqa bir sey üçün zəng etmişdim"dedim

Ah üz ifadəsinin necə düşdüyünü kaş görə bilsəm!

"Nə üçün? Hər sey qaydasınsadı? Bax yaxşı deyilsənsə gəlim gətirim səni"dediyində ofladım!

"Atam yanımdadı Xəyal... Amma mənim başqa bir köməyə ehtiyyacım var. Burda tanış bir qız var. 18 yaşı var qızın... Atası məcbur başqasına vermək istəyir. Sevdiyi oğlan var. Onunla qaçsa hər sey düzələr. Ancaq rayon yerində də onlar üçün bu fürsət yoxdu. Sən kömək edə bilərsən?"dedim

"Allah xətirinə hansı zamanədə qalıb O qızın valideyinləri?! Hələdə belə seylər mövcud imiş? Off... Nə köməkliyi lazım olsa edərəm Nəfəsim... Gənc qızın ölümünə imza atmaq istəmərəm" dedi

Sənin gözəl qəlbindən öpsünlər adam! Sorğu sualsız necədə razı olmuşdu

"Xəyal..." deyib dodağımı dişlədim

"Aycan" dedi ardından telefona gülüş səsi yayıldı

"Yanımda olduğun üçün çox sağ ol... Birilərinin yanımda var olduğunu bilmək, insana özünü çox xoş hiss etdirir. Sənə səni sevirəm deyə bilməsəmdə, bunu bilki səni çox istəyirəm... Qıvırcıq sacların üçündə çox darıxdım. Mənim evim onlardı" dedim utancaq halım ilə. Gülümsəmə səsi qulağıma daha çox yayılmağa başladı. Yanında indi olmuş olsaydım, əllərim saclarında olardı

"Rayona getmək mənim işimə yaradı. Səndən belə sözlər eşitdim. Mən indidən yola düşürəm... Yanına gələcəm... Atana deyərsən səni onların içindən 1 saatlıq qaçırar. Səni görmədən bu gecə yata bilmərəm. Etiraz haqqında yoxdu" dedi

"Yaxşı Xəyal... Mən indi getməliyəm. Bura gələndə mənə zəng edib xəbər edərsən. Görüşənə qədər" dedim

Sağollaşdıqdan sonra telefonu cibimə atıb evə getmək üçün çevrildim. Hər işdə bir xeir vardı...

Bölüm sonu

Müəllif: Goncha

Ps. Məcburi evliliklərə qarşıyıq! Zorakalığa yox deyin!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri