Sənə Allergiyam Var (22-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 488
Səs ver:
(səs: 0)
Gözümü açdığımda bir xəstəxana otağında olduğumu gördüm. Qoluma qoşulu sistem vardı... Xəyal isə pəncərədən çölü izləyirdi... Gözümü təkrar yumub, son olanları xatırlamağa başladım. Həsən mənə həqiqətləri danışmışdı. Mən sonra kafeyə getmişdim. Orda Xəyal və Rufinanı görmüşdüm... Rufina isə mənim həyatımı məhv edən həmin qız idi... Ən sonda ürəyim getmişdi... Gözümü açmaq istədiyimdə, qulağıma gələn ayaq səsləri ilə gözümü açmadım. Uzandığım çarpayının sağ yanında kicik bir ağırlıq hiss etdim. Xəyalın yanıma gəldiyini düşünürdüm... Sonra isti əllər əlimi tutdu... Mənim hələdə ayılmadığımı düşünürdü... Və bu da mənim işimə yaramışdı... Bir əli ilə əlimdən tutub digər əli ilə, əlimin üstünə toxunmağa davam edirdi

"Kaş içimi görə bilsən, sevgili... Səni nə qədər çox sevdiyimi görə biləsən... Sənsiz qalanda necə dəliyə döndüyümdən xəbərin olsa. Dünən axşam səndən ayrıldan sonra, saatlarla sizin evin kənarında qaldım. Bir necə dəfə qapınıza gəldim... Döymək istədiyimdə, çarəsizcə əlimi aşağı saldım. Mən sənsizliyə dayana bilmirəm. Sənsiz olmaq istəmirəm... İndi məni eşitmirsən... Bunları üzünə deyə bilmirəm. Çünki, sənə hər xoş söz dediyimdə məndən daha çox uzaqlaşırsan. Uzaqlaşmasan, Nəfəs... Tutsan əlimdən, mənim səni sevdiyim kimi səndə məni sevəsən... Nəfəsim"

Əlimi qaldırıb dodaqlarını əlimə basdırıb, ovuc içimi öpməyə başladı. Kipriklərimin oynamaması üçün, içimdən dua edirdim. Ayıldığımı bilməsini istəmirdim... Onun xoş sözlərinə verəcək, bir cavabım yox idi. Ürəyim ona tərəf, bir quş misali çırpınsanda, mənim qanadlarım kəsiy və yaralı idi... Sona qədər gücüm çatmazdı...
Yanımdan qalxdığını hiss etdiyimdən sonra otağın qapısı açılıb bağlandı. Qulağıma başqa bir səs gəlmədiyindən, getdiyini ümüd edərək gözlərimi açdım. Gözümdən bir damla yaş axdı. Damla sac diblərimə qədər gəlmişdi... Ürəyim yandığı üçün ağlamışdım? Nə qədər qorxağamki, ona onu sevdiyimi deməyimə cəsarətim çatmır....

Dəqiqələr sonra Xəyal yanında bir həkim ilə içəri daxil oldu. Ayıldığımı gördüyündə dodaqlarının arasından "Şükür..." cümləsi töküldü. Üzündə böyük bir sevinc hissi vardı. Həkim yanıma yaxınlaşdığında "Özünü necə hiss edirsəm?"dedi. Özümü ruhən hiss etmirdim...

"Normal hiss edirəm"

"Son günlərdə böyük stres və əsəb yaşamısan?"

"Bu gün yaşadım"

"Düşündüyüm kimi... Xəyal bəy, qızımızın qan dəyərlərinin cavabında bir problem görməmişdim. Yaşadığı sıxıntılara bədəninin gücü çatmadağından, ürəyi gedib. Çalışın çox yüklənməyin"

Mənə baxan Xəyaldan, gözlərimi qaçırtdım. Həkimdə qoluma taxılı olan sistemi özü çıxartdıqdan sonra bir az uzanıb sonra gedə biləcəyimizi dedi. Otaqdan çıxdıqdan sonra, Xəyal kürəyini qapıya yaslayıb "Dəyərdi...? Bu gün ürəyinin getdiyini atan bilsə səncə nə olacaq?"dedi

"Bilməyəcək"

"Ondan belə seyi gizlədə bilmərsən"

"Üstümə gəlmə"

"Nəfəs eyni seyi edirsən hər dəfə... Üstünə gəlmirəm, can içim... Sənin yalan danışmağını, pis olmağını istəmirəm mən"

"Mənim həyatım onsuzda bir yalandan ibarət imiş... Sənin bu gün kafedə oturub çay içdiyin, qız sənin çayına nəsə qatırdı... Kimlə oturub qalxdığına fikir ver!"

"Bunu necə bildin?"

"Həsən gəldi yanıma... Mənə bilmədiyim, məndən gizlədilən bir necə seyi dedi. Sən demə illər əvvəl Həsənin içdiyi içkiyə Rufina həb qatıb. Onun təsirindən Həsənlə Samirə bərabər olub. Ona görədə Həsən məni qəlbinə basdırıb!"

Daha çox danışmağa gücüm çatmadı... Daha başqa seyləridə qaldırmağa gücüm çatmazdı...
Mənim susduğumu görən Xəyal, mən tərəfə yaxınlaşmağa başlayıb "Lənətə gəlsin...! Sevdiyim qız nələr çəkir, mənimdə əlimdən hec nə etmək gəlmir. Qucaqlaqmaq belə... Qolumu sındırıblar elə bil..."dedi.

Həmdə necə... Olan bizə olmuşdu... Mən daha çox danışmaq istəmirdim... "Evə getmək istəyirəm..."deyib ayağa qalxmağa çalışdım. Atamı qucaqlasam bəlkə hər sey keçərdi...
Xəyal ilə xəstəxanadan çıxdıq. Mən maşının arxa oturacağına keçib oturdum. Qaranlıq düşmüşdü... Atam evə çoxdan gəlmiş olardı. Çantama əl atıb telefonuma baxdığımda atamdam 3 cavabsız zəng olduğunu gördüm.
Atama "Ata evə gəlirəm, narahat olma" yazaraq qısa bir mesaj göndərdim. Zənglər 10 -15 dəqiqəyə aid deyə çoxda narahat olacağını düşünmədim. Xəyal maşının güzgüsündən mənə baxmağa davam edirdi... Yol boyu səssizlikdən yana olduq. Susmaq bəzən çox seyi izah etməzdimi? Məsələm qəlbimizin qırıldığını...
Qəlbim qırılmışdı qəlbim... Qolumuzun sınması, bunun yanında hec nə idi...

Evə gəlib çatdığımda maşından aşağı düşdüm. Xəyalında maşından aşağı düşdüyünü gördüyümdə ayaq saxladım. Bu gün yanımda təkcə O, var olmuşdu... İçimdə olan bütün qırğınlıqları bir kənara atıb "Yanımda olduğun üçün çox sağ ol"dedim. Amma səsim çox zəif və gücsüz çıxmışdı...

"Ged... Ged atanı qucaqla... Onda hər sey keçəcək, düzələcəksən" dedi

Belə olmasını mən istəməmişdim... Hər istədiyimiz seylər olsaydı, dərdi kədəri kim çəkərdi? Həyat bizi 5 dəqiqə güldürür, 10 dəqiqədə ağladır. Aramızda olan qırğınlığı həll etmədən yanından keçdim. Oysa, çox yaxınımda idi. Onuda qucaqlasaydım hər sey keçib, düzələcəkdi. Amma indi yarım qaldı...
Evə daxil olduqda atam məni görən kimi yanıma qaçıb gəldi. Var gücümlə gülümsəməyə çalışdım. Ancaq atam məni tanıyardı... Bu gülüşün saxta olduğunu bilməsi saniyələr çəkmədi hec

"Üzündəki gülüş hec xoşuma gəlmir. Saatlardıda ortalıqda yoxsan. Nəsə olub?"

"Yorğunam ata o qədər. Səni qucaqlasam kecəcək"

"Qızım ataya nə vaxtdan yalan danışmağa başlamısan?"

"Yalan deyil ata... Mən həqiqətən çox yorulmusam"

"İndi deyirsənki, mən qızımı hec tanımamışam? Üzündən düşən min parçadı... Kim incitdi səni?"

Gözlərimi atamdan qaçırtmağa başladım. Göz yaşlarım məndən bir xəbərsiz yanaqlarımı islatdı. Mən daha çox dayana bilməyəcəkdim...

"Özüm özümü incidirəm... Haqqlı olduğum halda haqqsız vəziyyətə düşürəm. Mən böyümək istəmirəm ata.. Böyüdükcə hər sey üst - üstə gəlir. Qaçıb gizlənməyə belə yerim olmur. Hara ayaq bassam, özümlə ora bədbəxtlik gətirirəm. Mən kicik xoşbəxtlik istəmişdim ata... Kicicik bir xoşbəxtlik"

Atam məni özünə tərəf çəkib, möhkəmcə qucaqladı. Əlinin biri ilə saclarımı oxşamağa başlayıb, saclarıma öpücük qondurmağa başladı. Mən isə başımı sinəsinə qoyub, səssizcə ağlamağa davam etdim. Məni özündən çəkib, göz yaşlarımı silməyə çalışdı. Mən isə ona məyusca baxırdım... Hər dəfə pis olanda, qaçacağım tək yer atamın qucağı idi

"Dəli qız sən sevgini özünə dərd edirsən? 2 ay sonra güləcəksən bu günə. İndi sən göz yaşlarını niyə heyif edirsən... Ağlama çünki çox çirkin olursan"

Çirkin sözü üzümü gülüdürdü. Mən onun gözəl qızı idim bəs?

"Ata mən çirkin deyiləm"

"Ağlayanda olursan amma. Güzgüdə özünə baxmısan? Vallah birdə ağlasan, övlada falan baxmaram, sənin kimi çirkin qızı qapının kənarına qoyaram"

"Ataa... İmkan vermirsən ağlayım! Güldürmə məni!"

"Sən gül qızım... Sənin üzündəki gülüşdü məni ayaqda tutan"

Beləcə atam yenə imkan verməmişdi, mənim ağlamağıma. Ah, ana kaş yanımızda olsaydın... Çox şey itirdin sən... Bizim belə olmağımızı görmədin... Atamla bərabər divana keçib oturduq. Ona bu gün baş verən hər seyi danışdım. Gizlətmək istəyirdim... Amma alınmadı... Atam məni o qədər yaxşı tanıyırki, hec nə gizlədə bilmədim... Ürəyim getdiyimi dedikdə məni yenə qucaqladı. İndidə başımı sinəsinə qoyub, gözlərimi yummuşdum. Ata nəvazişi, başıma gələn ən gözəl seylərdən biri idi

"Üç gün sonra dünyaya göz açacaqsan"deyib söhbəti dəyişdirdi. Üç gün sonra ad günüm idi. Anamında ölüm günü... O günü sevmirdim... Atam isə mənim doğulduğuma görə sevinirdi.
"Peşmansan ata?"deyərək başımı qaldırıb göz altı ona baxdım. Atam baxışlarını kiçiltməyə başladı

"Sən olduğun üçün hex vaxt peşman olmadım. Yalnız bir seyə peşmanam ki, 4 ay səndən uzaq qaldım. Onda niyə elə bir sey etdim bilmirəm. Amma sən olmasaydın, məndə olmayacaqdım qızım"

"Ata oğlan doğulsaydımda yenə belə olacaqdı?"

"Bilmirəm..."dedi səsi titrəyərək. Köhnə günlər yadına düşmüşdü. Ancaq mənə hər zaman maraqlı olmuşdu. Oğlan olsaydım, yenə belə olacaqdı? Oğlunu çox istəyəcəkdi? Məncə istəyərdi... Övlad sevilməzmi?

"Ataa cavab gözləyirəm"

"Qızım bu suallar hardan ağılına gəlir sənin"

"Cavab ver mənə"

"İnanki bilmirəm qızım... Düzdü oğlum olsaydı, onada sahib çıxardım. Amma sən kimi olmazdıq yəqin... Çünki, ata ilə qız arasında bir bağ olur. Oğlan uşaqlar ilədə olar. Məsələm oğlanla futbol oyunu oynayarsan, oda gəlib sevdiyi qızdan danışar, nə bilim onunlada vaxt keçirərsən... Of qızım bu nə sualdı? Bir cavab verə bilmədim... Mən hardan bilim oğlan uşaqları ilə atalar necə olur? Mənim qızım var qızım... Ataya birdə belə suallar vermə"

Atamı dolaşığa salmışdım. Çünki ən həsası nöqtəsi mən idim. Cavabımıda almışdım. Mən qız idim deyə sevilirdim

"Yəni qızam deyə?"dedim

"Sən başımın tacısan" dedi

Atamın bu şirinliyinə dayana bilməyib üzünə möhkəm öpüş qondurdum. Biz bizə yetərdik. Sevincdə də, kədərdə də...

Bölüm sonu

Ps. Növbəti bölüm finaldı
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 488
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri