Sənə Allergiyam Var (23-cü bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 5 719
Səs ver:
(səs: 0)
3 gün sonra
Bu gün mənim üçün iki hissədən ibarət olurdu. Mənim doğulmağım və anamın dünyaya gözlərini yumması. İçimdə hər zaman bir burxunluq yaranırdı. Mən anamla hec bir ad günümü qeyd edə bilmədim deyə... Ümümiyyətcə ad günlərimi qeyd etməzdim. Doğulduğum günüdə bunun üçün sevmirdim. Aşağı hec düşmədən hazırlanmışdım. Onun üçün atamı hələki görə bilməmişdim. Az sonra anamın məzarını ziyarət etməyə gedəcəkdik. Aşağı düşdüyümdə mətbəxdən qulağıma səslər gəldi. Hər il bu gün belə olardı... Atam mətbəxdən əlində kicik tort ilə çıxıb, mənim ad günümü təbrik edərdi. Ona çətin olsada, mənim doğulduğum günü hec vaxt tortsuz keçirtməzdi. Axı, mən onun nəfəsi idim...
Bu dəfə atamdan cəld davranıb, özüm mətbəxə keçdim. Atam məni görər görməz "Bu il tez davrandın ha"dedi. Gözüm masanın üstündə olan kicik yumru, şokaladlı olan torta sataşdı. Üstündə də bir ədəd qırmızlı rəngli şam var idi.
"Ah ata yenə şokaladlı tort?"dediyimdə tortun üstündəki şamı yandırıb, tortu əlinə alaraq yanıma keçib qarşıma dayandı

"Arzunu tut sonra üflə"

"Ata hər il belə edirəm. Bu il arzu tutmayacam"

"Yox, qızım arzusuz olmaz. Arzunu tut"

"Onda belə edək, bu il bu şamı ikimiz bərabər üfləyib arzu tutaq"

"Razıyam gəl edək"

"Gözlərimizi yumaq, üç dediyimdə üfləyək"

Gözlərimi yumduqdan sonra, atamın gözünü yumub yummamasını yoxlamaq üçün, gözümün yarsını açıb ona baxdım. Gözünü yumduğunu gördüyümdə "Birrr, ikiii..." deyə saydım. Hər arzum yerinə yetmişdim. Bu il isə Xəyalı arzu etmək keçdi içimdən... Olmayacağını bilə - bilə Xəyalı arzu etdim. "Üüçç" dediyimdə ikimizdə gözümüzü açıb şamı üflədik. Atamın üzündəki təbəssümü görmək çox gözəl bir hiss etdi. Atam
"Xəyalı arzu elədin?"dedi göz altı mənə baxaraq. Ah ata! Sən necə hər seyi bilirsən

"Sən mənim arzumu bildin, amma mən sənin arzunu bilmədim"dedim.

Atam görəsən nə arzulamışdı? Yəqin xoşbəxt olmağı istəyərdi... Əlindəki tortu mətbəx masasının üstünə qoyub yanıma gəldi. Üzümü ovucları arasına alıb "Ömrünün uzun olmasını, arzu etdim..."dedi. Belə atanı sevməyəsən, nə edəsən?

"Ataaa... Sən mənim başıma gələn ən gözəl seysen" deyib onu qucaqladım. Kövrəlməyimi görməyini hec istəmirdim. Canım atam, məndə sənə görə ömrümün uzun olmağını istəyirdim. Səni anam kimi tək qoymaq istəmirdim. Nəfəs aldıqca yanında var olmağa davam edəcəkdim.

"Bu gün sən olmasaydın, məndə bəlkə yox idim. Sən mənim yaşama səbəbim oldun... Anan sənin var olduğunu mənə deyəndə, ona əsəbləşmişdim. Onun sonu olacaq körpəni istəmirdim... Amma sən son deyil, başlanğıc oldun... Doğum günün mübarək, qızım..."

Atam məndən aralanıb alınıma kicik bir öpüş qondurdu. Sonra arxaya çevrilib işarət barmağını şokalada batıraraq, burnumun üstünə sürtdü. Uşaqlıq edirdi, uşaqlıq! Bilirdi bunu sevmədiyimi

"Ayy ata burnum şokalad oldu. Hər il belə edirsən, əl çək bu xasiyyətindən"

"Buna bax sən, böyüyüb bir hələ atasına sözdə deyir"

"Burnum mənim üçün çox vacib bir seydi. Mən onunla nəfəs alıram"

"Məndə sənlə nəfəs alıram..."dediyində yumşalmağım saniyələr çəkmədi. Mənim romantik atam...

Məzar üstünə yola düşmüşdük. Ağılımın bir yerində Xəyal var idi. 3 gün idi, Xəyalın üzün görmürdüm. Mesajlaşmamışdıq belə...
Sonumuzun necə olacağını hec bilmirdim. O gündən sonra nə mən onu axtarmışdım, nə də O, məni... Bəlkədə yorulmuşdu... Haqq verirdim ona. Mən hisslərimin arxasına saxlanmışdım. Ona sevdiyimi deyə bilmirdim. Mən onu çox yorurdum... Həsən isə dünən gəlmişdi biz. Bir xeyli oturub dərdləşmişdik. Oda Xəyalın mənim üçün düzgün adam olduğunu, ona bir şans verməyimi istəmişdi məndə. Hisslərini torpağa basdırdığını dedi. Əvvəl ki kimi yaxın və səmimi ola bilməsəkdə, yenə hər seyə rəğmən dost qalmağı secdik. Dostluq adına ləkə salmışdıq. Ləkələməyədə davam edirdik... Ancaq başqa secim və yolumuz yox idi...

Qəbirstanlığa gəlib çatdığımızda, maşıdan aşağı düşdüm. Anam üçün yol üstündə, 4 ədəd təbii qərənfil almışdıq. Atamla bərabər yavaş - yavaş addımlayıb qəbirstanlığa daxil olduq. İllər keçməsinə baxmayaraq, bura hər gəldiyimdə qolumun birinin sındığını düşünürdüm. Hələ, atamın keçirtdiyi hissləri demək istəməzdim. Mənə görə ayaqda dik qalmağa çalışsada, içindəki səssiz fırtınadan xəbərdar idim. Anamın məzarı yerləşən tərəfə gəlib çatdığımızda, məzar başında birinin olduğunu gördüm. Atamla ikimiz dönüb bir - birimizə baxdıq. Bir az yaxınlaşdıqda, məzarın yanında olan adamın Xəyal olduğunu gördüm. Və istəmsizcə üzümə bir gülümsəmə yerləşdi... Atamın ayaq saxladığını gördükdə məndə dayandım. Burda niyə dayandığımız haqqda hec bir fikirə sahib deyildim

"Ata niyə getmirik?"
"Xəyala baxaq"
"Ona baxıb nə edəcəyik?"
"Bu gün sual vermək tərəfin tutub qızım?"
"Off Ata"
"Sənə yüz dəfə deyil, min dəfə demisemki ataya oflamaq olmaz"
"Off ata offf"
"Nəfəsss"
"Eşidirəm ata"
"Bu oğlan gözümə girdi. Verdim, səni ona. Allah xoşbəxt eləsin"

Atamın dediyi sözə gözlərimi bərəltdim. Qalanı içdən fəth etmişdi Xəyal!

"Mən səni tək qoyub evlənməyəcəm!"
"Axır bir gün evlənməli olacaqsan"
"30 yaşımda bəlkə evləndim, oda bəlkəəə"
"30 gec deyil?"
"Məncə tezdi 35də də evlənmək olar"
"Xəyal səni o qədər gözləməz. Gözləsə ağaca dönər uşaq"

"Sevirsə gözləyəcək" deyib hər iki qollarımı sinəmdə birləşdirdim. Qəbristanlıqda olan söhbətə bax... Addım atıb məzara tərəf yaxınlaşdığımızda, Xəyal bizim gəlişimizi hiss edib arxaya çönərək bizə baxdı. Üç gün sonra onu görmüşdüm... Və bir həqiqət mən onun üçün çox darıxmışdım... Qıvırcıq sacları çox qarışıq görünürdü. Mənə baxmağı kəsib, üzünü atama tərəf çevirdi

"Salam Ayaz əmi... Məənn mənn"deyib saclarını qarışdırmağa başladı. Dili dolaşığa düşmüşdü.

"Nə demək istədiyini başa düşdüm mən oğlum. Narahat olma sən"

Atamın bu sözünə Xəyal təbəssüm etdi. Hey bir dəqiqə nə baş verirdi burda? Atam Xəyal tərəfə keçmişdi?

"Mən hec nə başa düşmədim. Məni başa sal" dedim

Mən atamı paylaşmağı hec sevməzdim. Hec!

"Qızım, sən ananın məzarını ziyarət et. Sonrada Xəyal ilə gedib, bütün problemlərinizi həll edin" dedi

Onun tərəfə keçməsini hec sevməmişdim! Amma bir söz deməyib anamın məzarının üstünə gəldim. Əlimdəki qərənfilləri məzarın üstünə qoyduqdan sonra, atama dönüb baxdım. Sonrada Xəyala... Hər il biz iki nəfər olardıq. Atam ilə mən... İndi isə yanımızda Xəyal vardı... Anam isə torpaq altında idi... Dolmuş gözlərimi silməyə başlayıb, burnumu çəkdim. Ah ana... Mən deyəsən böyüyürəm və sən yanımda yenə yoxsan... Bəlkə illər sonra bura gəldiyimdə, daha çox nəfər olacaqdıq... Qızım ilə gələr bilərəm yanına...

Anamın məzar daşına baxıb içimdən danışdıqdan, sonra atamın yanına gəlib onu qucaqladım. İndi atamı anam ilə tək başına buraxmağın vaxtı çatmışdı...
Səssizcə qəbirstanlıqdan çıxıb Xəyalın maşınına mindim. Onu burda görməyi, hec düşünməmişdim... Maşını hərəkət etdirib, yola düşdüyümüzdə "Hara gedirik biz?"dedim.

"Evinə gedirik..."dedi

Hec nə başa düşmədiyim üçün üzünə baxmağa davam etdiyimdə "Məktubu açmağın vaxtıdı" dedi. Hə, məktub vardı... Hec vaxt ürək edib açıb oxuya bilmədiyim məktub...

Evə gəlib çatmışdıq. Otağıma çıxıb məktubu əlimə alaraq aşağı düşmüşdüm. Ürəyimdəki həycan hissidə ged - gedə artmaqda idi. Ondan qaçışım yox idi daha. Sevdiyim insandan niyə qaçımki? Yanına keçib divana oturduğumda, məktubu əlimdə əzdiyimin fərqinə vardım. Məktubu açmağa çalışdığımda, əlini əlimin üstünə qoyub saxladı

"Məktubu açmadan əvvəl sənə kicik bir hədiyyəm var"dedi

Mən bu günlərdə hədiyyə qəbul etməzdim...

"Bilirəm hədiyyə qəbul etmirsən, ancaq bu hədiyyə digərlərindən fərqli bir seydi" deyə əlavə etdiyində "Yaxşı..."dedim. Əlini pencəyinin cibinə atıb, bir sey çıxartdı. Əlini mənə uzatdığında, ovuc içinə baxdım. Günəş simvolu olan, nazik bir boyunbağı almışdı...

"Kəpənəkdən xilas oldun deyə, boynun boş qalmışdı... Qəbul edərsən bunu?"dedi.

Günəş həyatımıza işıq saçacaqdı... Boyunmağını özü bağlasın deyə arxamı ona tərəf çevirdim. Saclarımı boynumun bir tərəfinə yığmağa başladığımda, oda saclarıma toxundu. Boyunbağını boynuma gətirib bağlamağa çalışdığında, barmaqları boynuma dəyirdi. Və içim çox qəribə olurdu... Kicik həyəcanla yanaşı, içimdə ona qarşı kicik istək yaranmışdı. Geri çəkilmədiyini hiss etdiyimdə "Qoxum üçün darıxmısan?"dedim. Yenə eyni hissləri keçirmək istəyirdim. İlk dəfə qoxumdan öpdükdə, hec yaşamadığım hissləri təkrar ikinci dəfə yaşamaq istəyirdim.

Nəfəsini qulağıma verib "Həmdə necə... Havaya, suya ehtiyyacım olduğu qədər..."dedi. Sonra burnunu saclarıma toxundurub, qoxumu içinə çəkməyə başladı. Dodaqlarını boynuma dəydirməyə başladığında, gözümü yumdum. Ondan ayrı qalmaq olmurdu... Hər toxunuşu, sevgi qığılcımlarının daha çox yayılmasına səbəb olurdu. Dodaqlarını boynuma basdırıb, dərin bir öpüş qondurduqdan sonra "Qoxun üçün çox darıxmışdım... Məni qoxuna həsrət qoyma..."dedi. Ah, adam bu vaxta qədər çəkdiyimiz o qədər acı boşuna imiş... Məndən bir az arala dayanıb "Sıra məktubdadı..."dedi. Əlimi boyumbağıma toxunduruqdan sora, əllərim əsə - əsə məktubu açdım. Yazılan sətirləri oxumaq üçün tələsirdim

"Salam sevgili...
Ümüd edirəm, bu məktubu oxuduqdan sonra bizim aramızda olan bağ dahada güclənər. Çünki, mən səni çox sevirəm...
Az əvvəl mənə atanın sevgisindən danışdın. Atan çox gözəl sevib... Məndə onun yolunda addımlayıram. Məndə səni çox gözəl sevməyə davam edirəm. Sən sevgimə qarşılıq versən daha gözəl olacaq. Məsələm, bir qızımız ola bilər... İkimizdən olacağı üçün böyük ehtimal, qıvırcıq olacaq. Niyədə olmasın? Oda saclarına əsəbləşər, ya da bəlkə sənin əksin saclarını çox sevər. Onunda portağal qoxmasını istəyirəm... Anası kimi :)
Məsələm, bir oğulumuzda ola bilər. Babasına oxşayar. Babası dünyanın ən mərhəmətli insanıdı. Hər kəsi başa düşən, hər kəsə qayğıkeş yanaşan... Oğlumuzu çox gözəl böyüdə bilər. Qadınlarla necə rəftar edilməsini başa salar ona. Amma məncə bizim bir qızımız olsun. Bilirsən niyə? Bilirəmki, bir qızın olsa ona, ananın adını verəcəksən. Asya adını sevirəm məndə... Qızımızın adıda hazırdı. Sona qədər onu sevməyə davam edəcəm. Atan, tək qalacaq deyə düşünmə. Əsla elə sey olmayacaq... Sizin evin yaxınlığına köçərik bizdə. Beləcə atanda tək qalmış olmaz. Məncə bizim ən böyük dəstəkcimizdə elə atandı. Mən səni sevirəm Nəfəs... Sevməyədə davam edəcəm"

Göz yaşlarına boğularaq oxuduğum məktubun sonuna gəlmişdim. Hər seyi əvvəlcədən təxmin edib yazmışdı... Məktubu bağlayıb, göz yaşlarımı sildim

"Qıvırcıq... Məndə... Məndə, səni çox sevirəm" dedim

"Axırki, axırki dilindən bu cümlə çıxdı" dedi

Qollarını açıb məni qucaqladığında, möhkəmcə onu qucaqladım. Həsrət bitmişdi...

(2 il sonra)
Xəyal maşını evin kənarında saxladıqdan sonra maşından aşağı düşdük. Univeristetdən gəlirdik... Bu il məzun olmuşdum... İndidə əlimdə diplomum vardı. Bunu atama göstərmək üçün həycanlanırdım. Mən bacarmışdım. Atam çox sevinəcəkdi. Mən özümdə çox xoşbəxt idim. Xəyal ilə 10 ay idi nişanlanmışdıq. 1 ay sonrada toyumuz olacaqdı. O gündən sonra onunla birdə hec vaxt ayrılmamışdım. Əksinə hər keçən gün sevgimiz daha çox artırdı. Hər addımımda, hər istəyimdə, hər uğurumda yanımda idi. Mənim ömür yoldaşım...
Evə giriş etdiyimizdə diplomu araxmada gizlədib "Atacan hardasan?"deyə onu səslədim. Yuxardan aşağı düşüb "Sevincli görsənirsən qızım"dedi. Atamın diplomu bu gün alacağımdan xəbəri yox idi. Süpriz edəcəkdim ona. Diplomu ona gösdərib "Süprizzz"dedim. Atam bir əlimdəki diploma, birdə mənə baxdı. Və illər sonea gözlərinin anidən dolmasına şahid oldum. Ancaq sevinc göz yaşı olduğunu bilirdim.
"Qızımm..."deyib məni möhkəmcə qucaqladığında "Çox şükür İlahi... Bu günü mənə görməyi qismət etdin"dedi. Onun kövrək çıxan səsini eşitdikdən sonra məndə çox kövrəldim. Dayana bilməyib ağlamağa başladım

"Qızım jurnalist oldu... Anasının arzusunu öz arzusu kimi yerinə yetirdi. Ahh mənim birdənəm"dedi

Məndən aralanıb digər qolunu açdığında, Xəyalda yanımıza gəldi. Hər üçümüz qucaqlaşdığımızda, bir daha necə bir şansa sahib olduğumu düşündüm. Mən şanslı idim

The And❤
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri