Çəhrayı Yalan (14-cü Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 386
Səs ver:
(səs: 0)
Müəllif'in dilindən
Gənc adam çarpayıdan aşağı düşdü. Aşağı əyilib, kürəyini çarpayıya söykədi. Başını bir balaca arxaya çevirib, çarpayıda oturan gənc qıza baxdı. O, qız ondan cavab gözləyirdi...
Bütün həqiqətləri bilmək istəyirdi... İlk əvvəl dodaqlarını islatdı, nə danışacağını düşünmək üçün. Ağılı çox uzaq olan illərə getdi...
Uşaqlığını çox dəqiq xatırlamırdı. Yadında qalan tək sey uşaqlar evi və həmin evin qaranlıq zirzəmisi idi. Uşaqlar evinə verildikdə 2 yaşı vardı. Anası öldükdən sonra atası, onun varlığını hər kəsdən gizlətmək üçün onu uşaqlar evinə vermişdi. Cahad, atasının xəyanəti nəticəsində dünyaya göz açan bir övlad olmuşdu. Atası Xalid bəy, evliliyini təhlükə altına atmamaq adına, onu hər kəsdən gizlətmişdi. Uşaqlar evinə verildikdən sonra, ona baş çəkməzdi. Bayramdan bayrama yad edərdi. Yerinin yaxşı olduğunu düşənərdi. Ancaq hec də elə deyildi... Cahadı yerləşdərdiyi uşaqlar evi, olduqca ciddi və qayda qanuna riayət edilən bir yer idi. Əslində, edilən şiddətlər qayda qanun sayılmazdı. Cahad sözə baxmayan, bir uşaq olduğundan, daha çətin keçirdi orda günləri. Bir səhvində, özünü qaranlıq zirzəmidə tapırdı. Bu qədər qəddar insanların əlinin altına keçdiyi üçündə, özünə qapanırdı. Güclü külək əsib, yağış yağdığında yorğanını başına qədər çəkib, içindən yağışın tez kəsməsi üçün dualar edərdi. Yatdığı yer pəncərənin yanı idi... İldırım çaxdıqda, işığı çox vaxt onun üstünə vurardı. Uşaqlar evində böyüyən uşaqlar, nəvazişdən kənar qalırdı... Cahad da onlardan biri idi... Acı dolu uşaqlıq illərini xatırladığında, dodaqlarını açıb, asta çıxan səsi ilə "Atam... Atam olacaq insan, həyat yoldaşına xəyanət etdi... Məndə o xəyanətin meyvəsi oldum..."dedi. Atası ölsədə, içində ona qarşı hələdə bitib tükənmək bilməyən nifrət hissi vardı. Dünyaya belə gəlməyi hec istəmirdi... Gələcəkdə atası kimi olmamaq üçündə, əlindən gələn hər seyi edəcəkdi. Jasmin əlini dodaqlarına apardı. Belə bir həqiqətidə gözləmirdi... Ağılından belə bir sey keçirtməmişdi... Jasminin səssizliyini görən Cahad, bir köks ötürdü... Onun üçün danışmaq çətin idi. Jasmini yaxından tanımazkən, öz için ona açıb tökürdü

"Məni dünyaya gətirən qadın 2 yaşım olarkən öldü. Mənim atam olacaq adamda, məni bir uşaqlar evinə verdi. Mən 8 yaşıma qədər uşaqlar evində böyüdüm. Bəzən ac qaldım, bəzən susuz... Bəzən yağışdan qorxdum, bəzəndə qaranlıqdan... Başıma sığal çəkənim olmadı... Təzə paltar geyinmədim... Uşaqlar mənlə oynamazdı... Müəllimlər məni sevməzdi... Çünki, kicik yaşımdan nifrətin nə olduğunu dadmışdım... Atam olacaq O şərəfsiz bayramdan bayrama gəlib mənə baş çəkərdi. Öz ailəsi ola - ola öz qadınına xəyanət etmişdi! Mən hec vaxt onun kimi olmayacam!"dedi

Dizlərini öz tərəfinə çəkib sıxdığında, Jasmin daha çox dayana bilməyib, aşağı onun yanına çökdü. Başını öz dizlərinə yaslayan Cahadın, çənəsindən tutub başını qaldırıb, yaşaran gözləri ilə ona baxdı. Cahad gözündə olan bulanıqlığı ondan gizlətməyə çalışmışdı... Ama istədiyi kimi olmamışdı... Jasminin yaşarmış olan gözlərinin fərqinə vardıqda, baş barmağı ilə göz altlarını silməyə başladı. "Ağlama... Ağlasan sənə hec nə danışmayacam" dedi. Ardından kicik bir burxunluq ilə təbəssüm etdi. Jasmin içində olan kicik acını gülüşü ilə basdırmağ çalışıb, dolan gözlərini öz əlləri ilə möhkəmcə silməyə başlayıb " Bax, hec ağlamıram mən" dedi

"Uşaq başı aldadırsan?"

"Cahad... Əlimdən gələni edirəm"

"Sən hec nə etmə, hər seyi mən özüm edəcəm"

Qarşısında dayandığı qız, onun üçün yeni bir ümüd yeri olmuşdu. Onu həyata yenidən bağlamışdı. Yaşamaq eşqini qaytarmışdı...

"8 yaşım var idi... Anam yəni, Mətanət xanım mənim yaşadığım uşaqlar evinə gəldi. 8 il sonra varlığımdan xəbəri olmuşdu... Atam ölərkən, ilk dəfə dürüst olub, hər seyi danışmışdı. Mən 8 ildən sonra ilk dəfə ona 'ana' demişəm... Məni 3 oğlundan hec vaxt ayırmadı. Böyüdükdən sonra ona mənə niyə sahib çıxdın dedim. Çıxmayada bilərdi... O isə dediki, sənin yerində mənim uşaqlarımdan biri ola bilərdi. Atanın səhvini sənə çəkdirə bilməzdim mən... Jasmin, onun çox gözəl ürəyi var. Başqa qadın olsa etməzdi məncə... O, mənim anam olduğu üçün ona bir ömür boyu borclu olacam. Yoxsa o bataqlıqda başqa biri olaraq böyüyəcəkdim"

Mətanət xanımın bu cür davranışı, Jasminin onu sevməsi üçün böyük bir səbəb olmuşdu. Gözündə bir işıq qığılcımları yarandı ona qarşı. Cahada öz övladı kimi sahib çıxmışdı. Jasmini narahat edən digər bir səbəb isə İlkin idi... İlkinin Cahadı sevməmə səbəbi bu idimi?

"İlkin... İlkin səni bunun üçünmü sevmir?"dedi

Cahad başını tavana qaldırıb baxdı. O qardaşını çox sevirdi... Soruşsanız, İlkində onu sevərdi. Ancaq sevgisini içində gizlədib, üzə vurmazdı.

"Başından bəri məni atama bənzədir. Atamın səhvi olduğumu üzümə vururur. Bunu tez - tez edirki, gələcəkdə məndə atama oxşamayım... Ona deyə bilmirəmki, O mənim atam olduğu qədər, sənində atan olub... Sevir məni içində... Bilirsən hardan bilirəm?"
Sualını verdikdən sonra üzünü Jasminə çevirdi. Bu dəfə həqiqi bir təbəssüm etdi...

"Bu yaşıma qədər hələdə arada sırada gecələr otağıma gəlir. Mən rahat yatan bir adam deyiləm. Üstüm tez - tez açıq qalır. Oda gəlib üstümü örtür. Hələdə elə bilirki, xəbərim yoxdu bilmirəm... Özünə yeni köynək alanda birində mənə alır. Amma özü aldığını hec vaxt demir. Ramin almış kimi göstərirlər... Evdə bir nəfərlik yemək olanda, ac olsa belə mənə saxlayır yeməyi... Buna bənzər bir çox sey edir. Ancaq soruşsan, məni sevmir. Mənə düşman kəsilib. Öz inadın qıra bilmir... Məndə üstünə çox düşmürəm. Nəticədə qardaşdı... Qardaşlar bir birin çox sevər"

Hər seyi danışmışdı... Hər dəfə qəlbinə batan tikanları əzməyi bacarmışdı

"Bu da mənim həyatım... Belə bir həyatı olan insandan sənə zərər gəlməz Jasmin... Çünki, mənim kimi insanlar inicmək sözünün 'i' hərfindən belə qorxur"

"Bunları mənə danışdığın üçün sənə minnətdaram. Artıq aramızda gizli bir sey qalmadı. İndi içim daha çox rahatladı. Başına gələn bu seylərə pis oldum. Amma sən bunun üstəsindən gəlməyə çalışırsan. Cəhd göstərirsən. Bunun özü həyata tutunmaq deməkdi"

"Başqa secənəyim olmadığından, məcburam. Mənə belə bir həyat bəxş edən anaya qarşı pis olsaydım, nankorluq etmiş olardım"

(Jasmin'in dilindən davam)
Bu görünüşün altında yatan həyat hekayəsinə pis oldum. Öz həyatım ilə onun yaşadığı həyatı müqayisə etmiş olsaydım, Cahadın həyatının daha ağır olduğunu qeyd edərdim. Bütün kirli həyatına rağmən hələdə ayaq üstə idi. Üz ifadəsində yaşadığı çətinliyin yansıması vardı. Ancaq şirin görünütüsü daha ön plana çıxırdı. Gülümsündü... Bir gülüşü, qəlbimi isitməyə bəs etdi... Əlimi üzünə toxundurmağa başladım. Etdiyim hərəkətə ilk başda donub qalsada, sonradan əlini əlimin üstünə yaslayıb tutdu.

"Bu əlləri hec buraxasım gəlmir" dedi

"Buraxma... Möhkəm - möhkəm tut" dedim

İti baxışlarını üzümdə gəzdirməyə başlayıb, üzümdə olan əlini, əlimi hec buraxmadan aşağı saldı. Sonra boşda qalan digər qolu ilə mənə sarıldı... Dünyaları mənə bir - iki saniyəliyinə bağışlamış oldular. Məndən ayrılıb, əllərimizə baxdıqda "İndi əllərimiz ayrılacaq"dedi.

"Nəyə görə?"

"Sən otağına getməlisən. Yatmaq vaxtıdı"

"Yuxum gəlmir"

"Gəlməsədə getməlisən... Gecə bizimkilər aşağı tez - tez düşür. Hansınınsa səni görməyini istəmirəm"

"Mən getmək istəmirəm"

"Jasminnn"

"Cahad getmək istəmirəm dedim. Sənlə qalmaq istəyirəm"

"Olmaz... Bu gün yaşanan səhərki hadisədən sonra hec olmaz"

"Unut bu günü... Biz yenidən yazaq"

"Danışdıqlarıma görə yanımdasan?"

"Yox... O gözəl ürəyinə görə... Bilirəm səndə mənim sənin yanında qalmağımı istəyirsən... Həm səhər yuxudan ayılanda çillərimidə saymış olarsan"

"Mən bu cür təklifi geri çevirə bilmərəm... İşığı söndürmək üçün 5 saniyəliyinə əlini buraxmış olacam" deyib əllərini əlimdən ayıraraq ayağa qalxdı. İçimdə ona qarşı güvən hissi yaranmışdı. Hətda özümdən belə daha çox... İşığı söndürükdən sonra yanıma gəlib arxadan mənə sarıldı. Qollarını qarın boşluğumda birləşdirdikdən sonra, çənəsini çiynimə dəydirib "Sənə olan bağlılığım hər saniyə daha çox artır" dedi. Nəfəsim kəsilmiş kimi hiss etdim. Nəfəs almalı idim mən...
"Aramızda keçən bu yaxınlığa bir ad verə bilmərəm. Amma bunu bil ki sənin varlığın məni çox xoşbəxt edir. Sən mənim üçün ayrı bir dünyasan" deyə əlavə etdikdən sonra məndən ayrıldı. Çarpayısında olan yorğanı çəkib, çarpayısına uzandı. İndi məndə onun yanına gedəcəkdim. Qulağa hec xoş gəlmirdi... Yad bildiyim adamla eyni çarpayıda yatmaq fikiri... İnsan göz görə - görə etdiyi səhvə göz yumarmış... Bunu nəyə görə edirdim? Onun adlandırdığı bağılılıq hissi, mənim hisslərimin yanında çox kicik qalardı. Onu istəyən mənim ürəyim idi... Onun yanına uzandığımda, başımı sinəsinə yasladım. Oda qolları ilə məni sardı. Digər əli isə saclarımın üstündə gəzdirməyə başladı. Ürəyimin döyüntüsü getdikcə artmaqda idi. Bu qədər sürətlənməsi düzgün deyildi... Hələ qabırğa altımda olan, cuzi sancmaları demirəm... İynə kimi batıb məni sacırdı... Nəyə görə idi? Başımı onun qəlbinin üstünə qoyduğuma görə...? Gözümü yumub içimdən bu hissin keçməsi üçün dua etdim. Rahat olmaq istəyirdim mən... Ona sıxılıb daha möhkəmcə qucaqladığımda, dodaqlarını alınmın üstündə tərpəndiyini hiss etdim

"Rahat ol Jasmin... Narahat olacağın, başqa bir sey etmirik". Dodaqlarını alınıma basdırıb bir öpücük qondurdudaqdan sonra "Gecən xeirə qalsın" dedi. "Sənində" deyə kicik bir səslə pıçıldadım. Yatmaq vaxtı idi...

Səhər açıldıqda üstümdə iki cüt gözün mənə baxdığını gördüm. Yuxulu olduğumdan gözlərimi ovuşdurmağa başlayıb "Sabahın xeir" deyə mızmızlandım. Necə olduğunu bilmirəm amma, biz indi ayrı idik. Mən çarpayının digər tərəfində yatmışdım. Cahad isə baş ucumdan mənə baxırdı. "Sabahlar daha gözəl olurmuşsan" deyib üzümə düşən saclarımı bir - bir geriyə atdı. Hec də gözəl olmurdum! Cahadın gözlərində gördüyüm yorğunluq ilə "Sən yatana oxşamırsan" dedim.

"Yanımda bir mələk ola - ola necə yatım? Mələyin yatışına baxdım, yatmaqda yadımdan çıxdı"

"Hər halda ciddi deyilsən"

"Ciddiyəm... Səhər açılana qədər sənin yatışını izləmişəm. Üstün cəmi bir dəfə açıldı, onda da möhkəmcə örtdüm"

"Mənə görə yuxundan olmusan"

"Əksinə, bu yaşıma qədər gözlərimi açdığım ən gözəl sabahım oldu"

"Dərs... Dərs vardı..." deyib söhbəti dəyişdirməyə çalışdım. Dünən gecə ürəyim dayanmasada, indi bu sözlərə dayana bilərdi!
Üzünü üzümə daha çox yaxınlaşdırıb, işarət barmağı ilə üzümə toxunmağa başlayıb "Çillərin... 97 ədəd çillərin var. Dəqiq olsun deyə 6 dəfə saymışam" dedi. Çillərimi sayacağını deyərkən, hec də zarafat etmirmiş!

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri