Çəhrayı Yalan (20-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 101
Səs ver:
(səs: 0)
O evdən getdiyim gündən dörd gün keçmişdi. Bu dörd gün mənə çox ağır gəlmişdi. Beynimin içində hər sey bir - birinə qarışmışdı. Və mən deyəsən özümü daha hiss etmirdim... Evdən çıxdığım an atam olacaq insana zəng edib, mən bir müddət evdən uzaqlaşıb dostlarım gildə qalacam deyib telefonu söndürmüşdüm. Atam harda, kimlərlə qaldığımla çox maraqlanmadığından üstümə gəlməmişdi. Sadecə bir sey demişdiki, yeni il günü evdə ol. Bu gündə günlərdən yeni il gün idi. Necə vaxtdı səbirsizliklə gözlədiyim gün, indi mənə çox adi gəlirdi. Mənə bu yeni il uğur gətirəcəkdimi?
Artıq buna inanacaq bir gücüm qalmamışdı. Dörd gün onlardan uzaq idim. Fəqandan, İlkindən və Cahaddan... Telefonu söndürdüyümdən hec birindən bir xəbərim yox idi. Onlarsız nə gözəl imiş həyatım... Həyatıma daxil olduqlarından sonra məndə çox böyük izlər yaratmağa başladılar. Ən son yaşananlardan sonra özümü necə ələ alım hec bilmirdim. İlkinə qarşı içimdə böyük bir nifrət yaranmışdı. Güzgü qarşısında dayanıb hər özümə baxdıqda, özümdən utanırdım. Mənə yaxın durmasına necə icazə verdim?! Mən İlkin adında olan adamı tanımaq istəmirdim. Qardaşlarına zülm edən insan, mənəmi yaxşı davranacaqdı? Xoş, qardaşlarda zülm etməyə meyilli idi...

Fəqanda mənim üçün tam şəkildə bitmişdi. Özünü düşünən egosit bir varlıq idi. Nəyin nə olduğunu bilmədən, üstümə gəlməsini ona bağışlamayacaqdım. Ürəyim yanaraq hər dərdini dinləyib, ona qarşı səbrli davrandığım üçün belə oldu. İnsan insanı necə dəfə yerə vurar? Məni yerdən yerə vurmaq xoşuna gəlirdi... Mən isə daha yerə düşmək istəmirdim.
İlkinlə bir yerdə onada nifrət hissi bəsləməyə başladım. Bir tək, Cahaddan başqa... Dörd gündü onu tək qoymuşdum. Məni incidən tək şeydə onsuz qalmağım olmuşdu. Bu gün evə gedəndə üzünə necə baxacaqdım? Məndən dörd gündü hardasan deyə sual soruşsa, ona nə cavab verəcəkdim? Ondan uzaq qalmaq istəmirdim... Amma məni uzaq qalmağa məcbur etdilər... Ona məni İlkin öpdü deyə bilməzdim... Demədikcədə hər gün öləcəkdim... İlkinin öpüşü ilə bir seyi başa düşdüm, bu dörd gündə... Mən Cahadı sevirdim... Ona qarşı içimdə olan mərhəmət hissim sevgiyə çevirilmişdi...
Onunla olmağın ən pis yanı, onsuz olmaq idi. Mən isə indi onsuz idim... Məni ilk O öpmüş olsaydı, mən indi özümü dar bir quyunun içinə düşmüşəm kimi hiss etməzdim. Kicik bir həyəcan olardı, kicik bir utancaqlıq... Ancaq özümü peşman hiss etməzdim. Sevgimin üstünə böyük bir kölgə düşmüşdü. Bu kölgə mənim üstümdən getməyəcəkdi...
Getmək üçün ayaqlandım. Hansı üz ilə o evə qayıdacağımı bilmirdim. Ağılımdan tək keçən sey yenə anamın yanına getmək olmuşdu. Bu fikir yenə məndən əl çəkmirdi. Yaxın dostlarım bir yerdə kirayə bir evdə qalırdı. Məndə dörd gün idi onların qonağı idim. İndi getmək vaxtı idi. Qızlar ilə sağollaşıb evdən çıxdım. Evin kənarında gözləyən taksiyə mindim. Saatlar sonra məni nəyin gözləcəyini bilmədən...

***

Əlim əsə - əsə açarı qapıya salıb, qapını açdım. Özümdən aslı olmadan nəfəs alış verişim sürətlənmişdi. Sakit olmalı idim... Evə ayaq basdığımda, irəli addımladım. Qonaq otağında tam yeni il abu havası vardı. Böyük bir yolka vardı, ətraf isə bəzənilmişdi. Aşağı mərtəbədə kiminsə olduğunu düşünmədim. Ya evdə biri yox idi. Ya da hər kəs hər zamanki kimi otağına çəkilmişdi... Darıxmışdım bura üçün? Darıxmadım desəm, yalan demiş sayılardım. Yuxarı mərtəbəyə baxdığımda, ordan məni izləyən Cahadı gördüm. Bax indi həqiqətən nə edəcəyimi bilmirdim. İri adımlar ataraq aşağı düşüb mərdivənin kənarında dayandı. Üzümə incimiş bir formada baxırdı. Görəsən hər seydən xəbərdar olmuşdu? "Mənə xəbər vermədən hara yoxa çıxdın?" dedi səs tonu titrərkən. "Getməli idim... Getməsəydim hər sey daha bərbad olacaqdı" dedim səsimdəki ağlayış hissini basdırmağa çalışıb

"Bərbad deyil indi?"

"Bilmirəm"

"Bərbaddı... Ondan daha irəli bir hiss varsa, bax odu! Dörd gündü Cahad nə çəkir deyə hecmi düşünmədin?! İnsan zəng edər... Zəng etmək olmursa, hec olmaya bir mesaj yazar... Bunu belə etmədin!"

"Bağışla..."

"Bağışla ha? Bağışlamıram!"

Gözünün içinə baxmağa hec cəsarətim yox idi. Onu bu qədər incidən mən olmuşdum hə?
"Evdə hec kim yoxdu... Hər kəs dağlışıb bir yerə getdi. Mən axmaq isə, bəlkə sən gələrsən deyə evdən hec yerə çıxmadım! Saatlardı pəncərə qarşısında dayanıb sənin gəlməyini gözləyirəm. Sən isə mənə sadecə bir bağışla deyirsən...
Mən bu gedişlə başımı itirəcəm!" dediyində dolan gözlərimi daha çox saxlaya bilmədim. Gözümdən yaşlar yanağıma süzüldüyündə, Cahad mənə yaxın gəldi. Üzümə məyusluq ifadəsi ilə baxdığında, səsli şəkildə ağlamağa başladım. Hər seyin başqa cürə olmasını istəyərdim... Başqa bir yerdə onunla qarşılaşmaq, başqa yerdə onunla söhbətləşmək, başqa yerdə onunla yenidən bir olmaq istəyirdim. Burda isə bu alınmaz kimi görünürdü mənə. Əlini yuxarı qaldırıb baş barmağı ilə göz yaşlarımı silməyə başladı. Mənə qıya bilmirdi... Bunu bacarmırdı...
Əlini üzümdən çəkdikdən sonra özüm göz yaşlarımı möhkəmcə sildim. Başqa danışacaq bir seyim olmadığından "Mən yorulmuşam... Otağıma çıxıb yatacam" dedim

"Mənə hər seyi danışmadan hec yerə gedib yata bilmərsən"

"Mən sənə hec nə danışmayacam!"

"Mənə görə getdin?"

"Yox! Sənə görə getmədim... Beynim çox qarışmışdı, uzaqlığın mənə yaxşı gələcəyini düşündüm və getdim"

"Hec nə demədən, gecə evdən çıxıb gedirsən. Və buna beyin qarşılıqlığı deyirsən?!"

"Eynən! Sənə hər seyi danışmağa borclu deyiləm!" deyib yanından düz keçib gedərək mərdivənə doğru irəllədim. Yuxarı çıxıb otağıma gəldiyimdə ardımca gəldiyini gördüm. Yenə məndən əl çəkməyəcəkdi! Mənim isə ona deyiləcək bir seyim yox idi.

"Cahad çıx otağımdan, yatıram" dedim

"Sən yatmağında ol, mən qapı kənarında dayanıb yatmağına baxacam"

"Dözülməz insan olursan!"

"Səni məndən uzaq qoyan, səbəb hər nədisə, onu tapacam"

"Nə bilirsənsə onuda et!"

Onun otaqda qalıb məni izləməsini görməməzlikdən gəlib çarpayıma uzandım. Millət yeni ilin gəlişini qeyd etsin, məndə ən yaxşı bildiyim seyi edim. Yəni yatım! Arxamı ona tərəf çevirib gözlərimi yumdum. Bizim hər işimiz qəribə idi... Cahadla qarşılaşmam belə idisə, digərlərini hec düşünmək istəməzdim. Dəqiqələr keçdikdən sonra qulağıma musiqi səsi gəlməyə başladı. Demək olar son günlərdə ancaq bu mahnıya qulaq asmışdım. Cahadın bu mahnını qoşması isə həqiqətən ürəyimizin bir olduğuna inandım. 'Seni dert etmeler...'
Ona tərəf çevrilib ona baxdım. Qapı kənarında oturub kürəyini divara yaslamışdı. Daha nə qədər belə şəkildə qalacağımızı bilmirdim.

"Söndür o mahnını... Mən yatmağa çalışıram" dedim

"Yatmaq vaxtı deyil Jasmin... İnsanlar yeni ili qeyd edərkən, sənin bu otaqda gizlənmən hec düz deyil"

"Sənə xoş deyilsə, çıxa bilərsən otaqdan. Mənə isə belə olmaq xoşdu"

"Sənin yanında mənə hər yer cənnətdi"

Bura gəlməmişdən əvvəl özümə verdiyim hər sözümü məhv edirdi, onun bir baxışı, onun bir gülüşü... Mən ona hər baxanda, ona yenik düşürdüm. Yenidən arxamı ona tərəf çevirib gözlərimi yumdum. Amma üzümə gələn gülüşü məhv edə bilmədim. Onun yanında olmaq insana hər seyi unutdururdu... Sonradan onun ayağa qalxdığını hiss etdiyimdə, gedəcəyini düşündüm. Ancaq ayaq səsləri mənə tərəf gəlirdi. Adyalı üstümə çəkib, arxadan əyilərək üzümə bir öpüş qondurdu. Üzümdəki gülüşü basdırmağa çalışdım. Amma alınmadı... Yanıma uzanıb başını boyun girəcəyimə salıb, təkrar öpdü. Ondan ayrı qalmaq fikiri hec cürə alınmırdı

"Məndən qaçıb getmə... Çünki, mən səndən getmək istəmirəm. Uğur bu dəfə bizdən yana olsun" dedi

Hər seyi bir anlığına silib, onun var olmasını qəbullanmaq istədim... Qarşımı kəsən əngəlin yox olmasını istəyirdim. Cahada hec bir həqiqəti danışmazkən, ona yaxın durmağımı mənə bağışlayardı? Ondan ayrı qalmaq istəməyən ürəyimin səsini eşidərdi?
"Uğur bu dəfə bizdən yana olsun..." deyə yavaş səslə pıçıldadım. Uğur vaxtın varsa, mən tərəfə dəy... Mən Cahadı itirmək istəmirəm...

"Bizdən yana olması üçün əvvəlki kimi olmaq lazımdı. Üzünü əvvəlki kimi güldürmək istəyirəm" dedi

"Olaram... Amma bir şərtim var"

"Eşidirəm səni"

"Nəyə görə çıxıb getdiyimi məndən soruşmayacaqsan. Mən özümü hazır hiss etdiyimdə sənə hər seyi deyəcəm"

"Yaxşı... Üstünə gəlməyəcəm. Səndən hec nə soruşmayacam. Mən hər mövzuda sənin yanındayam, səninlə olacam"

Bu mövzuda yanımda olacağını hec düşünmürdüm. Ona nəsədə deyə bilməzdim... Kicik yalan danışıb, həyatıma davam etməyə çalışacaqdım. Hara qədər gedəcəksə...

***

Bu həqiqəti bir kənara atıb ayağa qalxmışdım. Bu gün restoranda qeyd ediləcəkdi deyə, məndə hazırlıq görməyə başladım. Meydanı İlkin ilə Fəqana buraxmaq niyyətim yox idi daha. Bu qədər saflığım yetərdi. İndi sıra məndə idi. Mən onların həyatını cəhhənəmə çevirəcəkdim. İşlərinin ucununda Cahada toxunmasına icazə verməyəcəkdim...


Məllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri