Çəhrayı Yalan (29-cu Bölüm)

Müəllif: Lusi
Şərhlər: 2
Baxılıb: 3 103
Səs ver:
(səs: 0)
Yuxudan ayıldığımda yanımda Fəqanı görə bilmədim. Ac olduğumu hiss etsəmdə qorxduğumdan aşağı düşə bilmədim. Divardan asılı olan saata baxdım. Günortanı keçmişdi. Bu qədərmi çox yatmışdım? Ayağa qalxıb qapının yanına getdim. Rahatca aşağı düşə belə bilmirdim... Əlimi qapının qulpuna atdığımda qapı üzümə açıldı. Fəqanı gördüyümdə rahatladım

"Acmışam... Amma atamın qorxusundan aşağı düşə bilmirəm" dedim

"Məndə səni oyandırmağa gəlirdim. Atan evdə yoxdu. Rahatca aşağı düşüb yeməyini yeyə bilərsən. Sonra isə yenə uzanmalısan. Sənə çox hərəkət etmək olmaz" dedi

Başımla 'yaxşı' işarətini edib yavaş adımlar ilə aşağı düşdüm. Mətbəxə daxil olduğumuzda İlkini gördüm. Bir seylər hazırlayırdı.
"Bu günki yemək məndədi. Balacanın qeydinə yaxşı qalmalıyıq" dediyində üzümə kicik gülümsəmə yayıldı. Hər kəs onun qeydinə qalırdı...

"Sənədə bir təşəkkür borcluyuq"

"Bu təşəkkür edirəm sözlərini yığışdırsaq? Bu bizim borcumuzdu"

"Yenədə, yenədə təşəkkür etməliyəm"

"Fəqan, bu təşəkkür edən qızı al başımın üstündən"

Üzümü ikinci gülümsəyiş idi... Bir söz demədən masa arxasına keçib oturdum. Üçümüz bərabər yemək yeməyə başladıq. Yeməyimizi yeyib bitirdiyimizdə İlkin ayağa qalxıb "Yemək məndən, yığışdırmaq Fəqandan" dedi. Mətbəxdən çıxıb getdiyində Fəqanla baş başa qaldıq. Bundan sonra nə olacaqdı hec bilmirdim. Öz düşüncələrimdə boğulurdum... Yemək yeyərkən belə ağılıma Cahad gəlmişdi. Onlar Cahadın getdiyini rahatlıqla qəbul edirdlər. Mən isə qəbul edib, etməmək arasında qalmışdım...
Fəqan yanımdan qalxıb soyducuya yaxınlaşdı. Soyducudan çıxartdığı meyvəni gördüyümdə heyrətləndim. Çiyələk almışdı...
Əlindəki qabı masaya qoyub "Çiyələk istəmişdin... Ürəyində qalmasın deyə Raminə aldıtdırdım. Bundan sonra özünü yaxşı hiss etməyin üçün əlimdən gələn hər seyi edəcəm" dedi. Dodaqlarımı aralayıb təşəkkür etmək istədiyimdə, işarət barmağını dodağımın üstünə basdırıb "Sənə təşəkkür etmək sözünü deməyi yasaqlayıram" dedi. Tam ağzımın üstündən vurmuş kimi oldu. Baramğını dodağımın üstündən çəkdikdən sonra, çiyələyin birin yeməyim üçün mənə uzatdı. Əlindən almaq istədiyimdə, bir qaşını qalıdırıb 'olmaz' baxışını atdı. Məcbur əlindən yeyəcəkdik...
Çiyələkdən bir dişləm alıb yeməyə başladım. Elə bil, içim rahatlamışdı... Günlərdi ürəyim çiyələk istəsədə yemək qismət olmamışdı. Çiyələkdən ikinci dişləm almaq istədiyimdə geri çəkdi. Çiyələyi özü yeməyə başladı. Onu mən dişləmişdim. Fəqan necə yeyə bildi? Bilirsiz axı bizim yad planetlinin xasiyyətini.

"Sən mənim dişlədiyim çiyələyi yedin" dedim

"Hə nə olsun? Yemək olmaz? Qabda çox var götür ye sən"

"Sən birinin ağızı dəydiyi seyi yeməzdin"

"Əvvələr idi o. Həmdə sən mənim üçün hər hansısa, biri deyilsən"

"Elə olduğumu düşünürdüm"

"Səhv düşünmüsən"

"Dəyişilmisən sən"

"Yalnız sənin üçün dəyilmişəm"

"Yuxuda olduğumu düşüncəm... Sən hər zaman belə yaxşı idin? Yoxsa mən görmürdüm?"

"Görmək istəmirdin"

"Uşağa görə belə rəftar etdiyini bilirəm"

"Bunu bilməyin gözəl oldu... İndi mənim canımı sıxmadan çiyələklərini ye. Mən çıxıram otağa. Yuxarıda gözləyəcəm səni"

Yanımdan ayrıldığında çiyələklərə baxdım. Hər sey bunları istədim deyə olmadımı? Bəlkədə istəməsəydim Cahad yanımda olardı. Amma yada yox... Qorxaqların hər zaman qaçış yolu vardır... Cahad ən son gedəndə "Tez gələcəm, çiyələk qızım..." demişdi. Harda idin Cahad? Bəs tez gələcəkdin... Çiyələk qızına sözün vardı... Məni indi kiməsə möhtac qoymuşdun... Qəbullanmaq acı olsada belə idi. Mən kiminsə insafına qalmışdım artıq. Çiyələkləri tez yeyib bitirərək ayağa qalxdım. Başqa birinə görünmək istəmirdim daha. Yuxarı gəlib, otağıma çıxdım. Fəqan pəncərəni açmaqla məşğul idi.

"Otağa hava dəysin" deyib pərdəni kənara çəkdi. Otağa günəş şüası vurduğunda, əlimi gözümün qarşısına tutdum. Sevdiyim günəşdən qaçar olmuşdum... Oysa mən yayı çox sevərdim. İndi bir otağa kilitlənib qalmışdım.

"Bütün gün otaqda nə edəcəm mən?" deyərək çarpayıya uzandım. Fəqan yanıma gəlib başımın altında olan yastığımı düzəltməyə başladı.
"Mən başını qatmağa bir sey taparam" deyib yanıma oturdu.

"Məsələm nə?"

"Kitab oxuyuram, mahnıya qulaq asarıq, filmlər izləyərik. Maraqlı seylər öyrənərik"

"Sənin dərslər nə olacaq bunları etdiyimizdə?"

"Dərslərimi bir necə günlüyünə geri plana sala bilərəm. Onsuz sabah imtahanım var"

"Mənə görə dərslərindən geri qalma. Mən bütün gün yataram"

"Ayı olmaq istəyirsən başıma?"

"Ayı özünsən!"

"Yaxşı, yaxşı sən Maşaya oxşayırsan onsuz. Başa bəlasan"

"Həə düzdü bəlayam"

"Şirin bəlasan" deyə düzəliş verdi dediyinə. Məndə çox üstünə getmədim. Mən özüm ona yük olarkən, birdə kaprizli xasiyyətim ilə ona yük olmaq istəmirdim. Mənim hər kaprizimə dözən Cahad idi... "Yenə düşüncələrə daldın" dedi burnumu sıxaraq

"İndi hər sey çox başqa ola bilərdi..." dedim

"Sənə belə seyləri düşünməyidə yasaqlayıram"

"Beynim sözümə baxmır"

"Sən körpənin gələcəyini düşün"

"Fəqan... Ondan bir xəbər var?"

"Yoxdu. Nə də daha olacağını düşünmürəm"

"Sən onun başına bir iş gəldiyinə inanırdın. Nə dəyişdi?"

"Bir, iki dostu ilə danışdım... Onlara başqa bir şəhərdən bir ev tapmaqlarını falan istəyibmiş. Bu yetəri qədər açıqlayıcı bir seydir məncə"

"Mənlə gələcəyin xəyalın qurarkən, bir yandanda getməyimi düşünürmüş...? Mənə gələcəyini düşün deyirsən. Mənim gələcəyim onunla getdi... Mənidə körpəsinidə qoyub getdi. Məndə bir gələcək buraxmadı... Sənn... Sən olmasaydın, mən nə edəcəkdim?"

Verdiyim sual ortada böyük səssizlik yaratdı. Fəqan yanımdan ayağa qalxıb pəncərənin qarşısına keçdi. "Günəş..." dedi dilinin altında. Günəş nə?

"Adı Günəş olsun?"

"Nəyin?"

"Körpənin"

"Günəş qız adıdı"

"Biz qız olacağını ümüd edərək, ona Günəş deyək. Körpə, körpə deyirik. Onun adı olmalıdı məncə"

"Bu vəziyyətimdə ona ad fikirləşmək ağılımın ucundan belə keçməmişdi"

"Vəziyyətin düzəldi deyə, körpəni Günəşim deyə əzizləməyə nə deyirsən?"

"Oğlan olsa mən qoyacam adını"

"Çoxda həvəslənmə qız olacaq. İlkində qız olacağını hiss edir"

"Niyə qız?"

"Çünki biz hamımız oğlanıq. Bir prensesə sahib olmaq bizim haqqımız deyilmi?"

"Məntiqlidi... Ancaq yenədə dəqiq deyil. Üç ayın sonunda ümüdünüzün qırılmasını istəmirəm"

Fəqan belə danışaraq məndə qəribə istək yaratmışdı... Çiyələk qızın yerini, günəşim sözü əvəz etmişdi... O atasının çiyələk qızı idi... İndi isə bir anda günəş olmuşdu... Doğrusu, yad planetliyə yaraşacaq ad idi.
"Olsun..." dedim pəncərədən günəşə baxıb. Fəqanın üzündə getdikcə böyüməyə başlayan bir gülümsəmə yarandı. Gözünə düşən günəşə, gözlərini qısıb baxaraq "Bizimdə Günəşimiz belə işıq sacacaq" dedi. Xəyal etməsi belə içimdə kəpənək ucurtmuşdu. Əslində, o gün bağçada olan söhbətdən sonra körpəmi mənə sevdirən adam Fəqan olmuşdu. Ondan sonra dərindən fikirləşməyə başlamışdım...

***

Hava qaralmışdı. Fəqan bir film tapmışdı. Bizdə notebookda ona baxırdıq. Əyləncəli film olduğundan ara - sıra gülürdüm. Gülməyi unutduğumu sanmışdım...
Otağın qapısı döyüldüyündə, Fəqan filmi yarıda saxlayıb "Gəlin" dedi. Gəlin deyərkən? Qapı açıldığımda qarşımda Ramin ilə İlkini gördüm. Raminin əlində çəhrayı rəngdə ürəkli şarlar vardı. İlkinin əlində isə çəhrayı rəngli böyük bir mişqa.

"Bunlar mənim üçündürmü?" dedim

Fəqan gözlərini qırpıb "Bu hələ nədiki, sən daha gözəllərini görəcəksən" dedi. İlkin mişqanı mənə uzatdığında əlindən aldım. Təşəkkür etməyəcəyimi bilirdim. Bu gündən o sözü mənə yasaqlamışdılar. Ramində şarları mənə uzatdı. Onlarıda aldığımda yanıma oturdular. İlkin arxaya söykənib özünə yer edindiyində "Tək deyilsən Jasmin... Biz varıq..." dedi. Özümü ilk dəfə tək hiss etmədim... Gözüm yavaşdan dolmağa başladı. Bunu görən Ramin "Ahh bu lənətə gəlmiş hormonlar" dediyində hamımız güldük. Ancaq bu hormonlardan deyildi... Cahadın əksikliyindən idi... Yanımda var olsalarda, mən Cahad tərəfindən əksiy buraxılmışdım. Ağlamağa başladığımda Fəqan məni özünə tərəf çəkdi. Başımı sinəsinə basdırdım. Məni qucaqladığından sonra üstümdə kicik ağırlıq hiss etməyə başladım. Əvvəl İlkin, sonra Ramində qucaqladı bizi. Dördümüzün bir arada qucaqlaşdığını düşündüyümdə, əslində beş nəfər olduğumuzu xatırladım. Birdə Günəş vardı...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri