Çəhrayı Yalan (30-cu Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 1746
Səs ver:
(səs: 0)
3 ay sonra
Yatmaq istəsəmdə yuxudan ayılmalı idim. Bu gün körpəmi görməyə həkimə gedəcəkdik. Artıq dörd aylıq olmuşdu. Hələdə cinsiyyətin bilmirdik. Fəqan işindən icazə ala bilmədiyindən 3 ayında xəstəxanaya İlkin ilə getmişdim. Mənsiz cinsiyyətin öyrənmə dediyinə görə, həkimdən hec nə soruşmamışdım. Bu 3 ayda həyatım çox dəyişmişdi. Əvvəl ətrafım tək Cahaddan ibarət olsada, indi daha geniş idi. Qardaşların hec bilmədiyim tərəflərin görürdüm. Nəyinki qardaşlar, hətda Raminin nişanlısı Aynur, Rəvanədə mənə dəstək olurdu. Onlarla böyük ailə olmuşduq. Mənim qeydimə çox gözəl qalırdılar. Fəqan ilə evlənmişdim... Kağız üstündə bir evlilik olduğunu atamdan başqa hamısı bilirdi. Usağın əsl atasının Cahad olduğunudu bilirdilər. Bir tək atamdan gizlətmişdik. Onuda Fəqan mənə çətinlik yaranmasın deyə istəmişdi. Əslində evlənmiyimizi istəyəndə atam olmuşdu. Mənə 'Ya o uşağı aldıracaqsan, ya da Fəqanla evlənəcəksən' demişdi. Məndə məcbur qalıb boyun əyməli olmuşdum dediyinə. Beləcə Fəqanın həyatını məhv etmişdim. Hə, onun həyatını məhv etdiyimi düşünürdüm bu günki günə qədər. Onun həyatı başqa ola bilərdi. Amma indi isə düşünməli olduğu mən var idim. Bu evliliyin uzun olmayacağını bilirdim. Vaxtı çatanda ayrılacaqdım. Fəqanı azad buraxmaq lazım idi. Bəlkə O, gələcəkdə kimisə sevəcəkdi. Biz ayırı evə köçmüşdük. Üç otaqlı bir bina evinə yerləşmişdik. Buranı Mətanət xanım almışdı bizim üçün. Fəqan özüdə reklam şirkətlərinin birində işə düzəlmişdi. Univeristetlərin açılmağına az qalmışdı. Dərslər başlayanda necə çatdıracaqdı hec bilmirdim. Bu aralar hər seyi düşünən olmuşdum. Çarpayımdan ayağa qalxmağa çalışdığımda qapı döyüldü. "Gəl" dedim ayağa qalxıb. Qapını açıb gülər üzü ilə içəri daxil oldu. Onun üstündən görünürdüki çoxdan ayağa qalxıb. Mən isə hələdə pijmalarım ilə qalmışdım.

"Sabahın xeyir çilli. Səni ayıltmağa gəlmişdim. Görünən odu sən ayılmısan yuxudan"

"Həə, bu gün körpəmi görəcəm deyə tez ayıldım yuxudan. Sən nə vaxt ayılmısan?"

"Mən hec yatmamışamki"

"Nəyə görə?"

"Həyəcandan"

"Qəribəsən Fəqan. Və bu qəribəliyinə mənidə öyrəşdirirsən"

"Üstünü dəyiş gəl. Gözləyirəm səni"

Otaqdan çıxdıqdan sonra üstümü dəyişdim. Qarnım bir az hiss olunurdu. Onun böyüdüyünü görmək içimi oxşadırdı. Güzgü qarşısında dayanıb özümə baxdım. Yarım qalmış xəyallarıma rəğmən ayaqda qalmağa çalışırdım. Mənim yaşımda olanlar oxumağa hazırlaşırdı, mən isə ana olmağa... Amma hər seyə rəğmən onu çox sevirdim. O, mənim dünyam idi. Fəqanı daha çox gözlətmək istəməyib otaqdan çıxdım. Tək usmi müayinəsindən keçəcəkdim deyə, səhər yeməyi yedik. Sonra evdən çıxıb xəstəxanaya üz tutduq. Öz növbə sıramızı gözləməyə başladıq. Gözlədikcə həyəcanım artmağa başlamışdı. Əllərimi bir birinə keçirtmişdim. Fəqanında məndən geri qalan yanı yox idi. Bizim növbəmiz nəhayət gəlib çatmışdı. Həkim müayinə etməyə başladı. Hər seyin qaydasını olduğunu dedikdə içim rahatladı. Hər seyə inad, həyata tutunmuşdu. Fəqan diqqətlicə körpəyə baxırdı. Nə görə bilirdisə...
Üzündə olan məsum ifadəni gülücükləri tamamlayırdı. Onun qəmzəsi olduğunu bilirdiz? Sağ yanağı batırdı...

"Keçən dəfə cinsiyyətin öyrənmək istəməmişdiniz" deyə həkim danışdığında qəlbim daha sürətli döyünməyə başladı. Gözümü ayırmadan həkimə baxdım. Üzünün güldüyünü gördüyümdə "Təbrik edirəm, qızınız olacaq" dedi. Qızımız olacaqdı...
Gözüm Fəqana tərəf çevrildi. Üzünə böyük bir sevinc yayılmışdı. Sevincindən əlini dodaqlarının arasına aldı. Bu görüntüsü məni kövrəltdi. Amma bu gün pis olmaq yox idi. Mənim Günəşim olacaqdı... Onu xatırlmaq istəmirdim. Onun bu xoşbəxtliyimə kölgə salmasına icazə verməyəcəkdim...
Xəstəxanadan çıxıb, xəstəxananın həyətində yavaşca irəllədiyimizdə Fəqan əlini çiynimə qoyaraq məni özünə tərəf çəkdi. Nə olduğunu başa düşmək ona baxdığımda saniyələr sonra məni qucaqladığını gördüm. Ətrafda olan insanları düşünüb "Fəqan insanlar bizə baxır" dedim

"İnsanlar çoxda vecimə deyil mənim. Sən səni qucağıma alıb fırlatmadığıma dua elə. Məndə indi çox xoşbəxtəm. Günəşimiz gəlir" dedi

Ondan gülərək ayrıldım. Bu günki sevincimizdə qızıma borclu idik. İrəllədikcə Fəqan telefonun çıxartdı. Kimə zəng etdiyini görmək üçün telefona baxıb boylandım. İlkinə zəng edirdi. Bu xəbəri ilk onunla bölüşəcəkdi. İlkin zəngi açdığında "Təbrik edə bilərsən, prensesimiz gəlir" deyib güldü.

"Yaxşı sənədə salam. Mənim indi yadıma salam düşür?"

Deyəsən İlkin salam vermədiyindən şikayətlənmişdi. Bu qardaşların bu halına bəzən çox gülürdüm. Fəqan telefonu mənə uzadıb "İlkin sənlədə danışmaq istəyir" dedi. Telefonu əlindən alıb qulağıma yerləşdirib "Alo" dedim.

"Eşitdim qızımız gəlir. Təbrik edirəm. Ən xoşbəxt qız olacaq. Çünki onu bu qədər çox sevən əmiləri var"

"Çox sağ ol İlkin... Günəşdə sənə təşəkkür edir"

"Fəqan öz başına ad qoydu. Bizdən hec nə soruşan olmadı"

"Sən inşallah öz qızının adını qoyarsan"

"Tərpənə bilsəm olacaqda, tərpənmirəm hələ. Yaxşı mən sizi tutmayım. Bu gün sizə gələcəyik onsuz. Bu günü qeyd etmək üçün"

"Gözləyəcəm. Hələlik" deyib zəngi sonlandırdım.

"Nə deyirdi İlkin?"

"Deyir adını Fəqan qoyub. Bizdən hec nə soruşan olmadı"

"Pah belə çox ad qoymaq istəyir evlənsin. Öz uşağı olsun. Özü qoysun adını"

"Məndə onu dedim. Rəvanəni gözlədir" dediyimdə səhv bir sey dediyimin fərqinə vardım. Rəvanənin adını niyə çəkmişdimsə...

"Narahat olma... Mənim qəlbimdə Rəvanəyə qarşı sevgi qalmayıb. Onlar ikisi bir yerdə xoşbəxtdilər. Mən bu sevdadan əl çəkəli çox oldu" dedi

"Başa düşdüm... Sən işə gedirsən?"

"Həə səni evə qoyum sonra işə kecəcəm. Axşamada bizimkilər gələcək"

"Niyə əziyyət çəkirsən. Mən taksiyə minib gedərəm. Səndə vaxtını itirmiş olmarsan"

"Yox özüm aparıb qoyacam"

"Fəqan sanki birinci dəfədi tək harasa gedib gəlirəm. Bu necə sahiblənməkdi?"

"Yaxşı... Necə istəyirsənsə elə olsun" deyib üzünü asdı. Üzünü asmağı yola gələcəyim mənasına gəlmirdi. Tək gedə bilərdim evə. Bir taksiyə mindirdikdən sonra yola düşdüm. Evə gedib yatmaq istəyirdim. Günortadan sonrada İlkin gələcəkdi. Məni tək buraxmağı sevmirdilər. Daha doğrusu iş görməyə qoymadıqlarından daima başımda adam olurdu. Çox sevdiklərindən etsələrdə bəzən bu hala sıxılırdım. Nəysə bunları düşünməyin vaxtı deyildi. Mən qızımın gəlişinə sevinməli idim.
Evə gəlib çatdığımda yemək yedim. Sonra üstümü dəyişdirib çarpayıma uzandım. Gözümü yumduğum kimidə yuxuya daldım...

***

İlkin çoxdan gəlmişdi. Mətbəxə keçib yemək hazırlamağa çalışırdıq. Çalışırdıq çünki mənə icazə verən yox idi! Hər işidə İlkin çatdıra bilməzdi. Məni stolun birində otuzdurub bir sey etməyimə icazə vermirdi

"İlkin hec olmaya tərəvəzləri ver oturduğum yerdə doğrayım" dedim

"İncimə verə bilmərəm"

"Niyədə niyə?!"

"Fəqan bilsəki sənə iş gördütdürmüşəm öldürər məni"

"Fəqan hardan biləcək? Doğradığım tərəvəzlərin üstündə 'Bunları Jasmin doğrayıb' deyə yazılmayacaqki!"

"Mən işimi etibarlı tuturam. Birdən yazılıb edər. Sonra işə keçməyim"

"İlkin! Tez mənə o tərəvəzləri verirsən doğrayıram. Mən hamiləyəm, hamilə. Xəstə deyiləm! Mənə xəstə imişəm kimi davranırsız"

"Xəstə kimi davranmırıq. Qeydinə qalırıq"

"Mən hələ 4 ayımdayam. Bunun 6, 7 ayı var... Onda nə edəcəksiz siz?!"

"Onda sənin yerinədə yeməyi biz yeyəcəyik. Sən yorularsan"

"Siz məni bu gedişlə dəli edəcəksiz!"

Əsəbdən qollarımı sinəmdə birləşdirdim. Bunlar düzələn deyildi. Bu qədəridə çox idi...
İlkin işini bitirər bitirməz Fəqan gəldi. Qapını açarla açmaq qaydası hələdə qüvvədə idi. Əlindəki şokaladlı tortu gördüyümdə göz bəbəklərim böyüdü. Tortu masaya yerləşdirib İlkin ilə görüşdüklərindən sonra ilk sözü "Çilli bir iş görüb?" deməyi oldu. Tərs - tərs baxdım ona. Bu gündən sonra bir çay dəmləməyim var idisə, onuda edə bilməyəcəkdim!

"Yox Fəqan pomidorlara qədər özüm doğradım. Bir ara mənə qarşı çıxmaq istədi. Amma mənsə olmaz dedim. Əmr böyük yerdəndi" dedi

Dəqiq dəli idilər! Dəqiq idi! Təsiq edirəm dəli olduqlarını!

"Nə halınız varsa görün!" deyərək ayağa qalxdım. "Sənə əsəbləşmək olmaz" deyə Fəqan ardımca gəlib otağa keçdi.

"Niyə bir sey etməyə icazə vermirsiz? Əlimə yapışıb qalmaz!" dedim

"Həkim sənə iş görməyi qadağan etmişdi"

"Onu təzə olanda demişdi. İndiki hər sey qaydasındadı"

"Ya nəsə olsa yenə? Mən bunu gözə almaq istəmirəm"

"Olmaz Fəqan, olmaz... Bir az rahat ol. Bizə hec nə olan deyil"

"Rahat ola bilmirəm... Düşünməli olduğum iki insan var. Məndən rahat olmağımı gözləmə"

"Hec olmaya süfrəni özüm hazırlayım"

"Yaranmış bu vəziyyətdən istifadə etməyə çalışma"

"Evə adam gəlir, qoy düzgün olsun süfrə. Nə olar, nə olar, nə olar"

"Birdə nə olar sözün işlətsən özümü atacam pəncərədən aşağı"

"İcazə verirsən onda?"

"Olar. Amma ağır seyləri özüm yerləşdirəcəm süfrəyə"

"Yess gedək indi iş başına"

Sevinərək otaqdan çıxıb süfrəni hazırlamağa başladım. Harda olsa bir azdan hamısı gələrdi. Süfrəni hazırladıqdan sonra bizimkilərdə gəlmişdi. Hamısı mənə hədiyyə almışdı. Masa arxasına keçib yeməkləri yemişdik. Sonrasında Fəqanın aldığı tortala çay içmişdik. Qəribə bir şəkildə özümü həm hüzurlu həmdə hüzursuz hiss edirdim. Qızım ailəyə yeni bir sevinc gətirmişdi. Hər kəs yanımda idi. Ancaq mən yenədə bir yerdə onun tərəfdən qalan boşluğu hiss edirdim. Hamısı öz arasında deyib gülsədə mənim fikirim bir adamın yanında idi. Və bunuda Fəqanın hiss etdiyini çox gözəl bilirdim. Raminlə Aynur evlənmək üçün gün almışdı. Yaxında toyları olacaqdı. Rəvanədə altdan - altdan İlkinə baxış atmışdı. İllərdi sevgili idilər. İrəli bir addım atmalı idilər məncədə. Gecəyə qədər oturub getmişdilər. Biz yenə Fəqanla tək qalmışdıq. Günün sonun müzakirə etməyi səbirsizliklə gözləyirdim. Hər dəfə belə olardı. Günümüzün necə keçdiyini bir birimizə danışardıq. Otağımda çarpayımda oturmuşdum. Fəqanda aşağı çöküb dizimin dibində otururaq mənə baxırdı

"Səni çox sıxdığımızı bilirəm" dedi

"Amma hamısı səni çox istədiyimizdən irəli gəlir" deyə sözünə davam etdi.

"Bilirəm... Siz olmasanız mən ayaqda qala bilməzdim"

"Hələdə onu düşünürsən hə?"

"Yadımdan çıxmadığı gün yoxdu. Hər xoşbəxt olduğum an yenə ağılıma gəlir. Onu xatırlayıram"

Başını aşağı saldı. Onu unuda bilməzdim... Biz bəzi həqiqətləri özümüz özümüzdən gizlədirdik. Günəşin atası Cahad idi... Fəqan ona atalıq etmək istəyirdi... Bu sona qədər davam edəcəkdimi bilmirdim. Oda bezərdi... Bəzər deyə düşünürdüm. Bu qədər çətin yükü öz öhdəsinə götürmüşdü. Çətin idi... Bu çətinliyin altında qalmaqdan qorxurdum. Fəqan hec vaxt körpəmi hiss etməmişdi. Hər zaman görürdüm gözü bətnimdə olurdu... Amma icazə alıb ona toxuna bilmirdi... Bu, bu çox acı bir sey idi. Mənimdə cəsarətim yox idi bir sey deməyə. Cahad ona toxunduqdan sonra ortalıqdan yoxa çıxmışdı... Mənə çox çətin idi... Qızımın ata sevgisinə ehtiyyacı vardı. O sevgini indidən hiss etməli idi. Mən isə onu məhrum buraxırdım. Gözümün yaşardığının fərqinə vardım. İndi etməsəydim, birdə etməyə cəsarətim olmazdı.

"Günəşə toxunmaq istəyirsən?" dedim

Yerə saldığı başını anidən qalıdırdı. Gözünün içi parlıldadı...

"İcazə verərsənki?" deyə çəkinərək soruşdu.

"Günəşin sevgiyə ehtiyyacı var. Onu bu sevgidən uzaq tuta bilmərəm" dedim

Diz qapaqlarını yerə qoyub bir az dikəldi. Əlini qaldırıb mənə yaxınlaşdıraraq "Günəşi hiss etmək istəyirəm..." dedi. Əlini bir az hiss edilən qarnıma yerləşdirdi. Üzündəki təbəssüm gah gəlirdi, gah yox olurdu... Gözümdəki yaş yanağıma düşməsin deyə başımı qalıdırıb tavana baxdım. Fəqanın əli hələdə bətnimin üstündə idi. Əlimin birini əlinin üstünə yerləşdirdim. Ən son bunu etdikdə Cahad getmişdi... Fəqan getməzdi hə?
Əlini bətnimdən çəkdiyini hiss etdiyimdə aşağıya baxdım. Hər iki əlini belimə yerləşdirdi. Mənə çox yaxın dayandığını hiss etdiyimdə, başını qarşıya gətirib bətnimin üstünə bir öpücük buraxdı. Günəşi öpmüşdü...

"Günəş..." deyə sakit səslə mırıldanıb təkrar öpdüyündə, gözümdən bir damla yaş yanağıma axdı.

"Məni eşit balaca... Mən səni çox sevirəm... Səni sevirəm Günəş" dedi

Sonra başını qaldırıb mənə baxaraq ayağa qalxdı. Əlini çənəmə yerləşdirib, düz gözümün içinə baxdı. Sonra baxışları aşağıya çevrildi. Dodaqlarıma baxdığını düşüdüm... Amma məni yanıltdı... Çənəmlə dodağımın arasında olan çuxura kicik bir öpüş qondurdu. Belə bir öpüş ilk dəfə idi başıma gəlirdi...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri