Çəhrayı Yalan (31-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 3 809
Səs ver:
(səs: 1)
Fəqanın dilindən

Bizim hekayəmiz ona bu evin qapısını açmağımla başladı. Qapı açmağı sevməyən mən ilk dəfə ona qapı açdım. Bizdə adət idi. Hər kəs evin açarını öz üstündə gəzdirərdi...
Səmimi bir qız olduğundan mənlə danışmağa can atırdı. Mən isə danışmamaqda israrlı idim. Saf olduğu üçün üstünədə çox gedə bilmirdim. Dizinin qanadığı gün, içimdəki vicdan mənə geri qayıtmağı demişdi. 'Vecimə deyil' deyib özümü aldatsamda vecimə olmuşdu. İlk o gün başa düşdüm. Jasminin, Cahada qarşı olan hisslərini... Cahad bizdən fərqli olduğundan ona öyrəşməsini normal hal sayırdım. Mən qardaşımın pisliyini istəmirdim. Onunda Jasminə qarşı boş olmadığını görürdüm. Hər dəfə onunla bir araya düşdükdə, mənə Jasmindən bəhs edirdi. Eyni ilə mənim Rəvanəyə qarşı hiss etdiyim duyğuları oda Jasminə qarşı bəsləməyə başlamışdı. Məndə bunun üçün Jasminlə aramda sərhəd yerləşdirməyə başladım. Bu çoxda alınmırdı...
Hələ mənim qulaqcığımı qırdığı günü demirəm. Qulaqcığımı qırdığı üçün ona çox əsəbləşmişdim. Amma indi isə qulaqcıqdan çox istifadə etmirdim. Jasmin qulaqcığı məndən soyutmuşdu...

İndi fikirim ancaq Jasmində, birdə dünyaya göz açacaq Günəşdə idi. Onu qızım deyə əzizləmək istəsəmdə bu istəyim hələdə yerinə yetməmişdi. Məni saxlayan bir sey vardı. Cahad... Qəbul etmək çətin olsada Günəş, Cahadın qızı idi. Jasmin Cahadı hələdə sevərkən mən ona qızım kəliməsini deyə bilmirdim. Qorxurdum... Jasmin Cahadın yerinə keçmək istədiyimi, düşünər deyə qorxub irəli bir hərəkət etmirdim. Çox sevirsən, amma istədiyin vaxt əlin çatmır... Bu başıma gəlmiş olan ən pis sey idi. İstədiyim vaxt Günəşə toxuna bilmirdim. Qorxaqca hərəkət edirdim...
Onu bu qədər çox sevəcəyimi bilməzdim. Tək sevənin mən olmadığınıda bilirdim. İlkində, Ramində ən az mənim qədər sevirdilər Günəşi. Doğulmamış uşağı bu qədər çox sevməkmi? Hə, biz sevirdik...

Bu gün günlərdən Raminin toy günü idi. Onun adına sevinirdim. Amma bir tərəfimdə Cahadı fikirləşdiyindən qarışıq hisslər içində qalmışdım. Onsuz toy etmək fikiri məni narahat etmişdi. Halbuki, Jasminlə evlənəndə özüm olmuşdum. Belə olmasını biz istəmədik... Cahad bizə başqa secənək şans buraxmadığı üçün belə oldu. Əgərki onun haqqında kicik bir ip ucu olmuş olsaydı, mən Jasminlə evlənməzdim. Cahadın yolun gözləyirdim. Olmadı... Olmadığı üçündə onunla evləndim. Mən gələcəyimi belə xəyal etməmişdim. Ancaq gələcək hec də biz düşündüyümüz kimi olmurmuş...
Qara rəngli kostuyumu qara rəngli köynəklə tamamlamışdım. Belə mafia hekayələrinin içindən gəlmiş adama bənzəsəmdə yaraşdığını düşünürdüm. Növbə Jasmini görməkdə idi. Səhər qızlarla evdən çıxan idi. Səs küydən gəldiyini bir az eşitsəmdə, geyindiyim üçün onu hələdə görməmişdim. Üstümə qəhvə qoxulu ətirimi sıxıb otağımdan çıxdım. Yuxarı mərtəbədən aşağı baxdığımda aşağıda olan təlaşı gördüm. Anam gah mətbəxə girir çıxır. Gahda İlkinin yaxasını düzəldirdi. Aynur toyu bir şadlıqda olmasını istəmədiyi üçün, toy bizim evin bağçasında olacaqdı. Bağça çox gözəl bəzədilmişdi. Səhərdən bağçanı bəzəməklə məşğul idim. Sentayabr ayının son günlərini yaşasaqda günəş çıxmışdı. Buna bəxt deyərdim mən. Gözlərimi aşağıdan çəkib Jasminin otağına tərəf irəllədim. Qapı kənarında dayanıb qapını döydüm. Yanlış bir vaxtda içəri girmək istəməzdim...

"Gələ bilərsən" sözünü eşitdiyimdə qapını açdım. Qapını açar açmaz güzgüdə özünə baxan Jasmini gördüm. İrəli bir adım atıb gözümü ondan hec çəkmədən qapını bağladım. Mənim kimi qara geyinəcəyini hec düşünməmişdim. Bir birimizi tamamlamışdıq...

Qızlarla bərabər alış verişə çıxdığından aldığı palatarı mənə hec göstərməmişdi. Qolları incə asqıdan ibarət idi. Sinə hissəsindən aşağı kloş ətək açılırdı. Gözüm dizinə taxıldı. Dizindən çox yuxarı dayanmışdı. Qısaca biz buna qısa deyək. Gözlərimi dizlərindən çəkdiyimdə nəyə baxdığıma fikir vermiş olacaqki "Alanda belə deyildi... Günəşin bu qədər tez böyüyəcəyini hesaba qatmamışdım" dedi. Yanına tərəf addımlayıb qarşısına keçib dayandım. İlk dəfə idi sacları düz idi. Qıvırcıq qalsın desəmdə sözümə qulaq asmamışdı. Üzündə az deyilə biləcək qədər makiyaj vardı. Ön plana kiprikləri ilə dodaqları çıxmışdı. Dodaqları qırmızı rəngli dodaq boyası vardı. Sözün düzün desəm bu günün ən gözəl qızı net Jasmin idi...

"Bir sey demədin" dedi

"Bir az qısa olub. Amma yanında mən olduğum üçün problem yoxdu"

"Sevindim buna"

"Gözəl olmusan..." dedim. Hamilə qadına gözəl olmusan sözünü demək, ona dünyaları bəxş etmək kimi bir sey idi.

"Təşəkkür... Səndə yaraşıqlı olmusan. Hətda biz dəst geyinmiş sayılırıq"

"Səni ilk gördüyümdə buna fikir verdim. Sən məndən oğurlamısan bu fikiri"

"Mən niyə, sən oğurlamısan! Geyinməsəydin qara"

"Çox gözəlsən..." dedim yenidən. Onu ancaq belə susdura bilərdim.

"Bunu az əvvəl demişdin"

"Bu sözü bu gün məndən bütün gecə eşidəcəksən"

"Oo qulaqlarım bayram edəcək"

"Mən bayram sevmərəm amma"

"Sən hec! Amma mən sənə şəkərburanı sevdirəcəm"

"Söhbətin gəlib çıxdığı nöqtəyə bax" deyib güldüm. Gülərkən gözüm geyindiyi ayaqqabılara sataşdı. Qırmızı rəngli, ipli şəkildə qalın dikdaban ayaqqabı geyinmişdim. İndi boyunun niyə hündür gördüyünü başa düşdüm.

"Bu nə ayaqqabılardı?" dedim
"Ayaqqabısız gəzim?!"
"Çox hündürdü. Dəyiş"
"Bu palatara ancaq bu gedir. Dəyişməyəcəm"
"Sən hamiləsən. Belə ayaqqabı geyinməyin düzgün deyil"
"Fəqan 9 ayımda deyiləm. 5 ayımdayam! Qarışma ayaqqabıma"
"Belə edirik, toyun başlağıcında geyinirsən sonrada çıxardırsan. Razılaşırsan?"
"Razılaşmasam nə edəssən?!"
"Toyun ortasında ayaqqabısız qalmış olacaqsan!"
"Off! Yaxşı... Onsuzda çox hündürdə qalmağı bacarmıram"
"Bəs onda mənlə nəyin davasın edirsən?"
"Sınaqdan keçirdirdim səni"
"Keçdim sınaqdan?"
"Keçdin"
"Gedəkmi? Bir azdan başlayacaq toy"
"İlkin sənə bir seylər dedimi?"
"Nə haqqında"
"Rəvanə haqqında"
"Yox. Nə deməli idiki?"
"İlkin toyun sonunda Rəvanəyə evlənmək təklif edəcək. Bizdən başqa hamı xoşbəxtdi"
"Xoşbəxt hiss etmirsən özünü?"
"O mənada demədim... Yəni hər kəs öz sevdiyi insan ilə evlənir. Biz isə məcburiyyətdə qaldıq. Səni qurban etmiş kimi oldum. Sənində haqqın idi birini sevib evlənmək"
"Fərqindəsənsə sənə sahib çıxmaq istəyən özüm oldum. Sən məni hec nəyə məcbur etmədim. Xahis edirəm bu xoş günümüzü korlama. Mənə onların hec biri lazım deyil. Mən belədə xoşbəxtəm"

Susdu. Bu mövzuları hər açdığında incidirdi məni. Qəsdən etmirdi. Amma mən yenədə inciyirdim...

Toy öz axarı ilə davam edirdi. Qardaşımı xoşbəxt görmək mənidə xoşbəxt edirdi. Hava qaralmağa doğru gedirdi. Mən Jasminin yanında hec tanımadığım qohumlarım ilə eyni masada oturmuşdum. Əvvəldən qohumlara qaynayıb qarışmadığımdan hec biri ilə yaxından tanışlığım yox idi. Ona görədə məndən hec nə soruşa bilmirdilər. Birdən birə evlənmək və ata olmaq qulaqlarına xoş gəlməmişdi... Aralarında Cahadıda soruşan olmuşdu... Cahad xarici ölkəyə gedib deyərək keçirmişdik. Jasminin isə bu suallardan sıxıldığını hiss edirdim. Ümümiyyətcə darıxırdı... Cahadı arzuladığını bilirdim. Onun pis olmasını istəmirdim. Amma bəzən əlimdən həqiqətən hec nə gəlmirdi. Özümü bir hec sayıb ona yaxın davaranırdım. Oysa bu işin sonunda ən böyük ziyanı özümün çəkəcəyini bilirdim. Bir gün Cahad qayıtmış olsaydı nə olacaqdı? Mən yenə eyni seyi yaşamaqdan qorxurdum. İlkin ilə Rəvanədən aldığım zərbəni birdə Cahad ilə Jasmindən almaq istəməzdim...

Belə düşünsəmdə hisslərimlə bacara bilmirdim. Jasmindən uzaq durmağı bacarmırdım. Mənim işim sadecə qızına atalıq etmək olacaqdı... Digər hisslərə aramızda yer yox idi. Mən ona qarşı günü gündən artan hisslərimi basdırmağa çalışırdım. Bacarsamda, bacarmasamda bu idi...
Yanımda oturan Jasminin qulağına "Qalx ayağa ayaqqabını dəyişməyə gedək" deyə pıçıldadım.

"Hələ tezdi"

"Tez deyil"

"Tezdi"

"Söz güləşdirməyə xoşun gəlir?!"

"Səninlə həə"

"Əlimi indi sənə uzadacam səndə tutacaqsan"

Üz gözünü asdığını gördüyümdə ayağa qalxıb əlimi ona uzatdım. Gözlərini oynadıb əlimdən tutaraq ayağa qalxdı. Bağçadan keçib evə tərəf irəllədik. Hələdə əlləri əlimdə idi. O çəkmədikcə mən geriyə adım atmayacaqdım.

"Toy gözəl keçir hə?" dedi

"Gözəldi. Amma sənin qədər deyil"

"Daha nə qədər mənə gözəl deməyi düşünürsən"

"Gözəlsən "dediyimdə evin qapısının yanına çatdıq. İçəri daxil olduq. Ayaqqabısını çıxartmaq üçün əyildiyinu gördüyümdə "Dayan" dedim. Özüm aşağı əyilib ayaqqabısının birin çıxartmağa başladım. İkinci ayaqqabısını çıxartdığımdan sonra səhər geyindiyi ağ rəngli ketilərini geyindirməyə başladım. Səssizliyini gördüyümdə "Dilinimi uddun" dedim

"Bu ayaqqabılar bu paltara olmadı. İndi mən yenədə gözəlləmmi?"

"İndi daha çox gözəl oldun. Həm belə yaxşı oldu"

"Nəyə görə?"

Ayağa qalxıb dizinin boyun işarət etdim. Bir az uzun olmuşdu paltaranın boyu.

"Səni çox bilmiş. Buna görəmi istəyirdin ayaqqabımı dəyişdirməyi"

"Hec ağılımın ucundan keçməmişdi. Amma belədə pis olmadı"

Bunu dediyimdə yuxarıdan qulağıma gələn gülüş səsləri ilə başımı o tərəfə çevirdim. İlkin ilə Rəvanə gülərək aşağı düşürdülər. Jasmin "Siz nə gəzirdiz yuxarıda?" deyə çoxbilmişcəsinə soruşdu. Hec belə sey sorusular? Hər ikisinin üzünün qızardığını gördüyümdə "Dərs oxuyurdular yəqin" dedim.
"Sey.. Biz sey edirdik" deyə Rəvanə əl ayağa düşdüyündə, Jasmin yenə onlardan əl çəkməyib "Nə edirdiz?" dedi. İnsanların bu qədər özəlinə niyə maraqlı idi? Əlindən tutub onu özümə tərəf çəkərək "Gəl biz gedək" dedim. Yanaqlarını şişirtməyə başladığında "Şişirtmə o yanaqları elə" dedim

"Şişirdəcəm!"deyərək əlini əlimdən ayırıb evdən çıxdı. Məndə ardıyca çıxıb "Məni gözlə" dedim

"Nə gözəl əylənəcəkdim onlarla niyə araya girdinki"

"Belə seylə əylənmək olmaz"

"Off! Mənə nə, mənə nəə mən əylənəcəkdim"

"Başımın ətin yemə"

"Sən mənə çox danışan deyirsən?!"

"Sən əvvəldən çox danışan qız olmusan. Səni susdurmağı bacara bilmərəm mən"

"Yaxşı. Düş qabağıma onda"

"Baş üstə rəis"

Jasminin dilindən davam

Bağçaya daxil olduğumuzda bir çox insanı ortalıqda dans edən gördüm. Çiynimə nazikcə toxunan əl ilə arxama doğru çevrildiyimdə Fəqan "Dans edərsən mənimlə?" dedi. Hec vaxt dans etməmişdim...

"Sey... Mən dans etməyi bacarmıram"

"Necə yəni bacarmıram. Bu vaxta qədər dans etməmisən?"

"Yox"

"Onda ilk dansını mənimlə edərsən?"

"Edərəm" deyə təbəssümlə danışdım. Qulağıma həzin xarici dilində gələn musiqi səsi ilə dans etməkmi? İnsanların içinə qarışdığımızda Fəqan əlini mənə uzatdı. Hamı kimi dans edəcəyimizi düşündüyümdə əksinə oldu. Fəqan əlimdən tutub əlimi çiyninə yerləşdirdi. Sonra əli ilə belimdən tutub məni özünə tərəf çəkdi. Boşda qalan digər əlimidə öz ürəyinin üstünə gətirib, əlini əlimin üstünə qoydu. Boyum onun yanında balaca qaldığından başımı qalıdırıb ona baxdım. Sağa - sola gedərək yavaşca hərəkət edirdik. Günəşə görə nazik davrandığını bilirdim. Hiss etdiyim qəhvə qoxusu ilə burnumu çəkdim. Bunu hiss etdiyində "Qəhvə qoxusunu sevdiyini düşünürdüm" dedi

"Sevirəm" dedim, qoxusunu bir daha içimə içərək. Başını daha aşağı əyib nəfəsini üzümə verdiyində "İnsanlar bizə baxır" dedim.

"İnsanların çoxda vecimə olmadığını bilirsən"

"Yenədə düzgün deyil"

"Mən Günəşə daha yaxın olmaq istəyirəm. Uzaq qalaraq ona yaxın ola bilmərəm"

"Bunu insanlar bilmir"

"Mən insan falan sevmirəm"

"Sən əvvələr mənidə sevməzdin" dedim keçmişimizi xatırlayıb. Onun vecinə deyildim əvvələr mən. Bunu unuda bilməzdik. Başını sağ qulağım tərəfə əyib, dodaqlarının istisini qulağıma verdi. "Sənə bir etiraf edə bilərəm?" deyə eşidə biləcəyim bir tonda danışdı.

"Edə bilərsən" dedim

"Başımı döndürəcək qədər gözəlsən..." dedi

Cümləsi ürəyimin ritmini dəyişdirdi. Bunu hər dəfə edirdi... Nə deyəcəyimi bilmədiyim üçün kəsilən mahnı məni bu işdən xilas etdi.

"Mahnı bitdi. Yerimizə keçək? Günəşdə yoruldu" dedim. Bir növ qaçırdım. Ondan və sözlərindən...

Masamıza keçib əyləşdik. Hava artıq qaralmışdı. Küləy əsməyə başlamışdı. Sentyabrın son günləri üçün nazik asqılı platya secmişdim. Bu səbəbdən üşüməyə başladım. Axı soyuğu sevməyən biri üçün bu paltar niyə? Milli musiqilərimizdən çalındığında orta nəsil oynamağa başlamışdı. Mənimdə gözüm onların üstündə idi. Gülərək onları seyr edirdim. Ortaya Aynur ilə Ramində gəldi. Aynur qabarıq olamayan sadə gəlinlik modeli secmişdi. Mən olsaydım prenses modeli bir seylər secərdim. Ki, bu hec vaxtda alınmayacaqdı. Bunun fikirinə daldığımda çiyinlərimdə bir hərəkətlilik hiss etdim. Başımı sol tərəfə çevirdiyimdə başımın üstündə dayanan Fəqanı gördüm. Öz pencəyini mənim üstümə atmışdı.

"Üşüdüyünü bilirəm" dedi

Pencəyi sıxca özümə tərəf çəkdim. Yanıma keçib oturduğunda bu dəfə mən ona tərəf yaxınlaşdım. Qulağına tərəf əyilərək "Qəhvə qoxusu başımı döndürəcək qədər gözəldi" dedim. Üzündə gülücüklər açdı...

"Gedəkmi?" dedi

"Hara?"

"Mən Günəşi qucaqlamaq istəyirəm"

"Günəşi bəhanə edirsən məncə"

"Gəlmirsən?"

"Gəlirəm"

Aramızda olan bu dialoq özümə qəribə gəldi. Hər sey qəribə idi. Amma mən Fəqana yox deməyi bacarmırdım. Ordan ayrılıb evə keçdik. Otağa girdiyimizdə qapını bağladı. Eləcə baxdım ona... İndi nə olacaqdı? Mənə yaxınlaşıb əlini şişmiş qarnıma toxundurdu. Bunu tez - tez etməzdi...

"Bir gün... Bir gün Cahad qayıtmış olsa. Məni atıb gedəcəksənmi?" dedi

Niyə belə sual vermişdi mənə? Nə vadar etmişdi onu belə danışmağa...

"Rəvanə ilə İlkinin sənə yaşatdığı seyi mənə sənə yaşatmaram. Səni eyni yerdən vurmaram... Sənin kimi insana o haqqsızlığı etmərəm. Sən dərsə gedirsən, dərsdən çıxıb işə gedirsən. Sonra evə gəlirsən. Yorulursan... Amma buna rəğmən yenə bütün günü mənim nazımla oynayırsan. Hec bezmirsən... Mən artıq yanımda mənə yaxşı gələcək insanların var olmasını istəyirəm. Məni atıb gedənlərin deyil"

Ardından Fəqana baxdım. Özümdə güc toplayıb, "Amma... Amma mən, bir adam mənə yaxşı davrandı deyə ona aşiq olmaram" dedim

Bölüm sonu
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri