Çəhrayı Yalan (32-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 3 295
Səs ver:
(səs: 0)
(3 il, 5 ay sonra)
Hazırladığım səhər süfrəsinə bir daha baxdım. Nəsə əksiy olsun istəməzdim. Günəşin səhər yeməyinə Fəqan çox diqqət edərdi deyə. İndi onları yuxudan oyandırmaq üçün otağa gedirdim. Günəş çoxbilmiş uşaq olduğundan Fəqan, O ayılmamışdan əvvəl bizim yatdığımız otağa gəlirdi. Valideyinlər bərabər yatardı axı...

Otağımıza keçdim. Çarpayımıza yaxınlaşdım. Günəş başını Fəqanın sinəsinə qoymuşdu. Fəqanda onu möhkəmcə qucaqlamışdı. Hər səhərimi bu mənzərə ilə açırdım. Fəqan Günəşə çox gözəl ata olmuşdu. Öz qızı olsa ancaq bu qədər çox sevə bilərdi. Aşağı əyilib qızıma baxdım. Ona bənzəyirdi...
Hər seyi ilə ona bənzəyirdi. Qalın dodaqları, kicik burnu, almaya bənzərə yanaqları... Ən əsası isə uzun kiprikləri...
Ona bənzədiyi üçün onu daima xatırlayırdım. Unutmaq olmurdu... Hər qızımın üzünə baxdığımda onu görürdüm. Bu çox acı verirdi mənə. Xoşbəxtliyim boğazımda qalmışdı...
Ən son Raminin toyunda Fəqan ilə danışdığımızdan sonra Fəqanla aramıza bir sərhəd qoymuşduq. Fəqan yaxşı insan idi. Yaxşı ata idi... Amma mənə bir həyat yoldaşı ola bilməzdi. Günəş doğulduqdan sonra vaxtını ancaq ona sərf edib onunla maraqlanırdı. Beləcə bir birimizə çoxda vaxt ayırmırdıq. Amma hər zaman mənə hər seydə tam dəstək olurdu. Həm ana olmaq, həmdə oxumaq çətin iş idi. Aruzumu reallaşdırmağa kömək etmişdi mənə. Coğrafiya müəlliməsi olacaqdım. İndi ikinci kursda idim. Fəqan öz ixtisasında iş tapa bilməmişdi hələ. Ona görə reklam şirkətində işləməyə davam edirdi. Hətda yaxşı yerlərə belə gəlmişdi. Birimiz işdə birimiz univeristetdə olduğunda Günəşi Mətanət xanıma əmanət edirdik. Rəvanədə baxırdı bizim qıza. İlkin ilə 1 il idi evlənmişdilər. 3 aylıqda hamilə idi. Raminlə Aynurunda Onur adında iki yaşlı oğulları vardı. Həyatımızı yaşayıb gedirdik. Ürəyimizdə onun yeri qalsada...
Qızımın üzünü oxşmağa başlayıb "Qızım... Günəşim..." dedim. Günəş ayılmasada mənim səsimə Fəqan gözlərini açmağa başladı.
"Jasmin" deyə adımı mırıldandı.

"Süfrə hazırdı. Yuxudan ayılmaq vaxtıdı" dedim

Üzünə təbəssüm gətirib gözlərini aşağı əyərək Günəşi göstərdi. "Prenses xanımı oyatmaq olmaz" dedi

"Oyanmalıdı"

"Bir azda yataq oyanarıq. Mən qıya bilmərəm ona"

"Evdən tez çıxmalıyıq. Bu gün bizimkilər gilə gedəcəyimizi unutma"

"Həə bir bazar günümüz var onuda onlara gedək. Mən qızımla vaxt keçirmək istəyirəm"

"Qızında Onurla oynamaq istəyir"

"Mənə Onur demə. Günəşi görən kimi qucaqlayır"

"Allah, Allah. Onun iki yaşı var. Balacadı hələ. Gör kimi kimdən qısqanırsan"

"Oda balacalığını bilsin onda"

"Dəhşətsən Fəqan! Qalxırsız tez ayağa"

Gözlərimi ağartdığımı gördüyündə Günəşin saclarına sığal çəlib alınından öpdü. Hər səhər belə oyandırdı bizim bu nazlı qızı. Bu qızı nazlı böyüdən Fəqan idi. Günəş ayılamağa başladı. Ayılan kimidə ilk Fəqanı öpdü.

"Bəs ana? Anaya öpücük yoxdu?" dedim

Gözlərini ovuşdurmağa başlayıb Fəqanı boynundan qucaqladı. Güldüyünü hiss edə bilirdim. Fəqanda dayanmadan boynuna sacına öpücük qondururdu. Ona verə bilinəcək ən gözəl sevgini yaşadırdı...

"Var. Sənidə öpəcəm" deyərək Fəqanın üstündən qalxdı. Yuxulu şəkildə ayağa qalxmağa çalışdığında onu qucağıma aldım.
"Anasının şokaladlı çörəyi" deyib öpdüm. Oda məni öpməyə başladı.

"Siz əlinizi üzünüzü yumağa gedirsiz. Məndə mətbəxə keçirəm. Geri qayıdıb yatdığınızı görsəm sizə yemək verməyəcəm" dedim

Masa arxasına əyləşib yeməyimizi yeməyə başladıq. Günəş yenə içdiyi süd bardağını bilərək dodaqlarına qədər gətirirdi. Dodaqlarının üstündə bığ yaradırdı. Sonrada buna gülərdi. Təbiki bizimdə ona qoşulub gülməyimiz şərt idi. Fəqan çörəyə bal, yağ yaxıb öz əlləri ilə Günəşə yedizdirməyə başladı. Bir az ara qatmaqdan ziyan gəlməzdi.

"Kraliçə xanım dünya sizə gözəldi. Atanın əllərindən bal çörəkdə yeyirsən. Ananı hec düşünmürsən" dedim

Dodaqlarını qarşıya verib, əllərini Fəqana tərəf uzatdı. Çənə altına qıdıqlamış formada toxunmağa başlayıb "Ata məni nə qədər çox sevirsən?" dedi. Mən nə danışırdım bu xanım nə deyirdi. 3 yaşı olmasına baxmayaraq səlis danışmağı öyrənmişdi. Qız uşaqları daha cəld olur deyəndə inanmırdım. Günəş isə buna sübut olmuşdu

"Dünya boyda"

"Məndə səni"

"Nənə gilə gedirik. Onlara gedəndə Onuru qucaqlamaq yoxdu ha biləsən"

"Fəqann!" dedim bu sözünə qarşılıq. Amma mənə qulaq asan kim idi!

"Oturarsan ancaq qucağımda. Qucaqlamaq istəsəndə məni qucaqla"

"Ana, ata nə deyir?"

"Atan hec özüdə bilmir nə danışır. Sən onu fikir vermə. Əlini yu otağına keç"

Günəş gedər gedəməz "Uşağın başın nə doldurursan?" dedim

"Qızımla zarafat edirdik"

"Onsuzda Günəş sənə bağlı bir qızdı. Səndən ayrı qala bilmir. Sən belə dedikdə O sənə daha çox bağlanır"

"Bunun nəyi pisdiki? Qızlar atalarına bağlı olmalıdı hər zaman"

"Söhbəti fərqli yerə çəkmə"

"Çox danışırsan çilli. Və səsin beynimə düşür"

"Demək belə oldu? Səsim başına düşürmüş!" deyib iki qollarımı sinəmdə birləşdirdim. Fəqan isə gülürdü. Məni əsəbləşdir sonrada gül. Dünya ona xoş idi əlbət!

"Sənin əsəbləşməyin mənim xoşuma gəlir" dedi

"Açıq sözlülüyünü sevdim!"

"Çünki sənə əsəbləşmək belə yaraşır"

"Belə danışmaqla yumşalmayacam biləsən!"

"Çillilərin ən gözəli desəm necə?"

"Yox alınmır yenə!"

"Gülümsə"

"Gülümsəmirəm!"

"Gülümsə, ürəyim gözəl gülüş görmək istəyir"

"Ayy bu nədi? Yeni sevgillər kimi. Hec sevmədim"

"Dünyanın ən gözəl anası, Fəqanın biriciy həyat yoldaşı... Qane etdimi?"

"Buu bu oldu. Sevdim getdi"

"İndi ürək açılığı ilə ayağa qalxıb Günəşi geyindirməyə gedə bilərəm"

Gülərək yanımdan ayrıldı. Məndə ortalığı yığışdırmağa başladım. Günəşlə O məşğul olurdu deyə mənim üstümə çox yük düşmürdü. Ortalığı yığışdırdıqdan sonra məndə üstümü dəyişdim. Evdən çıxıb yola düşdük. Saat 11 olmuşdu. Nə qədər tez qalxsamda uşaqlı olanda evdən tez çıxmaq alınmırdı. Elə bil günorta yeməyinin üstünə hazır gedirdim! Aynur və Rəvanə ilə yaxşı yola gedirdik. Bu gün Rəvanə İlkin ilə bərabər körpələrinin cinsiyyətin öyrənməyə gedəcəkdilər. Görək qızıma əmi oğlumu gələcəkdi yoxsa əmi qızımı.
3 il əvvəl tərk etdiyim evə bir daha ayaq basdım. Bura hər gəlişimdə özümü fərqli hiss edirdim. Sanki hər daşında divarında onun xatirəsi vardı. Əvvələr belə hiss etmirdim. İllər irəllədikcə isə içimə oturan bir hiss yaranmışdı. Bu hiss məni tam xoşbəxt olmağa qoymurdu. Hər seyə sahibikən, onsuz olmaq məni hec nəsiz qoyurdu...

Ortada gedən söhbətə qulaq verdim. İlkin ilə Rəvanənində oğulu olacaqdı. Günəşim yenə qaldı tək. İlkingil qız istəsələrdə olmamışdı. Hər sey qismət idi. Fəqan sanki acığa Günəşi möhkəmcə qucaqlamışdı. Uşağı nəfəs almağa qoymurdu.

"Əsas sağlıqlı olmasıdı. Onura əmi oğlu gələcək" deyib gülməyə başladı. Gözümü ağartdım.
"Günəşi nə yaman qucaqlamısan? Bütün gün uşaq səni görürdə ver bir azda biz qucaqlayaq" deyə İlkin dilləndi. Hələ şükür. Biri Günəşi Fəqandan ala biləcəkdi.

"Vermirəm mən qızımı. Sən oğulun ilə maraqlan"

"Yemədik qızını! Sənin qızındısa bizdə əmisiyik. Günəş gəl yanıma"

"Günəş yanına gəlmək istəmir"

"Danışmağa özünün dili var. Qoy özü desin. Günəşim gəlmirsən əminin qucağına?"

Günəş Fəqana baxdıqdan sonra "Bir az əmimi qucaqlayıb gəlirəm" dedi. Qızımı paylaşa bilmirdilər... Qucağından düşüb İlkinin yanına getdi. Hamı gülməyə başlasada Fəqan tərs - tərs baxırdı. Sanki qızını əlindən almışdı. Oysa beş dəqiqə İlkinin yanında dayanardı ya yox. Onur yatdığından sakitcilik idi. Yoxsa birdə bu tərəfdən qısqanclığı başlayacaqdı. Gələndən Raminin susqunluğu diqqətimi çəkmişdi. Sanki danışdıqlarımızı eşitmirdi. Fikiri başqa bir yerdə qalmış kimi idi. Arada gülüb yenə fikirə dalırdı. Görəsən ona nə olmuşdu?

***

Bu günümüzdə belə keçmişdi. Evə gəlib çıxmışdıq. Mən rahat dərs edim deyə Fəqan Günəşi parka aparmışdı. Məndə özümü dərslərimə vermişdim. Dərsimi yenicə bitirdiyimdə qapı döyüldü. Fəqan açarınımı evdə unutmuşdu? Qapıya yaxınlaşıb əlimi qapı qulpuna atıb "Nə tez gəldiniz" deyərək qapını açdım. Qapını açmağım ilə onu görməyim bir oldu. İllər sonra qarşımda canlı şəkildə dayanmışdı. Boğazım qurudu... Dilim lal oldu...

Bölüm sonu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri